Məhkəmə qərarları › İş №2-1(102)-1404/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1404/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1404/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1404/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)263/19 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1978-ci il tarixdən xxxx 1998-ci il tarixədək Şərur Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli fəhlə, xxxx 2002-ci il tarixdən xxxx 2006-cı il tarixədək X2 İdarəsinin Nasos stansiyasında maşi nist vəzifəsində işlədiyi iş stajlarının nəzərə alınaraq, ona əlilliyə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1700/18 saylı qərarı ilə iddia təmin edilmiş,İddiaçı xxxx 1978-ci il tarixdən xxxx 1998-ci il tarixədək Şərur Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli fəhlə, xxxx 2002-ci il tarixdən xxxx 2006-cı il tarixədək X2 İdarəsinin Nasos stansiyasında maşinist vəzifəsində işlədiyi iş stajlarının nəzərə alınaraq, 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərin ə qoyulmuşdur (hakim Z.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-263/19 saylı qərarı ilə (X1 (sədrlik edən və məruzəçi), hakimlər-X5 və X3) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-263/19 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmiş, məhkəmə hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ikinci dərəcəli əlil kimi 15 il sığorta stajı tələb olunur. Lakin iddiaçının əmək kitabçasında ümumi stajı tələb edilən əmək stajından az olduğu və təqdim etdiyi əmək stajı barədə arxiv arayışlara əsasən məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsinin mümkün olmadığı nəzərə alınmalıdır. İddiaçının fərdi hesabının sığorta hi ssəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona əmək pensiyası təyin edilməsi qanuna ziddir. Aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən (xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına) əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsələr də hər hansı üzrlü səbəb olmadan iclasda iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəm əsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-263/19 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, ca vabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1957-ci ildə anadan olmuşİddiaçı əmək kitabçası yanmış, Naxçıvan MR Dövlət Arxivinin xxxx 2004-cü il tarixli, 227 saylı arxiv arayışına əsasən İddiaçı xxxx 1978-ci il tarixdən 27 nömrəli əmrlə 2-ci dərəcəli fəhlə qəbul edilmiş və xxxx 1998-ci il tarixli 29 nömrəli əmrlə işdən azad edilmiş, MR Dövlət Melorasiya və Su Təsərrüfatı Komitəsi X2 İdarəsinin xxxx 2016-cı il tarixli, 212 saylı arayışına əsasən İddiaçı xxxx 2002-ci il tarixli 13 nömrəli əmr əsasında X2 İdarəsinin Şəhidməmməd nasos stansiyasına maşinist vəzifəsinə qəbul edilmiş və xxx 2006-cı il tarixdə 44 nömrəli əmr əsasında işdən azad olunmuş, iddiaçıya xxxx 2018ci il tarixində ikinci dərəcəli əlillik təyin edilmiş, 61 yaşı olmuş iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmiş, cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin xxxx 2018-ci il tarixli, 15/1089 saylı imtina məktubunda, iddiaçının 15 il sığorta stajı tələb olunduğu, lakin ümumi staj tələb edilən əmək stajından az olduğu və təqdim etdiyi əmək stajı barədə arxiv arayışlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci bəndinə uyğun olaraq hesablamaq mümkün olmadığından iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün olmadığı, iddiaçının ümumi iş stajının tələb ediləndən az olduğu əsas gətirilərək müraciətin təminindən imtina etmişdir. Birinci insta nsiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir, Naxçıvan MR DSMF Şərur rayon şöbəsinin xxxx 2018-ci il tarixli aktına əsasən İddiaçı xxxx 1978-ci ildən xxxx 1998-ci il tarixədək Şərur rayon Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrə aid sənədlər Şərur rayon Dövlət Arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmadığı və həmin dövrə aid sənədər Naxçıvan MR Dövlət arxivində mühafizə olunduğu qeyd olunmuş, Naxçıvan MR Dövlət Arxivinin xxxx 2018-ci il tarixli, **** saylı arxiv arayışına əsasən İddiaçı 1989-1993-cü illərdə Şərur rayon Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuş, MR Dövlət Arxiv İdarəsinin xxxx 2018-ci il tar ixli, **** saylı məktubunda İddiaçı 1978-1998-ci illərdə əmr kitablarında işə qəbul olunması və işdən azad olunması haqqında məlumat olmadığı qeyd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Muxtar Respublikanın Dövlət Arxivi İdarəsinin xxxx 2018-ci il tarixli, **** saylı məktubu ilə İddiaçı Şərur Tikinti Quraşdırma İdarəsində 1989, 1990, 1993-cü ilərdə işləməsi və əmək haqqı alması haqqında arxiv arayışının və əmək haqqı cədvəlində əmək haqqı almasının təsdiq edilmiş surətləri təqdim edilmiş, iş üzrə təqdim olunmuş arxiv arayışları ilə iddiaçının xxxx 1978-xxxx 1998-ci illədək və xxxx 2002-ci ildən xxxx 2006-cı ilədək olan ümumi iş stajı öz təsdiqini tapdığından cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtina etməsi əsassız olmaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmuş, cavabdeh iddiaçının pensiyasının təyin edilməsindən imtinanı istisna edən faktiki şərtləri sübut edə bilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instnasiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz hesab edir. MPM-nin 88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Cavabdehin etiraz və şikayətlərində qeyd edilmişdir ki, iddiaçının ümumi stajı tələb edilən əmək stajından az olduğu və təqdim etdiyi əmək stajı barədə arxiv arayışlarına əsasən məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsinin mümkün olmadığı nəzərə alınmamış, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona əmək pe nsiyası təyin edilməsi qanuna ziddir, aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. İş materiallarında iddiaçının əmək kitabçası yoxdur və iddiaçı bu halı Şərur Tikinti Quraşdırma İdarəsində işlədiyi vaxt baş vermiş yanğın nəticəsində əmək kitabçasının yanması ilə izah etmişdir. İddia ərizəsində İddiaçı xxxx 1978-ci il tarixdən xxxx 1998-ci il tarixədək Şərur Tikinti Quraşdırma İdarəsində işlədiyini bildirsə də, işin 39-cu vərəqindəki Dövlət arxivinin xxxx 2018-ci il tarixli, ***** saylı arayışında yalnız üç il üçün, 1989-cu ilin xxxx ayları, 1990-cı ilin xxxxx ayları, 1993-cü ilin isə yalnız xx ayı üzrə müvafiq əmək haqqı aldığı bildirilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsinin həmin tarixli, **** saylı digər arayışında isə iddiaçının 1978-199 8-ci illərdə əmr kitablarında işə qəbul olunması və işdən azad olunması haqqında məlumat olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmələr İddiaçı xxxx 1978-ci il tarixdən xxxx 1998-ci il tarixədək Şərur Tikinti Quraşdırma İdarəsində işləməsinə dair iş stajının təsdiq olunduğu nəticəsinə gəldikləri halda iş materialları ilə 20 ildən artıq müddətin yalnız üç ili, bunun iki ilinin isə yalnız üç ay və bir ay işləyib müvafiq əmək haqqı aldığı arxiv arayışları ilə təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının müvafiq əmək kitabçası olmadığından onun qeyd etdiyi illərdə (Dövlət arxivinin xxxx 2018-ci il tarixli, **** saylı arayışında qeyd edilməyən digər illərdə) həqiqətən işlədiyni, əmək haqqı aldığını təsdiq edən, mötəbərliyi şübhə doğurmayan digər sübutlar əldə edilməli və düz gün qiymətləndirilməli olduğu halda işə baxmış məhkəmələr bununla bağlı hərtərəfli araşdırma aparılmasını təmin etməmişlər. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraqsa əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 61 yaşlı sığortaolunan üçün 16 il (ümumilikdə sığorta stajı 5 ild ən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (61 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 46) x 4 ay = 184 ay/12 = 16 il) sığorta stajı tələb olunur. İş materiallarından iddiaçının qanunvericiliklə tələb olunan 16 il sığorta stajına malik olduğu tam təsdiq edilmir. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə qanunv ericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddə tindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndi nə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məluma tlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası mə hkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfi məhkəmə tədqiqatı aparılması zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının xxxx 2019-cu il tarixli, 2-1(103)**** saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-263/19 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar