Məhkəmə qərarları › İş №2-1(102)-1406/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1406/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1406/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: ailə başçısını itirməyə görə əmək pensiyasına əlavə; ailə başçısının təminat xərcliyi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ödənilməmiş əmək pensiyasına əlavələrin yenidən hesablanması və ödənilməsi” tələbi nə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)431/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1-ci qrup əlildir və ona ailə başçısının itirilməsinə görə 2009-cu ildə ailə başçısının təminat xərcliyinin 35% miqdarında pensiya təyin olunmuşdur. Ona təyin olunmuş pensiya Qarabağ müharibəsi veteranı, hərbi xidmət dövründə 2-ci qrup əlil olmuş, 2009-cu ildə vəfat etmiş atası X2 təyin olunmuş pensiyanın bir hissəsidir. Cavabdehə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərində müraciət edərək «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinə edi lən dəyişiklikliyi nəzərə alaraq pensiya məbləğinin təminat xərcliyinin 80 % -nə çatdırılmasını xahiş etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək əsas kimi iddiaçıya pensiya hüququnun sözügüdən qanuna 2017-ci ilin mart ayında edilən dəyişiklikdən əvvəl yarandığı göstərilərək, həmin dəyişikliyin iddiaçıya münasibətdə tətbiq olunmasının mümkün olmaması bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci qrup əlil iddiaçıya ailə başçısının itirməyə görə 2009-cu ildə təminat xərcliyinin 35 % həcmində təyin olunmuş pensiyanın «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinə edilən və xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş dəyişikliyə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, xx.xx.2017ci il tarixdən təminat xərcliyinin 80 % həcmində hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinə edilən və xx xxxx 2017-ci il tarixində qüvvəyə minmiş dəyişiklik Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən iddiaçıya da şamil olunur. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütb əli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və müvafiq formada əmək pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya ailə başçısını itirməyə görə mərhum atasının Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilən məlumat vərəqəsinə əsasən və “Əmə k pensiyaları haqqında” qanununa əsasən mərhum atasının (sonrakı artımlar da nəzərə alınmaqla) müvafiq təminat xərcliyinin 35 faizi miqdarında xx xxxxxx 2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yaranmışdır, iddiaçıya həmin dövrdə qüvvədə olmuş qanunun tələbləri tətbiq edilməklə düzgün olaraq əmək pensiyası təyin edilmişdir. Adı çəkilən dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3476/2019 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı 1-ci qrup əlil Məmmədova Şəlalə Bəyistan qızına ailə başçısının itirməyə görə 2009-cu ildə təminat xərcliyinin 35 % həcmində təyin olunmuş pensiyanın məbləği xx xxxx 2017-ci il tarixdən ailə başçısının təminat xərcliyinin 80 % həcmində hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3476/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-431/2020 nöm rəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3476/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci maddəsinə olunan və xx.xx.2017-ci ildən qüvvəyə minən dəyişiklik Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq iddiaçıya da şamil edilməli və iddia əsaslı olduğundan 1-ci qrup əlil iddiaçıya ailə başçısının itirməyə görə 2009-cu ildə 35% həcmində təyin olunmuş pensiyanın məbləği xx.xx.2017-ci il tarixdən ailə başçısının təminat xərcliyinin 80% həcmində hesablanaraq iddiaçıya ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-43 1/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixindən qüvvəyə minmişdir. İddiaçının hüquq qazandığı tarix Qanundan əvvəlki dövrü əhatə etdiyindən iddiaçıya şamil edilməsi qanunvericiliyə uyğun deyil. Kassator, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 96-cı, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 14.1.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-431/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirak ı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir ( maddə 96.4) Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-431/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən ömürlük 1-ci qrup əlillik müəyyən olunmuş, X4 rayon İHB-nın 80 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə 1-ci qrup əlil olan bacısı İddiaçı (təv. xx.xx.1981) üzərində qəyyum təyin edilmiş, xx xxxxxx 2009-cu il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunm uşdur. xx xxxx 2018-ci tarixindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 mart tarixli 3779 nömrəli sərəncamına əsasən İddiaçı atası X1 xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 285 manata artırılması ilə əlaqədar olaraq, rütbə maaşı 106 manat, xidmət illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 117,30 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi – 71,25 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyi 643,55 manat təşkil etmiş,, iddiaçıya xx.xx.2009-cu ildə 527,30 manat təminat xərcliyinin 35%-i olan 190,56 manat pensiya təyin edilmişdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası hərbçi olmuş, 2009-cu ildə vəfat etmiş, iddiaçıya ailə başçısının itirilməsinə görə mərh um atasının təminat xərcliyinin 35%-i məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı qanunvericilikdə baş tutmuş dəyişikliyə əsasən, xx.xx.2017-ci il tarixdən əmək pensiyasının ailə başçısının təminat xərcliyinin 80%-i miqdarında müəyyən edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qanunun 20.17-ci maddəsində göstərilmişdir ki, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibin də hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə— ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miq darı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyi n olunur, 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsi lməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduğu üçün iddiaçıya münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.17-ci maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının mərhum atasının təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməli idi. Belə ki, iddiaçının atasının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının iddiaçıdan başqa hər hansı şəxsə tə yin edilməsi barədə məlumat cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 20.17-ci maddəsinin tələbləri tətbiq edilməklə ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının məbləğinin həmin normaya əsasən müəyyən edilməsi tələbində haqlıdır. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçının hüquq qazandığı tarixin Qanundan əvvəlki dövrü əhatə etdiyini əsas gətirərək həmin dəyişikliyin iddiaçıya şamil edilməsinin qanunvericiliyə uyğun olmadığını bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilən normanın tələblərinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci maddəsinə olunan və xx.xx.2017-ci ildən qüvvəyə minən dəyişiklik iddiaçının vəziyyətini yaxşılaşdırdığından ona da tətbiq olunmalıdır. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud luğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını ist isna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmiş, maddi və prosessu al hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2 020-ci il tarixli, 21(103)-431/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar