Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-140/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: səyyar vergi yoxlamasının nəticələrinə əsasən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilmə si” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-173/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********140921 nömrəli ak ta əsasən cavabdeh inzibati orqanın vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı ilə iddiaçı barəsində 2015-2017-ci illər üzrə mənfəət vergisinin ümumilikdə 32811,08 manat azaldılmasına, 1187,02 manat artıq hesablanmasına görə 31624,06 manat əlavə vergi hesablanaraq 16405,54 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2014-2017-ci illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 801522,82 manat azaldılmasına, 680533,55 manat artıq hesablanmasına görə 120989,27 manat əlavə vergi hesablanaraq 400761,41 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan verginin ümumilikdə 112413,62 manat azaldılmasına görə 112413,62 manat əlavə vergi hesablanaraq 56206, 81 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2018-ci il üzrə əmlak vergisinin 376,25 manat azaldılmasına görə 376,25 manat əlavə vergi hesablanaraq 188,13 manat maliyyə sanksiyası tətbiq edilmiş; həmçinin 2014-2019cu illər üzrə vergi hesabatının və ya arayışın vaxtında təqdim edilməməsinə görə ümumilikdə 960 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (VÖEN: **** ******) aidiyyəti vergi orqanında xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, əlavə dəyər vergisinin ödəyicisi kimi faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. Fəaliyyəti dövründə İddiaçındə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sonuncu mübahisələndirilən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması avqust 2014 – sentyabr 2019-cu il üzrə dövrü əhatə etmişdir. Yoxlama aparılan müddətdə iddiaçı tərəfindən yoxlamanın şəffaf aparılması məqsədi ilə lazım olan bütün mühasibat sənədləri, müəssisənin gəlir və xərclərini, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilələr, raz ılaşma protokolları, təhvil-təslim aktları təqdim edilmişdir. Mühasibat sənədləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmışdır. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar yoxlama gününədək müəssisə tərəfindən vergi orqanına təqdim edilmişdir. Yoxlama nəticəsində xx.xx.2020-ci il tarixdə **********140921 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin akt əsasında da iddiaçı barəsində xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2015-ci il üçün 32811,08 manat mənfəət vergisi, 2014-cü il üçün 742908,30 manat, 2015-ci il üçün 149149,94 manat, 2017-ci il üçün 990 manat ƏDV, 2018-ci il üçün 376,25 manat əmlak vergisi, 2014-cü il üçün 99597,24 manat, 2015-ci il üçün 12816,38 manat ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 1038649,19 manat və 520284,6 manat maliyyə sanksiyası hesablanmışdır. Müəssisənin mühasibat sənədləri vergi qanunvericiliyinə müvafiq olaraq araşdırılıb nəzərdən keçirilsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görünər. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyriobyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə ve rgilərin azaldılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçınə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl edilmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa, qeyd etmək zəruridir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Azərbaycan Respublikası Ve rgi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Əlavə dəyər vergisi hissəsində yoxlama tərəfindən qərəzli olaraq 2013-2014-cü illər ərzində müəssisə tərəfındən aparılmış əvəzləşdirmələrin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 170-ci, 175-ci maddələrinə istinad edilməklə düzgün aparılmadığı göstərilmişdir. Faktiki olaraq yoxlama tərəfındən yeddi il əvvəlki bir dövrə ƏDV-nin düzgün hesablanmadığı, düzgün əvəzləşdirilmədiyi göstərilmişdir. Halbuki əvvəlki yoxlama zamanı və istintaq dövründə 2013-2014-ci illər üzrə ƏDV hissəsində hər hansı qanunsuz hallar aşkarlanmamışdır. Yoxlama dövründə dəvət edilmiş "xxxx" MMC Konsaltinq və qiymətləndirmə şirkətinin mütəxəssisi tərəfındən verilən rəydə isə müəssisədə görülmüş təmir-tikinti işlərinin əmək tutumunun müəyyən edilməsində hansı normativlərə və metodikaya istinad edilməsi göstərilməmiş, vergi və mühasibat qanunvericiliyinə uyğun olmayan bir qaydada müəssisəyə əmək tutumu hesablanmışdır. Nəticədə də İddiaçınə əsassız olaraq ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Vergilər isə ehtimallar əsasında hesablana bilməz. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığ ından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - VHF-ları üzrə ƏDV məbləğləri, ümumilikdə 61381,48 manat ƏDV məbləği əvəzləşdirilmişdir. İddiaçı tərəfindən 2014-cü ilin avqust ayına qədər "xxxx" ASC üçün 4012976,22 (ƏDV-siz) manat dəyərində təmir tikinti işləri yerinə yetirilmiş və işlərin yerinə yetirilməsi haqqında icra aktı (Forma-2) həmin ilin avqust ayında tərtib olunmuşdur. Görülmüş işlərə görə sifarişçi tərəfindən xx.xx.2014-cü il tarixdə 508474,58 manat (ƏDV-siz) avans məbləği ödənilmişdir. Daxil olmuş avans məbləği 2014-cü ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əks etdirilmişdir. Baş İdarənin aparılmış qarşılı qlı əməliyyatlara dair sənədlərin alınması haqında xx.xx.2020-ci il tarixli, **********62700 nömrəli müraciətinə xx.xx.2020-ci il tarixli, **********366900 nömrəli məktubla cavab verilmişdir. Alınmış məlumatlara əsasən daxil olmuş avans məbləğinin avqust-2014-cü ildə tərtib olunmuş icra aktına aid olduğu müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq səyyar vergi yoxlaması aktında daxil olmuş avans məbləğinə hesablanmış 91525,42 manat ƏDV məbləği 2014-cü ilin avqust ayı üzrə ƏDV bəyannaməsində azaldılmaqla, nəticədə həmin ay üzrə büdcəyə hesablanan ƏDV məbləği 631578,45 manat müəyyən olunmuşdur. Nəticədə 801522,82 manat ƏDV-nin azaldılması, 680533,55 manat ƏDV-nin artıq hesablanılması müəyyən olunmuşdur. Ümumilikdə 120989,27 (801522,82-680533,55) manat ƏDV azaldılmışdır - Vergi ödəyici si tərəfindən 2014-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir və xərclər düzgün müəyyən olunmadığından kameral vergi yoxlaması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər xx.xx.2001-ci il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məsələsinin 83.9cu maddəsinə əsasən müəssisənin gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanılmışdır. Yoxlama ilə ümumilikdə mənfəət vergisinin 31624.06 (32811,08-1187,02) manat azaldılması müəyyən olunmuşdur. - Yoxlama ilə 2018-ci ildə əmlak vergisinin 376.25 manat azaldılması aşkar olunmuşdur. Yoxlama ilə 112413,62 manat (802954,44 x14%=112413,64) ödəmə mənbəyində tutulan verginin yayındı rılması müəyyən olunmuşdur. Nəticədə yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 947123,77 manat azaldılması müəyyən olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-78/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçıda aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı qismən, yəni “mənfəət vergisi üzrə 31624,06 manat və bu məbləğə tətbiq edilmiş 15812,03 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 376,25 manat və bu məbləğə tətbiq edilmiş 188,12 manat maliyyə sanksiyası”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə t əqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş 960,0 manat məbləğində maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: - ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə “Alfa” LTD” MMC tərəfindən aparılmış əməliyyatlara görə 32000,31 manat (Mənfəət vergisi üzrə-31624,06 manat; Əmlak vergisi üzrə-376,25 manat.) məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan bütün müqavilələr, məlumat və sənədlər ciddi hesabat blankları olmaqla mühasibat və vergi uçotu tələblərinə cavab verir. Beləliklə, cavabdehin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmas ına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı əlverişsiz inzibati akt olmaqla qismən qanunazidd sayılmalıdır; - cavabdehin xx.xx.2020-ci il tarixli, **********614921 nömrəli aktı və xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı “ödəmə mənbəyində tutulan vergi” hissəsində tutarlı sübutlarla əsaslandırmamışdır. Belə ki, vergi orqanının bu mövqeyi mülahizəyə əsaslanır və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri bu hal üzrə tam sübuta yetirilmiş sayıla bilməz. Nəzərə alınmalıdır ki, vergi orqanları operativ vergi nəzarətini həyata keçirən orqan kimi əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin işə cəlb edilməsi hallarının aşkar etmək və bununla bağlı müvafiq tədbir görmək (mali yyə sanksiyası tətbiq etmək) hüququna malikdir və hazırkı iddiaçının fəaliyyəti ilə bağlı belə halların aşkar olunması işdə öz təsdiqini tapmır; - Vergi Məcəlləsinin müddəalarında səyyar vergi yoxlaması zamanı həm mütəxəssisin dəvət olunması, həm də ekspertizanın təyin edilməsi nəzərdə tutulsa da, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu inzibati icraat çərçivəsində inzibati aktın (o cümlədən əlverişsiz inzibati aktın) qəbulu zamanı mütəxəssis rəyini yox, ekspert və (və ya) mütəxəssislərin cəlb edilməsi şərtilə təyin edilmiş ekspertizanın nəticələri üzrə rəyi sübut kimi müəyyən edir. Lakin cavabdeh inzibati orqan qeyd olunanları nəzərə almamış və mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulunda ekspertiza təyin edilmədən, yalnız mütəxəssis rəyinin alınmasının yetərli olmasını əsaslandırmamışdır; - Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 6 iyun 2022-ci il tarixli, 9/6671 nömrəli ekspert rəyində vergi orqanının mübahisələndirilən qərarına əsasən müəyyən edilmiş 112413,62 manat ödəmə mənbəyində tutulan verginin yayındırılması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərar “ödəmə mənbəyində tutulan vergi” hissəsində qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının xx.xx.2023-cü il tarixli, 2-1(106)-173/2023 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuş, müvafiq aylar üzrə təqdim etdiyi ƏDV bəyannamələrində dövriyyəsini bəyan etmiş, həmçinin səyyar vergi yoxlaması zamanı cavabdeh inzibati orqana görülmüş təmir-tikinti işlərinə dair icra aktlarını (Forma-2) və işlərin təhvil-qəbul aktlarını (Forma-3) təqdim etmişdir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən azaldıldığını müəyyən etdiyi 2014-2017-ci illər üzrə əlavə dəyər vergisi, 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərini hansı qaydada hesabladığını əsaslandıra bilmir. Cavabdeh inzibati orqanın səyyar vergi yoxlaması nəticəsində iddiaçıya hesabladığı əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi məbləğləri mənbəyi məlum olan məlumatlara deyil, faktiki cəhətdən əsaslandırılmayan formal mülahizələrə söykənir. İddiaçı tərəfindən səyyar vergi yoxlaması zamanı cavabdeh inzibati orqana təqdim edilmiş yuxarıda qeyd edilən sənədlər əsasında iş üzrə təyin edilmiş məhkəmə ekspertizası həyata keçirilmiş, iddiaçının yoxlanılan dövr üzrə cavabdeh inzibati orqanın hesabladığı qaydada mənfəət və əmlak vergi borcları müəyyən edildiyi halda, əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi borcları müəyyən edilməmişdir. Cavabdeh inzibati orqa n ekspert rəyinə etiraz etdiyini bildirsə də, etirazını, o cümlədən əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi ilə əlaqədar iddia etdiyi ekspert tərəfindən düzgün hesablamanın aparılmamasının nədə ifadə olunduğunu əsaslandıra bilməmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan məhkəməyə iddiaçının yoxlanılan dövr üzrə əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi borclarının olduğunu təsdiq edən hər hansı mötəbər sübut da təqdim etməmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmiş dir ki, yuxarıda həm ƏDV, üzrə həm də ödəmə mənbəyində tutulan verginin hesablanma əsasları üzrə aydın və müəyyən şəkildə qeydlər öz əskini tapmışdır. Qeyd olunan əsaslandırmaların həm hüquq tərəfi, həm də faktiki tərəfi səyyar vergi yoxlaması aktında və məsuliyyət qərarında əks olunmuşdur. ƏDV-nin hesablanmasının hüquqi əsaslarını Vergi Məcəlləsinin 161, 166 və 175-ci maddələri təşkil edir ki, həmin normaların da tətbiqi üzrə işin faktiki halları geniş şəkildə və tarixlər əks olunmaqla yuxarıda qeyd edilmişdir. Həmçinin də ÖMV üzrə hesablamaların əsasları(Vergi Məcəlləsinin 150.1.7-ci maddəsi) və hesablama zamanı əsas tutulan mənbəyi bəlli olan məlumatlar (mütəxəssis rəyi) həm səyyar vergi yoxlaması aktında, həm də məsuliyyət qərarında qeyd edilmişdir.
13. Ekspert rəyinin iş üçün əhəmiyyə t kəsb edən halların müəyyənləşdirilməsi baxımından çox vacib və zəruri sənədlərdən biri olmasını nəzərə alsaq, ekspert tərtib etdiyi rəydə tədqiq etdiyi obyektlər barədə ətraflı məlumat verməli və rəyini ciddi əsaslandırmalıdır. Ekspert rəyində ümumi cümlələrdən istifadə edərək qeyrimüəyyənlik yaratmaq və tərəfin öz pozulmuş hüquqlarının müdafiəsini çətinləşdirmək yolverilməz və qəbuledilməzdir. Ekspertiza haqqında qanunvericilik birmənalı şəkildə tələb edir ki, ekspertiza rəyi əsaslandırılmalıdır. Yəni, qeyri-müəyyənlik, qeyr-konkretlik və anlaşılmazlıq yolverilməzdir. Yoxlama zamanı dəvət olunmuş mütəxəssis tərəfindən təqdim olunmuş rəydə rüblər üzrə əmək tutumu və hesablanmış, 112.413,62 manat (802.954,44×14%=112.413,64) ödəmə mənbəyində tutulan verginin yayındırılması müəyyən olunmuşd ur. Belə ki, ekspert tərəfindən rəydə bildirildiyi kimi müəssisə tərəfindən VÖEN təqdim etməyən fıziki şəxslərə göstərdiyi xidmətə (işlərə) görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumatın iş materiallarında mövcud olmaması əsas verir ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən yoxlama zamanı dəvət olunmuş mütəxəssis tərəfindən təqdim olunmuş rəy əsasında hesablanmışdır.
14. Ekspert əlavə dəyər vergisi üzrə tədqiqat apararkən ƏDV-nin hesablanmasında qeyd etdiyi müqayisə metodu yalnız vergi ödəyicisinin bəyannamə üzrə göstəricilərini əsas götürərək heç bir müqayisə metoduna istinad etmədən tədqiqat apararaq vergi ödəyicisinə büdcədən ödənilməli ƏDV-nin müəyyən edilməsi anlaşılan deyildir. Ekspert rəyinin bir daha anlaşılan olmaması və ümumilikdə iş materia lları üzrə tam tədqiqat aparmaması və səthi yanaşması onunla müəyyən olunur ki, ekspert qeyd olunan əməliyyatların səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə qüvvədə olan Vergi Məcəlləsi ilə deyil, mövcud redaksiya üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinə istinad edərək yanlış tədqiqat aparmışdır. Əsaslandırma tələb və təminatına riayət edilməməsi qəbul olunmuş məhkəmə aktına şübhələri artırmaqla, birmənalı şəkildə ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olur. Qeyd olunanlar isə nəticə etibarı ilə qəbul edilmiş məhkəmə aktının ləğvi üçün ciddi əsaslar yaradır. Məhkəmənin mötəbər hesab etdiyi, lakin əsaslandırmasını həyata keçirmədiyi ekspert rəyləri demək olar ki, qəbul olunmuş məhkəmə aktının tam əsasını təşkil etmişdir. Məhkəmənin mötəbər hesab etdiyi, lakin heç bir şəkildə qi ymətləndirmədiyi ekspert rəyinə tərəfimizdən əsaslandırılmış etiraz təqdim edilmiş, lakin məhkəmə tərəfindən etirazda göstərilmiş dəlillər üzrə qiymətləndirmə və münasibət olmamışdır. Bu isə məhkəmə prosesi zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət olunmasını istisna edir b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassa siya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar q əbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda ist inad olunan normalarına görə apellyasiya məhkəməsi vergi orqanının qərarının ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikinti si ilə məşğul olmuş, müvafiq aylar üzrə təqdim etdiyi ƏDV bəyannamələrində dövriyyəsini bəyan etmiş, həmçinin səyyar vergi yoxlaması zamanı cavabdeh inzibati orqana görülmüş təmir-tikinti işlərinə dair icra aktlarını (Forma-2) və işlərin təhvil-qəbul aktlarını (Forma-3) təqdim etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən azaldıldığını müəyyən etdiyi 2014-2017-ci illər üzrə əlavə dəyər vergisi, 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi məbləğlərini hansı qaydada hesabladığını əsaslandırmamışdır. İddiaçı tərəfindən səyyar vergi yoxlaması zamanı cavabdeh inzibati orqana təqdim edilmiş sənədlər əsasında iş üzrə məhkəmə ekspertizası keçirilmiş, iddiaçının yoxlanılan dövr üzrə cavabdeh inzibati orqanın hesabladığı qaydada mənfəət və əmlak vergi borcları müəyyən edildiyi halda, əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi borcları müəyyən edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin həmin qənaətinin əsaslarını şübhə altına alan, eyni ilə iddiaçının yoxlanılan dövr üzrə əlavə dəyər vergisi və ödəmə mənbəyində tutulan vergi borclarının olduğunu təsdiq edən, buradan, apellyasiya instansiyası məhkəməsinin qərarının həmin səbəblərlə ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti tə min edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-173/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.