Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1403/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aid a Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı inzibati iş üzrə iddiaçının “cavabdeh inzibati orqanın cərimə olunması” barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-cü il tarixli, 2-1(103)-717/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2009-cu ildən, yəni 52 yaşı tamam olan tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında, yəni 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülərək 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1164/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/18 saylı iş üzrə qəbul etdiyi 06 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1893/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2018-ci il tarixli 2-1(103)-1164/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərarı icra edilməsi üçün xx.xx.2019-cu ildə cavabdehə göndərilmişdir. 5. 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərarı üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilmiş, xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(82)1397/2018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1727/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərar dadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1731/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1727/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-312/2023 nömrəli Qərardadından görünür ki, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-139 7/2018 saylı icra vərəqəsinin icrasına xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Bakı inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(82)-1397/2018 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir.
11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra olunmaması ilə əlaqədar inzibati orqanın 50000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) xx.xx.2024-cü il tarixli, 21(82)-1397/2018 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 300 (üç yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov (sədrlik edən), Ş.A.Məmmədova və C.B.Məmmədov) 15 yanvar 2025-cü il tarixli, 2-1(103)717/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1397/2018 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
17. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata0 keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə a lınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgü n tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
18. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
19. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzind ə davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarının ona münasibətdə məcburi olan icrasını təmin etməməkdən ziyadə, həmin yekun məhkəmə aktını təftiş etməyə çalışır. Məhkəmə qərarının vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin h üququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1338/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-250/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-13/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-410/2024 nömrəli qərarları).
20. Beləliklə, mübahisəli məsələyə mün asibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
21. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da təl əb olunmur.
22. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-cü il tarixli, 2-1(103)-717/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.