Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1401/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Mənsurova Lalə Nadir oğlunun, Üçüncü şəxs x2 iştirakları ilə, İddiaçı x1 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: x2) “sərəncamda dəyişiklik edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-181/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətin 296/97 saylı, 1992-ci il 2 aprel tarixli sərəncamına, sərəncam qəbul olunmuş tarixdən göstərilməklə onun adının əlavə olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 30 may tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İddiaçı 2018-ci il 27 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin qəbul etdiyi 296/97 saylı, 1992-ci il 2 aprel tarixli Sərəncama dəyişiklik və əlavələr edərək, həmin sərəncama adının, soyadının, ata adının və təvəllüdünün daxil edilməsi və Bakı şəhəri, Nəs imi rayonu, Süleyman Rüstəm küçəsi 18, 15 saylı mənzilə istifadə hüquqları müəyyən edilməklə yaşayış yeri üzrə qeydiyyatına götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: Cavabdehin 296/97 saylı, 1992-ci il 2 aprel tarixli sərəncamı ilə ailəsində 6 nəfər üzvü hazırda yaşadığı ünvan 1-ə yaşayış yeri üzrə qeydiyyata alınmaqla onlara mənzildən istifadə hüququ verilmişdir. Belə ki, 1990-cı ildən cəmi 7 nəfərdən ibarət olan ailəsi Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan Bakı şəhərinə köçmüş və ünvan 1-də məskunlaşmışdır. O, 1973-cü il xx.xx. təvəllüdlü olmaqla ailənin ən kiçik üzvüdür və ailəsi Bakıya köçərkən yetkinlik yaşına çatmamışdır. Bir müddət ailə üzvləri ilə birlikdə bu ünvanda yaşadıqdan və 18 yaşı tamam olandan sonra, 1199 1-ci il xx.xx. tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 1996-cı il xx.xx. tarixdə hərbi xidmətini başa vurub ordudan tərxis olunmuşdur. Hərbi xidmətdən sonra daimi yaşayış yeri olan ünvan 1-ə qayıtmış və hal-hazıradək 28 ildir ki, ailə üzvləri ilə birlikdə burada yaşayır. Bu ünvanda yaşadığı müddətdə heç kimin yaşayış sahəsi ilə əlaqədar ona qarşı narazılığı və etirazı olmamışdır. Bu evdən başqa yaşayış yeri yoxdur. Evin sənədləri olmadığına görə yaşayış sahəsinə qeydiyyata düşə bilməmiş və sonradan məcbur qalıb qardaşının evinə - Bünvan 2-də qeydiyyata düşmüşdür. Bu yaxınlarda bilmişdir ki, yaşadığı mənzilin Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin 296/97 saylı, 1992-ci il 2 aprel tarixli Sərəncamı əsasında üçüncü şəxsin adına özəlləşdirilmişdir. Bundan narazı qalıb qardaş ına etiraz etmiş və mənzilin müəyyən hissəsinə qanunla onun da payının olmasını bildirib bir hissəsinin adına keçirilməsini ondan xahiş etmişdir. Lakin, o, etiraz etmişdir. 1990-cı ildən ailə üzvləri ilə birlikdə bu mənzildə yaşasa da, cavabdeh tərəfindən qərar qəbul edilərkən yaşayış sahəsindən istifadə hüquqları nəzərə alınmamış və o, mənzilə ehtiyacı olan ailə üzvü kimi qeydiyyata götürülməmişdir. Ailəsi bu ünvana köçərkən yetkinlik yaşına çatmadığına görə sənədlərdə adı yazılmamışdır. Lakin, buna baxmayaraq valideynləri ilə və digər ailə üzvləri ilə birlikdə yaşadığına görə onlarla birlikdə həmin mənzildən istifadə hüququ olmuşdur. 1992-ci il 2 aprel tarixdə cavabdeh tərəfindən qərar qəbul edilərkən o, hərbi xidmətdə olmuşdur. Həmin vaxt yetkinlik yaşına çatmış şəxs və hərbi qulluqçu o lmağına baxmayaraq cavabdeh və ailə üzvləri onun hüquqlarını nəzərə almadan adını yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi sərəncama daxil etməmişlər. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərmişdir ki, o, mübahisəli mənzili 1989-cu il tarixdə Bakı şəhərində yaşayan ermənidən 7.000 rubl qarşılığında almışdır. Sənədləşmə işi 1992-ci il tarixə kimi uzanmışdır. İddiaçının həmin dövrdə 13-14 yaşları vardı və atası ilə birlikdə Culfa rayonunun Əbrəqunus kəndində yaşamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 oktyabr tarixli 2-1(81)3240/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və idd ianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-181/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən aktı 1992-ci il tarixində qəbul edildiyindən, iddiaçı isə hazırki iddianı 2018-ci il 27 iyun tarixdə qaldırmaqla qanunda nəzərdə tutulan bütün iddia müddətini buraxmışdır. Məhkəmənin qərardadı iddiaçıya 2019-cu il 7 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2019-cu il 16 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının məhkəməyə indi müraciət etməyinin səbəbi evin özəlləşdirilməsi barədə məlumatının olmaması və bu məlumatı almağının mümkün olmaması olmuşdur. Məhkəmə bu üzrlü səbəblərə əhəmiyyət verməmiş və bu məsələyə hüquqi qiymət verməkdən yayınmışdır. Belə ki, cavabdeh tərəfindən 1992-ci il 2 aprel tarixli sərəncam qəbul edilərkən o, müddətli həqiqi hərbi xidmətdə olmuş və 1996-cı il 30 iyul tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmət zamanı ağır şəraitdə xidmət etməsi ilə bağlı səhhətində ciddi problemlər yaranmış, mütəmadi müalicədə olmuş və 2018-ci il tarixdə ikinci qrup əlil hesab edilmiş dir. Üçüncü şəxs evi özəlləşdirərkən və sonralar ona məlumat verməmişdir. 2018-ci ildə əraziyə gələn tikinti şirkətinin işçiləri evləri sökmək məqsədi ilə siyahıya aldıqlarını və sənədlər tələb etdikləri zaman evin qardaşının adına olması iddiaçıya bildirilmişdir. Buna görə də iddia müddəti məhz bu barədə məlumat aldığı və hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 2018-ci ildən başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cav abdeh məhkəmə iclasında təmsil olunmamışdır. Üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlər təşkil edir. O, şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş edir. Üçüncü şəxs məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqınd a, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzif əli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş müddətlərin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etməmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının məhkəməyə indi müraciət etməyinin səbəbi evin özəlləşdirilməsi barədə məlumatının olmaması və bu məlumatı almağının mümkün olmaması olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu üzrlü səbəblərə əhəmiyyət verməmiş və bu məsələyə hüquqi qiymət verməkdən yayınmışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, iddiaçının mübahisələndirdiyi sərəncam mənzilin özəlləşdirilməsi barədə deyil, üçüncü şəxsin və ailə üzvlərinin həmin mənzilə yaşayış yeri üzrə daimi qeydiyyata alınmalarına razılıq verilməsi ilə bağlı olmuşdur. İddiaçı mənzilin özəlləşdirilməsindən məlumatsız ola bilərdi, lakin hər bir halda, ona məlum idi ki, qardaşından və onun ailə üzvlərindən fərqli olaraq, o, yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatda deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etməklə yanaşı, həmçinin aşağıdakıları nəzərə a lır. Üçüncü şəxs iddia tələbinə qarşı etirazının əsası kimi haqlı olaraq qeyd edir ki, iddiaçı iddia olunan mənzildə heç vaxt onunla birgə ailə üzvü kimi yaşamamışdır. İddiaçı hərbi xidmətə Naxçıvan MR-in Culfa rayonundan göndərilmişdir. İddiaçının hərbi biletinin məlumatlarından da göründüyü kimi o, 1991-ci il 15 iyun tarixdə hərbi xidmətə Naxçıvan MR-in Culfa rayonundan göndərilmiş, 1996-cı il 30 iyul tarixdə hərbi xidmətdən ehtiyata buraxılaraq Culfa rayon hərbi komissarlığının sərəncamına göndərilmiş, 1996-cı il 15 avqust tarixdə Culfa rayon hərbi komissarlığında uçota alınmışdır. Yalnız 2016-cı il 2 sentyabr tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsində uçotdan çıxarılmış, 2016-cı il 5 sentyabr tarixdə Xidmətin Bakı şəhəri Nəsimi rayon idarə sində uçota alınmışdır. İddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edildiyi 1992-ci ilədək və bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 №-li evin 15-ci mənzilinə münasibətdə hər hansı subyektiv hüquqa malik olduğunu təsdiq edən sübut işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(103)-181/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1401/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1401/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver