Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1405/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxxx X2 şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: söküntüyə görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə İddiaçı Elbrus oğlunun cavabdeh Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 79.65 kv.m. sahəsi olan mənzilin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) kv.m. sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq, hər kvadrat metr üçün 1000 (bir min) AZN və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) AZN olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) AZN maddi ziyan, 15.000 (on beş min) AZN mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus 2 otaqlı mənzilin sahəsi 42.65 kv.m. olmuşdur. 2011-ci ildə həmin mənzilin sahəsi 37 kv. m. artırılaraq, ümumi sahəsi 79.65 kv.m. olmuşdur.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79.65 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3669 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Naxçıvan şəhər İcra Hakimiyyəti 2020-ci ildə araşdırma aparmış, müvafiq icazə alınmadan yerinə yetirilən yenidənqurma və yenidən planlaşdırma işlərində Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı maddələrində nəzərdə tutulmuş hallar aşkar edilmişdir. Məcəllənin 27.2.2-ci maddəsinə müvafiq olaraq yaşayış sahəsi və sahənin yerləşdiyi bina əvvəlki vəziyyətinə qaytarılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmaqla, yaşayış sahələrinin əvvəlki ölçüsü bərpa edilmişdir.
4. İddiaçı tərəfindən cavabdeh inzibati orqana qanunvericiliyə müvafiq olaraq sökülməsi nəzərdə tutulan sahələrin müqabilində ədalətli kompensasiya ödənilməsi barədə müraciət edilmişdir.
5. Cavabdeh tərəfindən ünvanlanan 10 iyul 2020-ci il tarixli, 27/M-16 saylı məktubla bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında, eləcə də onun paytaxtı Naxçıvan şəhərində aparılan kompleks quruculuq işləri ilə yanaşı yenidənqurma, şəhər və rayonların abadlaşdırılması, bu sahədə görülən bütün tədbirlər əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsinə xidmət edir. Çoxmənzi lli binada ümumi mülkiyyətin qorunmasının, yararlı vəziyyətə salınmasının, qurğuların dayanıqlılığının, yükdaşıyan rigellərin uzunömürlülüyünün və zəlzələyə davamlılığının təmin edilməsi məqsədilə şəhərin mərkəzi küçəsində yerləşən yaşayış binasının müəyyən edilmiş qaydada müasir üslubda təmir olunması nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 79.65 kv.m. sahəsi olan mənzilin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) kv.m. sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq, hər kvadrat metr üçün 1000 (bir min) AZN və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) AZN olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) AZN maddi ziyan, 15.000 (on beş min) AZN mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29 dekabr 2016-cı il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 79.65 kv.m. sahəsi olan mənzilin mülkiyyətçisidir. Yaşayış binasının abadlaşdırılması - yenidən üzlənməsi məqsədilə binada təmir-bərpa işlərinin görülməsi və eləcə də, yaşayış sahələrinin balkon və bir sıra hissələrinin sökülməsi nəzərdə tutulmuşdur. Belə ki, ona mülkiyyətində olan mənzilin balkon və 37 kv.m. sahəsinin söküləcəyi bildirilmişdir. Halbuki, qeyd olunan çıxarışa əsasən həmin mənzil, o cümlədən sökülməsi nəzərdə tutulan sahələr mülkiyyət hüququ ilə ona məxsusdur və orada onun tərəfindən əsaslı təmir işləri görülmüş, xeyli xərc çəkilmişdir. Hazırda yaşadıqları binada söküntü işləri aparılır və mənzilin yarıdan çox hissəsinin - 37 kv.m. sahəsinin sökülməsi normal həyat şəraitlərinə çox ciddi təsir göstərməklə, 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyri-mümkün etmiş, onları çıxılmaz vəziyyətə salmışdır. Belə olan təqdirdə, qanunvericiliyə müvafiq olaraq sökülməsi nəzərdə tutulan sahələrin müqabilində ədalətli kompensasiya ödənilməli və bununla da mülkiyyət və digər insan hüquqları təmin olunmalıdır. Müvafiq kompensasiyanın müəyyən olunaraq ödənilməsi üçün aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, bu günədək heç bir tədbir görülməmiş, kompensasiyanın ödənilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən müraciətinin əsasını təşkil edən məsələyə heç bir münasibət bildirilməməsi və bununla da yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədin olmasına baxmayaraq, kompensasiyanın ödənilməsindən imtina edilməsi mülkiyyət hüququnun kobud surətdə pozulmasının bariz nümunəsidir. Cavabdeh tərəfindən onlara sadəcə maddi ziyan deyil, əhəmiyyətli şəkildə mənəvi ziyan da vurulmuşdur. Belə ki, mənzildə yaranmış narahatlıq səbəbindən qohumlarının evində yerləşməyə məcbur olmuş, cavabdehin qanunsuz və əsassız hərəkətləri qarşısında iddiaçı və ailə üzvləri ciddi şəkildə əsəb, stressə məruz qalmışlar. Halbuki, görülən tədbirlər Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin və sosial rifahın ın yaxşılaşdırılması məqsədinə xidmət etməli, əsassız və qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmamalıdır. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanın məbləğini 15.000 (on beş min) azn dəyərində qiymətləndirir.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan mənzil 42.65 kv.m olmuş, 2011-ci il tarixdə nəzarətsizlik şəraitində tikinti-quraşdırma işləri aparmaqla, binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinə səbəb olan, tikinti normalarına əməl olunmadan, müvafiq orqan və təşkilatlarla razılaşdırılmadan, binanın qurğularının dayanıqlılığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü azaldan tikinti işləri həyata keçirməklə, binada yaşayan vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozaraq sakinlərin həyat və sağla mlılığına təhlükə yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının tələblərini pozaraq, Qanunun 8-ci maddəsində göstərilən sənədlərin heç biri təqdim edilmədən mövcud yaşayış sahəsinə qanunsuz tikilmiş artırmalar əsassız olaraq dövlət qeydiyyatına alınmışdır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə sonradan əlavə olunmuş 37 kv.m. sahə əsassız olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındığından, qeydiyyat qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olmadan aparıldığından, hazırda əsassız olaraq qeydiyyat aparıldığı üçün həmin qeydiyyat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ləğv olunduğundan iddia tələbi əsassızdır.
9. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2- 1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim: S.Novruzov) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər edilmiş, yaşayış sahəsinin əvvəlki ölçüsü bərpa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv olunmuş və bu barədə, iddiaçıya məlumat verilmişdir. Milli qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqeyin mövcud olmasına baxmayaraq, hazırki işə münasibətdə mülkiyyətin toxunulmazlığı prinsipindən söh bət gedə bilməz. Belə ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə sonradan artırılan 37 kv.m. sahə müvafiq inzibati orqan tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmadığından 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış ləğv olunmuşdur. Buna görə də iddiaçının artıq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ mövcud deyildir. Heydər Əliyev prospekti, bina 40, mənzil 7 ünvanında yerləşən 42.65 kv.m. yaşayış sahəsinə sonradan əlavə olunan 37 kv.m. genişləndirilmənin aparılması qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilmişdir.
11. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. b)apelyasiya instans iyası məhkəməsindəki icraat
12. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Ə.Xıdırov, hakimlər: S.Qarayev və M.Allahverdiyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi hüquqi və faktiki cəhətdən heç bir əsası olmayan, ədalətsiz, qeyri-obyektiv, qüvvədə olan istər milli, istərsə də beynəlxalq hüquq normalarına zidd qərar qəbul etmiş, uydurmalara yol verməklə, subyektiv mülahizələrə əsaslanmışdır. Apelyasiya şikayətinin müxtəlif əsaslara söykənən dəlillərinə münasibətdə sadəcə “həmin dəlillər əsaslı hesab edilə bilməz” kimi qeyri-ciddi və müəmmalı cavab verməklə kifayətlənmiş, birinci instansiya məhkəməsinin əsassız mövqeyini təkrarlamışdır. Aşağı instansiya məhkəmələri müəmmalı şəkildə Naxçıvan şəhəri, H.Əliyev prospekti, 40 nömrəli evin 7-ci mənzilinə sonradan artırılan 37 kv.m. sahənin qanunvericiliyin tələblərinə zidd şəkildə artırıldığını qeyd etsələr də, qanunsuzluğun nədən ibarət olmasını, hansı sübutlar əsasında bu qənaətə gəldiklərini göstərməmiş, birtərəfli mövqelərini açıq-aşkar nümayiş etdirmişlər. Bu halda, məhkəmənin qərəzsizliyi və obyektivliyi, məhkəmə qərarının qanuniliyindən söhbət gedə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndəsinin iclasda iştirak etmədiyi halda da, işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir:... 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda;... 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihə si binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. Maddə 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir:... 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bə rpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüq uq normalarının tələblərinə riayət edilmədiyindən qərar ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
23. Hazırkı iş üzrə iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olması, həmin mənzilin sahəsinin 2011-ci ilədək 42.65 kv.m. olması, 2011-ci ildə həmin mənzilin sahəsinin 37 kv.m. artırılaraq genişləndirilməsi, 2016-cı ildə genişləndirilmiş mənzil üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi, Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən 2020ci ildə araşdırma aparılması nəticəsində müvafiq icazə alınmadan yerinə yetirilən yenidənqurma və yenidən planlaşdırma işlərində Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı maddələrində nəzərdə tutulmuş halların aşkar edilməsi səbəbi ilə iddiaçının mənzilinin artırılmış hissəsinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması, Naxçıvan şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmaqla yaşayış sahələrinin əvvəlki ölçüsünün bərpa edilməsi işin mübahisəsiz hallarıdır.
24. Hazırkı iş üzrə iddiaçı mənzilin bir hissəsinin sökülməsinə görə ona kompensasiya ödənilməli olmasını iddia edir və iddia tələbinin əsası kimi, onun sökülən mənzilin genişləndirilmiş hissəsi üzərində reyestrdə qeydə alınmış xüsusi mülkiyyət hüququnun olmasına istinad edir.
25. Cavabdeh isə kompensasiya ödəməkdən imtinanın əsası kimi, iddiaçı tərəfindən mənzildə aparılan yenidənqurma işlərinin qanunvericiliyin tələblərinə uyğun olmadığına, Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı m addələrinin tələblərinə əsasən, həmin Məcəllənin 27.2.2-ci maddəsinə uyğun olaraq sökülməli olması və hal-hazırda reyestrdə müvafiq düzəlişlər olunmaqla, yaşayış sahələrinin əvvəlki ölçüsünün bərpa edilməsinə istinad edir.
26. Məhkəmə kollegiyası tərəflərin dəlilləri ilə əlaqədar qeyd edir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insan ın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1072.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
27. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
28. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli hə yat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar, Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
30. İşə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarı ilə razılaşarkən, hazırkı iş üzrə iddiaçının 2011-ci ildən genişləndirilmiş mənzildə yaşamasını, cavabdehin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktubunda Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, aparılan işlər zamanı Heydər Əliyev prospekti 10; 22; 24; 26; 29; 31; 40; 44; 54; 58; İstiqlal küçəsi 82; 87; 91; 93; 94; 99; 105; 111; Şadlinski küçəsi 1; 2; Bektaşi küçəsi 1; 2; Nizami küçəsi 40; 53; Atatürk küçəsi 20; Həsən Əliyev küçəsi 11 nömrəli ictimai yaşayış binalarının mənzillərində yaşayış və ümumi sahələrdə dəyişikliklər edildiyini və ünvanları göstərilən binalardakı mənzillərin yaşayış və ümumi sahələrində əmələ gələn dəyişikliklərin sənədləşmə zamanı nəzərə alınmasını xahiş etməsini, iddiaçının mənzilin genişləndirilmiş sahəsi üzərində mülkiyyət hüququnun məhz cavabdeh inzibati orqanın sözügedən məktubu əsasında qeydiyyata alındığını nəzərə almamışdır.
31. Cavabdeh hal-hazırda iddiaçı tərəfindən aparılan yenidənqurma işlərinin qanunsuz və özbaşına olduğunu, Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı maddələrində nəzərdə tutulan halların aşkar edildiyini bildirsə də, bununla bağlı hər ha nsı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdeh iddiaçının qanunsuz olaraq mülkiyyət hüququnu qeydə aldırdığını bildirsə də nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına əsas elə məhz cavabdehin məktubu olmuş, başqa sözlə, cavabdeh buna razılıq vermişdir. Həmçinin qeyd olunmalıdır ki, qanunsuz olaraq qeydə alınma ilə bağlı da iş materiallarında heç bir mötəbər sübut yoxdur. Əks hal, dövlət reyestrinin mötəbərliliyi prezumpsiyasına ziddir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, hal-hazırda iddiaçıya məxsus çıxarışda düzəliş edilməsi, onun genişləndirilmiş mənzi l üzərində qanuni mülkiyyət hüququnun olmamasına birbaşa dəlalət etmir.
32. Beləliklə, hazırkı iş üzrə cavabdeh iddiaçının mülkiyyət hüququna müdaxilənin legitimliyini, müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənildiyini, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasibliyin mövcudluğunu əsaslandırmalı olduğu halda bunun etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu hala qiymət verməmişdir.
33. Həmçinin, sökülmənin legitimliyi və mütənasibliyi iddiaçıya dəymiş ziyanın aradan qaldırılmasını istisna etmir, əks hal, mülkiyyət hüququnun qanunsuz və əsassız pozuntusu kimi qiymətləndirilir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməməklə qəbul olunduğundan ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
35. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərarında əks olunmuş hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.
36. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.