Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1406/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; iddiaçının vəzifəsini icra etdiyi iş yerinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələrə aid olmaması; qazın yığılması üzrə operator) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3718/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən i stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bəndində (10.2) -susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları; -layların hidravlik parçalanması üzrə operatorlar; -neft və qaz hasilatı üzrə operatorlar; -quyuların tədqiqatı üzrə operatorlar; -quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; -laylarda təzyiqin saxlanması üzrə operatorlar; -quyuların yeraltı təmiri üzrə operatorlar; -quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; -neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala tə qdim etdiyi SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin İddiaçı dair xx.xx.2022-ci il tarixli PUX-02/135 nömrəli arayışında iddiaçının xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qaz kompressor sexində qaz mühərrikli kompressorların təmirçi-çilingəri vəzifəsində, xx.xx.1994-cü il tarixindən bu günədək isə Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində qazın yığılması üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsinin Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10.2) bəndində nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı y oxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Sonradan iddiaçı iddia tələbini 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəqiqləşdirmişdir. İddia tələbinin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının əsaslandırması:
5. İddia onunla əsaslandırılmışdır ki, id diaçı 1974-cü ilin may ayından əmək fəaliyyətinə başlamışdır və xx.xx.1994-cü ildən bu günə kimi “Neft Daşları" NQÇİ-nin qaz kompressor sahəsinin Qaz Xidməti sahəsində qazın yığılması üzrə operator vəzifəsində işləmişdir. İşə qəbul olunduğu vaxtdan iddiaçının iş stajı ümumilikdə 28 ildən çoxdur. İddiaçının əmək fəaliyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Buna görə də güzəştli şərtlərlə pensiya təyinatı üçün müvafiq icra orqanına müraciət etmişdir. Lakin müvafiq icra orqanı-xüsusi şərtlərlə təyinat idarəsi güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. İmtinanın səbəbi onunla əsaslandırılır ki iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahəyə aid de yildir. Lakin işlədiyi “Neft Daşları” NQÇİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi vəzifə separatorlara, qaz kəmərlərinə, qazpaylayıcı qurğulara və qaz təsərrüfatı başqa obyektlərinə xidmət edilməsi, neftin qaz yığma şəbəkəsinə qarşısının alınması, qaz kəmərlərində hidrat və maye tıxacların əmələ gəlməsinə qaz kəmərlərinin sahələrində təzyiqin enib düşməsinin artmasına qarşı, qazın texnoloji itkilərinin azaldılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, qaz axınlarının başqa texnoloji xəttə keçirilməsi, tərkibində kükürd qazının olmasını müəyyən etmək üçün qaz nümunəsi götürülməsi, aparatların və qaz kəmərlərinin divarının qalınlığının və izolyasiyasının keyfiyyətinin müəyyən edilməsi, telemexanika sisteminin hava və kabel xətlərinin işə yararlı v əziyyətdə saxlanılması, metalın korroziyası ilə mübarizə işlərinin aparılması, qaz kəmərlərinin şurflarla tədqiqi, xidmət edilən avadanlıq və aparatların cari təmirinin aparılması, avadanlıq və qaz kəmərlərinin işləməsi, qazın istehsalı və istifadə edilməsi, qazın texnoloji itkilərinin uçotu üzrə qeydiyyat jurnalının aparılması olmuş və həmin vəzifələr də güzəştli şərtlərlə pensiya almağa uyğundur.
6. İddiaçı bildirir ki, imtina əsassızdır. Belə ki, çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” tamamilə uyğundur. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
8. Etiraz, həmçinin onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9. “Əmək pensiyaları haqqında" Qa nunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
10. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin v erdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir.
12. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakter i, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir.
13. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
14. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə sorğuları:
15. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyin in xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “İş stajı haqqında" arayışlardakı qeydlərdən müəyyən olunur ki, iddiaçı "Azneft" İB-nın “Neft Daşları” Neft və Qazçıxarma idarəsinin Qaz kompressor sexində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək qaz mühərrikli kompressorların təmirçi çilingəri, Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək qazın yığılması üzrə operator peşələrində işləmişdir. İddiaçının qeyd olunan tarixlərdə işlədiyi qaz mühərrikli kompressorların təmirçi çilingəri və qazın yığılması üzrə operator peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlar a, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahılarında “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölmələrinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmələrində və “Ümumi peşələr” bölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir.
16. Həmçinin Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, sorğuya əlavə edilmiş “İş stajı haqqında” arayışlardakı qeydlərdən müəyyən olunur ki, iddiaçı “Azneft" İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək qazın yığılması üzrə operator peşəsində işləmişdir. Yeni so rğu məktubu ilə əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən və X3 Sorğu Kitabçasının tələblərinə uyğun olaraq, peşə və vəzifənin adı istehsalatda faktiki yerinə yetirilən işin xüsusiyyəti nəzərə alınmaqla qüvvədə olan Vahid X1 əsasən müəyyən edilir. Qaz kompressor sahəsində qazın yığılması üzrə operatorun əmək funksiyaları əsasən aşağıdakılardan ibarətdir: -Separatorlara, qaz kəmərlərinə, qaz bölüşdürücü qurğulara və qaz təsərrüfatının başqa obyektlərinə xidmət edilməsi; -Separatorlarda maye səviyyəsinə nəzarət edilməsi; -Avadanlıq və aqreqatların cari təmirində iştirak edilməsi, nasaz siyirtmələrin dəyişdirilməsi; -Qaz qurğularının texniki sazlığının təyin edilməsi; -Neftin qaz yığma şəbəkəsinə keçməsinin qarşısın ın alınması, qaz kəmərlərində hidrat və maye tıxacların əmələ gəlməsinə, qaz kəmərlərinin sahələrində təzyiqin enib-düşməsinin artmasına qarşı, qazın texnoloji itkilərinin azaldılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi; -Qaz axınlarının başqa texnoloji xəttə keçirilməsi. Xidmət edilən avadanlıq və aparatların cari təmirinin aparılması; -Qrup qurğularına, separasiyanın son pillələrinə, yığım məntəqələrinə və əmtəə parklarına xidmət edilməsi; avtomatlaşdırılmış avadanlığın qoyulmuş texnoloji prosesin iş rejiminə salınması; -Qaz analizatorları tətbiq etməklə hava nümunəsi götürülməsi və onun qazlılığının müəyyən edilməsi. Neft və qazçıxarma sahələrində neft və qaz hasilatı üzrə operatorun əmək funksiyaları əsasən aşağıdakılardan ibarətdir: -Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın hazırlanması və nəqli, qrup ölçü qurğularının, yüksək sıxıcı və kompressor stansiyalarının və s. neft-mədən avadanlığının fasiləsiz işinin təmin edilməsi; -Nəzarət-ölçü cihazlarının köməyi ilə cürbəcür texnoloji parametrlərin ölçülməsi; -Quyuların işinin parametrlərinin çıxarılması və verilməsi, avtomatika və telemexanika vasitələrinin işinə nəzarət edilməsi; -Quyuların tədqiqində iştirak edilməsi; -Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji- texniki tədbirlərin həyata keçirilməsi; -Yüksək məhsuldarlıqlı elektrik dalma nasos qurğularının mənimsənil məsi və iş rejiminə qoyulması; -Quyuların yeraltı və əsaslı təmirdən sonra qəbul edilməsində iştirak etmək; -Quyuların tədqiqata hazırlanması, nəzarət-ölçü cihazlarının köməyi ilə avtomatika və telemexanika vasitələrinin yerüstü və yeraltı avadanlıqların nasazlıqlarının müəyyən edilməsi; -Yerli avtomatikanın nasaz bloklarının dəyişdirilməsi və xırda təmir işlərinin aparılması. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi neft və qaz hasilatı üzrə operatorun əsas əmək funksiyası bilavasitə neft və qaz quyularına xidmət etməkdir. Eyni zamanda, qazın yığılması üzrə operatorun əmək funksiyasında nəzərdə tutulan işlərin bir qismi neft və qaz hasilatı üzrə operatorun da əmək funksiyasına daxildir. Qaz kompressor sahəsində işləyən qazın yığılması üzrə operator isə bilavasitə neft və qaz quyularına xidmət etmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3573/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, onun xx.xx.2014-cü il tarixədək əmək stajı nəzərə alınmalıdır. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2014-cü il tarixədək əmək stajı 34 il 6 ay 1 gündür. 19. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bəndində (10.2) neft və qaz hasilatı üzrə operatorlar peşəsi nəzərdə tutulmuşdur. 20. “Azneft” İstehsalat Birliy inin sorğuya cavab məktubundan aydın olur ki, neft və qaz hasilatı üzrə operatorun əsas əmək funksiyası bilavasitə neft və qaz quyularına xidmət etməkdir. Eyni zamanda qazın yığılması üzrə operatorun əmək funksiyasında nəzərdə tutulan işlərin bir qismi neft və qaz hasilatı üzrə operatorun da əmək funksiyasına daxildir. Qaz kompressor sahəsində işləyən qazın yığılması üzrə operator isə bilavasitə neft və qaz quyularına xidmət etmir. İddiaçı isə qaz kompressor sahəsində qazın yığılması üzrə operator vəzifəsi həyata keçirdiyinə görə güzəştli iş stajı yoxdur.
21. Həmçinin iddiaçının təqdim etdiyi videoqeyddən də aydın olur ki, iddiaçının vəzifə təlimatları “Azneft” İstehsalat Birliyinin təqdim etdiyi sorğuya cavab məktubundakı məlumatlar ilə eynilik təşkil edir.
22. Odur ki, iddiaçının güzəştl i şərtlərlə pensiya təyin edilməsi üçün güzəştli iş stajı mövcud deyil.
23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3718/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
27. İst ər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, məhkəmə müvafiq qanunvericilik normaları pozulmaqla cavabdeh təşkilatın nümayəndəsinin əsassız mülahizəsinə əsasən qətnamə qəbul edilmişdir.
28. Belə ki, iddiaçının işlədiyi sahə neft sahəsi ilə əlaqədar olduğu halda cavabdeh təşkilatın həmin sahənin qazla əlaqədar olmasını barədə əsassız məlumat vermiş, buna dair heç bir əsaslı sübut təqdim etməmişdir. İddiaçının işlədiyi sahə neftin qazla ayrılıb paylaşması olsa da cavabdeh bu barədə öz mülahizələrində bildirməmiş və məhkəmə bütün bunları tam araşdırmamışdır.
29. Cavabdeh təşkilat tərəfindən iddiaçıya verilmiş imtina əsassızdır. Belə ki, iddiaçının çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci i l tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” tamamilə uyğundur. Lakin məhkəmə əsassız olaraq iddiaçının iddia tələbini təmin etməmiş və onun işlədiyi sahənin güzəştli şərtlərlə pensiya verilməsinə uyğun olmaması qənaətinə gəlmişdir. İddiaçı bildirir ki, o, xx.xx.1994-cü ildən xx.xx.2022-ci ilə qədər həmişə İSQ qurğularda işləmişdir. 30. “Neft Daşları” NQÇİ-nin xx.xx.2020-ci il tarixli arayışından da görünür ki, iddiaçının işlədiyi sahələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısına aiddir və iddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
31. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin ed ilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələblərinə zidd olmaqla, Konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına yönəlmişdir.
32. Beləliklə, məhkəmə inzibati orqan tərəfindən yol verilmiş aşkar qanunsuzluqların aradan qaldırılmasını təmin etmək əvəzinə iddiaçının hüquqlarını pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmas ı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni, işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısına aid olub-olmamasını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdi r ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bəndində (10.2) neft və qaz hasilatı üzrə operatorlar peşəsi nəzərdə tutulmuşdur. “Azneft” İstehsalat Birliyinin sorğuya cavab məktubundan aydın olur ki, neft və qaz hasilatı üzrə operatorun əsas əmək funksiyası bilavasitə neft və qaz quyularına xidmət etməkdir. Eyni zamanda, qazın yığılması üzrə operatorun əmək funksiyasında nəzərdə tutulan işlərin bir qismi neft və qaz hasilatı üzrə operatorun da əmək funksiyasına daxildir. Qaz kompressor sahəsində işləyən qazın yığılması üzrə operator isə bilav asitə neft və qaz quyularına xidmət etmir.
41. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrindən irəli gələn hazırkı məzmunda tələb hüququ mövcud deyil.
42. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3718/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.