Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1402/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1973-cü il tarixli təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-507/2023 nömrəli, 15 fe vral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək, ona hərbi qulluqçu kimi yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin verilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli, 12/1287 nömrəli imtina məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0580 nömrəli 17 noyabr 2007-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N nömrəli hərbi hissənin “Aviasiya eskadrilyasının aviasiya manqasının təyyarəçi si” vəzifəsindən N noyabr 2007-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edildiyindən və onun xidmət illəri 20 təqvim ili təşkil etmədiyindən, müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı 1 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona cavabdehə müraciət etdiyi aprel 2021-ci il tarixindən 20 il 11 ay 10 gün xidmət ilini nəzərə almaqla xidmət illərinə görə pensiya təyini üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslan dırılmışdır ki, iddiaçının xx.xx.1992-xx.xx.2007-ci ilə qədər 15 il 06 ay 14 gün, Nazirlər Kabinetinin 1993-cü il tarixli 631 saylı qərarına əsasən bir xidmət ayının üç xidmət ayı kimi hesabı ilə xx.xx.1994-xx.xx.1997-ci il tarixədək 07 il 09 ay 22 gün, xx.xx.1994-xx.xx.2007-ci il tarixinə kimi uçuşlarda iştirakı ilə əlaqədar imtiyazlı 04 il 07 ay 08 gün, ümumi xidmət illəri 27 il 10 ay 22 gün təşkil edir. İddiaçı hesab etmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna 13 sentyabr 2004-cü il tarixində edilən 20 il və daha çox xidmət ilə əvəz edilməsi səbəbi ilə onun 13 sentyabr 2004-cü il tarixədək xidmət illəri 24 il 02 ay 13 gün təşkil edir. Bununla da onun hərbi qulluqçu kimi pensiya hüququ yaranmışdır.
5. Sonradan, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ona cavabd ehə müraciət etdiyi aprel 2021-ci il tarixindən 27 il 04 ay 20 gün xidmət illəri nəzərə alınmaqla xidmət illərinə pensiya təyini üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra, iddiaçı yenidən iddia tələbinə dəqiqləşmə verərək, cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, ehtiyatda olan kapitan iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin hərbi hissənin nəzdində Uçuş hazırlığının mərkəzi təlim mərkəzində kursant kimi, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək isə həmin hərbi hissədə zabit kimi, ümumilikdə təqvim hesabı ilə 15 il 06 ay 14 gün həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə nazirinin 0580 nömrəli 17 noyabr 2007-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kapitan rütbəsində N nömrəli hərbi hissənin aviasiya es kadrilyasının aviasiya manqasının təyyarəçisi vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq, hərbi hissə komandirinin N nömrəli 25 noyabr 2007-ci il tarixli əmri ilə N noyabr tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından çixarılmışdır. İddiaçının zabit qismində N may 1994-cü il tarixdən 01 may 1997-ci il tarixədək olan xidmət müddətinin bir ayı iki ay kimi hesablanmış, 19971998-ci illərdə təyyarəçi-şturman vəzifəsində olduğu müddətdə müəyyən olunmuş uçuş normasını yerinə yetirdiyinə görə, onun 01 may 1997-ci il tarixdən 01 yanvar 1999-cu il tarixədək olan xidmət müddətinin bir ayı iki ay kimi hesablanmış, nəticədə, iddiaçının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N may 1994-cü il tarixdən 01 yanvar 1999cu il tarixədək olan xidmət müddətinin bir ayı iki ay kimi sayılmaqla 04 il 07 ay 06 gün onun ümumi xidmət illərinə daxil edilmişdir. Lakin, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ümumiyyətlə (o cümlədən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə) döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilməmişdir. Belə ki, "Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin 263 nömrəli xx.xx.1993-cü il tarixli, 0339 nömrəli xx.xx.1993-cü il tarixli, 041 nömrəli xx.xx.1994-cü il tarixli, 065 nömrəli xx.xx.1994-cü il tarixli, 0112 nömrəli xx.xx.1994-cü il tarixli, 0132 nömrəli xx.xx.1994-cü il tarixli, 0146 nömrəli xx.xx.1994-cü il tarixli, 0164 nömrəli xx.xx.1994-cü il tarixli, 0181 nömrəli xx.xx.1994- cü il tarixli, 0199 nömrəli xx.xx.1994-cü il tarixli, 0200 nömrəli xx.xx.1994-cü il tarixli, 02 nömrəli xx.xx.1995-ci il tarixli, 02 nömrəli 03.01,1995-ci il tarixli, 027 nömrəli xx.xx.1995-ci il tarixli, 062 nömrəli xx.xx.1995-ci il tarixli, 079 nömrəli xx.xx.1995-ci il tarixli, 094 nömrəli xx.xx.1995-ci il tarixli, 0123 nömrəli xx.xx.1995-ci il tarixli, 0169 nömrəli xx.xx.1995-ci il tarixli, 032 nömrəli xx.xx.1996-cı il tarixli və 053 nömrəli xx.xx.1997-ci il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilmədiyindən döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibində göstərilməmişdir. Bu səbəbdən, iddiaçının N nömrəli hərbi hissədə zabit qismində N may 1994-cü il tarixdən 01 may 199 7-ci il tarixədək olan xidmət müddətinin bir ayı üç ay kimi hesablanmır. Nəticədə, iddiaçının xidmət illəri: təqvimlə - 15 il 06 ay 14 gün, xidmət illərinə güzəştli qaydada əlavə olan müddət - 04 il 07 ay 06 gün, ümumi xidmət illəri isə 20 il 01 ay 20 gün təşkil edir. Qeyd olunanlara əsasən, cavabdeh hesab etmişdir ki, iddiaçının hərbi xidmət illəri 20 təqvim ili təşkil etmədiyi səbəbindən, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququna malik deyildir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xidmət etdiyi dövrdə qüvvədə olan qanunvericilik yalnız o şəxslərin xidmət müddətinin bir ayının ü ç ay kimi sayılmasını nəzərdə tuturdu ki, həmin şəxslər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrdə xidmət etmiş olsun.
10. Döyüş şəraitində olan hərbi hissələrin tərkibinin müəyyənləşdirilməsi səlahiyyəti inzibati orqanın diskresion səlahiyyətidir. Cavabdeh də bu səlahiyyətinə uyğun olaraq müvafiq əmrləri əsasında döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələri müəyyənləşdirir. Belə olan halda, məhkəmə tərəfindən Nazirliyin müvafiq siyahıya aid etmədiyi bölmənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi hesab edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilədir.
11. Hazırki iş üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, idd iaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə xidmət etdiyi N nömrəli hərbi hissə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə xidmət etdiyi N nömrəli hərbi hissə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olunmadığından, həmçinin hərbi hissənin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olub-olmamasının müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid olduğundan, iddiaçının iddia etdiyi illərin “bir ayın üç ay” kimi nəzərə alınmasından söhbət gedə bilməz.
12. Cavabdeh iddiaçının xidmətinin 1 ayının 3 ay kimi sayılmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə d ə, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, cavabdehin imtinası qanunauyğun olmaqla iddiaçının tələbi əsassızdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsindən də aydın olduğu kimi hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxılması zamanı onun xidmət illəri hesablanaraq bu barədə hərbi qulluqçuya elan edilir. Əgər hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına daxil olarsa, etiraza baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Hazırki iş üzrə isə mövcud olan sənədlərdən görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılarkən xidməti illəri ilə bağlı hər hansı bir etirazı olmamışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilm əsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-507/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyib. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Məhkəmə kollegiyası q eyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
25. İddiaçı xx.xx.1992-cı ildən xx.xx.1992-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək həmin hərbi hissənin nəzdində Uçuş hazırlığının mərkəzi təlim mərkəzində kursant olmuş, xx.xx.1994-cü ildən xx.xx.2007-ci ilədək isə həmin hərbi hissədə zabit kimi xidmət etmişdir.
26. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan xidmət illəri “bir ayı iki ay” sayılmaqla nəzərə alınmış və ümumilikdə 04 il 07 ay 06 gün ümumi xidmət illərinə daxil e dilmişdir. İddiaçının təqvimlə -15 il 05 ay 14 gün, xidmət illərinə güzəştli qaydada əlavə olan müddət-04 il 07 ay 06 gün, ümumi xidmət illəri isə 20 il 01 ay 20 gün (xx.xx.2007-ci il tarixədək) təşkil etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının xidmət etdiyi dövrdə qüvvədə olan qanunvericilik yalnız o şəxslərin xidmət müddətinin bir ayının üç ay kimi sayılmasını nəzərdə tuturdu ki, həmin şəxslər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrdə xidmət etmiş olsun.
28. İş materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə xidmət etdiyi N nömrəli hərbi hissə döyüş şəraitində döyüş əmə liyyatlarında iştirak edən hərbi hissə olmamışdır.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-507/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.