Məhkəmə qərarları › İş №2-1(102)-1407/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1407/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1407/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdehlər Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qarajın cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2103/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etd i. Təsviri hissə: İşin halları: Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 11 avqust tarixli, 75/7-11 nömrəli Qərarı ilə yaşadığı evin ətrafında qaraj tikintisi üçün iddiaçının əri x2 torpaq sahəsi ayrılmışdır. İddiaçının əri 1998-ci il 14 iyun tarixdə vəfat etmişdir. İddiaçı ərizə ilə cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək miras qalmış torpaq sahəsinə cizginin verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 8 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, vətəndaşlara cizgilər Bakı Şəhər İcra Hakimiyyəti Baş Memarlıq Planlaşdırma İdarəsinin ayrıc aktı əsasında təqdim edilməli idi. Bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 15 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus qarajın layihə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 11 avqust tarixli, 75/7-11 nömrəli Qərarı ilə yaşadığı evin ətrafında qaraj tikintisi üçün iddiaçının əri x2 torpaq sahəsi ayrılmışdır. İddiaçının əri 1998-ci il 14 iyun tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinə dair cizginin alınması bu günədək mümkün olmamışdır. Aidiyyətı qurumlardan həmin cizginin arxivdə olmadığı bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Baş Memarlıq Planlaşdırma İdarəsi tərəfindən cizgi çəkilməli və iddiaçıya verilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2000-ci il 29 dekabr tarixli Qanununa əsasən 2001-ci il 1 yanvar tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi və ya hansısa sənədin təsdiq edilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 11 avqust tarixli, 75/7-11 nömrəli Qər arı ilə ayrılan qarajın quraşdırılması üçün torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi qərar verilmədən əvvəl torpağın təyinatı müəyyən edilərək təsdiq edilməli idi. Qeyd edilən qərarın verilməsindən 27 ildən artıq vaxt keçmişdir, qanunvericilikdə xeyli dəyişiklik olmuş, yerli icra hakimiyyəti orqanları tərəfindən təyinatından asılı olmayaraq torpaq sahəsinə hər hansı bir sənədin verilməsi mövcud qanunvericiliyin normalarının tələbləri ilə qadağan olunmuş və bu cür sənədlərin verilməsi etibarsız sayılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-1(82)1498/2018 nömrəli qərardadı ilə iddia tələbi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. İddiaçı həmin qər ardadı mübahisələndirməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-1(82)1498/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 11 avqust tarixli, 75/7-11 nömrəli Qərarı ilə iddiaçının əri mərhum x2 qaraj tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin aidiyyəti qurumunun ayrıc aktını təqdim etməməsi iddiaçının və ya onun ərinin iradəsindən irəli gələn hal olmadığından, cavabdeh Xəzər Rayon İcra hakimiyyəti torpaq ayıran qurumun hüquqi varisi kimi həmin sərəncamda nəzərdə tutu lmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2103/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 11 avqust tarixli, 75/7-11 nömrəli Qərarı ilə ayrılan qarajın quraşdırılması üçün torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi qərardan əvvəl qəbul edilməli olsa da, belə bir cizgi qərara əlavə edilməmişdir. Həmin Qərar ın qəbul edilməsindən 27 ildən artıq vaxt keçmiş, hazırkı qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən təyinatından asılı olmayaraq torpaq sahəsinə hər hansı bir sənədin verilməsi mövcud qanunvericiliyə əsasən qadağan olunmuşdur. Hazırda bu cür sənədlərin verilməsi etibarsız sayılır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 3 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 24 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbdə göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Res publikası Konstitusiyasının “Keçid müddəaları”-nın 6-cı bəndində nəzərdə tutulmuşdur ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq deputatları sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli İcra Hakimiyyəti orqanları həyata keçirir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (1999-cu il 16 iyun tarixli Fərmanı ilə qüvvədən düşmüşdür) “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyəti və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının ə sas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə görə, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən iddiaçının əri x2 qaraj tikintisi üçün torpaq sahəsi ayrılan vaxtdan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması birmənalı şəkildə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Məhkəmə zamanı təqdim edilmiş sənədləri ilə sübuta yetirilmişdir ki, mübahisəli qaraj ilə əlaqədar hüquqi münasibətlər 1989-cu ildən yaranmış və hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericiliyin normaları tətbiq edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən qanunvericiliyin tələblərini tətbiq edilməli olduğu halda, onları tətbiq etməmiş və qərarı qəbul edərkən yalnız cavabdehin apellyasiya şikayətini qərara köçürməklə kifayətlənmişdir. İşdə olan sübutlar ilə təsdiq olunmuşdur ki, mübahisəli qaraj ilə əlaqədar sənədləşmə işləri aparıldıqda (qərarlar, sxemlər və s. tərtib edildikdə) texniki səhv nəticəsində qarajın ilkin sahibi x2 adı düzgün göstərilməmiş və 1998-ci ildə o, vəfat etdikdə, iddiaçının qalmış mirasın qəbul edilməsi və sənədləşmədə olan səhvlərin aradan q aldırılması prosesləri xeyli vaxt aparmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. İPM-in 87-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Göstərilən normaların tələbləri apell yasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə gör ə təmin oluna bilməz. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları....Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir (1).... Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər (3). Torpaq Məcəlləsinin 47-ci maddəsinin müddəalarına əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır (1). Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır (2). Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir (4). Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr hə yata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (7). Məhkəmə kollegiyası həmin normaların tələblərini və işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 11 avqust tarixli, 75/7-11 nömrəli Qərarı qüvvədə olduğundan (işdə həmin Qərarın ləğv edildiyinə və ya hər hansı qaydada qüvvədən düşdüyünə dair məlumat yoxdur), iddiaçı həmin Qərardan irəli gələn hüquqlarının təmin olunmasını tələb edə bilər. Eyni zamanda, həmin Qərarın qüvvəsi onun yönəldiyi (aid olduğu) bütün hüquqi və fiziki şəxslər üçün məcburi olduğundan, iddiaçı bu Qərarın icrasını həmin Qərarda nəzərdə tutulan hərəkəti yerinə yetirmək səlahiyyətinə malik şəxsdən (inzibati orqandan) tələb edə bilər. Yuxarıda qeyd edilən normaların tələbindən göründüyü kimi, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar bələdiyyə mülkiyyətinə aid edilmişdir və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə idarəetməni də bələdiyyələr həyata keçirirlər. Beləliklə, barəsində iddia irəli sürülən torpaq sahəsi Qanunla “hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara”, buradan da “bələdiyyə mülkiyyətində olan torpaqlara” aid edildiyindən, iddiaçı hazırda qüvvədə olan Bakı şəhəri Xətai Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1989-cu il 11 avqust tarixli, 75/7-11 nömrəli Qərarından irə li gələn hərəkətin icrasını (hazırkı halda, torpaq sahəsinə dair cizginin tərtib olunmasını) həmin Qərarda göstərilən və Qanunla bələdiyyə mülkiyyətinə aid edilən torpaq sahəsinə münasibətdə idarəetməni yerinə yetirmək səlahiyyətinə malik olmayan cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2103/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar