Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1405/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-44/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri 39 saylı X2 bağlanmış xx xxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün almışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2781D seriyalı, KOD nömrəsi 00502016 olan şəhadətnamə verilmiş, torpaq sahəsinin 0,06 ha sahəsini satmışdır. Bundan sonra yerdə qalan 0,06 ha torpaq sahəsinə dair adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN19585D seriyalı, KOD nömrəsi 00502016 olan şəhadətnamə verilmişdir. Həmin sahədə tikəcəyi evin eskiz layihəsi Sabunçu rayon icra hakimiyyə ti tərəfindən təsdiq edilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1537 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə Ramana qəsəbəsi Qarayev küçəsində tikilmiş fərdi yaşayış evi hüquqi qeydiyyata alınmışdır. Bundan sonra sahələri 21.28, 20.92 kv.metr olan 2 yataq otağı, sahəsi 41.71 kv.metr olan zal, sahəsi 5.4 kv.m olan mətbəx, sahəsi 15.4 kv.m olan açıq eyvandan ibarət bir mərtəbəli yaşayış evi tikmiş və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evin adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh evin elektrik xəttinin mühafizə zolağında yerləşdiyini əsas gətirərək **********81 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə evini reyestrdə qeydiyyata almaqdan imtina etmişdir. Lakin o cavabdehin imtinası ilə razı deyildir. Belə ki, torpaq sahəsi qanuni əsaslarla X1 mülkiyyətində olmuş və alqı-satqı müqaviləsinə əsasən almışdır. Evin elektrik xəttinin mühafizə zolağında yerləşməsi cavabdehin iminası üçün əsas deyil. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1082/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-44/2020 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(82)-1082/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən fər di yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə tərəfindən araşdırılma aparılmışdır. Belə ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas kimi cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin torpaq sahəsi üzərindən keçən elektrik xəttinin mühafizə zolağında yerləşdiyini və kadastr məlumatına əsasən konfiqurasiya dəyişikliyinin mövcud olduğuna istinad edils ə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, işin məhkəmə araşdırması zamanı mübahisəli fərdi yaşayış evinin elektrik xəttinin mühafizə zonasına düşmədiyi də təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının qanuni əsaslarla inşa etdirdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün müəyyən edilmiş əsasları nəzərə almadan iddiaçının müraciətini təmin etməmişdir. Bakı Apelyasiya Məhkə məsində işə baxılan zaman məhkəmə tərəfindən araşdırılma aparılmışdır. Belə ki, məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normasının tələbinə müvafiq qiymət verərək hesab etmişdir ki, sözügedən fərdi yaşayış evi elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2002-ci il tarixli, 482 saylı sərəncamının iddiaçının fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tələb olunan mötəbər sənəd kimi qəbul edilə bilməz. Qeyd etmək istəyir ki, sözügedən yaşayış evi hal-hazırda mövcuddur və iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Bak ı Apelyasiya Məhkəməsinin qərarı və cavabdehin əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə dair imtinası və cavabdehin şikayətinin təmin edilməsi səbəbi kimi göstərdikləri yaşayış evinin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi faktı tikinti işləri zamanı nəzərə alınmalı idi. Tikinti işləri zamanı torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağında yerləşdiyi barədə ona heç bir məlumat verilməmişdir. Qeyd olunan hallar mühafizə zonasının qorunmasına əsas deyil, belə ki, fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasına imtina evin mövcudluğunu istisna etməyəcək və mühafizə zonasında yaşayışı məhdudlaşdırmayacaqdır. Odur ki, mövcud olan əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina bir başa konstitusion hüquqlarının pozuntusu dur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-44/220 nömrəli qətnaməsinın (kasasiya şikayətində məhz «qətnamə» yazılmışdır – Ali Məhkəmənin qeydidir) ləğv edilməsini, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən evin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şə xslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-44/2020 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(82)-1082/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 87.6-cı maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqı nda» Qanunun 8.0, 8.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3, 5, 6, 9, 12-ci bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayəti 6 səhifədən ibarət olsa da, iddiaçının dəlilləri kasasiya şikayətinin yalnız bir səhifəsində, yəni, «Qəbul edilən məhkəmə aktları» adlanan hissəsində göstərilmiş, kasasiya şikayətinin «Prosessual pozuntular» adlanan hissəsində isə ancaq bir neçə prosessual hüququq normalarının mətni və Avropa İnsan Hüquqları Məhkəməsinin bir neçə işdən ayrı-ayrı hissələrin mətnləri yazılmışdır ki, bunlar ın heç biri də hazırkı işin halları ilə əlaqələndirilməmiş və hər hansı bir əsaslandırma verilməmişdir. Buna görə də kasasiya şikayətinin «Prosessual pozuntular» adlanın hissəsində qeyd edilənləri iddiaçının dəlilləri saymaq olmaz, bu sadəcə olaraq formal və deklarativ xarakter daşıyan ümumi cümlələrdir. Qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayətindəki faktiki olaraq yeganə dəlili mövcuddur ki, həmin dəlil də ondan ibarətdir ki, «Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin torpaq sahəsi üzərindən keçən elektrik xəttinin mühafizə zolağında yerləşdiyini və kadastr məlumatına əsasən konfiqurasiya dəyişikliyinin mövcud olduğuna istinad edilsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, işin məh kəmə araşdırması zamanı mübahisəli fərdi yaşayış evinin elektrik xəttinin mühafizə zonasına düşmədiyi də təsdiq edilmişdir». Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçib-keçməməsi, eləcə də həmin yaşayış evinin elektrik xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və «xxxx» ASC-nin mütəxəssislərinin iştirakı təmin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə ekspertizanın təyin edilməsinə dair qərardadının icrası qaydasında «xxxx» ASC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 5-02/05-06/058 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığından «xxxx» ASCyə məxsus 43-TM-69 yarımstansiyalar arası 6,0 kV-luq yüksək gərginlikli hava elektrik verilişı xətti keçir. Fərdi yaşayış evindən yüksək gərginlikli hava elektrik verilişi xəttinə qədər olan məsafə 1,5 metrdir və ev elektrik xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 21415 saylı ekspert rəyində tədqiqatın nəticəsinə əsasən belə qənaətə gəlinmişdir ki, tədqiqat obyektinə baxış keçir ilən zaman iddiaçıya məxsus torpaq sahəsinin orta hissəsindən elektrik xətti keçdiyinin müəyyən olunduğunu, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evləri ilə elektrik xətti arasında məsafələrin 4,5 metr; 3,0 metr olduğunu və «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarına əsasən 20 kV-a qədər mühafizə zolağı üçün 10 metr məsafə olduğunu nəzərə aldıqda hər iki fərdi yaşayış evinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi müəyyən olunur. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə də, mübahisəli fərdi yaşayış evinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini şübhə altına alan sübutların olmamasını nəzərə alaraq, onu mötəbər sübut kimi qiymətləndirmişdir. Qeyd olunmal ıdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi üçün əsasdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, sözügedən fərdi yaşayış evi elektrik xəttinin mühafizə zolağında yerləşdiyindən Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2002-ci il tarixli, 482 saylı sərəncamı iddiaçının fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrındə qeydiyyatının aparılması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tələb olunan mötəbər sənəd kimi qəbul edilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 201 5-ci il tarixli, 439 saylı Fərmanının 2-ci bəndində qeyd edilir ki, sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydıyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt ha disələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrin dən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mə dən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yax ud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmaqla istinad olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tar ixli, 21(103)-44/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1405/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1405/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver