Məhkəmə qərarları › İş №2-1(102)-1407/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1407/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1407/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyriyaşayış sahəsinin razılaşdırılmış layihəyə uyğun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla, reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-491/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası 03.10.2013-cü il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 2. ünvan 1 ünvanda yerləşən mövcud qeyri-yaşayış obyektinin, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26.02.2016-cı il tarixli 18/038/630 nömrəli məktubu ilə razılaşdırılmış eskiz layihə əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə, 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikilməsinə iddiaçıya icazə verilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış binasının layihəyə uyğun şəkildə adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmaqla, reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

4. Cavabdeh 26.10.2018-ci il tarixli məktubla bildirmişdir ki, araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəss islərə şəraitin yaradılmadığına görə ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun şəkildə adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmaqla, reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Daha sonra, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* sa ylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, həmçinin Səbail rayon İcra Hakimiyyəti başçısının 38 saylı, 14 mart 2016-cı il tarixli sərəncamına əsasən eskiz layihə üzrə ikinci mərtəbəsinin tikintisinə icazə verilmiş ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/630 saylı, 26 fevral 2016-cı il tarixli məktubu ilə razılaşdırılmış layihəyə uyğun olaraq onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmaqla, reyestrdən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Məhkəmənin 21 iyun 2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyriyaşayış binasının 2-ci mərtəbəsinin inşası üçün tərəfindən Səbail rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. İlk növbədə qeyri-yaşayış binasının eskiz layihəsi hazırlanmış və həmin məsələyə baxılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir. Təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həlli Bakı şəhər İcra Hakimiyyət inin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Bundan sonra, Səbail rayon İcra Hakimiyyəti Başçısının 38 saylı, 14.03.2016-cı il tarixli sərəncamı ilə adı çəkilən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin inşasına icazə verilmiş və tərəfindən layihəyə uyğun olaraq qeyri-yaşayış binasının 2-ci mərtəbəsi inşa edilmişdir. O, qeyri - yaşayış sahəsinin mövcud layihəyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir.

9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: E.Q.Məmmədov) 16 iyul 2019-cu il tarixli, 2-1(81)-2347/2019 saylı qərarı ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mülkiyyətində olan qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin tikintisi sərəncama uyğun olaraq verilmiş icazələr əsasında aparılmışdır. İmtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan əsaslar olmamışdır.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2020-ci il tarixli, 21(103)-292/2020 saylı qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2347/ 2019 saylı 16 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən İ və İİ normal məsuliyyət səviyyəli binaların tikintisinə icazə sənədi vermək Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu halda, hazırkı iş üzrə 2016-cı il tarixli tikintiyə icazə sərəncamı Səbail rayon İH tərəfindən verilmişdir. Bundan əlavə, iki mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə sənədi işə əlavə edilməmişdir.

15. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1829/2020 saylı qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2020-ci il tarixli, 2-1(103)-292/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya məhkəməsi iddiaçı tərəfindən inşa edilən tikilinin, tikintisinə icazə tələb olunan tikinti obyektləri, yoxsa məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olmasını müəyyən edib nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparmamışdır. Qanunvericiliyə görə, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımları nın uzunluğu 6 metrdən çox olmayan binanın tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 21(103)-491/2021 saylı qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: X.A.Cəmilova və Ş.Ə.Məhərrəmova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 sayl ı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2347/2019 saylı 16 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qeyd etmişdir ki, istismarına icazə verilməyən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

20. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şika yətinin dəlilləri

21. Kassasiya şikayətində qeyd edirlir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Səbail rayon İcra Hakimiyyətinin iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsinə səlahiyyəti olmadığı bildirilsə də, məhkəmənin bu mövqeyi iddiaçının qanunla müəyyən olunaraq dövlət tərəfindən qorunan hüquqlarını pozur. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikintisi ilə əlaqədar memarlıq-planlaşdırmasının eskiz həlli razılaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmuş və sonuncu tərəfindən razılaşdırılmışdır. Bununla əlaqədar, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-6/630 saylı, 26 fevral 2016-cı il tarixli məktu bu Səbail rayon İcra Hakimiyyətinə təqdim edilmiş, həmin məktub nəzərə alınaraq iddiaçıya qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikintisinə icazə verilmişdir.

22. Daha sonra qeyd edilir ki, işə əlavə olunan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq bütün prosedurlar həyata keçirilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-6/630 saylı, 26 fevral 2016-cı il tarixli məktubu nəzərə alınaraq Səbail rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Səlahiyyətli orqan olan Səbail rayon İcra Hakimiyyətinin belə səlahiyyətə malik deyildirsə, o zaman iddiaçıya hansı orqana müraciət etmək hüququ izah edilməli idi. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə işin hallarına uyğu n olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudla şdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mü mkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşd ırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmas ından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulm uş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2 Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq i cra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı v ə ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsas landırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

32. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin məcburi göstərişlərinə tam əməl edilmiş, iddiaçı tərəfindən inşa edilən tikilinin, tikintisinə icazə tələb olunan tikinti obyektləri, yoxsa məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olması ilə bağlı ətraflı araşdırılma aparılmışdır.

33. Araşdırılma zamanı müəyyən edilmişdir ki, ünvan 6 ü nvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 55,2 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 5034 nömrəli vərəqində 03.10.2013-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Odur ki, reyestrdən çıxarışın və texniki pasportun verilməsi xahiş olunan ünvan 6 ünvanında yerləşən tikinti obyekti qeyri-yaşayış sahəsi olduğundan, tikintisinə icazənin alınması tələb olunmayan tikinti obyektlərinə daxil deyildir.

34. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/630 saylı, 26.02.2016-cı il tarixli məktubunun icrası ilə əlaqədar tikinti işlərinin aparılmasına icazə verilməs i haqqında 38 saylı, 14 mart 2016-cı il tarixli sərəncamından görünür ki, iddiaçıya ünvan 7 ünvanda yerləşən torpaq sahəsindəki mövcud qeyri-yaşayış obyektinin (DƏDRX ******* saylı, 03.10.2013-cü il tarixli çıxarış) Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26.02.2016-cı il tarixli, 18/03- 8/630 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsi əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikintisinə icazə verilmişdir.

35. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Ə sasnamənin 4.11.11.5-ci yarımbəndinə əsasən, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən, bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.31-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

36. Göründüyü kimi, iddiaçıya məxsus qeyri-yaşayış binasının tikintisinə icazə sənədi vermək Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu halda, qeyri-yaşayış binasının tikintisinə qanunsuz olaraq, buna səlahiyyəti olmayan Səbail rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir.

37. Digə r tərəfdən, iddiaçı tərəfindən inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə sənədi verilməsi də iş materiallarına əsasən müəyyən edilmir. Qeyd olunmalıdır ki, istismarına icazə verilməyən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunvericliyin tələbinə ziddir. Belə ki, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərdən biri də həmin tikinti obyektinin istismarına icazə sənədidir.(“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsi).

38. Həmçinin iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi tərəfindən “X1” MMC-nin tərtib etdiyi 03.02.2021-ci il tarixli 82 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəyin nəticə hissəsində qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən 2A saylı qeyri-yaşayış binasının mövcud ölçüləri “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən tərtib edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/630 saylı, 26 fevral 2016-ı il tarixli məktubu ilə razılaşdırılmış layihə sənədlərində göstərilən ölçülərlə üst-üstə düşür. Ekspert rəyinin təsviri hissəsində isə qeyd olunur ki, baxış zamanı tədqiq olunan qeyri-yaşayış binası 12.20x11.40x13.30m ölçüdə düzbucaqlı formada olub 123 kv.m tikintialtı sahədə inşa edilmiş üç ümumi və bir texniki mərtəbədən ibarət olduğu müşahidə edildi. Həmçinin ekspert rəyinə əlavə edilmiş foto şəkillərdən də qeyd olunan tikintinin 3 mərtəbə dən ibarət olduğu müşahidə edilir.

39. Yəni, yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin tikintisinə icazə, buna səlahiyyəti olmayan inzibati orqan tərəfindən verilməklə yanaşı, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 14.03.2016-cı il tarixli sərəncamında qeyd edildiyi kimi də inşa edilməmişdir

40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur.

41. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, mad di və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-491/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar