Məhkəmə qərarları › İş №2-1(102)-1406/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1406/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1406/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “əlilliyin müəyyən edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyə n edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-627/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019, xx.xx.2019, və xx.xx.2020-ci il tarixli eyni məzmunlu tibbi göndərişləri əsasında cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə baxılmış və ixtisaslaşmış müalicənin davam etdirilməsi əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı 11 yanvar 2021-ci il tarixdə iddia əriz əsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması, ona əlillik pensiyasının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti olmaqla ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının diaqnozu ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİİ-İV FS, aorta koronar şuntlanma əməliyyatından sonrakı vəziyyət (U5.10.2018), qan dövranı çatışmamazlığı İİ FS, hipertoniya xəstəliyi İİ В mərhələsidir. O, ayağından şikəstdir, operasiya olunmuşdur və varikoz xəstəliyi vardır. Ona əlilliyin təyin olunması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. İmtinanı əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh iddia ərizəsinə qarşı xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci tarixli eyni məzmunlu imtina məktublarının dəlillərinə uyğun etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3470/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, M əhkəmə TibbiEkspertiza və X2 tərəfindən verilmiş 418/KEŞ nömrəli xx.xx.2021- ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nda aparılmış funksional diaqnostik müayinələrinin cavablarına, həmçinin profil üzrə mütəxəssislərin obyektiv baxışlarına əsasən, onda hal-hazırda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” kimi xəstəliklərinin olduğu müəyyən edildi. İddiaçı əmək qabiliyyətinin məhdudlaşması və ya itirilməsi, həmçi nin əlillik dərəcəsinin təyini haqqında qərar müayinə və müalicədən sonra müvafiq komissiya tərəfindən təyin oluna bilər. İddiaçı adına tərtib edilmiş 0228003AAH82 nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz məhkəmə- tibbi ekspertizası zamanı öz təsdiqini tapmışdır”.

7. Məhkəmənin 2-1(112)-3470/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinə Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə cavabdeh tərəfindən imtina edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Ş.Həsənova) iddiaçının ərizəsi təmin edilmiş, iddiaçının cavabdehə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılmaqla inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxilması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansıyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-545/2022 saylı, xx.xx.2 022-ci il tarixli qərardadı ləğv edilərək iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi haqqında qərardadında iddiadan imtina edilməsinin və icraata xitam verilməsinin nəticələri barədə İPM-də nəzərdə tutulmuş hüquqi nəticələr göstərilməmişdir. İddiaçıya İPM-nin 55.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələrin izah olunması ilə bağlı məhkəmə iclas protokolunda da hər hansı bir qeyd və ya məlumat öz əksini tapmamışdır. Bu isə məhkəmə qaydasında əllilliyin müəyyən edilməsində israrlı olan şəxsin müstəqil iradə ifadəsi əsasında iddia ərizəsinin geri götürdüyünü göstərmir.

13. Apellyasiya məhkəməsi bu nəticəyə gələrkən İPM-nin 55-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Plenum Qərarına istinad etmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilmiş, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi müəyyən et mişdir ki, iddiaçı 2018-ci ildə miokard infarktı keçirmişdir. X1 anju olunmuş, bu zaman açıq cərrahiyyə əməliyyatının aparılmasının vacib olduğu bildirilmiş və xx.xx.2018-ci ildə ECM açıq ürək cərrahiyyə əməliyyatı keçirmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tibbi sənədlərinə, məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nda aparılmış funksional diaqnostik müayinələrinin cavablarına əsasən onda hal-hazırda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdir.

17. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəmə icraatı gedişində Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı qoyulmuş əsas diaqnozun bundan əvvəlki Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişində qoyulmuş (əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 ürək çatmamazlığı) diaqnozu ilə eyni olmuşdur.

18. Məhkəmə xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişdə qeyd olunan əsas diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun olduğunu, ekspert tədqiqatı nəticəsində onda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Pos tinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” xəstəliklərin müəyyən olunduğunu, xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişində göstərilən əsas diaqnozun İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, Ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İ dərəcə AF 50% TÇ İƏ MÇ İ dərəcə olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 n ömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür.

19. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçıya qoyulmuş əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir.

20. Məhkəmə həmçinin cavabdehin əlillik təyinatı üçün müalicə müddətinin az olması dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçıya aid tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2018xx.xx.2018-ci il tarixdə Bakı Akad. M.Topçubaşov adına X3, xx.xx.2019- xx.xx.2019-cu il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2019- xx.xx.2019-cu il tarixlərdə Bakı Akad. M.Topçubaşov adına X3, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Mərkəzi Klinikasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur.

21. Onun barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenoka rdiyası, əvvəllər keçirilən miokard infarktı, ürək çatmamazlığı olduğu göstərilmişdir. Tibbi göndərişlərdə əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Cavabdehin tibbi göndərişlərdə imtinanın əsası kimi müddətə deyil, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edildiyi, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə iddiaçının diaqnozunun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişlərdə olduğu kimi qalması nəzərə alındıqda məhkəmə hesab edir ki, müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtina əsaslı hesab edilə bilməz.

22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun, Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müvafiq bəndlərinə istinad etmişdir.

23. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsi ndə ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-627/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, 8 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hüquqi mövqeyini əsaslandırarkən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, Azərb aycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın müvafiq bəndlərinə istinad etmişdir.

26. Cavabdeh qərardan kassasiya şikayəti verərək həmin qərarın qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətində işin halları və iddia ərizəsinə qarşı etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Qanunvericiliyin müəyyən etdiyi bu səlahiyyətlər daxilində iddiaçının əlilliyinə qiymət verilərək qərar qəbul edilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

28. Əlilliyin təyini Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə maddi sübutları nəzərə almadan yalnız iddiaçının şifahi ifadələrinə əsaslanmaqla ona əlilliyin təyin olunmalı olması qənaətinə gəlmişdir. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlillik təyin etmişdir.

29. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquq i və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.

30. İddiaçının əlillik dərəcəsinin təyin edilməməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

31. Cavabdeh İPM-nin 90.1 və 96-cı maddəsinə və MPM-nin 417 və 418-ci maddəsinə istinad edərək şikayətin təmin edilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdiril mədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 0 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibb i-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.1-ci bəndinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09, İ11.0, İ13İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). -4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfində n həyata keçirilir. -1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komis siyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən ç ox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsist emə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: -1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.5.2. şəxsdə ə qli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

37. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutla rla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzr ə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qald ırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Bununla yanaşı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakı ları qeyd etməyi zəruri hesab edir.

45. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının əlillik vəziyyəti barəsində Balakən və sonuncu dəfə Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən tibbi göndərişlər göndərilmiş, cavabdeh ixtisaslaşmış müalicənin davam etdirilməsi əsası ilə əlillik dərəcəsinin təyinatından imtina etmişdir.

46. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə dair hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının tibbi sənədlərinə, məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nda aparılmış funksional diaqnostik müayinələrinin cavablarına əsasən onda hal-hazırda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt ka rdioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdir.

47. Həmçinin iddiaçının məhkəmə icraatı gedişində Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı qoyulmuş əsas diaqnozun bundan əvvəlki Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişində qoyulmuş (əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 ürək çatmamazlığı) diaqnozu ilə eyni olmuşdur.

48. Bu ndan başqa, Balakən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişində qeyd olunan əsas diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun olmuş, ekspert tədqiqatı nəticəsində onda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” xəstəlikləri müəyyən olunmuşdur.

49. Belə olan halda, iddiaçıda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əs asnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür.

50. Eyni zamanda, iddiaçıya qoyulmuş əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir.

51. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya aid tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2018-xx.xx.2018-ci il tarixdə Bakı Akad. M.Topçubaşov adına X3, xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2019- xx.xx.2019cu il t arixlərdə Bakı Akad. M.Topçubaşov adına X3, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda, xx.xx.2020-xx.xx.2020ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Mərkəzi Klinikasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur.

52. İddiaçının barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiyası, əvvəllər keçirilən miokard infarktı, ürək çatmamazlığı olduğu göstərilmişdir. Tibbi göndərişlərdə əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapm ışdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, tibbi göndərişlərdə imtinanın əsası kimi müddətə deyil, əlavə müalicəyə ehtiyacın olması, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə diaqnozun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişlərdə olduğu kimi qalması nəzərə alındıqda, cavabdehin müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtinası əsaslı hesab edilə bilməz.

54. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin mə sələləri təkrarlamağa lüzum qalmır.

55. Həmçinin apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 33-36-cı bəndlərində qeyd olunan maddi hüquq normalarını və 37 (a) bəndində qeyd olunan prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin göstərilən hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-627/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabil itasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-627/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar