Məhkəmə qərarları › İş №2-1(102)-14/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-14/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-14/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş əmlak kompleksinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərində inşa edilmiş əmlak kompleksinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(105)-28/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-316 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Quba rayon Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı ilə X2 Quba rayon Susay kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,57 ha torpaq sahəsi satılmışdır.

2. Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 152 nömrəli sərəncamı ilə X2 mülkiyyətində olan və rayonun Susay kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması məqsədilə su hovuzlarının və həmin ərazinin 100 kv.m hissəsində qeyri-yaşayış binasının tikintisinin aparılmasına razılıq verilmişdir.

3. İddiaçı cavabdeh X2 qarşı əmlakın qaytarılması tələbinə dair iddiası üzrə Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2743/2018 nömrəli qərardadı ilə mülki iş üzrə tərəflər arasında xx.xx.2018-ci ildə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən: “1.Cavabdeh X4 İddiaçı 520000 manat həcmində maliyyə vəsaiti hesabına, Quba rayonunun Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nö mrəli qərarı ilə X1 adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair dövlət aktı №: JN-316, kod: 303230018, xx.xx.2006-cı il) torpaq sahəsi və həmin sahədə inşa edilmiş balıqçılıq təsərrüfatının X4 tərəfindən İddiaçı qaytarılması” tələbinə dair iddiasını tam şəkildə qəbul edir bu şərtlə ki, həmin obyektin sahibkarlıqla məşğul olan fiziki şəxs - Quba rayonunun Susay kənd sakini X3 icarəyə verilməsinə görə vergi orqanlarına hesabat verib müvafiq vergiləri ödədiyi üçün 3 il müddətinə toplanmış 3600 manat icarə haqqı, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün özünün xərclədiyi 1400 manat, cəmi 5000 manat pul İddiaçı tərəfindən ona ödənilsin. Gələcəkdə də bu barədə İddiaçı qarşı heç bir tələbi olmayacaq və özündə olan həmin torpaq sahəsinin alınması, tikintiyə icazə verilməsinə dair bütün sənədləri, eskiz layihələrini İddiaçı təhvil vərəcəkdir.

2. İddiaçı da öhdəsinə götürür ki, sahibkarlıqla məşğul olan fiziki şəxs - Quba rayonunun Susay kənd sakini X3 icarəyə verilməsinə görə 3 il müddətinə toplanmış 3600 manat icarə haqqını, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün X1 xərclədiyi 1400 manat, cəmi 5000 manat pulu ona tam şəkildə ödəyəcəkdir.

3. Bu barışıq sazişi Quba rayon Məhkəməsinin qərardadı ilə təsdiq olunduqdan sonra X4, Quba rayon Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı ilə X1 adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair dövlət aktı №: JN-316, kod: 303230018, xx.xx.2006-cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 152 nömrəli sərəncamı əsasında inşa edil miş balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin İddiaçı mülkiyyətinə keçməsinə, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin torpaq sahəsi və əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasına etiraz etmir.”

4. İddiaçı yuxarıda qeyd edilən torpaq sahəsi və onun üzərində yerləşən balıqçılıq təsərrüfatı üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və texniki pasportun tərtib olunması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, ərizədə qeyd olunan JN-316 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkm ə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1 -dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı, həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarı na icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2743/2018 nömrəli qərardadını icra edərək, Quba rayon Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı ilə X1 adına verilmiş 0,57 ha torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 152 nömrəli sərəncamı əsasında inşa edilmiş balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ver ilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı yuxarıda istinad edilən sənədlərə və Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2743/2018 nömrəli qərardadına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qanuni qüvvədə olan məhkəmə aktını icra etməkdən, bununla da iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edir və bu zaman heç bir hüquq normasına əsaslanmır, əksinə bununla bağlı qüvvədə olan hüquq normalarının tələblərini də qəsdən təhrif edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qanunun 21.1-ci maddəsinə görə də məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Cavabdehin imtina məktubunda göstərilən “...JN-316 (kod: 3********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçməməsi, eyni zamanda cavabdehin elektron məlumat bazasında da öz əksini tapmaması”na gəldikdə, bu hal qeyd olunan torpaq sahəsinin ayrılması və üzərində də balıqçılıq təsərrüfatının mövcudluğu faktını inkar edə bilməz. C.Abasova Quba rayon Susay kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0, 57 hektar torpaq sahəsinin satılması barədə Quba rayon Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı və həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, JN-316 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırda qanuni qüvvədə olan hüquqmüəyyənedici sənədlərdir. Həmin sənədlərin dövlət qeydiyyatına alınması, eləcə də cavabdehin elektron məlumat bazasında qeyd olunmasının təmin edilməsi də iddiaçının yox, bilavasitə cavabdehin xidməti vəzifəsidir. İstinad olunan 8-ci maddədə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 12 əsas sadalanır ki, bunlar da bir-bi ri lə qarışdırıla bilməz və hər biri özlüyündə hüquqların dövlət qeydiyyatı üçün ayrılıqda sərbəst əsasdır. Bundan başqa, dövlət qeydiyyatına alınması tələb olunan obyekt heç də həmin maddələrdə göstərildiyi kimi “çoxmənzilli bina, qeyri-yaşayış binası və hündürlüyü 12 metrdən çox olan yaşayış evi”, eləcə də “tikintisinə icazə tələb olunan tikinti obyekti" deyildir. Qanuni qüvvədə olan məhkəmə aktından və iş materiallarından da göründüyü kimi, dövlət qeydiyyatına alınması tələb olunan obyekt balıqçılıq təsərrüfatıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Hazırkı halda cavabdehin əsaslandığı hallar hüquqların dövlət qeydiyyatınd an imtina hallarına aid deyildir və ona görə də iddia tələbi təmin edilməlidir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 11 aprel 2022-ci il tarixli, 2-1(118)-493/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayon Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı ilə X1 adına verilmiş 0,57 ha torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 152 nömrəli sərəncamına əsasən inşa edilmiş balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən dövlət aktı ilə qeydiy yata alınmış torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi ilə qeyd edilən dövlət aktı əsasında başqa şəxsə məxsus əmlak həmin əmlakın mülkiyyətçisi tərəfindən iddiaçıya verilmişdir. İddiaçı hal-hazırda sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil, yeni nümunəli çıxarış verilməsini tələb edir və yuxarıda qeyd edilən hüquq normalarına görə torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Qərar daha sonra onunla əsaslandırılır ki, qanunvericilikdə balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur və bu halda məlumatlandırma icraatının həyata keçirilməsi nəzərdə tutulur. Be lə olan halda, cavabdeh orqan tərəfindən sözügedən əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tikintiyə icazə sənədinin tələb edilməsi qanunsuzdur. Beləliklə, cavabdehin öz imtinasında göstərdiyi dəlillər iddiaçının hüququnun qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zahid Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Fuad Məmmədov) 28 aprel 2023-cü il tarixli, 2-1(105)-28/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd olunmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları (maddə 8.0.4) nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi məhkəmə qərardadının məzmunu, habelə apellyasiya baxışı zamanı tələb edilərək öyrənilmiş Quba rayon Məhkəməsinin icraatında olmuş 2(027)-2743/2018 nömrəli mülki işin materialları əsasında qeyd edir ki, həmin qərardadla mülki iş üzrə tərəflər (hazırkı iş üzrə iddiaçı və adına JN316 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dö vlət aktı olan X4) arasındakı mülki mübahisə yuxarıda qeyd olunan məzmunlu barışıq sazişinin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi ilə yekunlaşmış, qərardad qanuni qüvvəyə minmişdir. Bununla belə, kollegiya qeyd edir ki, həmin iş üzrə mübahisə predmeti olmuş torpaq sahəsinin özünün daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının mötəbərliyi qeyd edilən mülki iş üzrə məhkəmə araşdırmasının predmeti olmamış, habelə hazırkı iş üzrə cavabdeh inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin iş üzrə tərəf və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmiş, qərardadda onun üzərinə qeyd edilən torpaq sahəsinin və balıqçılıq təsərrüfatının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı vəzifə qoyulmamışdır.

13. Eyni zamanda iş materiallarından görünür ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və müvafiq sərəncamın cavabdehə təqdim olunmaması səbəbindən cavabdeh iddia ərizəsinə dair etiraz təqdim etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri əsasında aparılmış araşdırma və müvafiq sorğulara verilmiş cavablarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında və apellyasiya şikayətində göstərildiyi kimi, X1 adına olan JN-316 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda cavabdehin elektron məlumat bazası nda da öz əksini tapmamışdır.

14. Eyni zamanda "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma nəticəsində X1 adına verilmiş JN-316 (kod: ********) nömrəli dövlət aktına dair arxiv və elektron kadastr məlumatları aşkar edilməmişdir. Həmçinin qeyd edilən dövlət aktının verilməsinə əsas olmuş Quba rayon Susay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarının arxiv surətinin təqdim edilməsi ilə bağlı sorğulara cavab olaraq Dövlət Arxivinin Quba filialı tərəfindən Quba rayon Susay bələdiyyəsinin heç bir il üçün sənədlərinin Dövlət Arxivinin Quba filialına təhvil verilmədiyi bildirilmiş, Susay bələdiyyəsinin özünün cavabında isə bələdiyyənin xx.xx.2005-ci il tarixli, 11 nömrəli qərarı ilə X2 ayrılmış 0,57 ha torpaq sahəsinə dair sənədlərin bələdiyyə də müəyyən olunmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi JN-316 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının mötəbərliyi öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı hər hansı əlavə hala istinad etməmiş və sübutlar təqdim etməmişdir.

15. Bununla yanaşı, apellyasiya baxışı zamanı cavabdehin müvafiq torpaq sahəsinin və balıqçılıq təsərrüfatının müayinəsinin nəticəsi olaraq təqdim etdiyi məlumatda sözügedən torpaq sahəsinin cavabdehin elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan köçəri mal-qara düşərgəsi olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, vətəndaş tərəfindən istifadə olunan torpaq sahəsinin naturada 1,185 ha təşkil etdiyi, torpaq sahəsi üzərində sahəsi 228 kv.metr olan anbar və soyunub-geyinmə otağ ının, sahəsi 1630 kv.metr olan balıqçılıq hovuzunun, sahəsi 117 kv.metr olan hovuzun və sahəsi 39 kv.metr olan gözətçi otağının mövcud olduğu qeyd edilmişdir. İddiaçının nümayəndəsi isə apellyasiya baxışı zamanı məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş sənədlərlə əlaqədar əlavə olaraq balıqçılıq təsərrüfatının inşa olunduğu torpaq sahəsinin 1,185 ha deyil, 0,82 ha olduğunu bildirərək müvafiq sənədlər, habelə həmin 0,82 ha torpaq sahəsinə dair Quba rayon Susay bələdiyyəsinin yerquruluşu sxemini təqdim etmişdir. Qeyd edilən sxemdən də görünür ki, mübahisəli torpaq sahəsi “mal-qara düşərgəsi” kimi şərti işarələnmiş ərazidə yerləşir.

16. Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən, mal-qara düşərgələrinin torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olan torpaqlara daxildir. Belə olan halda isə, Quba rayon Susay bələdiyyəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olan həmin torpaq sahəsini satmaq hüququ olmamışdır. İşin yuxarıda qeyd edilən hallarına, habelə təqdim edilmiş JN-316 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin dövlət aktının verilməsinə əsas olmuş bələdiyyə qərarının arxiv əsasları olmadığından, iddia tələbi müvafiq torpaq sahəsinə dair hissədə, habelə qeyd edilən torpaq sahəsində inşa edilmiş balıqçılıq təsərrüfatına münasibətdə isə iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından təmin edilməməlidir.

17. Balıqçılıq təsərrüfatına mün asibətdə əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının da istinad etdiyi xx.xx.2013-cü ildən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi ilə məhz mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində olan balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Quba rayon İcra Hakimiyyəti başçısının C.Abasova balıqçılıq təsərrüfatının yaradılması məqsədilə su hovuzlarının və həmin ərazinin 100 kv.m hissəsində qeyri-yaşayış binasının tikintisinin aparılmasına razılıq verilməsi barədə sərəncamı isə xx.xx.2012-ci il tarixlidir. Bundan əlavə, iddiaçının təqdim etdiyi müvafiq balıq yetişdirmə təsərrüfatının işçi planında balıqyetişdirmə hovuzları ilə yanaşı, ölçüləri 8x12 olan əsaslı tikili və 6x18 olan talvar da nəzərdə tutulmuş, müayinə zamanı isə tikintialtı sahəsi 228 kv.metr olan anbar və soyunub-geyinmə otağı və 39 kv.metr olan gözətçi otağının mövcud olması müəyyən olunmuşdur. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət h üququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hü quqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iy ulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş t ələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırı lmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 2.Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 3.Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 4.Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir (xx.xx.2008-ci il tarixli 666İİİQD nömrəli Qanunla 12-ci maddənin 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri çıxarılmışdır.). Maddə

46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:...yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və ica rəyə verilə bilər.

24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Maddə 101.3. Bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam veril məsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxı lması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 2

8. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Beləliklə, apellyasiya instansiyası məhkə məsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-1(105)-28/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar