Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1406/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli 2-1(103)-2680/2018 nöm rəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 08.1983-cü il tarixindən əmək fəaliyyətinə başlamışdır. O, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq ona 52 yaşından, 20.04.2014-cü il tarixindən əmək pensiyası təyin edilməsi məqsədi ilə ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsi tərəfindən ona ünvanlanan 03.03.2017ci il tarixli, 18/04-1167 nömrəli cavab məktubunda qe yd edilmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23.01.2007-ci il tarixli qərarın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ona 20.04.2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan məhkəmə qərarı qanuni qüvvəyə minən günə qədər təyin olunmuş əmək pensiyasının məbləğinin hesablanaraq birdəfəyə ona ödənilməsinin Dövlət Sosial Müdafiə Fondu nun Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2-1(82)-1976/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2-1(82)-1976/2017 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2017-ci il tarixli, 21(103)-2523/2017 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2018-ci il tarixli, 2-1(102)-355/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2018-ci il tarixli, 21(103)-1120/2018 saylı qərarı ilə (sədrlik edən hakim Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1594/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 21(103)-2680/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli, 2-1(82)-1976/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı 15.08.1983-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır və 30 ilə yaxın ümumi sığorta stajına malikdir. Onun işlədiyi peşələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş zərərli peşələrə aiddir və iddiaçı neft-qazın yığılması, hazırlanması və nəqli sexində əmək fəaliyyətinə başladığı gündən zərərli işdə işləməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi stajı 10 ildən artıqdır. Odur ki, iddiaçıya güzəştli şərt lərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcud olduğundan ona 52 yaşdan pensiyanın təyin edilməsi barədə birinci instansiya məhkəməsinin hüquqi nəticəsi əsaslı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 21(103)-2680/2018 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı 15.08.1985-ci il tarixdə əmək fəaliyyətinə başlamış və 2014-cü il tarixədək “X” LTD şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində əmtəə operatoru peşəsində işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əmtəə operatoru peşəsi “Neft emalı” bölməsində göstərilmişdir və zərərli peşə sayılır. Lakin iddiaçının işlədiyi “X LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi neftin emalı ilə deyil, neftin hasilatı və nəqli ilə məşğul olur. Ona görə də iddiaçının işlədiyi “əmtəə operatoru” peşəsi zərərli iş sayılmır və güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına səbəb ola bilməz. Odur ki, kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 90-99-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417.1.5, 418, 419-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli 2-1(103)-2680/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-1(103)-2680/2018 nömrəli qərarı ilə gəldi yi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pen siya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 15.08.1983-cü il tarixində əmək fəaliyyətinə başlamışdır və 30 ilə yaxın ümumi sığorta stajına malikdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5.1-ci maddəsində həmin Siyahıya istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirol izi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: əmtəə operatorları da daxil edilmişdir. İddiaçının əmək kitabçasından da məlum olduğu kimi o, neft-qazın yığılması, hazırlanması və nəqli sexində 10 ildən artıq (15.08.1983-22. 12.2014-cü ilədək) əmtəə operatoru vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçının işlədiyi əmtəə operatoru peşəsinin zərərli peşə olması ilə bağlı iş materiallarında kifayət qədər sübutlar olduğundan Bakı Apellyasiya Məhkəməsinin mövqeyi haqlıdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Q eyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli 21(103)-2680/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1406/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1406/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver