Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1405/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2-1(1 03)-163/19 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 17 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 iyun 1981-cı il tarixdən 22 iyul 2002-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 27 iyul 1988-ci il tarixdən 11 iyul 2000-cı il tarixədək Bakı nəqliyyat prokurorunun böyük köməkçisi, 02 noyabr 2000-cı ildən 22 iyul 2002-cı il tarixədək Azərbaycan Respublikası Hərbi X1 müdafiəsi üzrə idarəsinin prokuroru vəzifələrində xidmət etmiş və həmin tarixdə ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 12 oktyab r 2006-cı il tarixdən pensiyaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən ona pensiya təyin edilmiş, pensiyanın təyini üçün ona 1995-2000-ci illərdə Bakı nəqliyyat prokurorunun böyük köməkçisi vəzifəsində işlədiyi illər üzrə əmək haqqı və digər təminatlar hesablanmışdır. Lakin, ona pensiya təyin edilməsi üçün orta aylıq əmək haqqı hesablanarkən 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq işçilərinə ildə bir dəfə iki aylıq əmək" haqqı məbləğində müalicə olunmaq üçün birdəfəlik pul müavinətinin, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının, hər il əmək haqqının i kiqat həcmindən az olmayaraq maddi yardımın verilməsi nəzərə alınmamış, aldığı mükafatların yekun məbləği düzgün hesablanmamış və bu səbəbdən ona pensiya az verilmişdir. O, 15 avqust 2018-ci il tarixdə DSMF-nin Binəqədı rayon Şöbəsinə müraciət edərək, ona pensiya təyin edilərkən yol verilmiş səhvlərin aradan qaldırılmasını və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müalicəyə verilən birdəfəlik pul müavinətinin və hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla, əmək pensiya sının yenidən hesablanmasını, pensiya hüququnun yarandığı tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etsə də, cavabdeh 27 avqust 2018-ci il tarixli 09-2117 nömrəli məktubla pensiyasının yenidən hesablanmasından və 12 oktyabr 2006-cı il tarixdən bu günədək az ödənilmiş məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” - Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən Bu Qanunun 20.1.5-cı və 20.15-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilir. Əlavələrin ödənilməsi üçün qulluq etdiyi dövlət orqanı tərə findən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Həmin arayışın təqdim edilmədiyi üçün həmin əlavələrin pensiyanın hesablanmasında nəzərə almaq mümkün deyil. Hesab edir ki, cavabdehin imtinası aşağıdakılara əsasən qanuna zidd olmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, ona pensiya təyini üçün orta aylıq əmək haqqı hesablanarkən pensiya hüququnun yarandığı 12 oktyabr 2006-cı il tarixə Bakı Nəqliyyat Prokurorunun böyük köməkçisinə bərabər vəzifənin aldığı vəzifə maaşı, qulluq stajına və rütbəyə görə əlavə haqq və mükafatlar nəzərə alındığı kimi cavabdehin imtina məktubunda qeyd etdiyi bəhanələrdən asılı olmayaraq həmin dövrdə Bakı Nəqliyyat Prokurorunun böyük köməkçisinə bərabər vəzifəyə verilən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azə rbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.4-cü maddələri ilə nəzərdə tutulan ödənişlər də nəzərə alınmalı idi. Belə ki, ona pensiya prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında verildiyindən və həmin qanunvericilik normalarına əsasən əmək haqqı artımındakı sonrakı dəyişikliklərin həmin məbləğə şamil edilməsi birbaşa nəzərdə tutulduğundan cavabdehin onun bu əlavələri almadığından ona bu əlavələrin nəzərə alınmasının mümkün olmaması barədə imtinası tam əsassızdır və qanuna ziddir. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda DSMF-nin Binəqədi rayon şöbəsinə qarşı “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4 -cü maddələri ilə nəzərdə tutulan prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər ıl onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən (12 oktyabr 2006-cı il tarixdən) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instan siya məhkəməsinin 17.10.2018-ci il tarixli iş № 2-1(81)-4069/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.10.2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.01.2019-cu il tarixli iş № 2-1(103)163/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin 17.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmi n edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi işə düzgün mövqedən qiymət verməmiş, İddiaçı Yumtu oğlunun ərizəsini əsaslı sayaraq, apelyasiya şikayətindəki dəlilləri nəzərə almamış və iddia tələbini təmin etmişlər. Cavabdeh olaraq bildirmək istəyir ki, İddiaçı Yumtu oğlunun cavabdeh təşkilata olmuş müraciəti tərəfindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddia tələbini təmin edərək qərar qəbul etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi nin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərar ı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin məcəllənin 82-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin məcəllənin 87.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir, lakin məhkəmə qeyd edilənləri və məhkəməyə təqdim edilə n sübutları nəzərə almayaraq, yanlış iddiaçının mülahizələrinə əsaslanaraq, qanunu kobudcasına təhrif etmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələrinin iddianın təmin və apelyasiya şikayətinin rədd olunması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2-1(103)-163/2019 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(103)163/2019 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunlu ğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansi yası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 24 yanvar 2019-cu il tarixli, 2-1(103)-163/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2-1(81)-4069/18 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinə, 29 iyun 2001-ci ildən qü vvədə olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.1, 21.2, 21.4-cü maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cü maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bununla bağlı xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəni həll edərkən maddi hüquq norm alarının pozulması ümumiyyətlə göstərilməmişdir (kasasiya şikayətində yazılan yeganə maddi hüquq norması - Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsidir ki, bu maddi hüquq norması da ümumi xarakter daşımaqla sadəcə olaraq vətəndaşların sosial təminat hüququnu təsbit edir). Halbuki cavabdeh kasasiya şikayətində maddi hüquq normalarının pozulmasını iddia edir. Digər tərəfdən, qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayətində İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82, 87.7-ci maddələrinə istinad edilsə də, apelyasiya instansiyası məhkəməsinin, cavabdehin qənaətinə görə, həmin prosessual hüquq normalarının pozmasını konkret olaraq nədən ibarət olması göstərilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində “məhkəmə qeyd edilənlə ri və məhkəməyə təqdim edilən sübutları nəzərə almayaraq, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq, qanunu kobudcasına təhrif etmişdir”, yazsa da, apelyasiya instansiyası məhkəməsinin məhkəməyə təqdim edilən hansı konkret sübutları nəzərə almadığını ümumiyyətlə göstərməmiş, yəni, cavabdehin kasasiya şikayətindəki dəlilləri sırf deklarativ və formal xarakter daşıyır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxxx 1946-cı ildə anadan olmuş, 15 mart 1965-ci ildə əmək fəaliyyətinə başlamış, 29 iyun 1981-ci ildən 22 iyul 2002-ci ilə qədər prokurorluq orqanlarında xidmət etmiş, 12 oktyabr 2006-cı il tarixdə 60 yaşında pensiyaya çıxmışdır. Ümumilikdə iş stajı 25 ildən çoxdur. Məhkəmə kollegiyası hesab ed ir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə maddi hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. 29 iyun 2001-ci ildən qüvvədə olan “prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə müvafiq olaraq prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cüm lədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.2-ci maddəsinə görə prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 21.4-cü maddəsinə müvafiq olaraq prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Qanunun istinad olunan normalarına doğru əsaslanmış apelyasiya instansiyası məhkəməsi haqlı olara q belə qənaətə gəlmişdir. Prokurorluq işçilərinin əmək haqqına “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün ödənişlər daxil olduğundan həmin ödənişlər iddiaçıya pensiya təyin edilərkən orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalı, o cümlədən ödənişlərin məbləğindəki sonrakı artımlar nəzərə alınaraq pensiyasının yenidən hesablanması barədə tələbi təmin edilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə (01 iyul 2017-ci il tarixədək - iddiaçının pensiya hüququ yaranarkən qüvvədə olmuş redaksiyada) əsasən bu Qanunun 20.1.1-20.1.17-ci maddələrində nəzərdə tutulmuş şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Eyni qayda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”» Azərbaycan Respublikası Qanununun iddiaçının pensiya hüququ yaranan zaman 19 oktyabr 2007-ci il tarixədək qüvvədə olmuş redaksiyada 20.14-cü maddəsində də təsbit olunmuşdur. Həmin maddədə qeyd edilmişdir ki, pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerində aldıqları 5 ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı dır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 21(103)-163/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1405/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1405/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver