Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1403/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-1403/2020) (Açar sözlər: diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlunun və X2 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2020-ci il 03 mart tarixli 2-1(103)-581/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: X3 Dağıstan Dövlət X4 tərəfindən “menecment” ixtisası üzrə xx xxxx 2018-ci il tarixli, 110524 ******* nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Dağıstan Dövlət X4 tərəfindən onun adına verilmiş xx xxxx 2018-ci il tarixli 110524 ******* nömrəli ali təhsil haqqında bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 01 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, X5 Dövlət Universitetinin tədris nor mativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Eyni zamanda, Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən ərizənin icrası mümkün hesab edilmir. İddiaçı 2019-cu il 05 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə id dia ərizəsi ilə müraciət edərək Universitet tərəfindən verilən diplomun tanınmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dağıstan Dövlət X4 tərəfindən onun adına verilmiş xx xxxx 2018-ci il tarixli 110524 ******* nömrəli ali təhsil haqqında bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2013-cü ildə Ukrayna Dövlət Universitetinin Memarlıq və Şəhərsalma fakültəsinə daxil olmuş və 2014-cü ildə xəstəliyi ilə bağlı imtahana gedə bilməmiş və 2014-2015-ci ildə övladının səhhətində yaranmış problemlərlə bağlı dövlət imtahanına gedə bilməmişdir. 2015-ci il də Dağıstan Dövlət X1 fakültəsinə köçürüldükdə fərq imtahanlarını vermişdir. Həmin Universitet tərəfindən ona 2018-ci ildə diplom verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(82)3107/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dağıstan Dövlət X4 tərəfindən iddiaçının adına verilmiş xx xxxx 2018-ci il tarixli 110524 ******* nömrəli ali təhsil haqqında bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azə rbaycan Respublikasının xx xxx 2003-cü il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirilməkdə haqlı olmamışdır. Belə ki, Qaydaların 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 mart tar ixli 21(103)-581/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı təhsil aldığı dövr ərzində Rusiya Federasiyası ərazisində illər üzrə az müddətdə olmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2020-ci il 19 mart tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 18 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərar qəbul edərkən mübahisə predmeti üzrə hüquq normalarına nə düzgün istinad etmiş, nə də ki, tənzimetmə üzrə lazımi hüquq normalarına müraciət etməmişdir. Bu isə nəticədə iddiaçın ın hüquqlarının pozulmasına və məsələnin həllinin hüquqi cəhətdən düzgün qiymətləndirilməməsi nəticəsinə gətirib çıxartmışdır. Hazırkı mübahisənin hüquqi cəhətdən həllinin tətbiqi Azərbaycan Respublikasının xarici münasibətlərdə beynəlxalq hüquq normalarına istinad etməsinin nəticəsi olaraq müəyyən olunmasıdır. İlk olaraq, xx xxxxx 1997-ci il tarixdə Lissabonda “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya” imzalanmışdır ki, Azərbaycan Respublikası da həmin Konvensiyanın iştirakçısı olaraq ona imza atmışdır. Daha sonra, ratifikasiya məqsədləri ilə, həmin Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Qanunu da tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2000-ci il tarixli, 346 nömrəli Sərəncam ı qəbul olunmuşdur. Sərəncamın 1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx xxx 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları qəbul olunmuşdur. Məhz bu qayadalar hazırkı mübahisənin tənzimetmə norması kimi çıxış edir ki, həmin normalara da apellyasiya instansiyası tərəfindən düzgün yanaşılmamış və norma tətbiqində səhvə yol verilmişidir. Belə ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən çıxış edərək, diplomun tanınması ilə onun ekvivalentliyinin müəyənləşdirilməsi prosedurunu qanunvericilikdə ayrı nəzərdə tutulmasına baxmayaraq, eyniləşdirmişdir. Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Ekvivalentlik isə Qaydaların 1.3-cü bəndində qeyd edilməklə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir.” kimi qeyd edilmişdir. Deməli, əgər dip lomun tanınması həmin sənədin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidirsə, ekvivalentlik isə, həmin diplom sahiblərinin yiyələndiyi sahə üzrə Azərbaycan Respublikasında bu ixtisas sahibləri ilə eyni hüquqda olmasını müəyyənləşdirir. Tanınma ilə onun ekvivalentliyinin hüquqi cəhətdən fərqləndirilməsinin əsas xüsusiyyətinin hazırki mübahisəyə birbaşa təsiri vardır. Belə ki, əgər tanınma zamanı hansısa ekspert rəyinin tələb olunmadığı halda, cavabdeh təşkilat bu barədə ekspert rəyinə istinad etmiş və hətta məhkəmə də bunu təsdiqləmişdir. Yəni, cavabdeh tərəf ilk əvvəldən iddiaçıya diplomun tanınmasından imtinanı müvafiq ekspert rəyinin olmasını əsas gətirməklə etmişdir. Və ekspert rəyində də Qaydaların 3.7-ci bəndinə istinad olunmuşdur. Ancaq həmin bənd ekvivalentlik barədə mənfi rəy əsasında şəhadətnamənin verilməsindən imtinadan danışır. Yəni, hansısa bir ekspert rəyi əsasında diplomun özünün tanınmasına ehtiyac yoxdur, nə də ki tələb olunmur. Deməli, ekspert rəyinə istinad etməklə diplomun tanınması prosedurunu ekspert rəyi ilə uyğunlaşdırılması tamamilə qanunvericiliyə zidd olan bir haldır. Nəticə etibarı ilə, diplomun tanınmasının onun ekvivlentliyi ilə hüquqi cəhətdən eyniləşdirilməsi düzgün deyildir. Əks təqdirdə, bu həm iddiaçının hüquqlarının pozulmasına gətirib çıxartmışdır, həm də Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları ilə qəbul etmiş olduğu və hal-hazırda daxili hüququn tərkib elementinə çevrilmiş beynəlxalq hüquq normaların pozulmasını əks etdirir. Qaydaların 2-ci bəndi diplomun tanınması prosedurunun təşkili barədə müddəala rı özündə cəmləşdirmişdir. Həmin bənd tamamilə diplomun (ixtisasın) özünün tanınmasıdır. Yəni, hələ ekvivalentlikdən qabaq qanunvericilik diplomun özünün tanınmasını vacib sayır ki, yalnız bundan sonra da ekvivalentliyin tanınıbtanınmaması barədə məsələ həll oluna bilər. Qaydaların 2-ci bəndi tanınmaya əsas olan sənədlərin təqdim olunması və müvafiq təcrübənin əsas götürülməsi barədə (Qaydaların 2.1 və 2.2-ci bəndləri) və tanınmanın zəruriliyini özündə əks etdirən hüquqi meyarları qeyd etmişdir (Qaydaların 2.3-cü bəndi). Tanınma üçün mütləq həmin diplomun verildiyi ölkədə diplomun tanınması və həmin ölkə ilə Azərbaycan Respublikası arasında olan beynəlxalq müqavilədə qeyd olunması qeyd edilmişdir. Bu iki şərtin olması artıq diplomun tanınması üçün əsasdır və hansısa ekspertizaya və ya onun rəyinə ehtiyac yoxdur (Qaydaların 1.2 və 1.6-cı bəndlərinə istinadən). Hazırkı mübahisə predmeti üzrə diplomun verildiyi ölkə də Rusiya Federasiyasıdır. Deməli, birinci növbədə xx xxxx 2018-ci il tarixdə verilmiş diplomu Rusiya Federasiyası özü tanımalı, ikinci mərhlədə isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bu sahədə müvafiq eynəlxalq müqavilə olmalıdır ki, diplomun tanınması baş tutmuş olsun. X6 ilə Azərbaycan Respublikası arasında xx xxxxxxxx 2002-ci il tarixli Moskva Sazişi imzalanmışdır ki, həmin Saziş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” məsələləri tənzim edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili m əhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi ixtisasın tanınmasını ekvivalentliyin müəyyən edilməsindən fərqləndirməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın “Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi” bölməsinə aid normalar istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçı ilk iddiasında diplomun tanınması barədə təl əb irəli sürsə də, birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbini dəqiqləşdirərək cavabdehin üzərinə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə də həmin tələblər üzrə qərar qəbul etmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, hazırkı mübahisə predmeti üzrə diplomun verildiyi ölkə də Rusiya Federasiyasıdır. Deməli, birinci növbədə xx xxxx 2018-ci il tarixdə verilmiş diplomu Rusiya Federasiyası özü tanımalı, ikinci mərhələdə isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bu sahədə müvafiq beynəlxalq müqavilə olmalıdır ki, diplomun tanınması baş tutmuş olsun. X6 ilə Azərbaycan Respublikası arasında xx xxxxxxxx 2002-ci il tarixli Moskva Sazişi imzalanmışdır ki, həmin Saziş “Azərbaycan R espublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” məsələləri tənzim edir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. İstinad edilən Qaydaların: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Azərbaycan Respublikasının Azərbaycan Res publikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi). Sazişin 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsill ərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Sazişin 7-ci maddəsinə əsasən. beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Sazişin istinad edilən maddələrinin tələbindən göründüyü kimi, yalnız əyani təhsil alındıqdan sonra verilmiş diplomlar Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır. İddiaçı təsdiq edir ki, o, qiyabi təhsil almışdır (iş v.100). Məhkəmə kollegiyası nəzərə alır ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində Azərbaycan Respublikasında qiyabi təhsilalma forması nəzərdə tutulmuşdur (13.1.2-ci maddə). Lakin istinad edilən Sazişdə qiyabi təhsil aldıqdan sonra verilmiş diplomların Rusiya Federasiyasında və Azərbaycan Respublikasında qeyd-şərt siz tanınması nəzərdə tutulmamışdır. Belə olan halda, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz. Eyni ilə, iddiaçıya verilmiş diplomun Azərbaycan Respublikasında tanınması da həmin Qaydaların müəyyən etdiyi ümumi tələblərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Normanın məzmunundan göründüyü kimi, Qaydalar “ekspertiza“ proseduruna xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınmasını da aid etmişdir. Buna görə də, Qaydaların 1.6-cı bəndinin «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir» müddəasının tətbiqi “ixtisasın tanınması”na münasibətdə də istisna edilir. Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə a şağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Həmin Qaydal arın 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. İddiaçının təhsil aldığı ölkədə İ il 14 gün (İİ il olmamışdır), İİİ il 5 gün, İV il 4 gün və V il 4 gün olduğu nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edi lən tədris yükü yerinə yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 03 mart tarixli 21(103)-581/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov K.N.Bədəlov İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-1(102)-1403/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1403/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver