Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1406/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərtlərinin yoxlanılması, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddianın mümkün sayılması üçün iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsinin zəruriliyi, tərəflər arasında işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan i barət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “sorğulara cavab verilməsi və mənəvi ziyan” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-588/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 14.09.2019, 16.09.2019, 16.09.2019-cu il tarixli təkrar, 17.09.2019, 17.09.2019-cu il tarixli təkrar, 19.09.2019, 21.09.2019, 23.09.2019, 23.09.2019-cu il tarixli təkrar, 23.09.2019-cu il tarixli ikinci təkrar, 24.09.2019, 27.09.2019, 28.09.2019, 01.10.2019, 02.10.2019, 03.10.2019, 03.10.2019-cu il tarix li təkrar, 07.10.2019, 09.10.2019 və 15.10.2019-cu il tarixli sorğularına cavab verilməsi və mənəvi zərərə görə 100.000 manat təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)4612/2019 saylı qərardadı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin hamısı rus dilində olduğundan iddia mümkün sayıla bilməz.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-4612/2019 nömrəli q ərardadının ləğv ediməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-612/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-4612/2019 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin rus dilində təqdim edilməsi iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. c) birinci instansiya məhkə məsindəki ikinci icraat
7. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(112)-4878/2020 nömrəli qərardadı ilə (hakim: N.İ.Abıyev) iddianın “mənəvi ziyan tələbi”nə dair hissəsi mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona 100.000 manat mənəvi ziyanın ödənilməsini tələb etsə də, bu tələblə bağlı ilkin olaraq inzibati orqana müraciət etmədiyindən iddia bu hissədə mümkün sayıla bilməz.
9. Məhkəmənin eyni tarixli qərardadı ilə (hakim: N.İ.Abıyev) iş üzrə icraata, “sorğulara cavab verilməsi” hissəsində xitam verilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi sorğulara cavabdeh inzibati orqan tərəfindən cavab verildiyindən, qeyd olunan hal iddiaçı tərəfindən məhkəmə iclasında etiraf olunduğu ndan və bu hissədə işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata, bu hissədə xitam verilməlidir.
11. İddiaçı birinci instansiya məhkəməsinin hər iki qərardadından apelyasiya şikayəti verərək həmin qərardadların ləğv olunmasını xahiş etmişdir. a) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-588/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və X.A.Cəmilova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2-1(112)4878/2020 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüq uqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardaddan narazı qaldığı üçün kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı dövlət orqanlarına müraciət edərək onun qəbul edilməsini xahiş etməsinə baxmayaraq, o, keçən müddət ərzində həmin orqanların vəzifəli şəxsləri tərəfindən qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: Maddə 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;... Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 2.2.7 inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanla rın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nə ticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 67.1 Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.3 Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olund uğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəs ində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya mümkün hesab edilmişdir.
20. Apely asiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu m əhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi, yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. (İPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələri).
24. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inz ibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-in 34.1-ci maddəsi) sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması nı, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
26. Qeyd edilən tələblərə zidd olaraq iddiaçının ziyanla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da bu faktı təkzib etməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddianın mənəvi ziyan tələbi ilə bağlı hissəsinin mümkünsüzlüyü barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası cavabdeh tərəfindən sorğulara cavab verilməsi ilə bağlı iddia tələbinə münasibətdə də apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işdən müəyyən edildiyi kimi, iddiaçının cavab verilməsini tələb etdiyi həmin sorğulara cavabdeh tərəfindən cavab verilmişdir və bu səbəbdən iddianın həmin hissəsi ilə bağlı tərəflər arasında mübahisə artıq mövcud deyil. Odur ki, həmin tələblə bağlı hissədə icraata xitam verilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyas iya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərardadın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-588/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.