Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1404/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maliyyə dəstəyinin göstərilməsi ilə bağlı məlumatın ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Vergi Xidmətinə qarşı “maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin, yəni məlumatların Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)689/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı cavabdehə müraciət edərək maliyyə dəstəyinin ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstərişin tələbinə əsasən 2019-cu il ərz ində dövlət büdcəsinə vergi ödənişi etməyən fərdi (mikro) sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində m üvafiq Tədbirlər Planına uyğun olaraq ********** VÖEN üzrə maliyyə dəstəyinin göstərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmiş, icr ası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş, tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünmüşdür. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli F-41 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixinə şəxsi hesabında 759.29 manat artıq ödəmələri olmuşdur. He sablaşmalar zamanı 2019-cu ilin 2-ci rübü üçün həmin məbləğdən 40 AZN (Ödəmə tarixi: xx.xx.2019), 3-cü rübü üçün həmin məbləğdən 41.12 AZN (Ödəmə tarixi: xx.xx.2019), 4-cü rübü üçün isə həmin məbləğdən 360 AZN (Ödəmə tarixi: xx.xx.2020) silinmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi onun vergi hesabında toplanmış qalıq məbləğdən 3 rüb ərzində toplam 441.12 AZN məbləğində vergi tutulması həyata keçirilmişdir. Belə olan halda vergi orqanının ona verilən cavab məktublarında 2019-cu ildə vergi ödəməməsinə dair dəlilləri əsassızdır.
4. İddiaçı tərəfindən sonradan iddia tələbi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respubl ikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planına uyğun olaraq VÖEN ********** üzrə iddiaçıya maliyyə dəstəyinin göstərilməsi, yəni məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilməsi kimi dəqiqləşdirilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirilmişdir ki, metodiki Göstərişə əsasən pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulan məlumatlar baza məlumatları ilə avtomat ik yoxlanılır. Müraciətin yoxlanması zamanı sistem tərəfindən aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər (3.6): -Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; -Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; - 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi yalnız müəyyən kateqoriya və konkret şərtlərə cavab verən vergi ödəyiciləri üzrə nəzərdə tutulmuşdur və Metodiki Göstəriş digər əsaslarla yanaşı, 2019-cu il ərzində vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə vergi ödənişlərinin edilməsini mütləq şərt özündə əks etdirmişdir. Lakin hazırkı halda iş materiallarının, o cümlədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə heç bir vergi ödənişi edilməmişdir. Bununla da, iddiaçının maliyyə dəstəyindən yararlanması üçün nəzərdə tutulan şərtlərə cavab verməməsi müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluğun aşkar edilməsinə səbəb olmuşdur.
6. Dəqiqləşdirilmiş tələb üzrə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Metodiki Göstərişin 3.6.3-cü yarımbəndinə və 3.11-ci bəndinə müvafiq olaraq 250,0 manat məbləğində maliyyə dəstəyi almaq üçün aşağıdakı 2 mühüm şərtin mövcudluğu tələb olunur: -2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin həyata keçirilməsi;- 2019-cu il ərzində büdcəyə həyata keçirilmiş vergi ödəmələrinin ümumi məbləğinin 250,0 manatdan aşağı olması. İddiaçı tərəfindən isə 2019-cu il ərz ində dövlət büdcəsinə hər-hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Qeyd olunan şərtlər mövcud olmadığı üçün iddiaçının müraciəti təmin edilməmiş və ona maliyyə dəstəyinin verilməsindən imtina olunmuşdur. Halbuki iddiaçı 2019-cu ildə dövlət büdcəsinə birbaşa olaraq heç bir ödəniş etməsə də, daha əvvəlki illərdə yaranmış artıq ödəmə hesabına 2019-cu ildə onun konkret vergi öhdəlikləri icra etdiyi qənaətinə gələrək artıq ödəmə hesabına vergi öhdəliyinin yerinə yetirilməsi dövlət büdcəsinə birbaşa ödəniş faktı kimi nəzərə alınmasını tələb etmişdir. X2 artıq ödəmə hesabına vergi öhdəliklərinin icra edilməsi imkanı nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Qeyd olunan müddəaların əlaqəli şəkildə təhlilindən göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi vergi məbləğini ödəmədiyi və bu öhdəliyi onun artıq ödənilmiş vergi məbləği ilə əvəzləşdirildiyi halda ödənilməmiş vergi məbləğinə görə faiz hesablanmır.
7. İddiaçının tələbinin əsassız olmağının digər bir səbəbi isə artıq ödəmə hesabına 2019-cu ildə icra edilmiş vergi öhdəliyinin məbləğinin 250,0 manatı aşması ilə bağlı olmuşdur. İddiaçının artıq ödəmə hesabına 2019-cu ildə icra edilmiş vergi öhdəliyi 441,12 manat olmuşdur. İddiaçının iddia tələbinin əsassız olmağının digər bir səbəbi isə onun fəaliyyət növünün Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrə aid olmaması ilə bağlıdır. Belə ki, iddiaçının xx.xx.2011-ci il tarixli **********980600 nömrəli “Fiziki şəxsin qeydiyyatı ərizəsinə” onun fəaliyyət növü “Layihə işləri” (71112) olmuşdur. Lakin xx.xx.2020-ci il tarixdə iddiaçı "Fiziki şəxsin məlumat dəyişikliyi ərizəsi” ilə vergi orqanına müraciət etmiş və fəaliyyət növünü dəyişdirərək əsas fəaliyyət növü kimi “Sair nəşriyyat fəaliyyəti” (58190) seçmişdir. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrin konkret siyahısı açıq məlumat formasında internet resurslarında öz əksini tapmışdır. Qeyd olunan siyahıya nəzər saldıqda görərik ki, iddiaçının əvvəlki əsas fəaliyyət növü “Layihə işləri” (71112) həmin siyahıda öz əksini tapmır, lakin sonradan 2020-ci il ərzində əsas fəaliyyət növü kimi dəyişdirdiyi “Sair nəşriyyat fəaliyyəti” (58190) isə həmin siyahıda öz təsdiqini tapmışdır, bununla da məlum olur ki, iddiaçı maliyyə dəstəyi almaq niyyəti ilə fəaliyyət növünü dəyişdirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2020-ci il tarixli, 2-1(112)-8849/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq iddiaçıya (VÖEN **********) maliyyə dəstəyinin göstərilməsi, yəni məlumatların Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, məlumatların yoxlanılması zamanı aşkar edilən uyğunsuzluqların dairəsi Metodiki Göstərişin 3.6-cı maddəsi ilə məhdudlaşır. Lakin iddiaçıya münasibətdə həmin maddədə qeyd edilən uyğunsuzluqlar aşkar edilmədi. Belə ki, iddiaçı 2011-ci ildə əsas fəaliyyət növü “Layihə işləri” (71112) üzrə uçota alınmış, xx.xx.2020-ci ildə əsas fəaliyyət növünü kimi “Sair nəşriyyat fəaliyyəti” (58190) kimi dəqiqləşdirilmişdir. Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin siyahısında “Sair nəşriyyat fəaliyyəti” (58190) nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin koronavirus pandemiyası dövründə koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı n (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri ilə uçota alınmasına dair Metodiki Göstərişdə hər hansı məhdudiyyət müəyyən edilmir, eləcə də qeyd edilən Metodiki Göstərişin təsdiq olunmasından sonra həmin fəaliyyət sahələri ilə uçota alınmanın uyğunsuzluğa əsas olması barədə hər hansı müddəa yoxdur. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılması müəyyən edilməmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-689/2022 nömrəli qərarı ilə (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) apell yasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”-in 3.6.1 və 3.6.3-cü bəndlərinə, İnzibati Prosessual Məcəllənin 12.1, 13, 35.1, 37, 58.7-ci bəndlərinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi: Maddə 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:... Maddə 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı nın və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Maddə 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:... Maddə 224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq öd ənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. Maddə 224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədə olma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir. 17. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti nin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın İ bölməsinin 3-cü bəndi: pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə).
18. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 2020-ci il 10 aprel tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş "Koronavirus COVİD-19 pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hi ssəsinin ödənilməsi və fərdi mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstəriş (bundan sonra mətndə - Metodiki Göstəriş): 3.6. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 3.6.1. Vergi ödəyicisinin seçdiyi vergi rejimi uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlmir; 3.6.2. Vergi ödəyicisinin fəaliyyəti mart ayından əvvəl dayandırılmışdır; 3.6.3. 2019-cu il ərzində büdcəyə vergi ödəmələri olmamışdır.... 3.8. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir.... 3.11. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan aşağı olduqda ona 250,0 manat həcmində (ölkə üzrə minimum aylıq əmək haqqı) vəsait ödənilir
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instan siyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
25. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin hazırkı qərarın 16-1 8-ci bəndlərində istinad olunan normalarına uyğun olaraq apellyasiya məhkəməsi vergi ödəyicisinə dair məlumatların yoxlanılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla belə, məhkəmə kollegiyası, cavabdehin “iddiaçının müraciətinin Metodiki Göstərişin tələblərinə uyğun olmaması”na dair təkrarlanan dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.
27. Hazırkı qərarın 16-cı bəndində qeyd olunan Metodiki Göstərişin 3.6.1-ci bəndində iddiaçının əsas fəaliyyət növünün “Layihə işləri” (71112) üzrə uçota alınması və xx.xx.2020-ci ildə fəaliyyət növü “Sair nəşriyyat fəaliyyəti” (58190) kimi dəqiqləşdirilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilmir, eləcə də qeyd edilən Metodiki Göstərişin təsdiq olunmasından sonra həmin fəaliyyət sahələri ilə uçota alınmanın uyğunsuzluğa əsas olması barədə hər hansı müddəa yoxdur.
28. X1 3.6.3-cü bəndində artıq ödənilmiş vergi məbləği hesabına 2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin həyata keçirilməsini istisna edən norma yoxdur.
29. Eyni zamanda, Metodiki Göstərişin 3.11-ci bəndi 2019-cu il ərzində vergi ödənişlərinin ümumi məbləği 250,0 manatdan artıq olduqda fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsini istisna etmir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instans iyası məhkəməsinin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-689/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.