Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1403/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi, apellyasiya şikayəti həddindən kənara çıxma, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-1156/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilk dəfə xx.xx.2011-ci il tarixdə bir il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir, bundan sonra, hər dəfə bir il müddətinə olmaqla, onun həmin əlillik dərəcəsi təkrarlanmış, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə iddiaçıya şəkərli diabet səbəbindən 2-ci dərəcə əlil lik təyin edilmişdir.
2. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçıya tibb müəssisəsi tərəfindən təkrar əlillik dərəcəsinin təyini üçün F-088 göndərişi verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya əlavə müalicəyə ehtiyacının olması, həmçinin təqdim edilən tibbi sənədlərin stasionar müalicə müddətinin diaqnoz və ağırlaşmaları təsdiq etməyə yetərli olmaması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz hesab edilməklə, ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbu l olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, 1994-cü ildən şəkərli diabet xəstəsidir. 2000-ci ildən insulin-terapiya qəbul edir. Ona 2010-cu ildən başlayaraq 2-ci qrup əlillik dərəcəsi verilmiş (hər il bir il müddətinə), sonuncu dəfə isə 2016-cı ildə 5 il müddətinə, yəni 2021-ci il tarixədək 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu dövr ərzində sağlamlığı bərpa olunmamış və xəstəliyi daha da şiddətlənərək ağırlaşmışdır. Sonuncu müayinənin nəticələri bu halları təsdiq etsə də, ona yenidən əlillik təyinindən imtina edilmiş və əlavə müalicəyə ehtiyacı olduğu bildirilmişdir. Halbuki, o, Rusiya Federasiyasının dövlət səhiyyə müəssisəsində (endikrinologiya şöbəsində) 01.08.17-ci ildən 12.08.17-ci ilədək stasionar müalicədə olub və ona bu barədə xəstəlik t arixindən çıxarış verilmişdir. Bundan əlavə, o, insulindən asılı olan xəstə kimi 3 nömrəli Şəhər Klinik Xəstəxanasında stasionar müalicədə olmuşdur (15 mart 2021-ci il tarixdən 26 mart 2021ci il tarixədək). Həmçinin, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilmiş 21 mart 2021-ci il tarixli arayışa əsasən, 2016-cı ildə şəkərli diabetin yaratdığı xəstəlik səbəbindən onun gözü əməliyyat olunmuşdur. Qeyd edilənlərə əsasən, cavabdehin imtinasını əsassız hesab edir.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyə əsasən, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
6. Bakı İnzibati Məhkəməsinın 22 noyabr 20 21-ci il tarixli, 2-1(112)-9198/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi qoyulmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən inzibati araşdırma aparılmadan əlilliyin təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya fasiləsiz olaraq 10 (on) il əlillik təyin olunduğundan (xx.xx.2011-ci il tarixdən qiymətləndirildiyi xx.xx.2021-ci il tarixədək) ona əlilliyin müddətsiz olaraq təyin edilməsi məsələsi cavabdeh tərəfindən qiymətləndirilməli olduğu halda, o cümlədən tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnozun yanlış olması şübhəsi cavabdeh tərəfindən araşdı rılmalı olduğu halda, cavabdeh 2-ci dərəcə əlilliyin təyin olunmasından əsassız olaraq imtina etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-1156/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdehin 28 iyun 2021-ci il tarixli imtinası qanunsuz hesab edilmiş, iddiaçıya 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq 01 yanvar 2020-ci ildən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na və ona Əlavəyə istinad edərək hesab etmişdir ki, insulindən asılı olmayan şəkərli diabet əlillik təyini üçün əsasdır. Odur ki, cavabdeh tərəfindən inzibati icraatın yenidən aparılmasına zərurət yoxdur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyinin müəyyən edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabil itasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Belə ki, əlilliyin təyininə əsas verən hallar olmadığı üçün ona əlillik dərəcəsi verilməmişdir. İddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş göndərişdə “hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər” deyil, yalnız göz ilə bağlı ağırlaşmalar, patoloji dəyişikliklər göstərilmiş, ekspert həkimlər üçün əlillik təyinatında xüsusi əhəmiyyət daşıyan daha bir məqam “aşağı ətraf damarlarının dopler müayinəsi ” qeyd olunmamışdır. Bundan əlavə, iddiaçı 1994-cü ildən xəstə olmasına baxmayaraq, 2015-2021-ci illər ərzində stasionar müalicə müddətləri göstərilməmişdir. Həmçinin, iddiaçı aidiyyəti tibb müəssisəsində deyil, Rusiya Federasiyasında müalicə də olmuşdur. Əlavə olaraq, əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının diskresion səlahiyyətidir. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-1156/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Normativ hüquqi aktlar haqqında” Qanun: Maddə
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları... 19.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilir.... Maddə
40. Normayaratma prosesinin mərhələləri 40.0. Normayaratma prosesi aşağıdakı mərhələlərdə, müəyyən olunmuş prosedura əməl etməklə həyata keçirilir: 40.0.1. normayaratma fəaliyyətinin planlaşdırılması; 40.0.2. normayaratma təşəbbüsü (normativ hüquqi aktın layihəsinin hazırlanması); 40.0.3. normativ hüquqi aktın qəbul edilməsi; 40.0.4. normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi; 40.0.5. normativ hüquqi aktın dərc edilməsi. Maddə
78. Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qay dası 78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir.
15. Əlilliyin qiymətləndirilməsi qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Res publikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsin də müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
16. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir): 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müali cədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədi lə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
17. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarınınvəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
73. Məcburetmə haqqında id diaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzi bati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikay əti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə pro ses iştirakçılarına məlumat verilir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisəl əndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Belə ki, ilk növbədə hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin imtinasının qanunsuz sayılmaqla, ona 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur.
22. Birinci instansiya məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi qoyulmuşdur.
23. Həmin qərardan isə yalnız cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı isə şikayət verməmişdir.
24. Belə olan halda, İPM-in 82-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatının hədləri şikayətin hədləri ilə məhdudlaşmalı, yəni birinci instansiya məhkəməsi tərəfindən “cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyinin qoyulmasının” qanuniliyinin qiymətləndirilməsi apellyasiya icraatının predmetini təşkil etməli idi.
25. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi İPM-in tələblərinə zidd olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etmiş və i ddia tələbini tam təmin edərək cavabdehin üzərinə iddiaçının qiymətləndirildiyi 28 iyun 2021-ci il tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi qoyulmuşdur.
26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından iddiaçı şikayət verməmiş, apellyasiya məhkəməsi isə cavabdehin şikayəti əsasında iddiaçının xeyrinə qərar qəbul edərək iddianı tam təmin etmiş, bununla da İPM-in 82-ci maddəsinin tələblərini pozmuşdur.
27. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2ci bəndinin tələbinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
28. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsin in və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
30. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM -in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
31. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
32. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 73.3-cü maddəsinin müddəalarının tələbləri nəzərə alınmamışdır.
33. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən qərarında Azərbaycan Respublikası Nazirlər Kabi netinin qərarı ilə təsdiq edilərək 1 yanvar 2020-ci ildən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad etmiş və qeyd etmişdir ki, iddiaçıya təyin olunan diaqnoz əlilliyin təyini üçün əsasdır.
34. Halbuki, “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə ləğv edilmişdir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minib). Başqa sözlə, 01 iyul 2022-ci ilədək “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur.
35. Apellyasiya instansiya məhkəməsi isə Azərbaycan Res publikasının Nazirlər Kabinetinin hansı nömrəli qərarı ilə qüvvəyə mindiyi bəlli olmayan və 2020-ci ilin 1 yanvar tarixindən qüvvədə olduğu qeyd edilən “Əlilliyin müəyyən olunması meyarları”na istinad etmiş, bununla da, qərarını qüvvədə olmayan hüquq normalarına istinadla əsaslandırmışdır.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə, işə apellyasiya şikayətinin hədlərində baxmalı və birinci instansiya məhkəməsinin qərarını və işin hallarını (iddiaçıya qoyulan əvvəlki illərin diaqnozu ilə sonrakı illərin diaqnozunun fərqlənməsi; iddiaçıya TSEK-da sonuncu müayinəyə dair məlumatda əsas diaqnoz “insulindən asılı olmayan şəkərli diabet (kod E11.7)” kimi qeyd olunsa da, iddiaçının xəstəlik tarixçəsinin status localis bölməsində daimi insulin müalicəsində olmasının göstərilməsi və s.) qüvvədə olan qanunvericiliyin normaları baxımından qiymətləndirməklə qərar qəbul etməlidir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 21(103)-1156/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.