Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1407/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pe nsiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2960/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən, elmi dərəcəyə görə əlavə haqqın iddiaçının əmək pensiyasında nəzərə alınması məsələsinə onun pensiyasının hesablanması zamanı əsas götürülmüş dövr (xx.xx.1995-xx.xx.1999-cu illər arasındakı dövr) ərzində həmin əlavənin ona ödənildiyinə dair müvafiq aray ış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba görə, arxiv sənədlərində elmi dərəcəyə görə iddiaçıya əlavələrin ödənilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vəzifə maaşına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" 19 aprel 1994-cü il tarixli 155 saylı qərarı hakimlərə şamil edilməmişdir. 01 sentyabr 2000-ci ildən başlayaraq "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən elmi dǝrǝcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq verilir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd ol unur: Sizin hakimlik stajına görə hakimlərə əlavə haqqın ödənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bildirir ki, 1981-1997-ci il 10 iyun tarixədək qüvvədə olan məhkəmə quruluşu haqqında qanunlarda hakimlərə hakimlik stajına görə əlavə haqqın verilməsi ilə bağlı müddəalara rast gəlinməmişdir. Bununla yanaşı qeyd edirik ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il 23 yanvar tarixli qərarına əsasən "Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinin ikinci hissəsinin (hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir) müddəaları həmin qanuna əsas ən hakim vəzifəsinə təyin edilmiş şəxslərə onların qanun qəbul edilənədək (1997-ci ilədək) olan hakimlik stajı nəzərə alınmaqla şamil edilir. Bundan başqa "Əmək pensiyaları haqqında" Qanunun 20.1.4 və 20.7-ci maddələrinə əsasən sabiq hakimlərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla həmin maddələrə müəyyən edilmiş qaydada təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2020-ci il 15 may tarixli qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məv acibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması və xx.xx.2021-ci il tarixdən keçən müddət ərzində ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 oktyabr 2008-ci il tarixdə ona pensiya təyin edilərkən 10 iyun 1997-ci ildə qəbul edilmiş, lakin maddi və sosial təminatla əlaqədar norma və müddəaların tətbiqi y eni hakim təyinatına qədər (2000ci ilin sonunadək) təxirə salınmış “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununu 106-cı maddəsinin 2-ci hissəsində təsbit edilmiş müddəalar əsas götürülməklə hakim vəzifəsində işlədiyi 13 il 2 ay hakimlik stajının hər 5 ilinə görə həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqq əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyası hesablanmışdır. 01 iyun 2021-ci il tarixdən cavabdeh tərəfindən elmi dərəcəyə görə hər ay ödənilən vəzifə maaşının 15 faizi həcmində ödəniş dayandırıldığından onun bərpa edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli 310İQ nömrəli Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək hakimlərin maddi və sosial təm inatı ilə bağlı məsələlər “Azərbaycan Respublikasının Məhkəmə quruluşu haqqında” 24 iyun 1990-cı il tarixli 1849-Xİ nömrəli Qanunun 93-cü maddəsi ilə tənzimlənmişdir. 10 iyun 1997-ci ilə qədər olan dövr ərzində hakimlərin maddi və sosial təminatı ilə əlaqədar heç bir başqa qanunvericilik Aktı qəbul edilməmişdir. Qanunun 93-cü maddəsinin məzmunundan görünür ki, həmin normaya görə hakimlərə nə hakimlik stajına görə, nə də elmi dərəcəyə görə əlavə haqq ödənilməsi nəzərdə tutulmamışdır. Hakimlərə hakimlik stajının hər beş ilinə görə, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqq yalnız 10 iyun 1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin 2-ci hissəsinin müddəaları əsasında ödənilir. Azərbaycan Respublikasının Konstitus iya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il tarixli Qərarı ilə, “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin müddəalarının heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsi həmin aktda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və Vİİ hissələrini rəhbər tutaraq tələb etmişdir ki, həmin müddəalar heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilsin. Cavabdehin Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsaslanan imtinası ilk əvvəl həmin Qərarın göstərişlərinə, həmçinin 23 yanvar 2001-ci il tarixli qərarına zidd olduğundan Qanunsuz və əsassız hesab edilməli və iddia təmin edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında bu qərarın qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə həll edilmiş mübahisələrə şamil olunmadığı xüsusi qeyd edilmişdir.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının pensiyasının hesablanması zamanı əsas götürülmüş dövr ərzində elmi dərəcəyə görə əlavə haqqı almadığından həmin əlavənin iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması yolverilməzdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il tarixli Qərarı ilə, “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin müddəalarının heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilməsi qərara alınsa da, həmin qərar qəbul olunarkən iddiaçı hakim vəzifəsində çalışmırdı və həmin qərar əsasında da elmi dərəcəyə görə əlavəni ala bilməzdi. Qeyd edilən əlavənin pensiyanın məbləği müəy yən edilərkən nəzərə alınması üçün təkcə onu alması deyil, məhz əsas götürülən 5 illik dövrdə alması və məcburi dövlət sosial sığortasına cəlb olunması tələb olunur. Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında bu qərarın qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə həll edilmiş mübahisələrə şamil olunmaması ilə bağlı dəlillərə münasibətdə qeyd edilməlidir ki, iddiaçı həmin dəlilə istinad edərkən “məhkəmə aktı” kimi Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli qərarını nəzərdə tutur və hesab edir ki, həmin qərarla mübahisə həll edilmiş olduğundan 15 may 2020-ci il tarixli Qərar şamil edilməməlidir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında əmək pensiyasının təyini, yenidən hesablanması və s. kimi mübahisələrə dair birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin aktları nəzərdə tutulur və qeyd edilir ki, həmin həll edilmiş mübahisələrə bu Qərar şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları isə normativ xarakterli aktdır
9. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2960/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın məzmunundan göründüyü kimi məhkəmə, konkret mübahisənin Azərbaycan Respublikası Ali Məhkəməsinin so rğusu əsasında Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair» Qərarı əsasında bu müddəaların hər ikisinin - hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) yeni ödənc növü kimi əlavə haqq verilməsini Özündə ehtiva edən müddəaların qüvvəsinin Konstitusiyanın 149-cu maddəsinin İ və Vİİ hissələri rəhbər tutulmaqla geriyə şamil edildiyini, yəni bu mübahisənin artıq qeyd edilən Konstitusiya Məhkəməsi Aktı ilə həll edildiyini təsdiq etsə də öz mövqeyinə zidd olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin Qərarları normativ xarakterli olduğundan konkret mübahisələri hə ll edə bilməz.
15. «Məhkəmələr və hakimlər haqqında Qanunun» 106-cı maddəsində təsbit edilmiş müddəaların heç bir məhdudiyyət qoyulmadan 5 il və daha artıq hakimlik stajı olan şəxslərə şamil edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun 23 yanvar 2001-ci il tarixli Qərarı ilə razılaşan məhkəmə kollegiyası Konstitusiyasının 149-cu və «Bərabərlik hüququnu» əks etdirən 25- ci maddəsinə zidd olaraq belə qanunsuz və məntiqsiz fərziyyə irəli sürür ki, bu qərar qüvvəyə mindiyi zaman artıq hakim vəzifəsində işləməyən şəxslər barəsində plenumun müvafiq Qərarı tətbiq edilə bilməz.
16. Qeyd edir ki, apellyasiya məhkəməsi hakim vəzifəsində işləyən dövrdə əmək haqqı tərkibinə daxil olmadığından ödənilməmiş və məcburi dövlət sosial sığortasına cəlb olunmamış hakimlik stajının hər beş ilinə görə ha nsı Qanun və ya digər normativ və s. hüquqi Akta əsaslanaraq, hansı fərqli cəhətləri nəzərə alaraq bütün pensiyaçı hakimlərə 23 yanvar 2001-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı qüvvəyə mindikdən sonra hakimlik stajının hər beş ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq bu günə qədər ödənildiyi halda, eyni maddənin «Məhkəmələr və hakimlər haqqında» Qanunun eyni maddəsində, yəni 106-cı maddəsinin eyni hissəsində 2-ci hissəsində təsbit edilən, eyni statusa və hüquqi qüvvəyə malik, eyni zamanda qüvvəsi geriyə şamil edilmiş pensiyaçı elmi dərəcəsi olan və hakimlik stajı 15 ildən az olduğundan bu əlavəni almaq hüququna malik olan iki nəfər pensiyaçı sabiq hakimin Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı qüvvəyə minənə qədər pensiya məbləği nə daxil edilmiş hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın ödənişinin qərar qüvvəyə mindikdən sonra dayandırılması məsələsinə münasibət bildirməmişdir.
17. Məhkəmə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair» Qərarında «Əmək pensiyaları haqqında» Qanunun 20-ci maddəsində işlədilmiş və pensiya hüququ olan şəxsin vaxtılə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmamış və verilməmiş ödənclərin pensiya məbləğinə daxil edilməsinə qadağa qoyulması barədə göstərişin hansı səbəbdən hakimlik stajına görə Ödənilən əlavəyə deyil, yalnız iki nəfər pensiyaçı sabiq hakimin almaq hüququ olan elmi dərəcəyə görə verilməsi nəzərdə tutu lan əlavə ödəncə şamil edilməsinə də aydınlıq gətirməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.4 əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər;... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim iş ləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla;
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələ rə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəl illərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın yenidən hesablanması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı işdə mübahisə predm eti xx.xx.2021-ci il tarixdən elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanmasını və həmin vaxtdan hal-hazıradək yaranan fərqin ödənilməsi ilə bağlıdır.
29. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən, arxiv sənədlərində elmi dərəcəyə görə iddiaçıya əlavələrin ödənilməsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vəzifə maaşına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" 19 aprel 1994-cü il tarixli 155 saylı qərarı hakimlərə şamil edilməmişdir. 01 sentyabr 2000-ci ildən başlayaraq "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı m addəsinə əsasən elmi dǝrǝcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq verilir.
30. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il tarixli Qərarı ilə, “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsinin 2-ci hissəsinin müddəalarının heç bir məhdudiyyət qoyulmadan 5 il və daha çox hakim vəzifəsində işləmiş bütün şəxslərə şamil edilməsi qərara alınsa da, həmin qərar qəbul olunarkən iddiaçı hakim vəzifəsində çalışmırdı və həmin qərar əsasında da elmi dərəcəyə görə əlavəni ala bilməzdi. Qeyd edilən əlavənin pensiyanın məbləği müəyyən edilərkən nəzərə alınması üçün təkcə onu alması deyil, məhz əsas götürülən 5 illik dövrdə alması və məcburi dövlət sosial sığortasına cəlb olunması tələb olunur. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərk ən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçı elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın əmək haqqının ümumi məbləğinə daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb etsə də, həmin əlavə onun hakim vəzifəsində işlədiyi və əmək pensiyası hesablanarkən əsas götürülmüş xx.xx.1995-xx.xx.1999-cu illər arasındakı dövr ərzində aldığı əmək haqqına daxil olmamışdır. Qeyd edilən əlavə iddiaçı tərəfindən alınmamışdır, ümumiyyətlə həmin dövrdə hakimlərə belə ə lavənin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə ki, belə əlavə əmək haqqındakı “sonrakı artım” deyil, əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir.
33. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2960/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.