Məhkəmə qərarları › İş №2-1(102)-1403/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1403/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1403/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dayandırılmış pensiyanın bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və dayandırılmış pensiyanın bərpası” tələbinə dair inzibati iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-21/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2015-ci il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə pensiya məbləğinin ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır

2. DSMF Ağstafa rayon şöbəsinin İddiaçı ünvanlanmış 17 dekabr 2019-cu il tarixli məktubuna əsasən, artıq alınmış 7301 manat 21 qəpik pensiya məbləğinin 10 gün müddətinə DSMF Ağstafa rayon şöbəsinin Ağstafa rayon yerli xəzinədarlıq orqanında olan hesabına ödənilməsi, əks halda qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət olunacağı ilə bağlı məlumat verilmişdir

3. DSMF Ağstafa rayon şöbəsinin İ ddiaçı ünvanlanmış 29 dekabr 2019-cu il tarixli məktubuna əsasən, iddiaçının tələb olunan güzəştli iş stajı olmadığından, pensiyanın ödənişi dayandırılmışdır. Belə ki, "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Yüksək Gərginlikli Hava Açarlarının Təmiri sexində elektrik çilingəri işlədiyi vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaratmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 17 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və dayandırılmış pensiyanın bərpasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilk dəfə 9 dekabr 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildən Azərenerji ASC-də elektrik çilingəri vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə işləyir. 38 ildən artıq vaxt o, həmin sahədə işləyir və əmək haqqı alır. 2019-cu ilin dekabr ayının əvvəllərində DSMF Ağstafa rayon şöbəsində yoxlama zamanı guya onun elektrik çilingəri işlədiyi vəzifənin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaratmadığı üçün 17 dekabr 2019-cu il tarixli **********9 saylı DSMF Ağstafa rayon şöbəsi tərəfindən ümumilikdə ona ödənilən 7.301,21 manat pensiya məbləğinin geriyə ödənilməsi barədə qəbul etdiyi qərar (məktub) göndərmişdir. "xxxx" ASC-nin 21 oktyabr 2016-cı il tarixli 01-VŞ/164 4-saylı arxiv arayışında da onun 5 sentyabr 1979cu il tarixdən "Azərenerjisazlama" müəssisəsinin Hava Açarlarının Təmiri sexində və X7 təmiri üzrə Ağstafa qrupunda elektrik çilingəri işləməsi 6 yanvar 2010-cu il tarixdən hal-hazırkı dövrədək "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Yüksək Gərginlikli Hava Açarlarının Təmiri sexində, Elektrik Mühərriklərinin, Generatorlarının və Hava Açarlarının Təmiri sahəsində, X3, Təmiri və Sazlanması İdarəsinin Gəncə Transformator Təmiri sexində və Stansiya və X1 xidmətində elektrik çilingəri vəzifəsində işləməyə davam edir. Bundan başqa onun işlədiyi sahə və bilavasitə vəzifəsi AR NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Lakin DSMF Ağstafa rayon şöbəsi ona ca vab vermişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı üçün pensiya dayandırılmışdır. Bütün bunlardan sonra isə 28 fevral 2020-ci il tarixdə Ağstafa rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona pensiya verilmiş pulun geri ödənilməsi ilə bağlı "İcraata başlamaq haqqında" qərar göndərilmişdir. Həmin qərarda onun ödəməli olduğu məbləğ şikayətlərdən sonra 3.301,21 manat təşkil edir. Bütün bu qanunsuzluqlar onu göstərir ki, DSMF Ağstafa rayon şöbəsi tərəfindən verilmiş qərar və dayandırılmış pensiya təminatı tamamilə qanunsuz dayandırılmış və düzgün qərar qəbul edilməmişdir. Bundan başqa, "xxxx" ASC-nin 2 mart 2020-ci il tarixli 01-7P/101-saylı arayışı ilə təsdiq olunur ki, o, 1979-cu ildən hazıradək X4 220/330/500 kVt-lıq hava açarlarının təmiri üzrə elektrik çi lingəri vəzifəsində işləyir. Onun əmək stajı pensiyaya çıxmağa çatır və ağır sahə olduğu üçün güzəşt də tətbiq edilir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini hə min işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı müvafiq güzəştli iş stajına malik olmamışdır. Belə ki, onun "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Yüksək Gərginlikli Hava Açarlarının Təmiri sexində elektrik çilingəri işlədiyi vəzifə AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təsdiq edilən 24 aprel 2018-ci il tarixli güzəştli arayışda iddiaçının peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin siyahısının 24-cü bölməsində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində olan peşələrə uyğunlaşdırılmışdır. Halbuki, iddiaçı elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsində işləməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 3 aprel 2021-ci il tarixli, 2-1(112)-1942/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik normalarına görə müvafiq yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən – AR Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Siyahıda göstərilən peşə üzrə stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının işlədiyi qurumdan alınan arayışda onun işlədiyi vəzifələrin “təmir üzrə elektrik çilingəri ”, “quraşdırılma xidmətində elektrik çilingəri” olması təsdiqlənir. Lakin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahının müvafiq bəndində həmin peşələr deyil, “müvafiq qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri” və “qazanxana, turbin avadanlıqlarının təmiri, yanacaqötürmə və onun işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, bütün adda olan elektrik çilingərləri” nəzərdə tutulmuşdur, hansı ki, iddiaçı sözügedən peşələrin heç birində işləməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, cavabdeh tərəfin hərəkətləri qanunazidd qiymətləndirilə bilməz.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin o lunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüşdür.

11. İddiaçının hüquq varisi – arvadı X5 ərizə ilə məhkəməyə müraciət edərək ərinin ölümü ilə əlaqədar onu prosessual hüquq varisi kimi icraata cəlb olunmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-21/2023 nömrəli qərardadı ilə X2 Məhəmmədəli Zülfüqar oğlunun prosessual hüquq varisi qismində icraata cəlb olunmuşdur.

13. X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməsini və dayandırılmış pensiya məbləği ödənişinin İddiaçı vəfat etdiyi xx.xx.2021-ci il tarixəd ək bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-21/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilmiş və dayandırılmış pensiya məbləği ödənişinin iddiaçının vəfat etdiyi 3 aprel 2021-ci il tarixədək bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya ödənişinin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları, iddia təl əbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə pensiya məbləğinin ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılark ən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Aparılmış araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajına malik olmadığı müəyyən olmuş və bu səbəbdən ona təyin olunmuş pensiyanın ödənişinin ödənilməsi cavabdeh inzibati orqanın 17 dekabr 2019-cu il tarixli **********9 saylı qərarı ilə dayandırılmışdır. Belə ki, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən o 5 sentyabr 1979-cu il tarixdən "Azərenerjisazlama" müəssisəsinin Hava Açarlarının Təmiri sexində və X7 təmiri üzrə Ağ stafa qrupunda elektrik çilingəri, 6 yanvar 2010-cu il tarixdən isə "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Yüksək Gərginlikli Hava Açarlarının Təmiri sexində, Elektrik Mühərriklərinin, Generatorlarının və Hava Açarlarının Təmiri sahəsində, X3, Təmiri və Sazlanması İdarəsinin Gəncə Transformator Təmiri sexində və Stansiya və X1 xidmətində elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində olan peşələr nəzərdə tutulmuşdur. Halbuk i, iddiaçının "xxxx" ASC-də işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsində işləməmişdir b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19.“Əmək pensiyaları haqqında” Qanun Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 20. “İnzibati icraat haqqında” Qanun Maddə

13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inz ibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə

64. İnzibati aktı n hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi əmək pensiyasının dayandırılması haqqında və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qərarlar ın ləğv edilməsinin və pensiyanın bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 27. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvəd ə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

28. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

29. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

30. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

31. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur. Beləliklə, cavabdehin iddiaçının pensiyasının dayandırılması barədə hərəkətləri qanunsuzdur.

32. Apellyasiya instansiyas ı məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-21/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar