Məhkəmə qərarları › İş №2-1(102)-1402/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1402/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1402/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: AR Daxili İşlər Nazirliyi) iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: AR Daxili İşlər Nazirliyi) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-179/19 saylı 08 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı Iddiaçı ilə X və X arasında məhkəmə mübahisəsi mövcuddur. 17.03.2018-ci il tarixdə XFəxri adlı ustasının iddiaçı tərəfindən döyülməyi barədə DİNin “102” Xidməti-zəng mərkəzinə məlumat daxil olmuş,məlumat müvafiq qaydada qeydiyyata alınaraq məlumat əsasında 4-cü PŞ-nin rəis müavini X və digərləri hadisənin baş verdiyi ünvana getmiş, iddiaçı tərəfindən icitmai qayda pozulduğuna görə iddiaçı PŞ-nə gətirilmiş, onun barəsində inzibati protokol tərtib edilmiş, inzibati qaydada tutulmuş və 50 məbləğində cərimə olunmuşdur. İddiаçı Iddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X və X arasında məhkəmələrdə baxılan mülki iş üzrə mübahisə başa çatmadan cavabdehin əməkdaşlarının Ünvan küçəsində yerləşən 100 və 106 saylı evlərin 2750 kv.metr həyətyanı torpaq sahəsinə gələrək oradakı hasarını və darvazasının uçurub, bu torpaq sahəsindən evinə gedən yolu yeni hasar çəkməklə bağlayaraq qeyd olunan torpaq sahəsini mülki işdə ona əks tərəf olan X və X istifadəsinə verməkdə ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və təqsirli şəxslərin xərcləri hesabına əvvəlki vəziyətin bərpa olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2214/2018 saylı iş üzrə 20.09.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2214/2018 saylı iş üzrə 20.09.2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayə ti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-179/19 saylı 08 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2214/2018 saylı iş üzrə 20.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-179/19 saylı 08 yanvar 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iş materiallarında iddia tələbinin əsaslı olmasına dair kifayət qədər sübutlar olsa da işə baxan məhkəmələr iddia tələbini təmin etməmiş, iş materiallarındakı sübutlara obyektiv qiymət verməmiş, maddi və prosessual hüquq normalarının təl əblərini pozmaqla qərar qəbul etmişlər. Kassator İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə, Mülki Məcəllənin 157, 203cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-179/19 saylı 08 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkilsiz təmsil oluduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSS Ə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-179/19 saylı 08 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi onunla X və X arasında məhkəmələrdə baxılan mülki iş üzrə mübahisə başa çatmadan cavabdehin əməkdaşlarının Ünvan küçəsində yerləşən 100 və 106 saylı evlərin 2750 kv.metr həyətyanı torpaq sahəsinə gələrək oradakı hasarını və darvazasının uçurub, bu torpaq sahəsindən evinə gedən yolu yeni hasar çəkməklə bağlayaraq qeyd olunan torpaq sahəsini mülki işdə ona əks tərəf olan X və X istifadəsinə verməkdə ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və təqsirli şəxslərin xərcləri hesabına əvvəlki vəziyətin bərpa o lunmasına dair qərar qəbul edilməsidir. İddiaçı iddia tələbinin əsası kimi birinci instansiya məhkəməsinə audio-video yazılı disk təqdim etmiş, birinci instansiya məhkəməsinin 28.03.2018-ci il tarixli məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Lakin qeyd olunan video materialda cavabdehin əməkdaşları tərəfindən iddiaçıya və ya onun ailə üzvlərinə qarşı hər hansı qanunsuz hərəkətlər edilməsi, güc tətbiq edilməsi müəyyən olunmamış, əksinə videogörüntüdən polis əməkdaşlarının öz vəzifələrini icra edərək, asayişin bərpa olunması və tərəflər arasında münaqişənin yaranmasının qarşısının alınması istiqamətində hərəkətlər edilmişdir. Beləliklə, iddiaçı onunla X və X arasında məhkəmələrdə baxılan mülki iş üzrə mübahisə başa çatmadan cavabdehin əməkdaşlarının Ünvan küçəsində yerl əşən 100 və 106 saylı evlərin 2750 kv.metr həyətyanı torpaq sahəsinə gələrək oradakı hasarını və darvazasının uçurub, bu torpaq sahəsindən evinə gedən yolu yeni hasar çəkməklə bağlayaraq qeyd olunan torpaq sahəsini mülki işdə ona əks tərəf olan X və X istifadəsinə verməkdə ifadə olunan hərəkətlərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisə ni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-179/19 saylı 08 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar