Məhkəmə qərarları › İş №2-1(102)-1407/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1407/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1407/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) 16.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçı 3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığına qadağanın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati -İqtisadi Ko llegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(103)-2657/2019 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək xx.xx.2019-cu ildə, saat 15.00-dan 17.00-a qədər 10.000 şəxsin iştirakı ilə ünvanda keçirilməsi nəzərdə tutulan Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq təhlükəsizliyin təmin olunması üçün müvafiq orqanlara tapşırıqlar verilməsini xahiş etmişlər.

2. Cavabdehin xx.xx.2019-cu il tarixli ****** saylı məktubu ilə bildirilmişdir ki, torpaqlarımızın tezliklə azad olunması, ərazi bütövlüyümüzün təmin olunması, ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır. Ermənistanın təcavüzkar siyasəti bütün görüç və yığıncaqlarda ifşa olunur, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün danışıqlar, atılan addımlar kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq işıqlandırılır. Həmçinin, Bakı şəhərində nəqliyyat vasitələrinin sayının artımı ilə bağlı yollarda tez-tez nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Yolların bağlanması, tıxacların yaranması paytaxt sakinləri və digər vətəndaşların narazılığına səbəb olur. Bununla bağlı yürüşdə iştirak etmək istəməyən vətəndaşların sərbəst hərəkətinin, nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində ciddi problemlərin yaranacağı ehtimal olunaraq, toplantın ın təhlükəsizliyinə təminat verilmir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinin müddəalarını rəhbər tutaraq planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar xx xxxxxx 2019-cu ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx xxxx 2019-cu il tarixli dinc toplantının keçirilməsinə cavabdeh tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsini, bu qadağanın təşkilatçıların AR Konstitusiyasının 49-cu maddəsində, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1-ci maddəsində, İnsan hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşmaq azadlığının pozuntusu kimi tanınmasını, cavabdehi n xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq məktub göndərməsini “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 10-cu maddəsinin pozuntusu kimi tanınmasını xahiş etmişlər.

4. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, bu toplantının keçirilməsində məqsəd Qarabağın azad olunması səylərinə ictimai dəstəyi nümayiş etdirmək olmuşdur. Həmçinin xəbərdarlıqda mitinq-yürüşün ünvanda başlayıb həmin abidənin ziyarəti ilə yekunlaşacağı bildirilmişdir. Məlumdur ki, müntəzəm olaraq həmin abidənin ziyarət mərasimləri keçirilir və bu tədbirlərdə on minlərlə ziyarətçi iştirak edir. Bu illər ərzində oxşar toplantıların keçirilməsinin həmin ərazidə nəqliyyatın hərəkətinə mane olması və ya toplantıda iştirak etməyən şəxslərin hüquqlarının pozulması barədə heç bir məlumat yayılmamışdır. İddiaçıların təqdim etdiyi xəbərdarlığa cavabdehin verdiyi cavabdan görünür ki, cavabdeh “xəbərdarlıq” institutunu “icazə” institutu ilə əvəz etmişdir. İcra hakimiyyətindən icazə alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Cavabdehin məktubunda qeyd olunan “planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun hesab edilməməsi” toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim Ş.Süleymanova) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtina məktubundan görünür ki, iddiaçıların mübahisələndirdiyi hər hansı qərar və ya digər inzibati akt mövcud deyil. Belə olan halda, mövcud olmayan qərarın (inzibati aktın) mübahisələndirilməsi haqqında iddia mümkün sayıla bilməz.

8. İddiaçılar həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2657/2019 nömrəli 2019-cu il 12 noyabr tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakimK.Abiyeva, hakimlər - M.Tağızadə və Ü.Mayılov) apelyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar müəyyən etmə və tanınma ha qqında iddia qaldırsalar da, iş materiallarından iddiaçıların məhkəməyə müraciət etdikləri zaman cavabdeh tərəfindən artıq icra olunmuş inzibati aktın qəbul edilməsi müəyyən olunmur.

11. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçıların kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin toplantının keçirilməsinin qadağan olunmasında ifadə olunan hərəkətləri onlar üçün hüquqi nəticə yaratmışdır. Qanunvericiliyin normaları onların iddialarına mahiyyəti üzrə baxılmasını zəruri edirdi. Lakin məhkəmə həmin normaların tələblərinə əhəmiyyət vermədən bu iddianı mümkünsüz saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbu l edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. Maddə 36.1 və 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsin in qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. İş üzrə apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən hazırkı məzmunda iddia mümkünsüzdür.

20. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün yetərli hesab etmir.

21. Yuxarıda göstərilənlərə və İPM -in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçıların kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-1(103)-2657/19 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar