Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1406/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; usta, sahə rəisi, karotajçı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu, Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 21(103)-408/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1977-ci ilin sentyabr ayında "Maşınqayırma texnologiyası metalkəsən dəzgah və alətlər” ixtisası üzrə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 16 avqust 1982-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir.
2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, 29 noyabr 1982-ci il tarixdə 10 saylı təmir-mexaniki sexinə usta k imi qəbul olunmuş, 2 yanvar 1984-cü il tarixdə həmin sexin sahə rəisi vəzifəsinə keçirilmiş və 5 avqust 1987-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş, 12 noyabr 1987-ci il tarixdə Tovuz SSİ -də qazıcı mühəndis vəzifəsinə qəbul edilmiş və 29 iyul 1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 14 avqust 1991-ci ildə Tovuz Çörək Zavoduna fəhlə kimi qəbul olunmuş və 21 yanvar 1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 18 dekabr 1993-cü il tarixdə Tovuz Çörək Kombinatı üzrə Mərkəzi Zavoda gözətçi kimi qəbul edilmiş və 1 fevral 1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 9 dekabr 2004-cü il tarixdə BTC/CQ boru kəməri layihəsi CCİC Şirkətinə fəhlə vəzifəsinə qəbul edilmiş və 19 yanvar 2006cı il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 22 noyabr 2006-cı il tarixdə “Mədəngeofizika” İdarəsinin "Sənqəçal" X1 digər xidmət sahələrinə 4-cü dərəcəli karotajçı vəzifəsinə işə qəbul edilmiş və 7 yanvar 2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. O, 8 yanvar 2014-cü il tarixdən hal-hazıra kimi ARDNŞ Geofizika və geologiya İdarəsinin Mədən geofizika istehsalat bölümü "Səngəçal" X3 32 saylı kompleks mədən geofiziki dəstənin 5-ci dərəcəli karotajçı peşəsində işləyir.
3. İddiaçı 2 noyabr 2020-ci il tarixində güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 8 fevral 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının əmək kitabçasında 18 dekabr 1993 – 1 fevral 1995-ci il tarixləri arasındakı dövr ərzində Tovuz "Çörək kombinatı"nda işlədiyi qeyd olunsa da, Tovuz "Çörək kombinatı"nın arxiv sənədlərinin Dövlət arxivinə təhvil verilmədiyi və həmin müəssisənin mövcud olmasını təsdiq edən hər hansı faktın aşkar edilmədiyi müəyyən edilmişdir. Buna görə də, 18 dekabr 1993 – 1 fevral 1995-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 8 ay 22 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı oğlu cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 18 dekabr 1993-1 fevral 1995-ci illər ərzində “Tovuz Çörək Kombi natında” mərkəzi zavodda gözətçi vəzifəsində işlədiyi əmək stajının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək stajına daxil edilərək hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 18 dekabr 1993-cü il tarixindən 1 fevral 1995-ci il tarixinədək "X5"nda mərkəzi zavodda göztəçi vəzifəsində işləmişdir və bu barədə 20 dekabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında da qeyd olunmuşdur. Cavabdeh isə əsassız olaraq iddiaçının həmin dövrdəki iş stajını mötəbər saymamış, həmin dövrü sosial sığorta stajının hesablanması zamanı nəzərə almamış, beləliklə qanunsuz və əsassız olaraq iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir.
6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-733/2021 nömrəli, 1 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim U.Osmanov) iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
7. İddiaçı ərizə təqdim edərək Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon Şöbəsinin cavabdehlərin sırasından çıxarılmasını xahiş etmiş, 4 iyun 2021-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 4 aprel 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin isə 2 noyabr 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 11 iyun 2021-ci il tarixli qərardadla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyi
10. Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli, 2-1(112)-6124/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, iddiaçı İddiaçı oğluna 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan əmək kitabçasının və hərbi biletin müqayisəli təhlilindən görünür ki, iddiaçı 24 dekabr 1982 - 27 yanvar 1986-cı illəri əhatə edən dövrdə üzrə əməliyyatçı vəzifəsində işləmişdir. Əmək fəaliyyəti ilə hərbi xidmət müddəti üst-üstə düşmüş, "Əmək pensiyaları haqqında" Qanunun 22.2-ci maddəsinə uyğun olaraq məhkəmə iddiaçının seçimi əsasında hərbi müddəti nəzərə almamışdır. Cavabdehin mübahisələndirdiyi iş stajı dövrünə gəldikdə isə, həmin dövrdə iddiaçıdan başqa Tovuz "Çörək Kombinatı”nda digər fiziki şəxslər (Məmmədova Leylan İsmayıl qızı, Ələkbərova Bənövşə M əhəmməd qızı, Hacıyeva Gülzar Zirəddin qızı, S.V.Qurbanova və X4) əmək fəaliyyəti ilə məşğul olmuşdurlar ki, bu hal iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçalarında öz əksini tapmışdır. Məmmədova Leylan İsmayıl qızına məxsus əmək kitabçasında iddiaçının Tovuz "Çörək Kombinatı vəzifəyə qəbulunun qeyd edilməsindən başqa onun vəzifədən azad edilməsi barədə əmri qəbul edən qurum kimi Statistika Komitəsinin sorğuya cavab məktubunda adıçəkilən "Tovuz çörək və ərzaq məhsulları istehsalı kombinatı” olduğu da göstərilmiş, həmin müəssisənin möhürü ilə əmək kitabçası təsdiq edilmişdir. Həmin əmək kitabçasından da göründüyü kimi iddiaçı da daxil olmaqla əmək kitabçalarının surəti əlavə edilmiş şəxsləri təxminən eyni vaxtlarda işəgötürən Tovuz "Çörək Kombinatı” (əmək kitabçasını həmin müəssisə nin əməkdaşı Hüseynov soyadlı şəxs imzalamışdır) olmuşdur. Məmmədova Leylan İsmayıl qızının əmək kitabçasından isə müəyyən edilir ki, həmin müəssisəyə daxil olan şəxsi işdən azad edən Tovuz çörək və ərzaq məhsulları istehsalı kombinatı olmuşdur.
12. Beləliklə, 1996-cı il tarixdən Statistika Komitəsində bununla bağlı məlumat olsa da, Tovuz "Çörək Kombinatı”nın (hazırda Tovuz çörək və ərzaq məhsulları istehsalı kombinatı”) həmin tarixdən əvvəl də mövcud olması məhkəmədə şübhə doğurmur. Məmmədova Leylan İsmayıl qızına məxsus əmək kitabçasında həmin şəxsin Tovuz "Çörək Kombinatı” tərəfindən işə götürülüb, daha sonra Statistika Komitəsində adı qeyd edilən müəssisə tərəfindən işdən azad edilməsi, həmin şəxsin kombinatda fasiləsiz işləməsi, 1993-2002-ci il tarixlər arasında işdən azad edilmə ba rədə başqa sənədləşmə materialının olmaması, onu təsdiq edir ki, həmin kombinatlar eyni olmuş, iddiaçı dolayısı ilə əslində 1996-cı ildən əvvəl də mövcud olmuş olan kombinatda işləmişdir.
13. Tovuz "Çörək Kombinatı”nın 29 iyun 1996-cı il tarixə kimi fəaliyyət göstərilməsini təsdiq edən sənədlər inzibati orqanlarının arxivlərində aşkar edilməsə də, müəssisənin fəaliyyət göstərməsini təsdiq edən digər əsaslar mövcuddur. Həmin dövrlərdə Tovuz "Çörək Kombinatı”nın mövcud olmaması ağlabatan deyildir. Belə ki, adıçəkilən müəssisənin adından göründüyü kimi, həmin müəssisə ərazidə yaşayan vətəndaşların ehtiyac meyarlarını qarşılanması, onların çörək ilə təmin edilməsi funksiyasını daşımışdır ki, həmin ərazidə belə fəaliyyəti həyata keçirən müəssisənin olmaması inandırıcı səslənmir. Qeyd olunan i ş stajı, təhsil illəri cəmləndikdə, iddiaçının 4 aprel 2017-ci il tarixinədək 27 il 5 ay 1 gün ümumi iş stajı mövcuddur.
14. Bundan başqa, iddiaçı 4 aprel 2017-ci il tarixədək zəruri olan iş stajını (13 il 11 ay) toplamışdır ki, onun işlədiyi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130100a— 17531 kod altında katrojçılar vəzifəsi zərərli iş kimi nəzərdə tutulmuşd ur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün katrojçılar kimi işlədiyi peşə həm əmək kitabçasında, həmçinin, də SOCAR tərəfindən verilmiş arxiv arayışında öz əksini tapmışdır.
15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli, 2-1(112)-6124/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş SOCAR-ın 8 fevral 2022-ci il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, SOCAR-ın Geofizika və geologiya İdarəsinin “Mədəngeofizika" İdarəsinin (indiki Mədəngeofizika İstehsalat Bölümü) arxiv sənədlərində iddiaçının "Səngəçal" X1 37, 34, 57, 40, 32 saylı kompleks mədən geofiziki dəstələrində karotajçı peşəsində işləməsi haqqında məlumat vardır. İddiaçının cəmi iş stajı: 22 noyabr 2006-cı il tarixindən – 7 fevral 2022-ci il tarixinə qədər 15 il 2 ay 15 gündür (on beş il, iki ay, on beş gün). İddiaçının Geofizika və geologiya İdarəsinin "Mədəngeofizika" İdarəsindəki (indiki Mədəngeofizika İstehsalat Bölümü) "Səngəçal" X2 işlədiyi karotajçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, göstəricilərin Siyahısındakı
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1. Qazma yarımbəndindəki quyularda geofiziki tədqiqat işlərini icra ed ən mədən- geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj istansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar peşələri sırasında göstərilmişdir.
17. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş SOCAR-ın 14 fevral 2022ci il tarixli məktubunda qeyd edilmişdir ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin “Siyahının 10-cu bölməsi: “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələrin dairəsini müəyyən edir. Təqdim edilm iş sənədlərdə iddiaçının 29 noyabr 1982-ci il tarixində mexaniki təmir sahəsinə "usta” vəzifəsinə, 2 yanvar 1984-cü il tarixində isə həmin sahənin rəisi vəzifələrinə təyin olunduğu müəyyən edilmişdir. “Siyahı’nın 10.5.1 yarım bəndi (“b" bölməsi) və 10.5.2- ci yarım bəndi (“b” bölməsi) qeyd edilən peşə və vəzifələr üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə və vəzifələrin dairəsini müəyyən edir. Həmin peşə və vəzifələrin kodları: Usta: 2130302b-23187; Sahə rəisi: 2130302b - 24097.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-408/2022 nömrəli qərarı ilə (sədrlik edən E.E,Nağıyeva, hakimlər F.Ş.Talışinski, C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli, 2-1(112) -6124/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(103)-408/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri imtina məktubunda qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-c i il tarixli icmal məktubuna əsasən cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixinədək qü vvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 24. 1 oktyabr 1956-cı il tarixində qüvvəyə minmiş "Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndin ə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
25. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli, 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 26. 23 sentyabr 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kursla rında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
27. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma h issəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdi r.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməl ərinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının 4 aprel 2017-ci il tarixədək tələb olunan ümumi (25 ildən artıq) və güzəştli (12 il 6 aydan artıq) iş stajları mövcuddur. İddiaçını n işlədiyi “usta” (xx.xx.1982 xx.xx.1984), “sahə rəisi” (xx.xx.1984 - 5.8.1987) və “karotajçılar” (xx.xx.2006-dən halhazıradək) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (10-cu bölmə: “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”) öz əksini tapmışdır.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 2-1(103)-408/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 21(103)-408/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.