Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1402/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasındakı qeydlərin, işə qəbul barədə əmrlərin nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X2 katibliyiilə, İddiaçı, vəkili X6, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-129/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Əmək kitabçasına əsasən iddiaçının iş stajı 12.08.1974-cü il tar ixdən 01.07.1997-ci il tarixədək, 15.07.1997ci il tarixdən 01.11.2001-ci il tarixədək olan dövrü əhatə edir. Belə ki, onun ümumilikdə 25 ildən çox ümumi iş stajı vardır. Ağdaş rayon Baş Barama Qurutması tərəfindən verilmiş 15.07.1997-ci il tarixli 12 nömrəli əmrdən görünür ki, iddiaçı baş barama qurutmaxanasına daimi gözətçi işinə qəbul edilmiş, 01.11.2001-ci il tarixli 6 nömrəli əmrə əsasən vəzifədən azad edilmişdir. İddiaçı 11 mart 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, inzibati orqan ərizəyə cavab olaraq 28 mart 2019-cu il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq “Əmək pensiyası haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdı rılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1-ci maddəyə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1 1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla bu qaydada hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7- ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Onun əmək pensiyasının təyin olunması ilə bağlı müraciəti Əmək Pensiyaları haqqında qanunun 22-1.2.1-ci bəndinin müvafiq tələblərinə uyğun olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı 26 aprel 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 28.03.2019-cu il tarixli imtinasının qanunsuz hesab edilməsi, ona 11.03. 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətindən imtina edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsi əsas götürülmüşdür. Cavabdeh təşkilat tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə mövqeləri qanunsuz və əsassız olduğundan cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməli, iddiaçının ilk müraciəti nəzərə alınmaqla 2019-cu ilin mart ayından etibarən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən pensiyanın ödənilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət ərizəsindən sonra bir neçə dəfə qəbulda olmuşdur və onun əmək kitabçasına baxılaraq şifahi olaraq bildirilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsa slar mövcuddur. Bunun əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə istinad edilərək əmək stajının 25 ildən artıq olması da bildirilmişdir, bu barədə işlədiyi dövrlər üçün sorğu verilərək Ağdaş rayonundan müvafiq məlumatların alınmasının zəruriliyi bildirilmişdir. Lakin 28.03.2019-cu il tarixli imtina məktubundan sonra iddiaçı cavabdeh təşkilata getdikdə ona yenə də imtinanın səbəbləri şifahi olaraq bildirilmişdir ki, Ağdaş rayonundan sorğu əsasında iddiaçının işlədiyi təşkilatlar mövcud deyildir. Bu səbəbdən də ona imtina verilərkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsi əsas götürülmüşdür. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.07.1974-01.07.1997-ci illər ərzində və 15.07.199701.11.2001-ci illər ərzində isə Ağdaş rayon Baş Barama qurut maxanasında daimi gözətçi vəzifəsində işləmişdir. Əmək kitabçasına əsasən onun xidmət illəri 27 ildən artıq bir dövrü əhatə edir. Bu da öz növbəsində “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Cavabdeh iddia ərizəsinə dair etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Ağdaş rayon baş barama qurutmaxanasına sorğu ünvanlanmış və əmrlər kitabından çıxarışın surəti iş materiallarına əlavə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-1951/2019 saylı iş) 30 avqust 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 11 mart 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən pensiyanın ödənilmə si vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçının 12.08.1974-cü il tarixdən 01.07.1997-ci il tarixədək və 15.07.1997-ci il tarixdən 01.11.2001-ci il tarixədək işləməsi faktı ona məxsus olmaqla tərtib edilmiş ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır, Qanunvericiliyin tələblərinə əsasən iş yerindən təqdim edilmiş əmrlər də əmək stajını təsdiq edən sənədlər sırasında sadalanmışdır. İddiaçının 1997-2001-ci illərdə olan iş stajı Ağdaş rayon Baş Barama Qurutması tərəfindən verilmiş əmrlərlə öz təsdiqini tapır. İddiaçının 25 ildən çox ümumi iş stajı olduğundan və o qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatdığından cavabdehin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməsi əsassız olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının yaşa görə əmək pensiyası hüququnun 24.01.2019-cu il tarixdə yarandığı müəyyən olunsa da, 11.03.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsini tələb etdiyindən iddiaçıya həmin tarixdən yaşa əmək pensiyası təyin edilməlidir. İddia tələbinin təmin edilməsi cavabdeh inzibati orqanın imtinasının əsassız olmasını özündə ehtiva edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X4 və X9, 2-1(103)-129/2020 saylı iş) 28 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən s axlamışdır. Cavabdeh 21 fevral 2020-ci tarixdə qərarın surətini almış, 18 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Cavabdeh tərəfindən əmək kitabçası təqdim olunsa da, lakin həmin kitabçada aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ay-ayrı dövrün iş illəri nəzərə alınmaqla yaşa əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehə görə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş staja malik olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinin tələbləri ödənilmədiyindən əmək pensiyası hüququ yaranmamışdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iş stajı 12.08.1974-cü il tarixdən 01.07.1997-ci il tarixədək, 15.07.1997-ci il tarixdən 01.11.2001-ci il tarixədək olan dövrdə işləməsi əmək kitabçası və iş yerindən verilmiş işə girmə, işdən çıxma əmrləri ilə təsdiq edilir. İddiaçının 1974-1991-ci illərdə işlədiyi dövrlərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası, b) yarımbəndinə görə iş yerindən verilmiş arayışlar iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmalar ı keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. O da qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir (23.1-ci maddə).1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edili r (23.2-ci maddə). Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bəhs olunanlara əsasən iddiaçının işlədiyi dövr əmək kitabçası və iş yerinin əmrləri ilə təsdiq olunduğundan həmin dövrləri iddiaçının iş stajına daxil edərkən məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. İddia çının iş stajı 25 ildən çox olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun müddəalarına görə i ddiaçının 25 il sığorta stajı və 63 yaş 6 ayı olduğu təqdirdə pensiya hüququ yaranacaqdır. İddiaçı xx xxxxxx 1955-ci ildə doğulmuşdur. Onun 63 yaşı 24 yanvar 2018-ci il tarixdə tamam olmuşdur. Qanunun 7-ci maddəsinin Qeyd hissəsi nəzərə alınarsa, iddiaçının 2017-ci ilin iyulun 1-dən 2018-ci ilin iyulun 1-dək olan dövr (bu dövr daxilində iddiaçının 63 yaşı tamam olduğuna görə) üzrə 6 aylıq dövr 63 yaşa əlavə edilməklə, 63 yaş 6 aydan, yəni 24 iyul 2018-ci ildən iddiaçının pensiya hüququ yaranmışdır. Odur ki, iddiaçının 24 iyul 2018-ci ildən pensiya hüququ yaranan zaman 25 ildən az olmayan sığorta stajı mövcud olduğuna görə iddiaçının pensiya hüququ yarandığından apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan “Əmək pen siyaları haqqında” Qanunun müddəalarını tətbiq etməklə məhkəmə haqlı olmuşdur. Cavabdeh imtina və şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə istinad edərək iddiaçının pensiya hüququnun yaranmamasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsi tətbiq edilə bilər. Hazırkı halda cavabdeh iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin etmədiyindən bu maddənin mübahisəyə tətbiqi istisna olunur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymə t verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi nin İnzibati kollegiyasının 2-1(103)-129/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1402/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1402/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver