Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-140/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi; pensiya kapitalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat idarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə filialı) qarşı (üçüncü şəxs "xx xx" ASC) “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 sentyabr tarixli, 2-1(103)-1898/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2020-ci il 7 fevral tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2020-ci il 16 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlill ərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının tələb olunan 14 il 4 ay sığorta stajı olmasına baxmayaraq, fərdi hesabda sığorta hissəsində qeydə alınmış 25800 manat pensiya kapitalı mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsi ndəki icraat
4. İddiaçı 2020-ci il 14 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək müraciət etdiyi tarixdən ona əlilliyə görə pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ilk cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi ilə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) əvəz edilməsini xahiş etmişdir. 6. 2020-ci il 17 noyabr tarixli məhkəmə iclasında cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsi təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddi açının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci il 8 fevral tarixdə anadan olmuşdur. 1978-ci ilin sentyabr ayından 1979-cu ilin avqust ayınadək X2 Kooperativində, 1984-cü ilin oktyabrından 1995-ci ilin mart ayınadək "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunda, 1995-ci ilin mart ayından 2014-cü ilin may ayınadək BŞİH Yol Təmir Tikinti Baş İdarəsində işləmişdir. 19791984-cü illər aralığında Memarlıq-İnşaat İnstitutunda təhsil almışdır. Göründüyü kimi, onun 35 il 9 ay əmək stajı var. Qeyd olunan əmək stajı əmək kitabçası ilə təsdiq olunur. Həmçinin, o, 2020-ci ilin fevral ayından etibarən 3-cü qrup əlil statusu almışdır. Əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina məktubu ilə cavab verilmişdir. İmtinanın ə sası kim fərdi hesabında sığorta hissəsində 25800 manat pensiya kapitalının toplanmaması, buna səbəb kimi "xxxx" ASC tərəfindən müvafiq köçürmələrin həyata keçirilməməsi göstərilmişdir. İşəgötürən müəssisənin qanunazidd hərəkəti və inzibati orqanın qanun pozuntusuna vaxtında reaksiya göstərməməsi onun pensiya almaq hüququnu heç bir halda məhdudlaşdırmamalıdır. Cavabdeh inzibati orqan olaraq işəgötürən tərəfindən müvafiq ödənişlərin həyata keçirilməsinə nəzarət etmək baxımından işçiyə nisbətən kifayət qədər səlahiyyətə və inzibati resursa sahib olmuş, buna baxmayaraq, bu barədə heç bir tədbir görməmiş və sonda özünün və işəgötürənin hərəkətsizliyini onun əlilliyə görə pensiya almaq hüququnun məhdudlaşdırılması əsası olaraq istifadə etmişdir. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 2020-ci il 7 fevral tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qru p əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada Qanunun qeyd edilən müddəasına əsasən, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 2017-ci il 10 mart tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərt eyni z amanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə cavabdehin İİİ qrup əlilliyə görə əmək pensiyasının təyinin edilməsindən imtinası qanuni və əsaslı hesab olunur. Belə ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 14 il 8 ay təşkil edir. İddiaçının iş materiallarına əlavə edilən əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 29 il 24 gün təşkil edir. Əlavə olaraq, iddiaçının 1979-1984-cü illərdə aldığı təhsil qiyabi təhsildirsə, qanunvericiliyə əsasən, iş stajına daxil edilə bilməz. Lakin iddiaçının sosial sığorta stajı ilə bağlı mübahisələndirilən hal vardır: İddiaçının "xxxx" ASC tərəfindən təqdim olunmuş 20062014-cü illər üçün məcburi dövlə t sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan İddiaçı (SSN: **********843) məlumatları qeyd olunmadığı üçün ”X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Bu isə müvafiq illərin sosial sığorta stajı kimi nəzərə alınmasını mümkünsüz edir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 1) 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü). 2) 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay. 3) Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 176/192= 0,916666 = 0,92. 4) Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti ayların ın sayına vurulur: 0,92 x 144=132 ay. 5) 132 ay x 200 manat (2020-ci il üçün əmək pensiyasının minimum məbləği) = 26.400 manat - iddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği. 6) 29 il (mübahisəli dövr daxil edilməklə hesablanmış iş stajı) x 306 manat x 2.3 (indeks) = 20.410 manat - iddiaçının mövcud pensiya kapitalı məbləği. 7) Pensiya sığorta kapitalı (PSK=20.410) alınmış rəqəmə bölünərək (20.410: 132 = 154,621 = 155) 155 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, iddiaçıya təyin oluna biləcək aylıq pensiya ödənişi 155 manat təşkil etməkdədir ki, bu da “Əmək pensiyaları haqqında” Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2019-ci il 1 oktyabr tarixindən 200 manat məbləğindən) aşa ğıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçının mübahisə olunan dövr daxil edilməklə faktiki iş stajı 29 il 24 gün təşkil edir. Beləliklə, faktiki iş stajı tələb olunan iş stajından (14 il 8 ay) daha çoxdur. Lakin digər tərəfdən, əlilliyə görə pensiya təyinatının aparılması üçün ikinci vacib şərt (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yetərli olması) də yerinə yetirilməlidir. Yuxarıda qeyd olunan hesablamalara əsasən iddiaçıya tələb olunan pensiya kapitalı 26.400 manat təşkil etməsinə baxmayaraq, iddiaçının faktiki pensiya kapitalı 20.410 manatdır. Bu isə tələb olunan məbləğdən xeyli azdır. Belə olan halda “Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Əlavə olaraq, iddiaçının təhsil aldığı 1979-1984-cü illəri (qiyabi təhsildirsə, qanunvericiliyə əsasən, iş stajına daxil edilə bilməz) iş stajına daxil olunduğu halda belə iddiaçının pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulan pensiya kapitalından daha az məbləğ təşkil edəcək: 34 il (iş stajı) x 306 manat x 2.3 (indeks) = 23.929,2 manat. Göründüyü kimi, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmadığından (iş stajı kifayət etsə də, pensiya kapitalı tələb olunandan azdır) onun 3-cü dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi əsassızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 7 aprel tarixli, 2-1(1 12)-1403/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 2020-ci il 07 fevral tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdə isə iddiaçının 59 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (59 yaş - 15 yaş = 44 yaş x 4 ay = 176 ay: 12 ay = 14 il 8 ay) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 14 il 8 ay sığorta stajı tələb olunur. İddiaçının isə 14 il 8 aydan artıq iş stajı vardır. Lakin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün onun 25800 manat pensiya kapitalının olması tələb olunduğu halda, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19439,71 manat təşkil edir. Göründüyü kimi, iddiaçının əlilliyə görə ə mək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı olsa da, fərdi hesabın sığorta hissəsində tələb olunan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 sentyabr tarixli, 2-1(103)-1898/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 7 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının 35 il 9 ay əmək stajı mövcuddur. Qeyd olunan əmək stajı əmək kitabçası ilə təsdiq olunur. Qeyd olunan pensiya kapitalının yığılmamasına səbəb Bakı Yol Tikinti Servis" ASC tərəfindən müvafiq köçürmələrin həyata keçirilməməsidir. Hesab edilməlidir ki, işəgötürən müəssisənin qanunazidd hərəkəti və inzibati orqanın qanun pozuntusuna vaxtında reaksiya göstərməməsi iddiaçının pensiya almaq hüququnu heç bir halda məhdudlaşdırmamalıdır. Müvafiq inzibati orqan işəgötürən tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət etmək baxımından işçiyə nisbətən kifayət qədər səlahiyyətə və inzibati resursa sahib olmuş, lakin bu barədə heç bir tədbir görməmiş və sonda cavabdeh işəgötürənin və özünün hərəkətsizliyini iddiaçının əlilliyə görə pensiya almaq hüququnun məhdudlaşdırılması əsası olaraq istifadə etmişdir. Məhkəmə qeyd olunan halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu da öz növbəsində qərarın kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunması üçün əsasdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia ərizə sinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (2020-ci il 7 fevral tarixdə qüvvədə olan redaksiyada): Maddə 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur... Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13.2. Əlilliyə görə əmək pensi yasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödən işi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır.
18. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbləri və işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçıya İİİ qrup əl illiyə görə əmək pensiyasının təyin edilməsi ümumilikdə 14 il 8 ay sığorta stajı və 26.400 manat məbləğində pensiya kapitalının olması tələb olunur.
23. Sığorta stajı ilə bağlı şərt ödənilsə də, pensiya kapitalı ilə bağlı şərt ödənilmir. Belə ki, işin materiallarına görə, iddiaçının pensiya kapitalının məbləği 19439,71 manat təşkil edir. Belə olan halda, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması istisna edilir.
24. Şikayətin əsas dəlili ondan ibarətdir ki, tələb olunan pensiya kapitalının yığılmamasına səbəb “Bakı Yol Tikinti Servis" ASC tərəfindən müvafiq köçürmələrin həyata keçirilməməsidir. Hesab edilməlidir ki, işəgötürən müəssisənin qanunazidd hərəkəti və inzibati orqanın qanun pozuntusuna vaxtında reaksiya verməməsi iddiaçının pensiya almaq hüququnu heç bir halda məh dudlaşdırmamalıdır.
25. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, hazırkı məzmunda (məcburetmə haqqında) iddia irəli sürən iddiaçının “Bakı Yol Tikinti Servis" ASC-də iş dövrü üzrə gəlirlərini, həmin gəlirlərə hesablanmış sosial sığorta haqqının məbləğini, bu məbləğin məhz cavabdehin təqsirindən onun fərdi hesabına daxil edilmədiyini təsdiq edən hər hansı sübut işdə yoxdur (İPM-in 14.3-cü maddəsi).
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 sentyabr tarixli, 2-1(103)-1898/2021 nömrəli qərarı dəyişdirilmədən s