Məhkəmə qərarları › İş №2-1(102)-140/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-140/2020

08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-140/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli gəlirlər baş idarəsinin cavabdeh XXXməhdud məsuliyyətli cəmiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-140/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il (açar sözlər:işin hüquqi halları heç bir halda yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas kimi çıxış edə bilməz) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2, vəkili xxx oğlunun, cavabdehin vəkili XXXoğlunun iştirakları, N.Əhmədo vun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli gəlirlər baş idarəsinin cavabdeh XXXməhdud məsuliyyətli cəmiyyətinə qarşı məcburi dövlət sosial siğorta haqları üzrə yaranmış borcun tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2463/2019 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli gəlirlər baş idarəsi cavabdeh XXXməhdud məsuliyyətli cəmiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixə 2.460.806,84 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə onun xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(82)1898/2017 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdehin xx.xx.2016-cı il tarixə 1.364.053,84 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiaya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-2421/2017 saylı qərarı ilə iddiaçı Azərbaycan Respub likası İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-473/2018 saylı qərarı ilə iddiaçı Milli gəlirlər baş idarəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiaya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və 2-1(82)1898/2017 nömrəli iş üzrə iddia ərizəsinin təmin edilməyən hissəsi üzrə araşdırmanın davam etdirilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)1898/2017 saylı qərardadı ilə iddiaçının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2463/2019 saylı qərardadı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli gəlirlər baş idarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı Azərbaycan Respu blikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Milli Gəlirlər Baş İdarəsi 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin göstərilən qərarı ilə əlaqədar yeni açılmış hal müəyyən etdiyindən, iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsini n şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərar qəbul etmiş, həmin Qərara əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmir, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına görə 2 saylı İnzibati-İqtisadi Məhkəmənin göstərilən qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmayaraq qəbul edilmiş, Konstitusiya Məhkəməsinin müəyyən etdiyi bu hal 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(82)-1898/2017 saylı iş üzrə icraatın təzələnməsi üçün əsasdır. İddiaçının nümayəndəsi X4 və vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməs inin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdehin vəkili XXXoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norm alarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi X2, vəkili X1, cavabdehin vəkili XXXoğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2463/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qərarını hüquqi cəhətdən təftiş etməyə çalışır, o, ərizəsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı ilə əsaslandırır, qanunverici İPM-də yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas kimi sübut və ya sair halın ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim oluna bilməməsindən bəhs edir ki, buna da yalnız təqdim oluna bilən sübutlar və ya işin bu qəbildən sair faktiki halları aid edilə bilər, MPM-də isə qanunverici bu halları daha da maddiləşdirərək, “həlledici material”, “yalan ifadə”, “yalan rəy”, “bilə-bilə düzgün tərcümə etməmə”, “maddi sübutların sa xtalığı”, “cinayətkar hərəkət”, “cinayətkar əməl”, “qərarın ləğv edilməsi”ndən bəhs etməklə, bu əsasların faktiki xarakterini bərkitmiş, belə olan halda işin hüquqi halları heç bir halda yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas kimi çıxış edə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni a çılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə daha geniş tənzimlənmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığ ı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM müddəaları tətbiq oluna bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in: 432.2-ci maddəsinə görə yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: 432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; 432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; 432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştir ak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; 432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Sadalanan normaların mənasına görə, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan faktiki hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsi r edə bilən faktlardır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabıx Rusiya Federasiyasına qarşı iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, «Hüquqi müəyyənlik res cudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir mə sələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır». Məhkəmələr iş materiallarına istinad etməklə iddiaçının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qanunvericinin İPM-də yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas kimi sübut və ya sair halın ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim oluna bilməməsindən bəhs etdiyini, buna da yalnız təqdim oluna bilən sübutların və ya işin bu qəbildən sair faktiki halların aid edildiyini, beləliklə, işin hüquqi hallarının yeni aç ılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas kimi çıxış etmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx xx 2019-cu il tarixli, 2-1(103)2463/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2463/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar