Məhkəmə qərarları › İş №2-1(102)-1403/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1403/2019

07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1403/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 07.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı oğlunun, cavabdehin vəkili oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı müavinatın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-395/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2949/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarı (hakim – E.M.Mustafayev) ilə iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinatın 24.01.2015-ci ildən 24.01.2018-ci il tarixədək olan dövr üzrə hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-395/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nət icə işin faktiki hallarına uyğun deyildir, qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki,müddətin ötürülməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin dövrdə DSMF-nin Xətai rayon şöbəsində iki dəfə struktur (şöbə müdiri) vəzifəsində dəyişiklik baş vermişdir. Yeni müdir təyin olunan zaman onun imza səlahiyyətləri təsdiq olunmalıdır ki, bu da müəyyən vaxt itkisinə səbəb olur. Bu səbəbdən də apellyasiya şikayəti vermə müddəti üzürlü səbəbdən ötürülmüşdür. Həmçinin bu səbəbdən də hazırkı iş üzrə apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılan zaman etibarnamə əldə etmək mümkün olmamış, bununla bağlı olaraq məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməmişlər, eyni zamanda, məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürü lmüş prosessual müddətin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət edə bilməmişlər. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilə nlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2949/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarı cavabdeh tərəfindən 29.10.2018-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Cavabdeh apellyasiya şikayətini sözügedən 30 günlük müddəti buraxmaqla 12 dekabr 2018-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da, apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İPM-in 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Bu normanın tələbinə uyğun olaraq apellyasiya məhkəməsi cavabdeh tərəfə ünvanladığı 04 yanvar 2019-cu il tarixli bildirişdə apellyasiya şikayətinin müddət ötürülməklə verildiyini və müddətin bərpasına dair ərizə verilməli olduğunu bildirmişdir. Lakin məhkəmə tərəfindən dinlənilmə hüququnun təmin edilməsinə və müvafiq hüquqi yardım olunmasına baxmayaraq cavabdeh müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Ona görə də, məhkəmə apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi şikayəti mümkün saymadan əvvəl qanunvericiliyin tələb etdiyi qaydada davranmış, yəni dinlənilmə hüququnu təmin etmiş və yol verilmiş qüsurun nədən ibarət olduğunu və onun necə aradan qaldırıla biləcəy ini aydın şəkildə göstərməklə zəruri hüquqi yardımı etmişdir. Ona görə də, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh təşkilatda baş vermiş struktur dəyişikliyi üzürlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh dövlət orqanı olmaqla kifayət qədər sayda və hazırlıqlı əməkdaşlara malikdir. Bundan başqa, cavabdeh struktur dəyişikliklərini edərkən bu məqamı nəzərə almalı idi. Digər tərəfdən isə sözügedən dəlil yalnız cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə verilərkən nəzərə alına və qiymətləndirilə bilər. Cavabdeh tərəfindən isə belə bir ərizə verilməmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9 6-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-395/2019 saylı iş üzrə 23 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar