Məhkəmə qərarları › İş №2-1(102)-1404/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1404/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1404/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N07)-N87/202N saylı, 26 aprel 202N-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin N9.06.20N9-cu il tarixli 9/28344 nömrəli arxiv arayışında qeyd edilir ki, hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş iddiaçı Hərbi Polis İdarəsi rəisinin 30 iyun N2-ci il tarixli 33 №-li əmrilə (əsas: §N, səh-24, sıra-3) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmişdir. Müdafiə nazirinin xüsusi sərəncamına əsasən, Hərbi Polis İdarəsi rəisinin 29 iyul N2-ci il tarixli 62 №-li əmrilə (əsas: §-4, səh-47, sıra-50, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) Ağdam şəhərinə göndərilmək üçün yaradılmış operativ qrupun şəxsi heyətin siyahısında sıravi Саадов Д.А oğlunun adı vardır. Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli N9 №-li əmrində (əsas: §-9, səh-44, sıra-47, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İddiaçı Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması və 26 fevral N3-cü il tarixli 46 №-li əmrində (əsas: §-3, səh-N4, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) Ağdam şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin 7 aprel N3-cü il tarixli 8N №-li əmrində (əsas: §-2, səh-72, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А" yazılmışdır) sıravi İddiaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və 08 iyun N3-cü il tarixli N39 №-li əmrində (əsas: §-4, səh-54, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А ” yazılmışdır) Fizuli şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin 30 iyun N3-cü il tarixli N56 №-li əmrində (əsas: §-4, səh-20, sıra-6, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İd diaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi Polis İdarəsi rəisinin 26 fevral N4-cü il tarixli 49 №-li əmrilə (əsas: §-7, səh4, sıra-9, əmrdə adı “Cabar” yazılmışdır) həqiqi hərbi xidmətini davam etdirmək üçün sıravi X5 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin N mart N4cü il tarixli 58 №-li əmrilə (əsas: §N.3, səh-N, sıra-N, əmrdə soyadı “Saatdov” yazılmışdır) X3 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq mühafizə bölüyünə atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin avqust N6-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydi yyatı kitabında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır.

2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, komissiya 04.NN.20N9-cu il tarixli məktub ilə bundan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı NN.N2.20N9-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun N2-ci il tarixdə həqiqi hərbi xidmətə apa rılmışdır. Bakı hərbi polisində hərbi xidmət keçmişdir. 23 iyul N2-ci il tarixdə Bakıdan Ağdam rayonuna oradan Fizuli rayonuna gətirilmişdir. Hadrut, Martuni istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. N3-cü ilin fevral ayı tarixində Ağdərə, Mehmanə, Çıldıran yüksəkliyi, Aterk kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin ilin fevral ayının sonlarında Bakı şəhərinə hərbi hissəyə qaytarılmışdır. N2-ci il 0N iyulda Fizuli rayonuna gətirilmişdir. Bundan bir neçə ay sonra Bakı şəhərinə gətirilmişdir. N saylı hərbi hissənin tərkibinə keçirilmiş, N6-cı ilin avqust ayında hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidmətdə çavuş olmuşdur. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi sənədlərdə qeyd edilmiş, lakin hərbi biletini Rusiyada itirmişdir. Ancaq indiyə qədər Qarabağ müharibəsi veteranı sənədi ala bilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin təqdim etdiyi N9.06.20N9-cu il tarixli arayışında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi qeyd edilmiş, sadəcə olaraq həmin vaxt sənədlərdə adı, soyadı və ata adı kiril əlifbası ilə rus dili versiyasında qeyd edilmişdir. Həmçinin arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı şəxsi heyətin siyahılarından çıxarılması barədə məlumat aşkar olunmamışdır.

5. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni milliyyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi cavabdeh tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia tələbi əsassızdır, iddiaçının döyüş əməliyyatları aparılan zaman 07.03.N4-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar arxiv sənədlərində aşkar olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qa nuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir.

6. Qarabağ Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı 27.N2.20N9-cu il tarixli, Füzuli Hərbi Prokurorluğunun N7.0N.2020-ci il tarixli məktublarında qeyd olunmuşdur ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

7. SHXÇDX Ucar Rayon Şöbəsinin məhkəməyə ünvanladığı 29.N2.20N9-cu il tarixli məktubuna əlavə edilmiş iddiaçının qeydiyyat kartasına əsasən iddiaçı 07.03.N4-cü il tarixdən N5.04.N5-ci il tarixədək N nömrəli hərbi hissədə, 20.04.N5-ci il tarixdən N5.08.N6-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Şöbənin 23.06.2020-ci il tarixli 423 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının qeydiyyat kartasındakı qeydlər NZ60N0377 nömrəli 20.06.N2-ci il tarixli hərbi bilet əsasında aparılmışdır.

8. Şəki şəhər (rayon) polis şöbəsinin məhkəməyə ünvanladığı 04.0N.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş “2 saylı əlavə”dən görünür ki, iddiaçı barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə heç bir məlumat yoxdur.

9. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı 25.07.2020-ci il tarixli məktubuna əlavə edilən əmrlərdən çıxarışlara əsasən Hərbi Polis İdarəsi rəisinin 30.06.N2-ci il tarixli 33 nömrəli əmri ilə iddiaçı həqiqi hərbi xidmət üçün hərbi komissarlıqdan göndərilmiş, həmin tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. 29.07.N2-ci il tarixli 62 nömrəli əmri ilə həmin tarixdən Ağdam şəhərinə ezamiyyətə göndərilmiş və 3 günlük quru qida ilə təmin edilmişdir. 20.0N.N3-cü il tarixli N9 nömrəli əmri ilə xidməti ezam iyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş, həmin tarixdən qazan təminatından çıxarılmış və N günlük quru qida ilə təmin edilmişdir. 26.02.N3-cü il tarixli 46 nömrəli əmri ilə iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür. 07.04.N3-cü il tarixli 8N nömrəli əmri ilə həmin tarixdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna xidməti ezamiyyətə göndərilmişdir. 08.06.N3-cü il tarixli N39 nömrəli əmri xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür. 30.06.N3-cü il tarixli N nömrəli əmri ilə xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatından çıxarılmış və 2 günlük q uru qida ilə təmin edilmişdir. 26.02.N4-cü il tarixli 49 nömrəli əmri iddiaçı N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilmiş, 25.02.N4-cü il tarixdən şəxsi heyətin siyahısında bütün növ təminatlardan çıxarılmışdır. Məktuba əlavə edilən N nömrəli hərbi hissə komandirinin 07.03.N4-cü il tarixli 58 nömrəli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş iddiaçı həmin tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara əlavə edilmişdir.

10. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin məhkəməyə ünvanlanmış N2.N0.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xidmətini davam etdirmək üçün N №li hərbi hissədən gəlmiş, Ucar RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü sıravi X4 N №-li hərbi hissə komandirinin 20.04.N5-ci il tarixli NN0 №-li əmrilə (əsas: səh 36, § N, sıra 5) şəxsi he yətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3 MAT-un N-ci bölüyünün 3-cü tağımında atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin 24.06.N6-cı il tarixli N4N №-li əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün xx.xx.N974-cü il təvəllüdlü, 3 MAT-un manqa komandiri sıravi X4 N №-li hərbi hissə komandirinin N5.08.N6-cı il tarixli 228 №-li əmrilə (əsas: səh 28, § 3, sıra 64) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ucar RHK-na göndərilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin (hakim X6, 2-N(NN6)-47/202N saylı iş), 27.0N.202N-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsasla ndırmışdır ki, iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, hərbi xidmət dövründə cinayət məsuliyyətinə cəlb olunmamış, döyüş əməliyyatları aparılan hərbi hissələrə ezam olunmuş, qanuni əsaslarla ordudan tərxis olunmuşdur. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir.

13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X9-məruzəçi, X2 və XN, 2-N(N07)-N87/202N saylı iş) 26 aprel 202N-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməs inin 27 yanvar 202N-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

15. Cavabdeh N6 may 202N-ci il tarixdə qərarın surətini almış, N2 iyun 202N-ci il tarixdə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

16. İddiaçının N nömrəli hərbi hissədə (Hərbi Polis) xidmət etməsi təsdiq olunur, lakin “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı andan hərbi əməliyyatlar aparan hərbi hissələrin” siyahısında qeyd edilən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.

17. Hərbi Polis İdarəsi rəisinin 29.07.N2-ci il tari xli 62 nömrəli, 20.0N.N3- cü il tarixli N9 nömrəli, 07.04.N3-cu il tarixli 8N nömrəli və 30 iyun N3-cü il tarixli N nömrəli əmrlərindən çıxarışda iddiaçının Ağdam və Fizuli rayonlarına ezamiyyətlərə getmə əmrləri öz təsdiqini tapsa da İddiaçı Ağdam və Fizuli rayonlarına ezamiyyətlərə getməsi döyüş tapşırığı və döyüş təminatının yerinə yetirməsi ilə əlaqədar olmamışdır. Belə ki, ezamiyyətin məqsədi döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı olması bilavasitə hərbi hissə komandirinin əmrində birbaşa göstərilməlidir.

18. Qüvvədə olan “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında əsasnamənin şəxsə müharibə veteranı statusunun verilməsi zəruri şərti şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçm əsi və ya döyüş təminatı ilə əlaqədar ezam olunması hesab edildiyindən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmədiyindən və onun döyüş bölgəsinə ezamiyyəti döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı olmadığından İddiaçı müharibə veteranı adının verilməsi üçün əsaslar mövcud deyildir.

19. İşə baxan hər iki məhkəmə instansiyası qeyd olunan xüsusatları araşdırmadan əsassız qərar qəbul etmişdir.

20. Şikayətin maddi hüquqi əsasları ilə iddiaya qarşı etirazın maddi hüquqi əsasları eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təm in edilməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. 25 dekabr NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, t oplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 25. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələri nin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinay ət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

26. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar R espublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra d öyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və m edallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikas ının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 9N. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə

96. Ali Məhkəmədə icraat ( -). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.NN. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının t am formada təqdim olunduğu gündən N ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur.

31. İddiaçının dəlillərinə görə 28 iyun N2-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, hərbi polisdə hərbi xidmət keçmişdir. 23 iyul N2-ci il tarixdə Bakıdan Ağdam rayonuna, oradan Fizuli rayonuna gətirilmiş, döyüşlərdə iştirak etmişdir. N3-cü ilin fevral ayı tarixində Ağdərə, Mehmanə, Çıldıran yüksəkliyi, Aterk kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin ilin fevral ayının sonlarında Bakı şəhərinə hərbi hissəyə qaytarılmış, N saylı hərbi hissənin tərkibinə xidmətini davam etdirib N6-cı ilin avqust ayında hərbi xidmətdən tərxis edilmişdir. Döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.

32. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı barəsində olan əmrlərlə onun Ağdam və Fizuli rayonlarına ezamiyyətə getməsi təsd iq olunsa da, ezamiyyətə getmə döyüş tapşırığı və döyüş təminatının yerinə yetirməsi ilə bağlı olmadığından ona müharibə veteranı adı və vəsiqəsi verilə bilməz.

33. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

34. Cavabdehin təqdim etdiyi sənədlərə əsasən hərbi komissarlıqdan hərbi xidmətə göndərilmiş iddiaçı Hərbi Polis İdarəsi rəisinin 30 iyun N2-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş, müdafiə nazirinin 24 iyun N6-cı il tarixli N4N nömrəli əmrinə əssən ehtiyata tərxis olunduğu üçün N saylı hərbi hissə komandirinin N5 avqust N6-cı il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ucar rayon Hərbi Komissarlığına göndə rilmişdir (səh. 9, 67).

35. Göstərilən əmrlərə əsasən iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələbinə uyğun müddətli həqiqi hərbi xidmət keçmişdir.

36. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi cavabdehin məhkəməyə təqdim etdiyi aşağıdakı nizami hissə üzrə arxiv sənədləri ilə təsdiq olunur.

37. Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli N9 №-li əmrində (əsas: §-9, səh-44, sıra-47, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İddiaçı Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması və 26 fevral N3-cü il tarixli 46 №li əmrində (əsas: §-3, səh-N4, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) Ağdam şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır.

38. Hərbi Polis İdarəsi rəisinin 7 aprel N3-cü il tarixli 8N №-li əmrində (əsas: §-2, səh-72, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А" yazılmışdır) sıravi İddiaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və 8 iyun N3-cü il tarixli N39 №-li əmrində (əsas: §-4, səh-54, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А ” yazılmışdır) Fizuli şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır.

39. Hərbi Polis İdarəsi rəisinin 30 iyun N3-cü il tarixli N56 №-li əmrində (əsas: §4, səh-20, sıra-6, əmrdə adı və at asının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İddiaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır.

40. Hərbi Polis İdarəsi rəisinin 26 fevral N4-cü il tarixli 49 №-li əmrilə (əsas: §-7, səh4, sıra-9, əmrdə adı “Cabar” yazılmışdır) həqiqi hərbi xidmətini davam etdirmək üçün sıravi X5 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmişdir.

41. Hərbi Polis İdarəsi rəisinin 29.07.N2-ci il tarixli 62 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən Ağdam şəhərinə ezamiyyətə göndərilmiş və 3 günlük quru qida ilə təmin edilmişdir.

42. Hərbi Polis İdarəsi rəisinin 20.0N.N3-cü il tarixli N9 nömrəli əmrindən çıxarışda n müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş, həmin tarixdən qazan təminatından çıxarılmış və N günlük quru qida ilə təmin edilmişdir.

43. Hərbi Polis İdarəsi rəisinin 26.02.N3-cü il tarixli 46 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür.

44. Hərbi Polis İdarəsi rəisinin 07.04.N3-cü il tarixli 8N nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna xidməti ezamiyyətə göndərilmişdir.

45. Hərbi Polis İdarəsi rəisinin 08.06.N3-cü il tarixli N39 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür.

46. Hərbi Polis İdarəsi rəisinin 30.06.N3-cü il tarixli N nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatından çıxarılmış və 2 günlük quru qida ilə təmin edilmişdir.

47. Cavabdehin təqdim etdiyi əmrlərin surətləri ilə müəyyən edilir ki, iddiaçı döyüş əməliyyatları gedən dövrdə bir neçə dəfə döyüş əməliyyatları gedən Fizuli və Ağdam rayonlarına ezam edilmiş, həm döyüş əməliyyatları gedən əraziyə ezam olunması, həm də döyüş əməliyyatları gedən ərazidən ezamiyyətdən qayıtması hərbi hissə komandirinin (Hərbi Polis İdarəsinin rəisinin) əmrləri ilə rəsmiləşdirilmişdir.

48. Azərbaycan Respublikasının ərazi bütövlü yü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara – Müdafiə Nazirliyinin hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir.

49. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam o lunmaması ilə bağlı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və döyüş əməliyyatlarından xidməti ezamiyyətdən qayıtması açıq-aşkar qeyd edilmişdir.

50. Odur ki, məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsaslı hesab etmir.

51. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilən tələblər mövcud o lduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

52. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N07)-N87/202N saylı 26 aprel 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar