Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-140/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə ti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu “Şəfəq” Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 19 saylı protokolu əsasında iddiaçıya verilmiş Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-243/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayonu yerli “Şəfəq” Aqrar İslahat Komissiyasının x x.xx.1999-cu il tarixli, 19 nömrəli protokol qərarına əsasən iddiaçıya Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən qeyri-yaşayış binası ayrılmışdır.
2. İddiaçı 21 sentyabr 2020-ci il tarixdə qeyd olunan qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki paportun hazırlanması ilə bağlı cavabdehə müraciət etmişdir.
3. Cavabdehin 22 oktyabr 2020-ci il tarixli, **********47 nömrəli məktubu ilə həmin qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərdə tikilinin ümumi sahəsi barədə məlumatın olmaması əsası ilə müraciətin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 14 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsin ə müraciət edərək, Quba rayonu “Şəfəq” Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 19 saylı protokolu əsasında ona verilmiş Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aqrar islahat aparılan zaman X1 Komissiyasının 17 yanvar 1998-ci il tarixli, 19/AK-İ saylı əmlakdan pay haqqının verilməsi barədə iclas protokoluna uyğun olaraq, Quba rayonu “Şəfəq” Südlük-Maldarlıq üzrə X2 Təsərrüfatı müəssisəsi yerli Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-ci il tarixli qərarı ilə həmin komissiyaya ünvanladığı ərizəyə əsasən, 1992 -ci ildən qərar qəbul edilən tarixədək onun istifadəsində olmuş Quba rayonu Hacıhüseynli kəndində yerləşən, 1950-ci ildə tikilmiş “köhnə klub” binası və ona bitişik 1972-ci ildə tikilmiş “mağaza, yaşayış binası” əmlak payı hesabına özəlləşdirilərək ona verilmişdir. Əmlakın haqqı onun tam tərəfindən ödənilmiş və 30 dekabr 1999-cu il tarixli, 13 saylı təhvil-təslim aktı tərtib edilmişdir. Həmin binadan hal-hazıradək istifadə edir. Qeyd olunan qeyri-yaşayış binasının sahəsi Quba rayonu “Şəfəq” Südlük-Maldarlıq üzrə X2 Təsərrüfatı müəssisəsi yerli Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-ci il tarixli qərar-protokolunda qeyd olunmasa da, faktiki sahəsi 0.08 ha-dır və bu ölçüdə ona təhvil verilmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir.
6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu nun dəlilləri ilə eyni məzmunlu yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-955/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərardadına əsasən, mübahisə predmeti olan sahə ilə bağlı məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4239 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin ümumi sahəsi 146.81 kv.m, həmin tikiliyə bitişik olan və faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunan tikilinin ümumi sahəsi isə 67.94 kv.m təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.İddiaçı) 2-1(118)-955/2021 nömrəli, 7 de kabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Quba rayonu yerli “Şəfəq” Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 19 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması vəzifəsi cavabdehə həvalə olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydalarının 4-cü bəndinə əsasən, DƏDRX-in müvafiq şöbəsi tərəfindən daşınmaz əmlakla bağlı inventarlaş ma işlərinin aparılması öhdəliyi DƏDRX-in üzərinə düşür. Belə ki, daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Lakin Qaydaların tələblərini icra etmək əvəzinə cavabdeh orqan formal tələblər irəli sürərək iddiaçının müraciətini yerinə yetirməkdən imtina etmişdir.
11. Beləliklə, məhkəmə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydalarının müvafiq bəndlərinə, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4239 nömrəli ekspert rəyinə istinad edərək hesab etmişdir ki, hazırkı mübahisə üzrə cavabdehin qeyri-yaşayış binasının qeydiyyatının aparılmasından imtinası əsassız və yolverilməzdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 2-1 (105)243/2022 nömrəli, 6 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə işin halları, imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş yazılı etirazın dəlilləri ilə uyğunluq təşkil edir. Kassator əlavə olaraq qeyd etmişdir ki, məhkəmələr tərəfindən “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.5 və 9.1.3-cü maddələrinin tələbləri nəzərə alınmadan qərar qəbul edilmişdir. Belə ki, yerli aqrar islahat komissiyasının protokolu Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçı əmlakdan faktiki istifadə ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (kommunal xidmətlərdən istifadəyə, kommunal xidmətlərin dəyərinin ödənilməsinə dair və s.). b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranma sı barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... 19. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası X1 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Maddə
8. Yerli aqrar is lahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunveri ciliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əs aslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona g örə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassatorun tə krarlanan dəlilləri (hüquq müəyyənedici sənədlərdə əmlakın sahəsinin göstərilməməsi; yerli aqrar islahat komissiyasının protokolunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilməməsi) ilə bağlı aşağıdakıları qeyd edir.
27. Hazırkı iş üzrə iddiaçının tələbi Quba rayonu “Şəfəq” Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 19 saylı protokolu əsasında ona verilmiş Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının tələbinin icrasından imtinasının əsası kimi qeyriyaşayış binasının sahəsinin hüquq müəyyənedici sənədlərdə öz əksini tapmamasına istinad edir.
28. İnziba ti Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Formalaşmış məhkəmə praktikasında sözügedən maddə (sübutetmə yükü ilə bağlı) öhdəliyin icrasına dair iddialara münasibətdə də tətbiq olunur.
29. Hazırkı işdə iddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədləri təqdim etmişdir (Quba rayonu “Şəfəq” SüdlükMaldarlıq üzrə X2 Təsərrüfatı müəssis əsi yerli Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-ci il tarixli protokol qərarı və 30 dekabr 1999-cu il tarixli, 13 saylı təhvil-təslim aktı), Cavabdeh sözügedən hüquqmüəyyənedici sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmadığını bidlirsə də, məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, Qanunun 8.0.5-ci maddəsində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi müəyyən edilmişdir. Cavabdeh həmin müddəada “akt” qeyd edildiyini, “protokol” qeyd edilmədiyini bildirsə də, qeyd olunmalıdır ki, hə min müddəadakı “akt” məfhumu dar mənada şərh edilməməlidir. Həmin anlayış müvafiq icra hakimiyyəti orqanları tərəfindən (səlahiyyətləri çərçivəsində) verilmiş hüquqmüəyyənedici sənədləri əhatə edir. Hazırkı iş üzrə də, cavabdeh, X2 Təsərrüfatı müəssisəsi yerli Aqrar İslahat Komissiyasının sözügedən qeyri-yaşayış sahəsini iddiaçıya verməkdə səlahiyyətli olmamasını mübahisələndirməmişdir (hətta imtina məktubunda “hüquq müəyyənedici” sənədlər ifadəsindən istifadə etməklə, həmin sənədlərdə sahənin qeyd olunmadığına istinad etmişdir).
30. Beləliklə, iddiaçı İPM-nin 14.3-cü maddəsinə əsasən, sübutetmə ilə əlaqədar vəzifəsini icra etmiş və cavabdehə müraciət edərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasa istinadən qeyri-yaşayış sahəsi üzərində hüq uqlarının qeydə alınmasını tələb etmişdir.
31. Odur ki, hazırkı halda iddiaçının tələbinin icrasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübutetmə yükü cavabdehin üzərindədir. Cavabdeh yuxarıda qeyd edildiyi kimi, hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış sahəsinin ölçülərinin əks olunmamasına istinad etsə də, qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən, bu hal imtina üçün əsas deyildir.
32. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydalarının 4-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyya tı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
33. Göründüyü kimi, qeyd olunan Qaydaların tələbləri baxımından DƏDRX-in müvafiq şöbəsi tərəfindən daşınmaz əmlakla bağlı inventarlaşma işlərinin aparılması öhdəl iyi DƏDRX-in üzərinə düşür. Belə ki, daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Lakin Qaydaların tələblərini icra etmək əvəzinə cavabdeh təşkilat formal tələblər irəli sürərək iddiaçının müraciətini yerinə yetirməkdən imtina edir. Cavabdeh təşkilatın yerinə yetirməli texniki inventarlaşma işləri əvəzinə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək mövcud tikilinin sahəsi müəyyən edilmişdir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin x x.xx.2021-ci il tarixli, 10/4239 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin ümumi sahəsi 146.81 kv.m., həmin tikiliyə bitişik olan və faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunan tikilinin ümumi sahəsi isə 67.94 kv.m. təşkil edir).
34. Beləliklə, iddiaçının müraciətinin icrasından cavabdehin imtinası formal xarakter daşımaqla qanunauyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-243/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.