Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1402/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid mətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 5ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 21(103)-116/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ünvan 5ında yerləşən fərdi yaşayış e vi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin mülkiyyətçisinin adı fərqli göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 5ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum qaynanasının torpaq sahəsi üzərində hüququ yaranmış, lakin onun vəfatı ilə əlaqədar bu hüquq rəsmiləşdirilməmişdir. Halbuki, onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənədlər mövcuddur. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassız olmaqla, onun hüquqlarını pozur.
4. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq bildirmişdir ki, göstərilən yaşayış evi 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarətdir. A yaşayış evinə bitişik 52 kv.m əlavə sahə inşa olunmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 09 dekabr 2022-ci il tarixli 21(112)-7905/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 5ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının vərəsəsi olduğu mərhumun mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırkı halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi, daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin mülkiyyətçisinin adının və hüquq obyektinin ünvanının fərqli olduğu göstərilmişdir. Məhkəmə ilk növbədə hüquq obyektinin mülkiyyətçisinin adı ilə bağlı sənədlərdə ziddiyyətli məqamların olmasına münasibətdə bildirmişdir ki, doğrudur ki, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda iddia çının mərhum qaynanasının adı fərqli göstərilmişdir. Nəzərə alınmalıdır ki, bu ziddiyyətli məqamın yaranması bilavasitə daşınmaz əmlaka münasibətdə mərhumun hüquqlarının yaranmasını istisna etmir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanında yerləşən daşınmaz əmlak X5 ayrılmışdır. Hüquqmüəyyənedici sənəddə hüquq obyektinin mülkiyyətçisi kimi X10 göstərilsə də, həmin şəxsin əslində X4 olması mülki məhkəmə icraatı zamanı öz təsdiqini tapmış və verilmiş pasportun X3 aid olması faktı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003 )-4032/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan hüquq obyektinin sahibi kimi ziddiyyətli məqamların olması əsasını imtina əsası kimi göstərsə də, məhkəmə araşdırması zamanı Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun mərhum X3 aid olması təsdiq olunmuşdur ki, bu da öz növbəsində cavabdehin irəli sürdüyü birinci dəlili aradan qaldırır. Məhkəmə cavabdehin irəli sürdüyü ikinci dəlil ilə bağlı hesab etmişdir ki, həmin əsas hazırkı iddia tələbinin təmin olunmasını istisna edə bilməz. Belə ki, doğrudur ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texn iki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanı iddiaçının iddia etdiyi ünvan ilə eynilik təşkil etmir. Belə ki, daşınmaz əmlaka dair tərtib olunmuş sənəddə hüquq obyektinin ünvanı ünvan 1ilsə də, iddiaçı hazırda irəli sürdüyü tələbdə ünvan 5ında yerləşən əmlakın mərhum X3 məxsus olduğunu iddia edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, vətəndaşın daşınmaz əmlaka münasibətdə hüquqlarının yarandığını təsdiq edir və hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan SSR dövründə vətəndaşlara verilmiş, həmin şəxslərin əmlaka münasibətdə hü quqlarının olduğunu göstərirdi. İstisna olunmur ki, həmin sənədlərdə məlumatların yazılması zamanı həmin dövrdə səlahiyyətli olan qurum texniki səhvlərə yol verməmiş olsun. Məhkəmə hesab etmişdir ki, necə ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adı səhv qeyd olunmuşdur, eləcə də hüquq obyektinin ünvanının texniki səbəbdən səhv göstərilməsi halı da istisna olunmur. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakda İddiaçı və onunla eyni soyadı daşıyan, qohumluq əlaqəsi olan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Nəzərə alınmalıdır ki, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmalarının əsasında Azə rbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə yanaşı, həmçinin ev dəftərində əks olunan məlumatlar dayanır. Doğrudur ki, ev dəftəri, daha dəqiq isə həmin dövrdə «домовая книга» şəxsin əmlak üzərində hüquqlarının yaranmasını təsdiq edən sənəd hesab olunmur. Həmin sənəd Azərbaycan SSR dövründə vətəndaşların şəxsiyyətini, yaşını, sosial vəziyyətini, yaşayış sahəsində yaşadığı müddəti əks etdirən kitabçadır. Bununla yanaşı, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum X4 ailə üzvləri (X14, X9, X15) ilə birlikdə 1963-cü ildən ünvan 5ında yerləşən yaşayış sahəsində yaşamışdır. Göründüyü kimi, hər nə qədər ev dəftəri hüquqmüəyyənedici sənəd hesab olunmasa da, həmin sənəd mərhum X1 mübahisə predmetini təşkil edən əmlakda Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun verildiyi vaxtda, yəni 1963-cü ildən məhz ünvan 5ında yerləşən yaşayış sahəsində yaşamasını təsdiq edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan ünvan 3 ünvanda hal-hazırda digər fiziki şəxslər faktiki yaşayır ki, bu da hər iki əmlakların ayrı-ayrı əmlaklar olduğunu təsdiq edir. Məhkəmə hesab etmişdir ki, ünvan 3 və ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklar ayrı-ayrı əmlaklar olduğundan, həmçinin ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində mərhum X4 uzun müddət yaşadığından, o cümlədən həmin əmlak üzərində hər hansı fiziki şəxsin mülkiyyət hüquqları qeydə alınmadığından, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanın səhv göstərilməsi istisna olunmur.
7. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab etmişdir ki, vaxtılə səlahiyyətli qurum hüquqmüəyyənedici sənəddə hər hansı yalnışlığa və ya texniki səhvə yol vermişdirsə, bunun nəticəsi iddiaçıya əlavə məsuliyyət yaratmamalıdır. Çünki, nə iddiaçı, nədə ki onun mərhum qaynanası X4 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda yol verilmiş səhvə görə cavabdehlik daşımır. Belə olan halda, cavabdehin imtinası hüquqi əsasa söykənmir və formal xarakter daşıyır. Məhkəmə torpaq sahəsinə münasibətdə qeyd etmişdir ki, mərhum X1 təkcə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə deyil, həmçinin həmin yaşayış sahəsinin altındaki torpaq sahəsinə münasibətdə də gözlənilən mülkiyyət hüququ yaranmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericilikdə konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüququ iddiaçı tərəfindən yox, mərhum X4 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və E.C.Kazımov) 12 yanvar 2024-cü il tarixli, 21(103)-116/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsi nin qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adının səhv qeyd olunmasını əsas götürərək ehtimallar əsasında hüquq obyektinin ünvanında texniki səbəbdən səhv göstərilməsini qeyd edərək birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adının səhv qeyd edilməsi Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-4032/2021 nö mrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aradan qaldırılmışdır. Lakin qeyd edilməlidir ki, həmin qətnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 saylı evin texniki pasportunun X2 məxsus olması təsdiqlənsə də, texniki pasportdakı ünvanın ünvan 5ında yerləşən fərdi yaşayış evinə aid olması müəyyən olunmamışdır. Bundan əlavə, iş materiallarında iddiaçının adına müxtəlif illərdə (iyul 1963 və may 1983-cü il tarixli) verilmiş iki texniki pasportun məlumatlarının eyni olması da qeyd edilən sənədlərdə yanlışlığa yol verilmədiyinə dəlalət edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən həm də iddiaçının həmin ünvanda qeydiyyatda olmasına və qeydiyyata alınmanın əsasında Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən veri lmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə yanaşı, həmçinin ev dəftərində («домовая книга» ) əks olunan məlumatlar dayandığını da qeyd etmişdir. Bu dəlillə bağlı («домовая книга» (ev dəftəri) kollegiya qeyd etmişdir ki, məhkəmə özü də qərarında qeyd etmişdir ki, həmin sənəd şəxsin əmlak üzərində hüquqlarının yaranmasını təsdiq edən sənəd hesab olunmur. Göründüyü kimi, mübahisəli ünvanda qeydiyyatda olmaq və yaşamaq həmin evə dair mülkiyyət hüququ yaratmadığından, ehtimallara əsaslanaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 saylı evin texniki pasportun məlumatlarını əsas götürərək, başqa ünvanda yerləşən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 fərdi yaşayış evinin və altı ndakı torpaq sahəsinin X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmişdir. İrəli sürdüyü tələbdə ünvan 5ında yerləşən əmlakın X3 məxsus olması təkzibedilməzdir. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport qüvvədə olan n ormativ hüquqi aktın tələblərinə görə vətəndaşın daşınmaz əmlaka münasibətdə hüquqlarının yarandığını təsdiq edir və hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Həmin sənəd Azərbaycan SSR dövründə vətəndaşların əmlaka münasibətdə hüquqlarının olduğunu göstərmişdir. Həmin sənədlərdə məlumatların yazılarkən texniki səhvlərə yol verilməsinə baxmayaraq, ünvan 2 ünvanında yerləşən əmlakda İddiaçı və onunla eyni soyadı daşıyan, qohumluq əlaqəsi olan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmalarının əsasında Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə yanaşı, həmçinin ev dəftərində əks olunan məlumatların olması nəzərə alınmalıdır. “Домовая книга” adlanan sənəd şəxsin əmlak üzərində hüquqlarının yaranmasını təsdiq edən sənəd hesab olunmamasına baxmayaraq, həmin sənəd Azərbaycan SSR dövründə vətəndaşların şəxsiyyətini, yaşını, sosial vəziyyətini, yaşayış sahəsində yaşadığı müddəti ilə əks etdirən kitabçadır. Bununla yanaşı, mərhum X1 ailə üzvləri (X14, X9, X15) ilə birlikdə 1963-cü ildən ünvan 5ında yerləşən yaşayış sahəsində yaşaması müəyyən olunmuşdur. Göründüyü kimi, ev dəftəri adlanan sənəd hüquqmüəyyənedici sənəd hesab olunmasa da, həmin sənəd mərhum X1 mübahisə predmetini təşkil edən əmlaka Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun verildiyi vaxtdan, yəni 1963-cü ildən məhz, ünvan 5ında yerləşən yaşayış sahəsində yaşamasını təsdiq edir. Digər t ərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan ünvan 3 ünvanda hal-hazırda digər fiziki şəxslər faktiki yaşayır ki, bu da hər iki əmlakın ayrı-ayrı əmlaklar olduğunu təsdiq edir. ünvan 3 və ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakların ayrı-ayrı əmlaklar olduğundan, həmçinin ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində mərhum X4 uzun müddət yaşadığından, o cümlədən həmin əmlak üzərində hər hansı fiziki şəxsin mülkiyyət hüquqları qeydə alınmadığından, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanın səhv göstərilməsi nəzərə alınmalıdır. Cavabdeh inziba ti orqan Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və ünvan 4 ünvanda yerləşən fərqli daşınmaz əmlaklara yeni ünvan verilməsi və ya reyestrin məzmununda dəyişiklik apararaq, X1 hansı daşınmaz əmlak üzərində subyektiv hüququn olmasını təsbit etməli idi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. … 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. … 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanu nu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadı qda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. …
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar...
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tək lifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin tə min edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti v axtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi m əsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, m əhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı ünvan 5ında qeydiyyatda olmaqla yaşayır. İddiaçının tələbi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 5ında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olmasına dair arayışın verilməsi barədədir.
24. İddiaçı iddia ərizəsində, eləcə də kassasiya şikayətində hüquqmüəyyənedici sənəd qismində qeyd olunan texniki pasporta istinad etmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adının səhv qeyd edilməsi Bakı Şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-4032/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aradan qaldırılmışdır. Lakin qeyd edilməlidir ki, həmin qətnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 saylı evin texniki pasportunun X2 məxsus olması təsdiqlənsə də, texniki pasportdakı ünvanın ünvan 5ında yerləşən fərdi yaşayış evinə aid olması müəyyən edilməmişdir.
25. Bundan əlavə, iş materiallarında iddiaçının adına müxtəlif illərdə (iyul 1963 və may 1983-cü il tarixli) verilmiş iki texniki pasportun məlumatlarının eyni olması da qeyd edilən sənədlərdə yanlışlığa yol verilmədiyini təsdiq edir.
26. Məhkəmə kollegiyası həmçinin apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, “домовая книга” ( ev dəftəri) şəxsin əmlak hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Mübahisəli ünvanda qeydiyyatda olmaq və yaşamaq isə həmin evə dair mülkiyyət hüququ yaratmır.
27. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
28. Hazırki iş üzrə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapm ış, iddiaçı isə bunun əksini sübut edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 2-1(103)-116/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.