Məhkəmə qərarları › İş №2-1(102)-14/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-14/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-14/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər: Samux rayon Sərkar bələdiyyəsi və qeyriləri) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respub likasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər: Samux rayon Sərkar bələdiyyəsi və qeyriləri) qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2024-cü il tarixli, 2-1(104)-25/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə X25, X15, İddiaçı və X2 mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmiş və 471 nömrə ilə kitabda qeydə alınmışdır.

2. X5 adına Mənzil Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixli texniki pasportdan görünür ki, 0,15 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

3. AZ-İİ 053792 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X25 xx.xx.2019-cu il tarixdə ölmüşdür.

4. AZ-İİ 184870 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X16 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür.

5. Samux Rayon İcra Hakimiyyəti başçısının Sərkar kənd İƏD üzrə nümayəndəliyinin 600 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçının mərhum atası X5 adına nümayəndəliyin 2021- 2025-ci illər üçün 09 saylı təsərrüfatbaşına kitabının 16 səhifəsində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili altında torpağı vardır.

6. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux Rayon Dövlət Arxivinin 232 saylı 12 avqust 2022-ci il tarixli arxiv arayışından görünür ki, X5 Samux Rayon Sərkar kənd İnzibati Ərazi Dairəsinin vahidliyinin 1983-1985-ci illərin 01№-li təsərrüfatbaşına kitabının 15-ci səhifəsində 0,15 ha, o cümlədən tikili altında 0,02 ha torpaq sahəsi X25, həyat yoldaşı X26, oğlu İddiaçı, qızları X27, X17, X6 adına qeydə alınmışdır.

7. Samux rayonu Sərkar Bələdiyyəsinin 12 avqust 2022-ci il tarixli, 41 saylı arayışından görünür ki, İddiaçı mərhum atası X5 adına Samux rayon Sərkar kəndində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili al tında torpağı var və 2000-ci ildən Sərkar bələdiyyəsinə vergi borclarını vaxtlı-vaxtında ödəyir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə hüquqların qeydiyyata alınması ilə bağlı təkrar müraciət olunarsa müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. 9. “Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin "xxxx" MMC-nin 22 sentyabr 2022-ci il tarixli, **********44 nömrəli arxiv sənədinin təqdim edilməsi barədə məktubuna qoşma kimi əlavə edilmiş Samux Rayon Aqrar İslahatı Komissiyasının sdəri tərəfindən 5 noyabr 2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X25 və ailə üzvləri X26, İddiaçı və X2 qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi var.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Samux rayonu, Sərkar kəndində yerləşən faktiki istifadəsində olan torpaq sahəsi 0.1472 ha təşkil edir. Həmin faktiki istifadə sahəsinin ölçüsü və konfiqurasiyası ilə, arxiv sənədlərində mövcud olan, X5 adına tərtib olunmuş xx.xx.1987-ci il tarixli texniki pasportun planında göstərilən sahənin konfiqurasiyası arasında uyğunsuzluq halı mövcuddur. Bununla yanaşı faktiki istifadə sahəsi 0.1472 ha olduğu təqdirdə,Torpağın mülkiyyətə verilməsinə dair JN-471 (KOD ********) saylı Şəhadətnaməyə əsasən torpaq sahəsi 0.08 ha olmaqla fərqli konfiqurasiyaya malikdir. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsinin 0.08 ha hissəsi, JN-471 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən X25, X15, İddiaçı və X2 ümumi mülkiyyətində, 0.08 ha hissəsi isə, Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən digər şəxslərin mülkiyyətində olan torpa q sahələri ilə üst-üstə düşür. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsi, Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsi üzərində və hava məkanında yüksək təzyiqli qaz xətti və yüksək gərginlikli elektrik xətti müşahidə olunmamışdır. Ərazi İdarəsinin elektron baza materiallarına istinadən, qeyd olunan torpaq sahəsinin, kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasına düşmə halı aşkarlanmamışdır. 11.İddiaçının, Samux rayon Sərkar Bələdiyyəsinin və Samux rayon İHB-nin Sərkar kənd üzrə Nümayəndəsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ailəsinin istifadəsində olan 0,1472 ha həyətyanı torpaq sahəsinin şəhadətnaməsi işlənərkən səhvən həmin torpaq sahəsinin 0.08 ha hissəsinin konfiquriyası səhv işlənmişdir. Bu səbəbdən də İddiaçı ailəsinin mülkiyyətinə qanuni istifadəsində olan 0.1472 ha əvəzinə 0.08 ha kimi torpaq sahəsi verilmişdir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10969/2023 saylı məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” X1 Samux rayonu, Sərkar kəndi ərazisində 0,08 ha torpaq sahəsi ayrılmış dır. X25 fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixli texniki pasportda qeyd olunan 0,15 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədilə 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı texniki pasportda qeyd olunan 0,15 ha həyətyanı torpaq sahəsinin Samux rayonu, Sərkar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən JN-466F (KOD ********), JN-468F (KOD ********) və JN-483 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamələrlə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunan şəhadətnamələr əsasında ayrılmış torpaq sahələrinə dair hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir.

13. Daşınmaz Əml akın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3878/2024 saylı məktubundan görünür ki, JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin daxilində yerləşir. X23 X24 (bundan sonra TEKUİS) iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, 0.1234 ha hissəsi isə xüsusi mülkiyyət olaraq göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq hissəsinin 0.1234 ha hissəsinin hansı subyektin mülkiyyətində olması və üzərində hansı hüquqmüəyyənedici sənədllərin mövcud olması barədə TEKUİS-də məlumat qeyd olunmamışdır. Mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əksini tapdığı elektron kadastr bazası məlumatlarına istinadən iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hüquqmüəyyənedici (çıxarış) sənəd qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048 JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edərək həmin torpaq sahəsinə İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə iddiaçıya 0,08 ha torpaq sahəsi verilmiş və Azərbaycan Respublikası DT və XK-nın Samux Rayon Şöbəsinin KOD 50700048 JN471F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həmin torpaq sahəsi X12, X7, İddiaçı və X8 verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən texniki səhvə yol verilmiş və şəhadətnamədə 0.15 ha əvəzinə 0.08 ha yazılmışdır. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş texniki səhvi düzəltmək üçün cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2688/2022 saylı, 7 sentyabr 2022-ci il tarixli qərardadı ilə X26 və X16 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş xx. xx.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı şəhadətnamədən kənar qalan və vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu qeyd olunmuşdur.

18. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə X5, X9, İddiaçı və X2 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2688/2022 saylı qərarı ilə (hakim F.C.Hüseynov) iddianın təmin edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə X5, X9, İddiaçı və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlak ın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, lakin texniki səhv olaraq JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin həcmi 0.15 ha əvəzinə 0.08 ha kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclası zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.1472 ha olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidi r ki, iddiaçı faktiki istifadəsində olan 0.1476 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir və əmlak qanuni əsaslarla əldə edilmişdirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir.

21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2688/2022 saylı qərardadı X8 münasibətdə ləğv edilmiş, X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərard adı ilə Samux rayon Sərkar kənd bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşdur.

24. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə X28, X18 və X34 üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşlar.

25. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-251/2023 saylı qərardadı qismən X3 və X19 üçüncü şəxs qismində icraata cəlb edilmələri hissəsində ləğv edilmiş, X3 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmişdir.

26. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X20 və X35 isə üçüncü şəxs qismində işə baxıl masına cəlb edilmişlər.

27. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) 2 may 2024-cü il tarixli, 21(104)-25/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2688/2022 saylı qərarı qismən ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1038 ha müəyyən edilərək torpaq sahəsinə X5, X9, İddiaçı və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, JN471F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnaməyə əsasən X12 verilmiş 0.08 ha torpaq sahəsi, yerdə qalan hissəsi isə JN-466 F (KOD ********), JN-468 F (KOD ********) və JN-483 F (KOD ********) nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnamələrə əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarında olan Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X12 verilmiş torpaq sahəsinin ölçüsü 0.15 ha kimi göstərilmişdir. Həmçinin S amux rayonu, Sərkar kəndində yerləşən X12 məxsus fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, fərdi yaşayış evinin 126 kv.m olması, evin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü isə sənəd üzrə 0.15 ha göstərilmişdir. Belə olan təqdirdə, bələdiyyə mülkiyyəti kimi müəyyən edilən 0.0238 ha torpaq sahəsinə münasibətdə iddia tələbinin təmin edilməsi yol veriləndir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq s ahəsinə (ölçüsü göstərildiyi təqdirdə) münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi Siyahıda öz əksini tapmışdır. Mübahisəli torpaq sahəsinin müvafiq hissəsinin üçüncü şəxslərin mülkiyyətində olmasına dair hazırda qüvvədə olan şəhadətnamələrin olması artıq torpaq sahəsinin həmin hissəsi üzərində iddia tələbinin təmin edilməsi yol verilməzdir. Ona görə də iddia tələbi 0,1038 ha torpaq sahəsinə münasibətdə təmin edilməlidir.

29. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)25/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin olunmaması hissəsində ləğv edilərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, lakin texniki səhv olaraq JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin həcmi 0.15 ha əvəzinə 0.08 ha kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclası zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.1472 ha olduğunu etiraf etmişdir. Çünki mübahisəli torpaq sahəsi hazırkı yəni faktiki ölçülərlə 200 ilə yaxındır ki, babalarının istifadəsində olmuş və onlardan iddiaçıya qalmışdır. Torpaq islahatı zamanı da sənədləşdirilmiş lakin ölçülər səhv qeyd edilmişdir. Bu faktı bələdiyyə və kənd İcra nümayəndəliyi məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq edirlər. Hakim qeyd olunan faktı nəzərə almadan qərar qəbul etmişdir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyani sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadədə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşdə olan sənədlərdən göründüyü kimi, bizə məxsus torpaq sahəsinin sağ və sol hissələri qohumlarının sahələri olduğundan ata və babalarımızın olduğu dövrdəki sərhədlərdən kənara çıxması və azalması mümkün deyil. Torpaq sahəsinin konfiqurasiyası, yerləşmə yeri, tam olaraq bizim istifadəmizdə olması ona dəlalət edir ki, islahat zamanı ölçülər səhv göstərilmişdir. Apellyasiya məhkəməsi işi hərtərəfli araşdırmadığından birinci instansiya məhkəməsinin qərarını qismən ləğv etmişdir. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyə n edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Mübahisəli torpaq sahəsinin sərhədləri islahatdan əvvəl və sonra dəyişmədiyindən torpağa dair verilmiş sənəd faktiki qonşularla sərhədlənmiş qaydada istifadədə olduğundan həmin yerə bütöv işlənilsədə şəhadətnamədə səhvən daha az yazılmışdır. Qeyd olunan faktlar həm birinci instansiya həm də apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təsdiqlənir. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiy yatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3878/2024 saylı məktubda bildirilmişdir ki, JN-471 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin daxilində yerləşir. X23 X24 (bundan sonra TEKUİS), iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, 0.1234 ha hissəs i isə xüsusi mülkiyyət olaraq göstərilmişdir, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin 0.1234 ha hissəsinin hansı subyektin mülkiyyətində olması və üzərində hansı hüquqmüəyyənedici sənədlərin mövcud olması barədə TEKUlS-də məlumat qeyd olunmamışdır. Hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissəsində ləğv edilməlidir. Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə ona 0,08 ha torpaq sahəsi verilmiş və Azərbaycan Respublikası DTXK-nın Samux Rayon Şöbəsinin KOD 50700048 JN-471F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həmin torpaq sahəsi X12, X7, İddiaçı qızına və X8 verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən texniki səhvə yol veri lmiş və şəhadətnamədə 0.15 ha əvəzinə 0.08 yazılmışdır. Bildirmək istərdi ki, qeyd olunan torpaq sahəsi 200 ildən artıqdır ki, ata və babadan qalmaqla iddiaçının istifadəsindədir. Eyni zamanda bildirmək istərdi ki, Samux rayon Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 41 nömrəli arayışa əsasən Samux rayonu Sərkar kəndində X5 adına 0.15 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Samux rayon Dövlət Arxiv İdarəsinin 232 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Samux rayonu Sərkar kəndində İnzibati Ərazi Dairəsinin vahidliyinin 1983-1985-ci illərin 01 nömrəli təsərrüfatbaşına kitabında X5 adına 0.15 ha torpaq sahəsi və o, cümlədən tikilialtında 0.02 ha tikili və torpaq sahəsi qeydə alınmışdır. Samux rayon Sərkar kənd İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 600 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı ilə də təsdiq edilir ki, 2021-2025-ci illər üçün 09 saylı təsərrüfatbaşına kitabının X5 adına 0.15 ha torpaq sahəsi və o cümlədən tikilialtında 0.02 ha tikili və torpaq sahəsi vardır. Məhkəmə gedişatı zamanı təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, lakin texniki səhv olaraq JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin həcmi 0.15 ha əvəzinə 0.08 ha kimi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclası zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.1472 ha olduğunu etiraf etmişdir. Əlavə olaraq qeyd etmək istərdi ki, mübahisəli torpaq sahəsi ndə 2-ci Qarabağ müharibəsində şəhid olmuş İsmayılov Həsən XXXXX oğlunun övladı xx.xx.2019-cu il təvəllüdlü X29 və yoldaşı X30 yaşayırlar. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barə də müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 1 5.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbu l edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bi lər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının həmin hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

39. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsindən ibarətdir.

40. İşdə olan sənədlərdən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə X25, X15, İddiaçı və X2 mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmiş və bu barədə həmin şəxslərə “Torpağın mülkiyyətə verilməsinə dair” 50700048 kodlu, JN-471F nömrəli Şəhadətnamə verilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, JN471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən X12 verilmiş 0.08 ha torpaq sahəsi, yerdə qalan hissəsi isə JN-466F (KOD ********), JN-468F (KOD ********) və JN -483F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamələrə əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsidir. Faktiki istifadədə olan torpaq sahəsinin 0.0238 ha hissəsinin bələdiyyə mülkiyyətinə düşməsinə münasibətdə isə Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X12 verilmiş torpaq sahəsinin ölçüsü 0.15 ha kimi göstərilmişdir. Həmçinin Samux rayonu, Sərkar kəndində yerləşən X12 məxsus fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, fərdi yaşayış evinin 126 kv.m olması, evin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü isə sənəd üzrə 0.15 ha göstərilmişdir. Belə olan təqdirdə, bələdiyyə mülkiyyəti kimi müəyyən edilən 0.0238 ha torpaq sahəsinə münasibətdə iddia tələb inin təmin edilməsi yol veriləndir. Mübahisəli torpaq sahəsinin müvafiq hissəsinin üçüncü şəxslərin mülkiyyətində olmasına dair hazırda qüvvədə olan şəhadətnamələrin olması artıq torpaq sahəsinin həmin hissəsi üzərində iddia tələbinin təmin edilməsi yol verilməzdir. Ona görə də iddia tələbi 0,1038 ha torpaq sahəsinə münasibətdə təmin edilməlidir.

42. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Samux rayonu, Sərkar kəndində yerləşən faktiki istifadəsində olan torpaq sahəsi 0.1472 ha təşkil edir. Həmin faktiki istifadə sahəsinin ölçüsü və konfiqurasiyası ilə, arxiv sənədlərində mövcud ol an, X5 adına tərtib olunmuş xx.xx.1987-ci il tarixli texniki pasportun planında göstərilən sahənin konfiqurasiyası arasında uyğunsuzluq halı mövcuddur. Bununla yanaşı faktiki istifadə sahəsi 0.1472 ha olduğu təqdirdə, Torpağın mülkiyyətə verilməsinə dair JN-471 (KOD ********) saylı Şəhadətnaməyə əsasən torpaq sahəsi 0.08 ha olmaqla fərqli konfiqurasiyaya malikdir. Qeyd olunan (faktiki istifadədə olan) torpaq sahəsinin 0.08 ha hissəsi, JN-471 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən X25, X15, İddiaçı və X2 ümumi mülkiyyətində, 0.08 ha hissəsi isə, Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. 43. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-483 F (KOD ********) nömrəli şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə X34, X35, X31 mülkiyyətinə 0.27 ha torpaq sahəsi verilmişdir. 44. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-466 F (KOD ********) nömrəli şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə X21, X32, X22, X13 və X4 mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmişdir. 45. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-468 F (KOD ********) nömrəli şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə X28, X33, X14 mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir.

46. Apellyasiya məhkəməsi İPM-i n 12.1-ci maddəsinin tələbinə əməl etməyərək iddiaçı və ailə üzvlərinə nə qədər pay torpaq sahəsi ayrılmasını müəyyən etmək üçün rayon aqrar islahat komissiyanın qərarı ilə təsdiq edilmiş sənədləri arxiv idarələrindən, yaxud cavabdehdən tələb etməmişdir.

47. Kollegiya qeyd edir ki, göstərilən mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.08 ha hissəsinin, JN-471 F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən X25, X15, İddiaçı və X2 ümumi mülkiyyətində, 0.08 ha hissəsinin isə Samux rayon Sərkar kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi qeyd olunsa da, torpaq sahəsinin məhz hansı hi ssələrdə, o cümlədən qismən yaxud tam üstüstə düşüb-düşməməsi göstərilməmiş, habelə mütəxəssis rəyində qeyd olunan digər şəxslərin kimliyi və konkret nə qədər sahənin üst-üstə düşməsi rəydə qeyd edilməmişdir.

48. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3878/2024 saylı məktubundan görünür ki, JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsinin daxilində yerləşir. X23 X24 (bundan sonra TEKUİS) iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.0238 ha hissəsi bələdiyyə mülkiyyəti, 0.1234 ha hissəsi isə xüsusi mülkiyyət olaraq göstərilmişdir. İddiaçının fa ktiki istifadəsində olan 0.1472 ha torpaq hissəsinin 0.1234 ha hissəsinin hansı subyektin mülkiyyətində olması və üzərində hansı hüquqmüəyyənedici sənədlərin mövcud olması barədə TEKUİS-də məlumat qeyd olunmamışdır. Mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərin öz əksini tapdığı elektron kadastr bazası məlumatlarına istinadən iddiaçının faktiki istifadəsində olan 0.1472 ha torpaq sahəsi və həmin torpaq sahəsinin daxilində yerləşən JN-471F (KOD ********) nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hüquqmüəyyənedici (çıxarış) sənəd qeydə alınmamışdır.

49. Apellyasiya instansiyası məhkəməsi üst-üstə düşmə halı baxımından əlavə araşdırma aparılmalı, üst-üstə düşmə halının necə və hansı qaydada müəyyən edildiyi öyrənilməli, işdəki mütəxəssis rəyi ilə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/23878/2024 saylı məktubundakı dəlillər arasındakı ziddiyyətin səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır.

50. Bundan başqa, iddiaçının, Samux rayon Sərkar Bələdiyyəsinin və Samux rayon İHB-nin Sərkar kənd üzrə Nümayəndəsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ailəsinin istifadəsində olan 0,1472 ha həyətyanı torpaq sahəsinin şəhadətnaməsi işlənərkən həmin torpaq sahəsinin 0.08 ha hissəsinin konfiquriyası səhv işlənmişdir. Bu səbəbdən də İddiaçı ailəsinin mülkiyyətinə qanuni istifadəsində olan 0.1472 ha əvəzinə 0.08 ha kimi torpaq sahəsi verilmişdir.

51. Apellyasiya məhkəməsi həmin aktla bağlı ara şdırma aparmamışdır.

52. Samux Rayon İcra Hakimiyyəti başçısının Sərkar kənd İƏD üzrə nümayəndəliyinin 600 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçının mərhum atası X5 adına nümayəndəliyin 2021-2025-ci illər üçün 09 saylı təsərrüfatbaşına kitabının 16 səhifəsində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili altında torpağı vardır.

53. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux Rayon Dövlət Arxivinin 232 saylı 12 avqust 2022-ci il tarixli arxiv arayışından görünür ki, X5 Samux Rayon Sərkar kənd İnzibati Ərazi Dairəsinin vahidliyinin 1983-1985-ci illərin 01№-li təsərrüfatbaşına kitabının 15-ci səhifəsində 0,15 ha, o cümlədən tikili altında 0,02 ha torpaq sahəsi X25, həyat yoldaşı X26, oğlu İddiaçı, qızları X27, X17, X6 adına qeydə alı nmışdır.

54. Samux rayonu Sərkar Bələdiyyəsinin 12 avqust 2022-ci il tarixli, 41 saylı arayışında İddiaçı mərhum atası X5 adına Samux rayon Sərkar kəndində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili altında torpağın olduğu qeyd edilmişdir.

55. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-də k inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) və yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış (2.5-ci bənd) hüququn qeydə alınması üçün əsasdır.

56. Apellyasiya məhk əməsi bəhs olunan hüquq normasının işığında da həmin arayışlara hüquqi qiymət verməmişdir.

57. Samux Rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən 5 noyabr 2001-ci il tarixdə təsdiq edilmiş Samux rayonunun Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X25 və ailə üzvləri X26, İddiaçı və X2 qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi var.

58. Bundan əlavə, X5 adına Mənzil Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixli texniki pasportdan görünür ki, həmin ünvanda həyətyanı torpaq sahəsi 0,15 ha qeyd edilmişdir.

59. Apellyasiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə iddiaçının faktiki istifadəsində olan torpağın sahəsi, habelə üzərində mülkiyyət hüquqlarının qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxsin (şəxslərin) hüquqlarına toxunub-toxunmamasını aydınlaşdırmalı, araşdırmanın nəticəsi olaraq üçüncü şəxslərin cəlb olunması müzakirə edilməli və əldə edilən nəticəyə əsasən qanuna müvafiq qərar qəbul etməlidir.

60. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edi lmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

62. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2 may 2024-cü il tarixli, 2-1(104)-25/2024 nömrəli qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2024-cü il tarixli, 21(104)-25/2024 nömrəli qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar