Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1405/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Cavabdeh2 və Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Cavabdeh2 və Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehlərdən məhkəmə xərclərinin və rüsum unun tutulması, obyektlərin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(108)-17/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət cavabdehlərdən məhkəmə xərclərinin və rüsumunun tutulması, obyektlərin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və torpaq sahəsinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respu blikasının İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və qanunla ona məxsus torpaq sahəsinin geri qaytarılması və dəyən ziyana görə kompensasiya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(108)-17/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
6. İş kassasiya instansiyası məhkə məsinə daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilmədiyi, vəkil tərəfindən imzalanmadığı və vəkilin orderinin kassasiya şikayətinə əlavə edilmədiyi müəyyən olunmuşdur.
7. İddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək həmin çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassas iya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa da ir tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamal ı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
11. İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.
12. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Yardım göstərilməsinə rəğmən, iddiaçı tərəfindən qeyd olunan çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görülməmişdir.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(108)-17/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.