Məhkəmə qərarları › İş №2-1(102)-1400/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1400/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1400/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2013-cü il təvəllüdlü; şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE********) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən, ona münasibətdə ləğv o lunması, işə bərpası və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-178/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 15 fevral 2012-ci ildə Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsində Əmək birjası sektorunun müdiri kimi işə başlamış, 18 yanvar 2019-cu il tarixdən isə Bakı şəhəri Binəqədi rayon X1 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

2. Cavabdeh orqanın “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat c ədvəllərinə dəyişiklik edilməsi haqqında” 02 iyun 2020-ci il tarixli əmrinin icrası haqqında **********5 nömrəli,02 iyun 2020-ci il tarixli əmrindən çıxarışa əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar həmin tarixdən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 09 avqust 2021-ci il tarixli, 13/k nömrəli əmrinə əsasən ləğv edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmiş və ehtiyat kadrlar siyahısına daxil edilmiş iddiaçı 10 avqust 2021-ci ildən Ağdam rayon Statistika İdarəsində aparıcı mə sləhətçi vəzifəsinə təyin edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Ağdam rayon Statistika İdarəsinin 13 sentyabr 2021-ci il tarixli, 16/k əmrinə əsasən, iddiaçının dövlət qulluğuna öz xahişi ilə həmin tarixdən xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiаçı cаvаbdеhə qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, ona münasibətdə ləğv olunaraq dəyişdirilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı Ərazi X1 Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etm işdir.

6. İddiаçı tələbini оnunlа əsaslandırmışdır ki, məlum hadisələrlə əlaqədar olaraq Ağdamdan olan məcburi köçkündür. Ailə üzvləri – həyat yoldaşı, yetkinlik yaşına çatmayan oğlu, 2-ci qrup əlil və Qarabağ müharibəsi veteranı atası onun himayəsindədirlər. O, ali təhsillidir, 22 avqust 2000-ci ildən əmək fəaliyyətinə başlamış, 2012-ci ilədək müxtəlif təşkilatlarda işləmişdir. 01 yanvar 2009-cu ildən dövlət qulluqçusudur. İşlədiyi 20 il müddətində qüsursuz xidmət etmiş, fəxri fərmanla təltif olunmuş və barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, sonuncu iş yerində - Bakı şəhəri Məşğulluq İdarəsinin Binəqədi rayon Məşğulluq Mərkəzi üzrə YAP-ın ərazi təşkilatının sədridir. Cavabdeh tərəfindən barəsində verilmiş x x.xx.2020-ci il tarixli, **********5 saylı əmrin 3.27-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Vəzifədən azad olunması barədə əmr verilməsini 04 iyun 2020-ci il tarixdə iş gününün sonunda iş yoldaşlarından eşitmişdir. Bu barədə ona rəsmi məlumat verilməmişdir. Barəsində olan adıçəkilən əmrin surəti bu günədək rəsmi qaydada iddiaçıya verilməmişdir. Əmək kitabçası ona 09 iyun 2020-ci ildə təqdim edilmişdir. Əmr verilərkən həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, həm də əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Mübahisələndirilən əmrlə Məşğulluq Xidməti tam ləğv edilməmiş, həmin orqan yenidən təşkil edil miş və ştat sayları ixtisar edilmişdir. Əmrdən məlum olur ki, işəgötürən tərəfindən dövlət qulluğu orqanının ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Lakin cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilməmiş, rəhbərliyin qərəzli məlumatı əsasında o, yenidən işə qəbul edilməmiş, dövlət qulluğunda qüsursuz xidmətləri nəzərə alınmamış, dövlət qulluğunda ondan az iş stajı olan işçilər işdə saxlanılmış, hətta işə yeni işçilər qəbul edilmiş, məcburi köçkün olmağı, YAP ərazi təşkilatının sədri olmağı, himayəsində azyaşlı oğlunun, həyat yoldaşının və 2-ci qrup əlil olan Qarabağ müharibəsi veteranı, 74 yaşlı atasının olması nəzərə alınmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabd eh iddia tələbinə verdiyi yazılı etirazında işin hallarını qeyd etmiş və bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasən xitam verilmiş, həmçinin o, xx.xx.2020-ci il tarixdən ƏƏSMN-də ehtiyat kadr siyahısına daxil edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim M.Hacıbəyova) 2-1(112)-4938/2021 saylı, 6 may 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən, iddiaçının mübahisələndirdiyi əmr cavabdeh orqanın öz səlahiyyətləri çərçivəsində Dövlət Məşğulluq Xidmətinin yerli bölmələrinin ştat cədvəllərinə dəyişiklik edilməsi məqsədilə verilmişdir. İddiaçı dövlət qulluqçusu olmaqla, Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon Məşğulluq M ərkəzində aparıcı məsləhətçi kimi 02 iyun 2020-ci il tarixədək xidmət etmişdir. İddiaçının əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar xitam verilmişdir. Həmçinin, işin faktiki hallarına əsasən, ləğv edilmiş Dövlət Məşğulluq Xidmətinin bazasında yeni yaradılmış dövlət orqanında ştatların sayı iddiaçının müvafiq vəzifəyə keçirilməsinə imkan vermədiyi üçün (ilk növbədə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslərin analoji vəzifəyə təyin edildiyi səbəbindən) iddiaçının işə düzəldilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçının Dövlət Məşğulluq Xidmətində xidmətinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanunazidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə hazırkı iddianın hüquqi əsasları mövcud deyildir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Bəktaşi sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn, 2-1(103)-1934/2021 saylı iş) 30 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, ehtiyat kadr siyahısına daxil edilmiş iddi açı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6 və 28.9-cu maddələrinə uyğun olaraq 10 avqust 2021-ci ildən Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və onun dövlət qulluğuna öz xahişi ilə xitam verilmişdir. Belə olan halda, hazırkı iddia tələbi İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının qanunla qorunan hər hansı bir hüququnun pozulması halı müəyyən edilməmişdir.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi, iddianın mümkün hesab edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəm əsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov məruzəçi, N.İ.Rəsulbəyova, İ.K.Hüseynov) 2-1(102)-475/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(103)-1934/2021 saylı qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının məhkəmə prosesinin gedişində Ağdam rayon Statistika İdarəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilməsi və dövlət qulluğuna öz xahişi ilə xitam verilməsi onun iddia tələbinə mahiyyəti üzrə baxılması imkanını məhdudlaşdırmamalıdır. Belə ki, iddiaçı 02 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 10 avqust 2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və iş apellyasiya instansiyası məhkəməsinə 19 iyun 2021-ci il tarixdə, kassasiya instansiya məhkəməsinə isə 19 yanvar 2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə prosesləri 2 ilə yaxındır ki, davam edir. İddiaçının bu müddət ərzində əmək hüquqlarını realizə edərək başqa bir işdə işləməsi onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə və bu iddianın mümkünsüzlüyünə əsas verə bilməz. Belə ki, iddiaçı məhkəmədə mübahisə yekunlaşanadək bu və digər səbəbdən, o cümlədən maddi həyat səviyyəsini təmin etmək üçün işləyə bilər və onun inzibati orqanın əmrini mübahisələndirməsi konstitusion hüququnun (əmək hüququnun) realizəsinə maneə təşkil etmir və y a başqa işdə işləməsi onun hazırkı iddiaya marağının olmaması anlamına gəlməyə əsas vermir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, A.Oruczadə və R.Səmədov) 2-1(103)-178/2023 saylı,18 yanvar 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4938/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin **********5 saylı, 02 iyun 2020-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanının ləğv edilməsi ilə əlaqədar Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Bi nəqədi rayon X2 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Cavabdeh qurum adı çəkilən əmrin 3-cü bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikasi Prezidentinin 464 saylı, 01 iyul 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən, adları bu əmrin 3-cü hissəsində qeyd edilən dövlət qulluqçuları na zirlikdə 2 il müddətində ehtiyat kadr kimi saxlanılsınlar. Ləğv edilmiş Mərkəzlər birlikdə 40 ştatdan (Nərimanov 15, Binəqədi 22, Şuşa 3) ibarət olmuş, yeni yaranmış 4 saylı Ərazi Məşğulluq Mərkəzi isə 30 ştat təşkil etmişdir. Həmin səbəbdən A. Eyvazov və digər əməkdaşlar yuxarıda qeyd edilən qaydaların 4-cü hissəsinə əsasən, 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ehtiyat kadr siyahısına daxil edilmiş və bu barədə Azərbaycan Respublikasının X3 məlumat verilmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci və 77-ci maddəsinin üçüncü hissəsi, “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı və 34-cü maddələrinə istinadla qeyd etmişdir ki, ehtiyat kadr siyahısına daxil edilmiş A. Eyvazov “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı və 28.9-cu maddələrinə uyğun olaraq ehtiyat kadrlar siyahısından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Ağdam rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, N13/k nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə isə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Ona görə də iddiaçının hazırki işdə tələbləri əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmamışdır.

19. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yar atmır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ləğv edilmiş qurumda çalışmış bütün işçilərin yeni yaradılmış qurumda işə təyin edilməsi mümkün olmamışdır. Mövcud ştatlar üzrə işçilərin təyin olunması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq işəgötürənin diskresion səlahiyyətləri çərçivəsində icra olunmuşdur. Qeyd edilən Qaydadan göründüyü kimi, peşəkarlığı və idarəçilik təcrübəsini ölçmə met odu qanunvericilikdə öz əksini tapmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsinə əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-857/2020 nömrəli qəra rından qeyd edilir ki, məhkəmə kollegiyası nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır və hüququn icrasını əhatə etmir. Yəni məhkəmə İPM-in 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. Həmin səbəbdən A. Eyvazov və digər əməkdaşlar yuxarıda qeyd edilən qa ydaların 4-cü hissəsinə əsasən, 02 iyun 2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ehtiyat kadr siyahısına daxil edilmiş və Dövlət Məşğulluq Xidmətinin Nərimanov, Binəqədi və Şuşa rayon Məşğulluq Mərkəzləri ləğv edilmiş və bu barədə Azərbaycan Respublikasının X3 məlumat verilmişdir. Həmçinin, ehtiyat kadr siyahısına daxil edilmiş A. Eyvazov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.6-cı və 28.9cu maddələrinə uyğun olaraq hüquqlarından istifadə edərək ehtiyat kadrlar siyahısından Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Ağdam rayon Statistika İdarəsinin 09 avqust 2021-ci il tarixli, N13/k nömrəli əmri ilə 10 avqust 2021-ci il tarixdən aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, 13 sentyabr 2021-ci i ldə isə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Dövlət qulluğu haqqında” Qanun Maddə

21. Dövlət qulluqçuları üçün təminatlar 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; Maddə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə;

23. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uy ğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”

1. Bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.

2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam ve rilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X3 (bundan sonra – Mərkəz) məlumat verməlidir.

3. Ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda aşağıdakı şəxslərə üstünlük verilir: 3.1. şəhid ailəsinin üzvlərinə; 3.2. müharibə iştirakçılarına; 3.3. 10 il və daha çox dövlət qulluğu stajı olanlara; 3.4. əsgər və zabitlərin arvadlarına (ərlərinə); 3.5. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara.

4. Analoji vakant vəzifələrə təyin edilməmiş şəxslər ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında 2 il müddətində ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, analoji vakant vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat ve rilməlidir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir 94.2. Şikayətdə mübahisə edi lən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsa ssızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şika yətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının, həmçinin Ali Məhkəmə tərəfindən işə əvvəlki baxışla əlaqədar verilmiş göstərişlərin tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət qulluğuna xitam verilməsi, eləcə də bununla bağlı mübahisələndirilən əmrin ləğv olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Mə hkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisə edilən əmrin cavabdeh tərəfindən bu qərarın 22-23-cü bəndlərində istinad olunan normaların tələblərinə əməl olunmaqla qəbul edildiyi iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan həmin əmrin ləğvini tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.

33. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-178/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar