Məhkəmə qərarları › İş №2-1(102)-1400/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1400/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1400/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçılar Rəşad Abbas oğlu Salamovun və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamların ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar Rəşad Abbas oğlu Salamov və İddiaçı2 Cavabdehnə qarşı sərəncamların ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-197/2021 nömrəli iş üzrə 07.05.2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar Rəşad Abbas oğlu Salamov və İddiaçı2 Cavabdehnə qarşı Mərkəzi Bankından vurulduğu ziyana görə 52000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Daha sonra iddiaçılar tələblərini dəqiqləşdirərək, Cavabdeh 1)“Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X1 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının və 2) həmin ərazidə çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair 19 oktyabr 2017-ci il tarixli 102 saylı sərəncamın ləğv edilmə si barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, X17 İslahat Komissiyasının 26 iyun 1996-cı il tarixli 7 saylı protokoluna əsasən Ağdərə kolxozunun “Uzundərə” qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə Salamov Abbas Ağahüseyn oğluna satılmışdır və 01 iyul 1996-cı il tarixli X17 İslahat Komissiyasının 9 saylı protokoluna əsasən Salamov Abbas Ağahüseyn oğlunun satın aldığı yatağın ətrafından 2500 hektar torpaq sahəsi onun icarəsinə verilmişdir. Salamov Abbas iddiaçılardan İddiaçı1 atası, digər iddiaçının isə həyat yoldaşıdır. X15 Ağahüseyn oğlu 1996-cı ildən fasiləsiz olaraq həmin ərazidə xırda buynuzlu heyvanların saxlanması üçün örüş sahəsi kimi istifadə etdiyi halda, nə cavabdeh təşkilat tərəfindən, nə də üç üncü şəxs qismində cəlb edilmiş şəxslər tərəfindən bu ərazinin Salamov Abbas Ağahüseyn oğlu tərəfindən “zəbt olunduğu” ona bildirilməmişdir. “Uzundərə” qış otlaq fondu 2000-ci ilədək Xızı rayonunun inzibati ərazisində yerləşmiş və Salamov Abbas Ağahüseyn oğlunun istifadəsinə verilmişdir. AR Nazirlər Kabinetinin qərarı əsasında Qobutan rayonunun inzibati ərazisi yaradılarklən “Uzundərə” qış otlaq fondu 2000-ci ildə Qobustan rayonuna verilmiş, ərazi kimi Qobustan rayonuna verilsə də, onlar tərəfindən həmin sahədə iri və xırda buynuzlu heyvanlar saxlanılmaqdadır. X2 tərəfindən Qobustan rayon məhkəməsində iddia qaldırıldıqdan sonra onlara məlum olmuşdur ki, X15 Ağahüseyn oğlunun istifadəsində olan torpaq sahəsi Cavabdeh Başçısının müvafiq sərəncamları ilə həmin torpaq sahəsi 3 fiziki və 1 hüqu qi şəxsin istifadəsinə verilməklə bölüşdürülmüşdür. Bunun qanunsuz olduğunu bilə-bilə Cavabdeh torpaq sahəsini Salamov Abbas Ağahüseyn oğluna təklif etməli olduğu halda onun xəbəri olmadan və ona təklif edilmədən birbaşa başqa şəxslərə təklif olunmuş və onların icarəsinə verilmişdir. Belə ki, 1996-cı ildən həmin torpaq sahəsi istifadəsində olduğuna görə və onun üstündə yerləşən tövlələr Salamov Abbas Ağahüseyn oğluna satıldığına görə Qobustan rayon İca Hakimiyyəti Başçısı toprağın icarəyə verilməsini həmin ərazidə tövlələri və çoban evlərini satın almış Salamov Abbas Ağahüseyn oğluna təklif etməli idi. Lakin onun həmin torpaq sahələrinə icarəyə verilmədə üstünlük hüququnun olmasına baxmayaraq Cavabdeh bu hüquqları pozmuş, qanunsuz olaraq torpaqları başqa şəxslərin istifadəsinə vermişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Sumqayıt İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(118)14/2020 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X1 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı, Salamov Abbas Ağahüseyn oğlunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 700.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 16, 46, 55, 56, 66, 68-ci ma ddələrinəistinadən belə hesab etmişdir ki, sözügedən əmlakın yerləşdiyi 0,1407 ha torpaq sahəsi üzərindəki tələbləri əsaslıdır.

6. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(118)-14/2020 nömrəli qərarının tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 07.05.2021-ci il tarixli, 2-1(105)-197/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.10.2020- ci il tarixli, 2-1(118)-14/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-nin 35, 78-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, A.Salamovun qanun üzrə vərəsələri olaraq hazırkı işdə iddiaçıların həmin sərəncamın ləğvinə dair iddianı qaldırmağa hüquqları yoxdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. İddiaçıların kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci ii tarixli qərarından iddiaçının Salamov Abbas Ağahüseyn oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya instansiyasında baxılarkən iddiaçının v əfat etməsi və özünün miras əmlak barəsində onun qanun üzrə vərəsəsi olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanlarına müraciət etməməsi və buna görə hüquqi varisi kimi tanınmaması səbəbindən apelyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Yəni apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən İcraata xitam verilərkən həmin iddia tələbi üzrə iddiaçılar hüquqi varis kimi tanınmamışdılar. İşdə olan materiallardan da göründüyü kimi 22 noyabr 2017-ci il tarixində vəfat etmiş Salamov Abbas Ağahüseyn oğlunun vərəsələri İddiaçı2 və İddiaçı1 tərəfindən 27 mart 2018ci il tarixində mirasın qəbulu barədə ərizələrlə Bakı 1 saylı ASAN Xidmət Mərkəzində ƏN-nin Notariat Kontoruna müraciət edilmiş, AR-da Notariat Hərəkətlərinin Aparılması qaydaları haqqında Təli mata əsasən həmin ərizələr Vərəsəlik işlərinin uçot kitabında qeydiyyatdan keçmiş və bununla bağlı “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminə müvafiq məlumat daxil edilmişdir.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli qərarından o zaman iddiaçı olan Salamov Abbas Ağahüseyn oğlu tərəfindən müvafiq qaydada apelyasiya şikayəti verildiyi üçün o zaman həmin qərar hələ qanun qüvvəyə minməmişdi. Bu qərardadda qeyd edilənlərə və məhkəməni yanaşmasına nəzər salası olsaq belə anlaşılmaqdadır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-17/2018 saylı 12 mart 2018-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti üzrə İcraata xitam verilmişdir, yəni Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017ci il tarixli qərarı 12 mart 2018-ci il tarixli qərardadda n şikayət vermək müddəti bitdikdən sonra qüvvəyə minmişdir. Cavabdeh isə həmin sərəncama düzəlişi hələ məhkəmə qərarı qanuni qüvvəyə minməmişdən 8 ay əvvəl icra etmiş və 23.11.2012-ci il tarixli 199 saylı sərəncama düzəliş etmişdir.

11. Bunları nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi cavabdehi 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğvi hissəsində eyni predmet üzrə tələbə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olması və həmin sərəncamın qanuniliyinə məhkəmə qərarı ilə hüquqi qiymət verilməsi səbəbindən bu tələbə mahiyyəti üzrə baxıla bilinməyəcəyini, bu səbəbdən bu hissədə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Bildirmək istəyirik: ki, yuxarıda da qeyd etdiyi kimi tələblərin və işdə iştirak edən şəxslərin fərqli olması səbəbindən predmet eyni predmet ki mi tövsif edilə bilməzdi və bu hal iddia tələbinin mümkünsüz sayılması üçün əsas təşkil etməməliydi.

12. İddiaçı məhkəmə qərarı ilə də, müəyyən edildiyi kimi 1996-cı ildən qış yatağını balans qiyməti ilə satın almış və bunun əsasında da iddiaçıya boş, istifadəsiz örüş sahəsindən 2.517 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin Qobustan rayonunun inzibati ərazisinə daxil edildiyini bilməmişdir. Belə ki, bu məsələ ilə bağlı 2015-ci ilin oktyabr ayının əvvəllərində xəbər tutulmuş, dərhal məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edilmiş, cavabdeh təşkilatın qeyd edilən torpaq sahəsinin AR Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı qərarı əsasında müvafiq qaydada 3 fiziki və 1 hüquqi şəxsə icarəyə verildiyi bildirilmişdir. Daha sonradan 3-cü şəxs qismində cəl b edilmiş X3 cavabdehlər Salamov Abbas Ağahüseyn oğluna, İddiaçı1 Abbas oğluna və X10 qarşı “özbaşına tutduqları torpaq sahəsindən çıxarılmaları və 10.000 (on min) manat dəymiş maddi ziyan tələbinə dair’’ Qobustan rayonu məhkəməsinə müraciət etmişdir. Qeyd etmək istəyir ki, X3 tərəfindən yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixə qədər istər X3, istər X14, istər X8, istərsə də X6 tərəfindən qeyd edilən torpaq sahəsi hər birinə uyğun verilən sərəncamda qeyd edilən təyinata uyğun istifadə edilməməkdə idi. Ancaq istər üçüncü şəxslər, istərsə də Cavabdeh tərəfindən də bilinməkdə idi ki, həmin mübahisəli iorpaq sahəsinin ərazisi 1996-cı ildən Salamov Abbas Ağahüseyn oğlu tərəfindən fasiləsiz olaraq istifadə edilməkdədir.

13. İkinci cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hesab edirik ki, apelyasiya instansiyası məhkəməsi 02 may 2017-ci il tarixli Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minməsini Salamov Abbas Ağahüseyn oğlunun hüquqi vərəsələri qismində İddiaçı1 və İddiaçı2 iddia ilə mə hkəməyə yenidən müraciət etmək ixtiyarının olmamasının səbəbi kimi qeyd etmişdir. Yəni qərar qanuni qüvvəyə minibsə, iddiaçılara münasibətdə hüquqi ixtiyar yoxdur.

14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(105)-197/2021 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən mahiyyəti üzrə araşdırma aparılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

16. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxış ı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 30 iyun 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

20. Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

22. Ali Məhkəmənin İnzibati Kolle giyası hesab edir ki, iddiaçıların kasasiya şikayətindəki dəlilləri əsaslıdır.

23. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıların iddiasının mümkün sayılmaması nəticəsinə gələrkən iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qərardadın “əsaslandırıcı hissəsində göstərmişdir ki, “Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, hazırkı işdə İddiaçı2 həyat yoldaşı və digər iddiaçının atası olan X15 Ağahüseyn oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Cavabdeh Başçısının “Uzundərə'’ dövlət qış otlaq fondundan Bakı şəhər sakini X1 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli tarixli 199 saylı sərəncamın; X12 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında 01 may 2014-cü il tarixli 068 saylı sərəncamın, X5 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 24 sentyabr 2002- ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 156 saylı sərəncamın; X4 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 26 aprel 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 155 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli, 2-1(85)22/2017 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bak ı şəhər sakini X1 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı, Salamov Abbas Ağahüseyn oğlunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir”.

25. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir.

26. Apelyasiya şikayətinə baxılan ərəfədə iddiaçı vəfat etdiyindən, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-17/2018 saylı 12 mart 2018-ci il tarixli qərardadı ilə iş üzrə apelyasiya icraatına xitam verilmişdir.

27. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Kontoru tərəfindən 31 mart 2018-ci il tarixində veri lmiş 273 saylı arayışa əsasən, 22 noyabr 2017-ci il tarixində vəfat etmiş Salamov Abbas Ağahüseyn oğlunun vərəsələri İddiaçı2 və İddiaçı1 Abbas oğlu 27 mart 2018-ci il tarixində mirasın qəbulu barədə ərizələrlə Bakı 1 saylı ASAN Xidmət Mərkəzində ƏN-nin notariat kontoruna müraciət etmişlər. Azərbaycan Respublikasında Notariat Hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən həmin ərizələr Vərəsəlik İşlərinin uçot kitabında qeydiyyatdan keçmiş və bununla bağlı “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemində müvafiq məlumat daxil edilmişdir.

28. Eyni zamanda apelyasiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya icraatına xitam verildiyindən Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X1 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1 017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının Salamov Abbas Ağahüseyn oğlunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilməsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

29. Belə ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 14.07.2017-ci il tarixli 070 saylı sərəncamdan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı nəzərə alınaraq, rayon İcra Hakimiyyəti Başçısının 2 M nömrəli “Uzundərə” qışlağından X1 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında verilmiş 23. 11.2012-ci il tarixli 199 nömrəli sərəncam 0.1407 ha hissədə ləğv edilmiş, ümumilikdə 1016.8 ha torpaq sahəsi Ə.Abduləzizovun icarəsində saxlanılmışdır.

30. Daha sonra apelyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına, cavabdeh tərəfindən həmin qərar əsasında sərəncamın qismən ləğv edilməsinə baxmayaraq, iddiaçılar təkrarən eyni tələblə - “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X1 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər, birinci instansiya məhkəməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə a lmamış, iddianın mümkünlüyünə hüquqi qiymət vermədən təkrarən eyni predmet üzrə tələbə mahiyyəti üzrə baxmışdır.

31. Buna görə də apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “cavabdehin 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğvi hissəsində eyni predmet üzrə tələbə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, həmin sərəncamın qanuniliyinə məhkəmə qərarı ilə hüquqi qiymət verildiyindən, bu tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, iddia bu hissədə mümkün sayılmamalıdır”.

32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.

35. Lakin apelyasiya məhkəməsi İPM-nin 68.1, 68.2, 69.4-cü maddələrinin müddəalarına riay ət etməmişdir.

36. Belə ki, apelyasiya məhkəməsi hazırkı iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticəni belə əsaslandırmağa çalışmışdır ki, “Tərəflər iddianı mümkün hesab etsələr də belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

37. Belə ki, İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

38. Həmin Qərarın 8.4-cü bəndinə əsasən, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış e tmək imkanı vermir” (bu cümlə apelyasiya məhkəməsinin 07.05.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində eyni ilə göstərildiyi kimi yazılmışdır-qeyd Ali Məhkəmənindir).

39. Yəni, apelyasiya məhkəməsinin gəldiyi sözügedən qənaətin nəyə hansı prosessual hüquq normasına əsaslanması bəlli deyildir.

40. Bununla yanaşı qeyd edilməlidir ki, İPM-nin 78-ci maddəsinə müvafiq olaraq mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

41. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı işdə iddiaçı olan A Salamov və İddiaçı2 mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-222017 nömrəli inzibati işdə proses iştirakçıları və onların hüquqi varisləri olmamışdır, yəni həmin iş üzrə qəbul edilmiş qərar onlar üçün preyudisial xarakter daşıya bilməz.

42. Digər tərəfdən qeyd edilməlidir ki, İddiaçı1 Abbas oğlu 1187,8 kv. m. sözügedən əmlak kompleksinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı 19.03.2020-ci il tarixdə almışdır.

43. Yəni, İddiaçı1 həmin daşınmaz əmlakın yeni mülkiyyətçisidir.

44. Apelyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə hüququ yaranmamışdır, belə ki, onun mərhum atası Abbas Salamovla cavabdeh arasında icarə müqaviləsi bağlanmamışdır.

45. Lakin apelyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı işdə iddiaçı olan İddiaçı1 sözügedən əmlak kompleksinə öz adına 19.03.2020-ci il tarixdə yeni çıxarış almış, yəni onun bu tarixə qədər cavabde hə adı çəkilən torpaq sahəsinə müqaviləsi bağlana da bilməzdi.

46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 07.05.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 95-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçıların kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli, 2-1(105)-197/2021 nömrəli qərardadı ləğv edilsin. iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar