Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1401/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.09.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 may tarixli, 2-1(105)184/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 29 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının müraciətinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 27 avqust tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1992-ci il 4 aprel tarixdən 1996-cı il N iyul tarixədək N saylı hərbi hissənin tərkibində xidməti ilə bağlı veteran kimi tanınaraq müharibə veteranı statusunun və veteran vəsiqəsi verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1971-ci il 26 fevral təvəllüdlüdür. Qubadlı rayonu Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılmış, N saylı hərbi hissədə xidmət etmiş, ümumilikdə 1992-ci il 4 aprel tarixdən 1996-cı il N iyul tarixədək Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin verdiyi arayışlarda təsdiq olunur ki, o, N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə hərbi hissəyə əsgər qəbul edilmişdir. O, 1992-ci il 04 aprel tarixdən 1996-cı il N iyul tarixədək həmin hərbi hissənin tərkibində xidmət etmişdir. Bu faktı döyüş yoldaşları da təsdiq edə bilər. Onun 1992-ci il 04 aprel tarixdən 1996-cı il N iyul tarixədək hərbi hissə tərkibində xidmətinə və xidməti ilə bağlı ona müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin, ona ünvanlanan Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsinin 2020-ci il 29 iyun tarixli, l/M-9012 saylı cavab məktubunda bildirilmişdir ki, müraciətinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayıl ırlar. Həmin qanuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmə liyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbray ıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bi lavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanl arının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Res publikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin şəxsi heyətinin siyahısında olmuşdur. Buna görə də onun döyüş əməliyyatlarında iştirak etməsi mübahisə predmeti deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş Əsasna mənin müddəalarına görə Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 2019-cu il 1 avqust tarixli, 9/2-1083N nömrəli məktubuna əsasən müqavilə yolu ilə gəlmiş iddiaçı N () nömrəli hərbi hissə komandirinin 1992-ci il 1 aprel tarixli, N nömrəli əmri ilə hərbi hissənin 1-ci ərazi müdafiə atıcı bölüyündə atıcı vəzifəsinə təyin olunmuş, 1992-ci il 1 noyabr tarixdən xidmət yerində olmadığı üçün 3-cü taborun könüllü hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hər bi hissə komandirinin 1992-ci il 17 dekabr tarixli, 42 №-li əmri ilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1993-cü il, yanvardekabr 1994-cü il və iyul 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla buraxılmadığına görə məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş edilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli, 2-1(118)1251/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
6. Birinci ins tansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi hissədə olmaması ilə bağlı gətirilən arqumentə münasibətdə hesab etmişdir ki, iddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi iddiaçı döyüş əməliyyatlarında iştirak edən zamanı yuxarıda qeyd olunan qanunun qeyd hiss əsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməmiş, əksinə xidmətini davam etdirməklə Müdafiə Nazirinin 1996-cı il 24 iyun tarixli, 141 nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunub.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 may tarixli, 2-1(105)-184/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tə ləbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, İddiaçı 1992-ci il 1 noyabr tarixdən xidmət yerində olmadığı üçün N nömrəli hərbi hissə komandirinin 1992-ci il 17 dekabr tarixli, 42 nömrəli əmri ilə şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. İddiaçının yenidən hərbi xidmətə daxil olması, şəxsi heyətin siyahısına salınması, təminatlara alınması barədə hərbi hissə üzrə əmrlər verilməmişdir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamış, onun ehtiyata buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. İddiaçı hal-hazırda xidmət keçmədiyindən, eləcə də əvvəllər ehtiyata və istefaya buraxılmadığından cavabdeh onun qarşısında müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi yoxdur. Belə bir öhdəlik olmadığına görə məhkəmə həmin vəzifəni inzibati orqanın üzərinə qoya bilməz.
12. Məhkəmələr iddianı təmin edərkən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin bu növ mübahisələrin həll edilməsində əsas nəzərə alınmalı olan hərbi qulluqçuların hərbi xidmət keçmələrini sübut edən hərbi biletlərindəki qeydlərin, habelə hərbi hissələrin nizami hissə üzrə əmrlərinin, arxiv arayışlarının, iddiaç ının hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən hərbi hissə komandirinin əmrinin olmamasına diqqət yetirməmişdir. Məhkəmələr qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştira k etmiş şəxslər müharibə veteranı sayılırlar. 13. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də aydın göstərilir ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olmalı idi. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi sənədlərlə təsdiq olunmadığından ona “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 20 sentyabr tarixli, 634 nömrəli Fərmanı ilə 1994-cü il iyunun 30-na qəd ər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. İddiaçı həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, 1996-cı il 24 iyun tarixdə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün h esab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəs izliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xi dməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin 1992-ci il 17 dekabr tarixli 42 №-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır, lakin sonradan İddiaçı N saylı hərbi hissədə xidmətini davam etdirməklə, Müdafiə Nazirinin 1996-cı il 24 iyun tarixli 141 nömr əli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Nəzərə alınmalıdır ki, həmin dövrə İddiaçı xidmət etdiyi N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə İddiaçı hərbi hissədə olmaması ilə bağlı gətirilən arqumentə münasibətdə hesab etmişdir ki, İddiaçı bu əməlinə görə cinayət təqibinə cəlb edilmədiyinə görə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinin bu mübahisəyə tətbiq edilməsi düzgün deyil. Çünki “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəndə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərə müharibə veteranı statusu verilə bilməz. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştirak edən zaman yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini davam etdirməklə Müdafiə Nazirinin 1996-cı il 24 iyun tarixli 141 nömrəli əmrinə əsasən ordu sıralarından tərxis olunub.
23. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçının döyüşlərdə iştirakını və hərbi xidmətdən tərxis olunmasını təsdiq edən hərbi biletin və hərbi qeydiyyat kartasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, hərbi biletin və SHXÇDX-nin Qubadlı rayon bölməsinin 2020-ci il 6 noyabr tarixli, 945 nömrəli məktubuna əlavə edilmiş qeydiyyat kartasın ın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1996-cı il N iyul tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 1996-cı il 24 iyun tarixli 141 nömrəli əmri ilə ordudan tərxis olunmuşdur.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7,82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə nəzərə almalı idi ki, cavabdehin imtinasının əsasını iddiaçının hərbi hissəni özbaşına tərk etməsi faktının özü (buradan, onun fərariliyə görə cinayət məsuliyyətinə cəlb edilib-edilmədiyi) təşkil etmir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 1992-ci il 01 noyabr tarixdən xidmət yerində olmadığı üçün N nömrəli hərbi hissə komandirinin 1992-ci il 17 dekabr tarixli, 42 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilmişdir. İddiaçının şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün hərbi komissarlığa göndərilməsi isə onun qanunla müəyyən edilmiş qaydada ehtiyata və ya istefaya buraxıldığını özü-özlüyündə ehtiva etmir.
25. Cavabdehin digər dəlili ondan ibarətdir ki, iddiaçının yenidən hərbi xidmətə daxil olması, şəxsi heyətin siyahısına salınması, təminatlara alınması barədə hərbi hissə üzrə əmrlər verilməmişdir. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamış, onun ehtiyata buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır.
26. Cavabdeh bu dəlillərlə bağlı arxiv arayışını apellyasiya instansiyası məhkəməsinə təq dim etsə də, həmin arayışdakı məlumatlar yuxarıda istinad edilən Əsasnamənin müddəalarının tələbləri nəzərə alınmaqla araşdırma predmeti olmamış, apellyasiya şikayətinin bununla bağlı dəlillərinə münasibət bildirilməmişdir.
27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşın apellyasiya instansiyası məhkəməsi iddiaçının “sonradan N saylı hərbi hissədə xidmətini davam etdirməklə” dedikdə, məhz hansı təqvim dövrünü (1994-cü il 10 may tarixədək və ya bundan sonra) nəzərdə tutduğunu göstərməli idi. Belə ki, təqvim tarixinin müəyyən edilməsi yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə zəruridir.
28. İddiaçının döyüşlərdə iştirakını və hərbi xidmətdən tərxis olunmasını təsdiq edən hərbi qeydiyyat kartasındakı məlumatlara gəldikdə, apellyasiya instansiyası məhkəməsi həmin məlumatların iddiaçının qeydiyyat kartasına hansı mənbəyə əsasən daxil edildiyini də yoxlamalı və digər sübutlarla birgə qiymətləndirməli idi.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayı t Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 4 may tarixli, 2-1(105)-184/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.