Məhkəmə qərarları › İş №2-1(102)-1402/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1402/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1402/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi müddətin sığorta stajına hesablanmaqla əmək pensiyasının verilməsinin bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı işlədiyi müddətin sığorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-233/2021 nömrəli iş üzrə 26.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı işlədiyi müddətin sığorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulma sı barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını cəlb etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. 2020-ci ilin əvvəllərində DSMF-nin Şamaxı rayon şöbəsində yoxlama aparılarkən ona əmək pensiyası verilməsi dayandırılmış və bildirilmişdir ki, onun 10.03.1993-cü il tarixdən 05 aprel 1994-cü il tarixinə kimi "xxxx" kiçik müəsissəsində işlədiyi dövrə dair müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən və hal-hazırda həmin müəssisənin hüquqi ünvanı məlum olmadığından qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır və bu səbəbdən iddiaçıya pensiya verilməsi dayandırılmışdır. İddiaçı DSMF-nin Şamaxı rayon şöbəsinin imtinasını əsassız hesab edir. Belə ki, o, əmək fəaliyyətinə 1972-ci ildə Şamaxı rayonu Lenin adına sovxozda başlamışdır. Əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. Üzləşmə sənədləri də arxivdə var. Yalnız 10.03.1993-cü il tarixdən 05 aprel 1994-cü il tarixinə kimi "xxxx" Kiçik Müəsissəsində işlədiyi dövrə dair sənədlər arxivə təhvil verilmədiyi üçün bu dövrə dair qarşılıqlı yoxlama aparmaq mümkün olmamışdır. Lakin həmin dövrdə "xxxx" Kiçik Müəsissəsi DSMF ilə hesablaşma aparmışdır, yəni sosial sığorta haqları ödənilmişdir, amma sənədlərin arxivə verilməməsi, o demək deyildir ki, iddiaçı pensiya almamalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

4. Birinci instansiya məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(118)788/2020 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.2, 3.1 və 7-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün on un sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının bərpa edilməsinə dair iddia rədd edilməlidir.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(118)-788/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 2-1(105)-233/2021 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) qərarı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(118)-788/2020 nömrəli, 23.11.2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına qarşı iddiaçının 10.03.1993-cü il tarixdən 05.04.1994-cü il tarixə kimi "xxxx" firmasında işlədiyi müddət sığorta stajına hesablanmaqla ona əmək pensiyasının verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1, 58.7, 82 və 87.6-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında olan möhürdə, DSMF-nin 14.02.2018-ci il tarixli arayışında, təqdim olunmuş haqq-hesab cədvəllərində qeyd olunmuş Şirvan firmasında iddiaçının işləmə si sübut olunur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" kiçik müəssisəsində əmək fəaliyyətinin müəssisənin rəsmi qeydiyyatından əvvəlki dövrə düşməsindən, həmçinin sözügedən müəssisədə iddiaçının işlədiyi dövrlərə görə heç bir əmək haqqı cədvəllərinin aşkar olunmadığından, eyni zamanda dövlət arxiv arayışında müəssisəyə dair heç bir sənəd aşkar olunmadığından 10.03.1993-cü il - 05.04.1994-cü ilə qədər olan dövr sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübut etmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddi açı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Maddi hüquq normalarının tələbindən göründüyü kimi, iddiaçının Qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Bu səbəbdən cav abdehin imtinası əsaslı olduğu üçün iddia tələbi təmin edilə bilməz.

10. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 26.04.2021-ci il tarixli 2-1(105)-233/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin rədd ediəməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərar ı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.

20. Belə ki, iş materiallarına əlavə edilmiş DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 14.02.2018-ci il tari xli arayışında qeyd edilmişdir ki, Şirvan firması 10.03.1993cü ildən - 05.04.1994-cü ilədək DSMF-nin Şamaxı rayon şöbəsi ilə hesablaşma aparmışdır.

21. İşdə olan iddiaçının əmək kitabçasında qeyd edilmişdir ki, o, İddiaçı 24.02.1972-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif iş yerlərində, o cümlədən 10.03.1993-cü ildən– 05.04.1994-cü ilədək "xxxx" firmasında işləmişdir.

22. İşdə olan 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 12.10.2020-ci il və 02.11.2020-ci il tarixli cavab məktublarında qeyd edilmişdir ki, "xxxx" kiçik müəssisəsi 27.06.1994cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsinə baxmayaraq 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmadığından müəssisə barədə vergi orqanında hər hansı bir məlumat aşkar edilməmişdir.

23. İşdə olan 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən DSMF X2 Şamaxı filialına verilmiş cavab məktubunda qeyd edilmişdir ki, Şirvan” kiçik müəssisəsi 27.06.1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsinə baxmayaraq 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmadığından müəssisə barədə vergi orqanında hər hansı bir məlumat aşkar edilməmişdir.

24. İşdə olan X1 filialı tərəfindən DSMF X2 Şamaxı filialına verilmiş cavab məktubunda qeyd edilmiş ki, Şirvan kiçik müəssisəsinin sənədləri X1 filialına təhvil verilməmişdir.

25. İşdə olan DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 14.02.2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, "xxxx" firması 10.03.1993-cü ildən - 05.04.1994-cü ilədək DSMFnin Şamaxı rayon şöbəsi ilə hesablaşma aparmışdır.

26. İşdə olan 30.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş DSMF X2 11 saylı Regional ərazi filialının cavab məktubu ilə İddiaçı işlədiyi "xxxx" firmasının 1993-1995-ci illərə aid 4 №li əlavələr qeyd edilmişdir ki, "xxxx" firması Azərbaycan Respublikası Pensiya fondu vəsaitləri üzrə haqq-hesab cədvəlini cavabdehə təqdim etmişdir. 10.03.1993-cü ildən - 05.04.1994-cü ilədək olan dövr üzrə 1993-cü ilin İİ rübü üçün, 01.10.1994-cü il tarixli, 01.04.1993-cü il tarixli haqq-hesab cədvəllərini "xxxx" firması cavabdehə təqdim etmişdir.

27. Həmin cədvəllərdə qeyd edilmişdir ki, mübahisələndirilən dövr üzrə idarənin adı Şirvan firması olmuş, sonralar "xxxx" MMC, Fuad LTD cəmiyyəti olmuşdur.

28. Belə olan halda, Ali Məhkəmənin İnzibati Kollegiyası nəzərdən keçirərək hesab edir ki, iddiaçının əmək kitabçasında olan möh ürdə, DSMF-nin 14.02.2018-ci il tarixli arayışında, təqdim olunmuş haqq-hesab cədvəllərində qeyd olunmuş Şirvan firmasında iddiaçının işləməsi iş materialları əsasında müəyyən edilmişdir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

30. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, İddiaçı "xxxx" kiçik müəssisəsində əmək fəaliyyətinin müəssisənin rəsmi qeydiyyatından əvvəlki dövrə düşməsindən, həmçinin sözügedən müəssisədə iddiaçının işlədiyi dövrlərə görə heç bir əmək haqqı cədvəllərinin aşkar olunmadığından, eyni z amanda dövlət arxiv arayışında müəssisəyə dair heç bir sənəd aşkar olunmadığından 10.03.1993-cü il - 05.04.1994-cü ilə qədər olan dövr sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi qanunun tələblərinə uyğun deyildir.

31. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki qeyd edilən dəlilləri əsassızdır.

32. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə götürən tərəfindən qanunvericilik ilə üzərinə düşən vəzifələrin tam və lazımınca yerinə yetirməməsi özü özlüyündə heç bir halda işçinin onun Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinin qarşısını ala bilməz.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 26.04.2021-ci il tarixli, 2-1(105)-233/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar