Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1408/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, 22.05.2019 Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplomun və ona əlavənin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2749/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 22 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Təhsil Nazirliyə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması, iddiaçıya diplomun və ona əlavənin verilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ikinci ali təhsil kimi 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinə qəbul olunmuş və 2007-ci ildə həmin fakültəni bitirmişdir. Təhsil müddətində o, sessiyalarda iştirak etmiş və imtahanları müvəffəqiyyətlə vermişdir. İddiaçı təhsilini başa v urduqdan sonra diplomun verilməsi ilə bağlı dəfələrlə həmin Universitetə müraciət etmişdir. Lakin həmin vaxt ona diplomun hazır olmadığı bildirildiyi üçün gözləməli olmuşdur. Sonradan Azərbaycan Beynəlxalq Universitetinin lisenziyası ləğv edildiyindən fəaliyyəti dayandırılmışdır. Bildirilmişdir ki, bütün arxiv sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinə təhvil verilmişdir. Bundan sonra o, diplomun və ona əlavənin verilməsi ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişdir. Lakin ona heç bir cavab verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1481/2018 nömrəli, 10 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.L.Kərimli) iddia təmin edilmiş, cavabdehin hərəkətsizliyi qanunsuz sayılmış, iddiaçıya Azərbaycan Beynəlxalq Universitetini bitirməsi barədə diplomun və ona əlavənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında iddiaçı ilə Azərbaycan Beynəlxalq Universiteti arasında bağlanmış “ali təhsilli kadrların hazırlanması barədə” 16 avqust 2004-cü il tarixli müqavilə, iddiaçının Universitetin hüquq fakültəsinin tələbəsi kimi tələbə bileti, habelə müvafiq dövrlər üzrə təhsil haqlarının ödənilməsi barədə qəbzlər mövcud olduğundan və onun 2004-2007-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində təhsil almasını və 2007-ci ildə yekun imtahanları da müvəffəqiyyətlə verməklə təhsilini başa vurmasını təkzib edən heç bir sübut və ya dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən cavabdehin hərəkətsizliyi qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2749/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1481/2018 nömrəli, 10 avqust 2018-ci il tarixli ləğv edilmiş, iş üzrə yeni q ərar qəbul edilərək iddia təmin olunmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya diploma və əlavənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmadığı məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından cavabdehin hərəkətsizliyi qanunazidd hesab edilə və iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş ali prinsiplərə, maddi və prosessual qanunun normalarına, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəala rına ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Bakı Apelyasiya Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2749/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edil məlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Apelyasiya instansiya məhkəməsində işə baxılarkən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinin 2007-ci il üzrə buraxılış siyahısının məhkəməyə təqdim olunması barədə cavabdeh inzibati orqana sorğu verilmiş və cavabdehin nümayəndəsi sorğuya cavab olaraq məzunların siyahısını kollegiyanın iclasında təqdim etmişdir. Məhkəmə kollegi yası tərəfindən həmin siyahıya baxış keçirilərkən iddiaçının adı siyahıda aşkar edilməmişdir. (iş vər 61-64) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 7.1-ci bəndinə görə, təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək Nazirliyin əsas vəzifələri sıras ına daxildir. Əsasnamənin 8.26-cı bəndinə görə, Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə də məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2749/2018 nömr əli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1408/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1408/2019
22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver