Məhkəmə qərarları › İş №2-1(102)-1404/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1404/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1404/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Q Ə RAR İ (iş № 2-1(102)-1404/2020) Açar sözlər: 57 yaşdan güzəştli şərtlə pensiya təyin olunması, ali təhsi lmüddətinin staja daxi ledilməsi. Bakı şəhəri xx xxxx 2020-ci il 30.07.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və cavabd ehin vəkili Əliyev Samir Süleyman oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə pensiyanın təyin olunması» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1962-cı ildə doğulmuşdur və Bakı şəhərində yaşayır. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil almış və həmin təhsil dövrü həqiqi hərbi xidmət dövrü kimi götür ülmüşdür. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2011-ci il tarixədək matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi və kapitan vəzifələrində işləmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra qərarın mətnində DSMF-nin XŞTİ və ya cavabdeh yazılacaq) xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və **********4 saylı, xx xxxx 2019cu il tarixli məktubla iddiaçıya cavab verərək, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamasına əsasən pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdeh DSMF-nin XŞTİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinə müraciət edərək, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illərin ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən pensiya təyin edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx xxxxxx 2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı var və bu stajın 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın 21.2 bəndində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlər lə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazı yuxarıda göstərilən imtina məktubunun məzmununa uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iddiaçının çalışdığı peşələr Nazirlər Kabinetinin təsdiqlədiyi Siyahıların heç birində yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4126/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi təmin edilərək, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı 57 yaşından güzəştli əsaslarla əmək pensiyasının təyin olunması öhdəliyinin DSMF XŞTİ-nin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajına malik olduğuna və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyinə görə, ona əmək pensiyası təyin edilməlidir. Cavabdeh həmin qərarın dəlilləri ilə razılaşmamış, apelyasiya şikayəti verərək qərarın ləğv olnmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ü.A.Mayılov (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı ilədək qanunla tələb olunan güzəştli iş stajını toplamışdır. Cavabdeh xx.xx.2020-ci ildə qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edi lmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı işlədiyi peşənin Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixl, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya aid olduğunu iddia edir. 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış şəxslərin pensiyaya çıxması üçün 25 il ümumi, 12 il 6 ay isə güzəştli iş stajının olması və 57 yaşı doldurmaları tələb edilir. İddiaçınin işlədiyi, arayışda qeyd edilən peşələr nə Azərbaycan Resbulikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında, nə də Nazirlər Kabinetinin xx.xx.1993-cı il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2-ci Siyahıların heç birində yox dur. Yeni Siyahının “Nəqliyyat” adlanan bölməsində və əvvəlki Siyahının eyni adlı bölməsində qeyd olunmuş, peşələrin və müxtəlif vəzifələrinin arasında iddiaçının qeyd etdiyi “matros”, “kapitanın 3-cü, 2-ci, baş köməkçisi” vəzifələrinin heç biri qeyd olunmamışdır. Bu peşələrin adları Siyahıda göstərilmədiyi üçün iddiaçının həmin işlərdə çalışdığı müddət xüsusi sığorta stajına əlavə oluna bilməz. Tərəflərin izahatları: Cavabdehin vəkili Əliyev Samir Süleyman oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üzrə yaranmış mübahisədir. Belə ki, iddiaçı onun xx.xx.2006-cı il tarixə 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12,5 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmış larsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikd irlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi iddanın təmin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı il tarixə 25 il ümumi stajı olmalıdır;

2. İddiaçı həmin müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən işlərdə işləməlidir;

3. İddiaçı 57 yaşa çatmalıdır. Apelyasiya instansiyası məhkəməsi də bu şərtlər üzrə araşdırma apararaq iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlə rlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmiş işlərdə çalışması barədə nəticəyə gəlmişdir və bu nəticə əsaslıdır. Belə ki, həmin Siyahının 21-ci bölməsinin 21.2 bəndinin «b» yarımbəndində «matros», «kapitanın 3-cü, 2-ci, baş köməkçisi» və «kapitan» vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr kimi nəzərdə tutulmuşdur. Həmçinin məhkəmələr iddiaçının təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunmuşdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırm a və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının ali təhsil aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi təhsil illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün, həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalıdır. İddiaçının işlədiyi «matros», «kapitanın 3-cü, 2-ci, baş köməkçisi» vəzifələrinin Siyahıdakı «Nəqliyyat» bölməsinə uyğun olmaması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2000-ci il tarixli, 83 saylı qərarı il ə təsdiq edilmiş «Azərbaycan Respublikası dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsi»nin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pens iya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. Siyahının «XXVİİİ. Nəqliyyat» bölməsində «3. Dəniz və çay donanması- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)» (kod ********) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahının «21.Nəqliyyat» bölməsində «21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)» nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pens iyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda gəmi heyəti göstərilmişdir. İddiaçının işlədiyi vəzifələrin heç biri (kapitanın 3- cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi və kapitan) qeyd edilən siyahılarda göstərilmiş istisnaya aid deyildir. Apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara al dı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar