Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1401/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamın ləğv edilməsi; tutulmuş pensiya məbləğinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamın l əğv edilməsi, tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)503/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Dövlət Sosial X2 şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli 443 nömrəli qərarı ilə xx.xx.2013-cü il tarixdən müddətsiz yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 361,92 manat müəyyən edilmişdir.
2. Şöbənin xx.xx.2017-ci il tarixli sərəncamı ilə pensiyanın məbləği xx.xx.2013-cü ildən 644,8 manat, xx.xx.2018-ci il tarixli sərəncamı ilə xx.xx.2018-ci ildən 694,79 manat, xx.xx.2019-cu il tarixli sərəncamı ilə xx.xx.2019-cu il tarixdən 855,99 manat və xx.xx.2019cu il tarixli sərəncam ilə xx.xx.2019-cu ildən 981,92 manat müəyyən edilmişdir.
3. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaçıya artıq ödənilmiş 8105,52 manat pensiyadan 50 manat hesabı ilə xx.xx.2020-ci ildən tutulmaqla pensiya məbləğinin 773,88 manat (823,88 – 50 = 773,88) müəyyən edilməsi qərara alınmışdır.
4. İddiaçı xx.xx.2020-ci ildə ərizə ilə şöbəyə müraciət edərək onun işlədiyi vəzifədə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maşının 15%-i məbləğində əlavə haqların əlavə edilməməsi və il ərzində 4 dəfə mükafatlarının nəzərə alınmamasının səbəbi barədə məlumat verilməsini xahiş etmişdir.
5. Dövlət Sosial X2 şəhər şöbəsi xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Azərb aycan Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Qaydaların 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. İddiaçının işlədiyi vəzifədə həmin illərə (1992-1994) dair əmək haqqı barədə arayışı təqdim edə bilmədiyi üçün vəzifənin uyğunl aşdırılaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hesablanmasında yuxarıda qeyd olunan əlavələr nəzərə alınmamışdır.
6. Dövlət Sosial X2 şəhər şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli ********* nömrəli məktubda qeyd edilmişdir ki, təqdim edilən əmək haqqı arayışında mükafat göstərilməmişdir. Lakin pensiya hesablanarkən mükafat nəzərə alınmış, nəticədə iddiaçıya 8105,52 manat artıq vəsait ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası, əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Artıq ödənilmiş vəsaitin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mingəçevir şəhər filial ının hesabına bərpa edilməsi iddiaçıdan xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Dövlət Sosial X2 şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun dövlət qulluqçusu kimi aylıq əmək pensiyasının azaldılması barədə qəbul edilmiş inzibati aktın ləğv edilməsi, aylıq təqaüdünün dövlət qulluqçuları üçün müəyyən edilmiş qaydada yenidən hesablanması və təyin edilməsi, qanunsuz olaraq ondan tutulmuş 416 manat pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyina t üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
9. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqan tərəfindən qəbul olunmuş pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, pensiyasından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək alim-aqronom ixtisası almışdır. Rəsmi əmək fəaliyyətinə xx.xx.1973-cü ildə başlamış, xx.xx.1973-cü ildən Min gəçevir rayonlararası Təbiəti Mühafizə üzrə X1 müfəttişi vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildən həmin müfəttişliyin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin müfəttişliyin adı dəyişdirildiyinə görə xx.xx.1989-cu ildən Mingəçevir rayonlararası Təbiəti Mühafizə Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə öz xahişi ilə bu vəzifədən azad edilmişdir. Ümumi iş stajı 43 ildir. O, xx.xx.2013-cü ildə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmışdır. 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar ayında 982 manat təqaüd almışdır. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Hesablama Palatası DSMF publik hüquqi şəxsin Mingəçevir şəhər filialında yoxlama keçirərkən iddiaçının təqaüdə çıxdığı dövrdə komitə sədri işlədiyi son illəri, yəni 1992-1994-cü illərin ə mək haqqı və mükafatın təqaüd sənədləri arasında olmadığını əsas gətirərək onun aylıq təqaüdünü 982 manatdan 774 manatadək azaldılması barədə qərar vermişdir. Yoxlama komissiyasının qənaətinə görə artıq hesablanmış 208 manatın iddiaçının aylıq pensiyasından tutulması qərara alınmış və 2 ayda ondan 416 manat pul tutulmuşdur. İddiaçı 2013-cü ilin iyun ayında dövlət qulluqçusu kimi təqaüdə çıxarkən tələb olunan sənədlərin hamısını təqdim etmişdir. Bu sənədlər şöbənin xüsusi mühafizə olunan sənədləri arasında saxlanılır. Həmin sənədlər 2-3 ildən bir Hesablama Palatası tərəfindən yoxlanılır, indiyə qədər bu nöqsanların aşkara çıxarılmaması üçün məsuliyyəti də həmin qurum daşımalıdır. İddiaçı 1994-cü ildən, yəni işdən azad olunduğu dövrdən 26 il keçmişdir. Bu ərəfədə isə Mingəçevir rayonlararası Təbiəti Mühafizə İdarəsində 10 dəfə müdir dəyişikliyi olmuşdur, təqaüdə çıxdığı 2013-cü ildən sonra təqaüdündə 5 dəfə artım olmuşdur. İddiaçının aylıq təqaüdü bu gün təbiəti mühafizə idarəsində işləyən müdirin əmək haqqı səviyyəsində olmalıdır. Cavabdehin etirazları:
11. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-1030/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli sərəncam ləğv edilmiş və həmin sərəncama əsasən iddiaçıya ödənilən əmək pensiyasından tutulan məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən 981,92 manat pensiya ödənilməsi qərara alınmışdır. Sonradan cavabdeh iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə mükafatların ödənilməsinə dair hər hansı məlumat təqdim edilməməsinə istinad edərək onun əmək pensiyasını yenidən hesablayaraq 823,88 manata azaltmışdır (cavabdehin bu zaman hər hansı bir qərar qəbul etməsi işdən müəyyən olunmur). xx.xx.2020-ci il tarixdə isə həmin əsasla iddiaçıya 8105,52 manat artıq ödəniş edilməsini əsas gətirərək onun pensiyasından hər ay 50 manat tutulması, bununla da iddiaçının əmək pensiyasının miqdarının 773,88 manat müəyyən edilməsi qərarına gəlmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamının adı əmək pensiyasının miqdarının dəyişdirilməsi olsa da, mahiyyət etibarilə artıq ödənilmiş məbləğin iddiaçıdan tutulmasına yönəlmiş və həmin məsələ ilə bağlı qəbul edilmişdir. Halbuki işdən iddiaçının artıq ödənilmiş pensiya məbləğinin ondan tutulması barədə razılığının olması müəyyən olunmur. Belə olan halda aydın olur ki, məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı cavabdehin qəbul etdiyi xx.xx.2020-ci il tarixli sərəncam qanunsuz olmuşdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(103)-503/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şi kayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-1030/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birincin instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, əmək pensiyaları sahəsində ictimai münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin qeyd olunan imperativ tələbinə əsasən pensiyaçının razılığı olduqda yalnız pensiya təyinedicisi ondan artıq pulun tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Lakin cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, hüquqlarına toxunan iddiaçını inzibati icraata cəlb etmədən v ə onun razılığını almadan, xx.xx.2020-ci il tarixdən etibarən ayda 50 manatdan olmaqla, pensiyasından ümumilikdə 8105,52 manat pulun tutulması barədə pensiya qanunvericiliyinin tələblərinin pozulması ilə qərar qəbul edilmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri Dövlət Sosial X2 şəhər şöbəsi xx.xx.2020-ci il tarixli, **********5 nömrəli və cavabdehin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubunda göstərilən xüsusatlarla eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayətinə etiraz verərək kassasiya şikayə tinin təmin edilmədən və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilm əsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda ma raqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallar da inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlu mat verməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli a raşdırılması təmin edilmişdir. 26. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
27. Qeyd olunmalıdır ki, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli 443 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2013-cü il tarixdən müddətsiz yaşa görə əm ək pensiyası təyin edilmiş, pensiyanın məbləği 361,92 manat müəyyən edilmişdir. Şöbənin xx.xx.2017-ci il tarixli sərəncamı ilə pensiyanın məbləği xx.xx.2013-cü ildən 644,8 manat, xx.xx.2018-ci il tarixli sərəncamı ilə xx.xx.2018-ci ildən 694,79 manat, xx.xx.2019cu il tarixli sərəncamı ilə xx.xx.2019-cu il tarixdən 855,99 manat və xx.xx.2019-cu il tarixli sərəncam ilə xx.xx.2019-cu ildən 981,92 manat müəyyən edilmişdir.
28. Cavabdeh sonradan müvafiq qaydada inzibati icraata başlamadan, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmadan, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmadan pensiya ödənişini yenidən hesablayaraq azaltmaqla qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd davra nmışdır.
29. Cavabdeh iddiaçıya xx.xx.2019-cu ildən 981,92 manat pensiya məbləğinin hesablanması barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə hər hansı dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya xx.xx.2019-cu ildən 981,92 manat məbləğində pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur.
30. Beləliklə, inzibati orqanın iddiaçı ilə bağlı davranışı, artıq formal-hüquqi baxımdan (inzibati icraat qaydalarının pozulması səbəbi ilə) qanunsuz olmuşdur. Buna görə də, mübahisənin bilavasitə maddi-hüquqi tərəfi ilə bağlı araşdırma aparılmasına lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 21(103)-503/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.