Məhkəmə qərarları › İş №2-1(102)-1407/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1407/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1407/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi və həmin qərarın icrası ilə bağlı silinmiş məbləğin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İnventarizasiya aktından görünür ki, Təmizlik və gigiyena vasitələrinin yararlılıq müddətinin bitməsi səbəbindən, onların gələcəkdə yararsız məmulat kimi balansdan silinməsini müəyyən etmək üçün 30 iyun 2020-ci il tarixli 0111/S №-li əmrlə təyin edilmiş daim fəaliyyətdə olan kommersiya üzvləri təmizlik v ə gigiyena vasitələrinin yararlılıq vəziyyətini yoxlayaraq, 356.034 (üç yüz əlli altı min otuz dörd) manat məbləğində göstərilən təmizlik və gigiyena vasitələrinin yararlılıq vəziyyətini yoxlayarkən komissiya belə qərara gəlmişdir ki, bu malların istifadə müddəti bitmiş və gələcəkdə istifadəsi mümkün olmadığı üçün ləğv edilməsi və maddi məsul şəxsin öhdəsindən silinməsi qərara alınmışdır.

2. Bakı şəhər LGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7706 №-li qərarı ilə “Glamorous Estetica (Pharma Glamorous) MMC-yə məxsus obyektdə (ünvanı: AZ 1025, ünvan 1kəzi, A Blok, 16-cı mərtəbə, № 3; adı: pərakəndə satış və anbar) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022ci il daxil olmaqla) 1) malların Vergi Məcəlləsinin 58. 8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; 2) nağd pul hesablaşmalarının aparılması qaydasına riayət olunması; 3) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

3. Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfind ən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016985 №li; xx.xx.2022-ci il tarixli DVX seriyalı 016982 №li; xx.xx.2022-ci il tarixli DVX seriyalı 016984 №li; xx.xx.2022-ci il tarixli DVX seriyalı 016983 №li; xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016986 №li; xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016987 №li müvafiq olaraq “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” “Günlük” və “Yekun” aktlardan müəyyən olunur ki, “Glamorous Estetica (Pharma Glamorous) MMC-də xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə aparılmış xronometraj metodu ilə yekun müşahidə nəticəsində satış dövriyyəsinin 1.520,00 manat (1.520,00 manat: 5 gün) olduğu müəyyən edilmişdir. Orta günlük satış dövriyyəsi isə 304,00 manat (1520: 5) təşkil etmişdir.

4. Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən t ərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 001882 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Aktdan görünür ki, “Glamorous Estetica (Pharma Glamorous) MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində MMC-yə məxsus obyektin pərakəndə satış obyektinin ol madığı, MMC tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir. Beləliklə satış qiyməti ilə 945.038,27 manat dəyərində malların E-QF əsasında satılmalı olduğu halda E-QF tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur.

5. Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 11 mart 2022-ci il tarixli **********4250 №li qərarından görünür ki, həmin İdarənin rəis müavini tərəfindən iddiaçı Cəmiyyətdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 001882 №li aktlarına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxılaraq, Azərbaycan Respubli kası Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və həmin Məcəllənin 23-cü və 49-cu maddələri əsas tutularaq, “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 94.503,83 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi; xx.xx.2022-ci il tarixədək 94.503,83 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi q ərara alınmışdır.

6. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı Cəmiyyətə “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4251 №li Tələbnamə göndərilərək, 94.503,83 manat məbləğində vəsaitin xx.xx.2022-ci il tarixə kimi ödənilməsi tələb olunmuşdur. Bakı şəhər LGBİ-nin “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2022-ci il tarixli, **********6 №-li Bildirişində “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə maliyyə sanksiyaları üzrə ümumilikdə 68,364.75 manat borcu olduğu qeyd olunmuşdur.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 10 may 2022-ci il tarixli, **********733200 №-li qərarı ilə “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin (VÖEN:**********, Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi, Blok B, mənzil 4) operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********297400 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən qərara alınmışdır: “Glamorous Estetica (Pharma Glamorous) MMC-nin operativ vergi nəzarətinin nəticələri barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati şikayəti qismən təmin edilsin. 8. xx.xx.2022-ci il tarixli DVX seriyalı 001866 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəll əsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4248 nömrəli qərar 518,51 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin, qərar digər hissədə, yəni 95,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi h issəsində isə dəyişdirilmədən saxlanılsın. 9. xx.xx.2022-ci il tarixli DVX seriyalı 001882 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilsin, həmin akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulm asına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4250 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri LGBİ-yə tapşırılsın ki, bu qərarın 2-ci bəndinin icrası ilə bağlı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə müvafiq düzəlişlərin edilməsini təmin etsin. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4250 №li qərarının ləğv olunması və həmin qərarın icrası ilə bağlı silinmiş 26.139,08 manatın iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar q əbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri LGBİ-nin xx.xx.2021-ci il tarixli, **********7706 №li qərarı əsasında onlara məxsus təsərrüfat subyektində xx.xx.2021- ci il tarixdə operativ vergi nəzarəti başlamışdır. Bununla bağlı vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, DVX seriyalı 001866 №li akt tərtib edilmiş, yoxlamanın nəticəsinə görə iddiaçının anbarında 6.142,92 manatlıq malların sənədsiz olduğu müəyyən olunmuş və 614,29 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Bundan əlavə, Cəmiyyətdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə xronometraj keçirilmiş və nəticələrinə dair müvafiq aktlar tərtib edilmişdir. İdarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə DVX seriyalı 001882 №li akt t ərtib edilmiş və həmin aktla guya OVN-nin həyata keçirilməsi zamanı iddiaçıya məxsus obyektin pərakəndə satış obyektinin olmadığı, iddiaçı tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir. Beləliklə satış qiyməti ilə 945.038,27 manat dəyərində mallar E-QF əsasında satılmalı olduğu halda E-QF tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur.

12. Halbuki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş xronometrajların nəticələrinə dair aktlarda Cəmiyyətin pərakəndə satış həyata keçirməsi qeyd edilmişdir. 001882 saylı akt əsasında xx.xx.2022-ci il tarixli, **********4250 №-li, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və həmin qərarla İddiaçı MMC-nin V ergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 94.503,83 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022 tarixədək 94.503,83 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

13. Həmin qərardan iddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət verilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 may 2022-ci il tarixli, № **********733200 saylı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərarı ilə iddiaçının inzibati şikayəti qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001866 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların e lektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi Ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4250 nömrəli qərarın 518,51 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qərarın digər hissədə, yəni 95,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılması; xx.xx.2022-cİ il tarixli DVX seriyalı 0018 82 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında'’ aktın etibarlı hesab edilməsi, həmin akt əsasında Bakı şəhəri LGBİ tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********42 50 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərar Vergi Məcəlləsinin tələblərinin açıq-aşkar pozulması ilə qəbul edilmiş, Cəmiyyətə əsassız olaraq maliyyə sanksiyası tətbiq edilmişdir.

14. Belə ki, Cəmiyyət 11 ildən artıqdır ki, ölkədə gigiyenik vasitələrin idxalı, marketinqi və satışı ilə məşğuldur və həmin məhsulların sifariş əsasında pərakəndə (həmçinin onlayn qaydada satışını həyata keçirir. Sifarişlər olduğu halda sifariş edilmiş malı və həmin mal üçün ödəniləcək məbləğə görə nəzarət-kassa aparat çekini alıcılara şirkətdə əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş işçisi X1 mütəmadi olaraq çatdırmışdır. Bütün satışlar NKA-na mədaxil edilmiş, çeklər müştərilər tərəfindən qəbul edilmədikdə təhvil verilən malların “əlavə dəyər vergisinin geri al” əməliyya tları şirkətin işçisi tərəfindən həyata keçirilmişdir. Həmin işçi isə əvvəllər “X5” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında işləmişdir. Vergi orqanının məhz bunu əsas götürərək, malların topdan qaydada “X5” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına satılması qənaətinə gəlməsi ağlabatan deyildir və Vergi Məcəlləsinin aşağıda istinad ediləcək normalarına görə, sübut olunmuş hesab edilə bilməz.

15. Cavabdeh vergi orqanının X.Talıbovanın həmin nəzarət-kassa aparatının çekləri üzrə ƏDV-nin geri alınması əməliyyatını həyata keçirməsini və onun əvvəllər tibb fəaliyyəti ilə məşğul olan Cəmiyyətlərdə işləməsini əsas götürərək həmin malların iddiaçı tərəfindən digər Cəmiyyətlərə topdan qaydada satılması kimi qiymətləndirməsi əsassızdır. Cəmiyyət həmin qərarda müəyyən edilən tarixdən də əvvəl, yəni xx.xx.2020-ci il tarixdə nəzarətkassa aparatı quraşdırmışdır, həmin tarixədək malların satışı ciddi hesabat blankı olan mədaxil qəbzləri vasitəsi ilə rəsmiləşdirilmişdir. NKA quraşdırıldıqdan sonra isə bütün satışlar NKA-a mədaxil edilmişdir, Cəmiyyət tərəfindən mallar yalnız pərakəndə qaydada onlayn üsulla satılmışdır. Vergi orqanına bildirilmişdir ki, Cəmiyyət heç bir digər hüquqi şəxslərlə tərəfdaşlıq etmir, məhsulları digər şəxslərə topdan qaydada satmamışdır, sifariş edilmiş malları alıcılara iddiaçının özü və ya onun işçisi X2 tərəfindən çatdırılmış, mallar çatdırılarkən NKA-nın çekləri də alıcıya təqdim edilmişdir, bu zaman alıcı çeki götürmədiyi halda, həmin çekin X.Talıbovada qalması mümkün ola bilərdi.

16. Həmçinin NKA çeklərində malların adının üm umi yazılması onunla əlaqədar olmuşdur ki, STXM tərəfindən iddiaçıya bildirilmişdir ki, gələcəkdə inteqrasiya olduqdan sonra malın adı NKA çeklərində qeyd ediləcək, bu səbəbdən NKA çeklərində malın adı hissəsi ümumi olaraq qalmışdır, son üç-dörd ay ərzində isə bütün satılan malların adı NKA çeklərində əks olunmuşdur. Pandemiya dövründə yararlılıq müddəti başa çatmış 356.034,0 manat dəyərində mallar məhv edilmişdir, bu hal müvafiq qaydada rəsmiləşdirilmişdir, Cəmiyyətin əlavə dəyər vergisi bəyannamələri vaxtında təqdim edilmişdir, yararlılıq müddəti başa çatmış malların məhv edilməsi ƏDV bəyannamələrində göstərilməsə də, vergi orqanına təqdim edilən video görüntüdə yandırılan malların 356034,0 manat dəyərində məhv edilmiş malların bir hissəsi olduğu görünür, digər hissələrini isə birlikdə y andırmaq mümkün olmadığı üçün, hissə-hissə yandırılmışdır.

17. Mübahisələndirilən qərarda cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən malların guya, tibb fəaliyyətini həyata keçirən və ya estetik mərkəzlərin (“X5" MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası) topdan satış formasında satıldığını ehtimal əsasında iddia etsə də, bunu sübut edən hər hansı mötəbər məlumata, rəsmi sənədə və ya vergi yoxlaması formalarından hər hansı birinin tətbiq edilməklə həmin müəssisələrdə aparılmış və aşkar edilmiş vergi yoxlaması aktına, qərarına və s. istinad edə bilməmişdir. Cavabdeh vergi orqanının “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7732 №li qərarı ilə mütəxəssis qismində cəlb edilmiş şəxs qarşısında “estetik preparatlar və digər malların kəmiyyə t və həcminə nisbətdə sayının müəyyən edilməsi” sualı qoyulmuşdur. Cavabdehin qəbul etdiyi qərarda istinad etdiyi digər məsələ - təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olub-olmaması barədə isə hər hansı mütəxəssis dəvət edilməmiş, bu vəzifəni cavabdeh “öz üzərinə götürərək” belə qərara gəlmişdir ki, həmin mallar ev şəraitində istifadə edilə bilməz. Cavabdehin **********4251 saylı Tələbnaməsi ilə 94.503,83 manat maliyyə sanksiyasının xx.xx.2022-ci il tarixə kimi ödənilməsi tələb olunmuş, cavabdehin qeydiyyat nömrəsi **********516000 olan 28 mart 2022-ci il tarixli bildirişi ilə cəmiyyətin həmin tarixə maliyyə sanksiyası üzrə 68.364,75 manat borcu olduğu bildirilmişdir. Həmin bildirişdən də məlum olur ki, 26.139,08 manat dövlət büdcəsinə silinmişdir. Hazırkı iş üzrə cavab deh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021- ci il tarixli, **********7706 №li qərar qəbul etmişdir. Vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli, **********4250 №li qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

18. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, müvafiq yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçirilmiş, vergi ödəyicisinə “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamə verilmiş, yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli 001882 saylı aktla rəsmiləşdirilmişdir. Müvafiq akt nəticəsində iddiaçıya məxsus obyektin pərakəndə satış obyektinin olmadığı, iddiaçı tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmiş, satış qiyməti ilə 945.038,27 manat dəyərində mallar elektron-qaimə faktura əsasında satılmalı olduğu halda elektron-qaimə faktura tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli aktda həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş malların (“Revitacare” nişanlı, “Cytocare" adlı tibbi dəriyə qulluq vasitələri) ev şəraitində istifadəsin in mümkün olmaması aşkar edilmişdir.

19. Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 356034,0 manat dəyərində malların istifadə müddəti bitdiyindən maddi məsul şəxsin öhdəsindən silinməsi barədə akt tərtib edilmiş, lakin bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun utilizasiya edilməmişdir. Eyni zamanda qeyd olunan malların VM-nin 159.5-ci maddəsinə uyğun olaraq ƏDV-nin bərpa edilmədiyi aşkar olunmuşdur. Həmçinin NKA ilə satılmış malların ƏDV-sinin geri alınması ilə bağlı müraciətin müəssisənin rəhbəri və eyni zamanda tibbi fəaliyyətini həyata keçirən və ya estetik mərkəzlərin (“X5" MMC, “Medlayn" MMC və ismayıllı Rayon Mərkəz Xəstəxanası) rəhbərləri tərəfindən edilməsi malların cəmiyyət tərəfindən tibb müəs sisələrinə topdan satış formasına həyata keçirildiyini göstərmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci il tarixədək olan dövr ərzində 945.038,27 manat (ticarət əlavəsi və ƏDV daxil) dəyərində mallar elektron-qaimə faktura tərtib edilmədən təqdim edildiyi aşkar edilmişdir. 20. "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 müvafiq aktla tanış olmasına baxmayaraq aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Həmçinin Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində 353 sayda nəzarət-kassa çeki üzrə 74.183,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edildiyi və orta hesabla 1 çek üzrə 210,1 manat dəyərində mal satışının aparıldığı, iddiaçının əmək müqaviləsi üzrə işçisi olan və əmək müqaviləsi üzrə 300,0 manat məbləğində əmək haqqı alan X.Talıbovanın Cəmiyyətdən 2020-ci ilin dekabr ayında 1.454,23 manat dəyərində mallar aldığı və 26,14 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin yanvar ayında 1.237,3 manat dəyərində mallar aldığı və 22,28 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin fevral ayında 2.030,51 manat dəyərində mallar aldığı və 36,55 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin iyul ayında 2.711,02 manat dəyərində mallar aldığı və 48,79 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-ci ilin avqust ayında 1.932,2 manat dəyərində mallar aldığı və 34,77 manat dəyərində ƏDV-nin geri qaytarıldığı, 2021-cı ilin sentyabr ayında 3.139,82 manat dəyərində mallar aldığı və 56,51 manat dəyərində ƏDV-nin geri qaytarıldığı müəyyən edilmişdir ki, bu hal malların son istehlak məq sədi ilə alınmadığını əks etdirir.

21. Eyni zamanda həmin malların alınmasına dair nəzarət-kassa aparatının çeklərində malların adının göstərilmədiyi, malın adı sütununda “ümumi" qeyd edildiyi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idxal edilmiş mallarla faktiki qalıqda qalan malların fərqinin maya dəyəri ilə 344.080,12 manat və xx.xx.2020-ci il tarixə mənfəət vergisinin bəyannaməsində mal qalığı kimi bəyan edilmiş 411.466,94 manat dəyərində olmaqla, cəmi 755.547,06 (344080,12+411466,94) manat dəyərində malların elektron qaimə- faktura verilmədən təqdim edilməsi faktının müəyyən edildiyi, həmçinin Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ticarət əlavəsi və ƏDV nəzərə alınmaqla 94.503,83 (755.547,06 x 1,06 x 1,18 x 10%) manat dəyərində maliyyə sanksiyası tətbiq edildiyi a şkar edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin rəhbəri tərəfindən yoxlamaya etibarlılıq müddəti başa çatmış 356.034,0 manat dəyərində malların məhv edilməsinə dair daxili qaydada tərtib olunmuş əmr təqdim edilmiş, Cəmiyyətin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idxal etdiyi malların faktiki qalıqda qalan mallarla fərqinin maya dəyəri ilə 344.080,12 manat təşkil etdiyi, bundan başqa vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xx.xx.2020-ci il tarixə mal qalığı kimi bəyan edilmiş 411.466,94 manat dəyərində malların üzərinə xx.xx.2020 – xx.xx.2021ci il hesabat dövründə əskik gəlmiş 344.080,12 manat əlavə edilməklə alınan 755.547,06 manat məbləğin üzərinə 6% faiz ticarət əlavəsi və 18% əlavə dəyər vergisi tətbiq edilərək 945.038,27 manat dəy ərində malların elektron qaimə-faktura təqdim edilmədən satılması müəyyən edilmişdir. İddiaçı tərəfindən müvafiq hesabat dövrlərində təqdim edilmiş bəyannamələrdə malların xarab olması (və ya zay olması) barədə məlumatlar bəyan edilməmiş, qeyd olunan qaydalara uyğun hər hal üzrə sənədləşmələr aparılmamış, qanunvericiliyə uyğun təqsirkar (günahkar) şəxslər müəyyən edilməmiş, dəymiş zərərin bağlanması ilə bağlı qərarlar qəbul olunmamış, inventarizasiyalar aparılmamış, aktda qeyd olunmasına baxmayaraq malların sonrakı istifadə üçün yararsız olmasının səbəblərini müəyyənləşdirmək mümkün olmamış, habelə xarab olmuş malların aktlaşdırılmasına baxmayaraq bununla bağlı akta əlavə olaraq fotoşəkillər və ya video çəkilişlər tam əlavə olunmamışdır.

22. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9380/2022 nömrəli, 3 oktyabr 2022-ci il qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4250 №li qərarı ləğv olunsun və həmin qərarın icrası ilə bağlı silinmiş 26.139,08 (iyirmi altı min bir yüz otuz doqquz manat, 08 qəpik) manat məbləğin İddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.

23. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələnd irilən qərar qəbul olunarkən qanunvericiliyin qeyd olunan tələbləri də pozulmuşdur. Belə ki, Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən mübahisələndirilən qərarı qəbul olunmasına əsas olmuş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Akt xx.xx.2022-ci il tarixdə tərtib olunduğu ha lda, həmin akt üzrə qərar 1 (bir) ay 13 (on üç) gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.

24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə fakt ura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə

15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanları nın və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;... Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qar şısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarə t edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanu nunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.... 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi za manı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.... Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati i craat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlver işsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

32. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırı lması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi operativ vergi nəzarətinin nəticəsi olaraq Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın əsaslığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə d ə kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdi r. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.

40. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7706 nömrəli qərar qəbul etmişdir.

41. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).

42. Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7706 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir, qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad edilmişdir.

43. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qər ar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

44. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahi bkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

45. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə alm aq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

46. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” x x.xx.2021-ci il tarixli, **********7706 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.

47. Bundan əlavə, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün is tifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir.

48. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq mə qsədilə həyata keçirilən nəzarət tədbiridir.

49. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh vergi orqanı özünün xx.xx.2022-ci il tarixli aktında “Glamorous Estetica (Pharma Glamorous) MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində MMC-yə məxsus obyektin pərakəndə satış obyektinin olmadığı, MMC tərəfindən təqdim olunmuş malların ev şəraitində istifadəsinin mümkün olmaması aşkar edilmişdir. Beləliklə satış qiyməti ilə 945.038,27 manat dəyərində malların E-QF əsasında satılmalı olduğu halda E-QF tərtib edilmədən təqdim edildiyi müəyyən olunmuşdur.

50. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məsuliyyətə cəlb qərarından da göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim ed ilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən 94503,83 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Lakin sübutetmə yükü daşıyan cavabdeh orqan yoxlama zamanı malların məhz iddiaçı tərəfindən “X5” MMC, "xxxx" MMC və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına satılmasına dair, ümumiyyətlə həmin hüquqi şəxslərlə iddiaçı arasında hər hansı bir işgüzar münasibətlərin olması ilə bağlı, onlar arasında hər hansı bir əqdin mövcudluğu ilə bağlı bundan əlavə, sözügedən malların ev şəraitində istifad əsinin mümkün olmaması ilə bağlı əsaslı sübutlar təqdim etməmişdir.

51. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli, **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 2.7-ci bəndində göstərilmişdir ki, Operativ vergi nəzarətinin nəticələri barədə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər nəzarətin başa çatdığı tarixdən sonrakı 3 iş günü ərzində nəzarəti həyata keçirmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən AVİS proqram təminatı bazasının Operativ nəzarət alt sisteminə işlənilir və əlavələri ilə birlikdə dərhal vergi orqanının aidiyyəti rəhbər vəzifəli şəxsinə təhvil verilir. Tərtib olunmuş aktın və digər sənədlərin bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə və imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bu sənədlərin surətlərini qəbul etməkdən imtina etdikdə isə müvafiq sənədlər aktın, protokolun və digər sənədlərin tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq elektron qaydada və sifarişli poçtla ona göndərilir. Bu halda tərtib olunmuş aktın, protokolun və digər sənədlərin bir nüsxəsi vergi ödəyicisinə müşayiətedici məktubla göndərilir. Qaydaların 2.8-ci bəndində göstərilmişdir ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi məsələsinə Vergi Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş qaydada və müddətdə baxılır.

52. Bununla bağ qeyd edilməlidir ki, cavabdeh tərəfindən “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Akt xx.xx.2022-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar 1 (bir) ay 13 (on üç) gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.

53. Beləliklə, ve rgi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə tərkibi hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 mart 2022-ci il tarixli, **********4250 nömrəli qərarının qəbulunun vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.

54. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar