Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1408/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1408/2020) Açar sözlər: kompensasiyanın ödənilməsi. Bakı şəhəri xx xxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Mali yyə Nazirliyi olmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-492/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 2764-G inventar №-li texniki pasporta görə, Cavabdeh xx.xx.1994-cü il tarixli 024/10 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, 17 saylı evin həyətindəki sahəsi 23.45 kv.m olan dəmir qaraj İddiaçı sahibliyində olmuşdur. Azərbaycan Respublikasının Naz irlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1-ci bəndində Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması qeyd edilmişdir. Bundan sonra İddiaçı məxsus olan həmin qaraj 2018-ci ildə Yasamal rayonu ərazisində aparılmış yuxarıda adı çəkilən abadlıq işləri ilə əlaqədar olaraq Cavabde h tərəfindən sökülmüşdür. İddiaçı Cavabdehnə müraciət edərək, qarajların sökülməsi nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb etmiş, lakin onun xahişi təmin olunmamışdır. Bundan sonra İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, 17 saylı evin həyətindəki hündürlüyü 2.50, 23.45 kv.m olan dəmir qaraja dair 75 000 manat məbləğində maddi zərərin və əlavə olaraq 20 faiz həcmində satınalma qiymətinin, LEXUS LS 460 üçün 2 ədəd təzə təkər, həmin avtomaşın üçün radio-maqnitofon, müxtəlif avtomaşınlar üçün 2 ədəd ön şüşənin dəyərinin, cəmi 9 360 manatın, yəni (LEXUS LS 460 üçün 2 ədəd təzə təkər - 500 manat, həmin avtomaşın üçün radio-maqnitofon-6 200 manat, 2 ədəd ön şüşə 2 660 manat) cav abdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini, təqsirli şəxslərin barəsində vəzifə səlahiyyətlərini aşdığına və özbaşınalığına görə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandımışdır ki, 2018-ci ildə ona məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllədə yerləşən,17 saylı evin həyətindəki hündürlüyü 2.50, 23.45 kv.m olan dəmir qaraj Cavabdeh tərəfindən sökülmüşdür. Qaraj sökülməmişdən əvvəl ona cavabdeh tərəfindən hər hansı bir məlumat verilməmiş, qarajın dəyəri isə əvvəlcədən ödənilməmişdir. Qaraj söküldükdən sonra dəfələrlə cavabdehə müraciət etmiş, lakin nəticəsi olmamışdır. "X2" MMC-nin xx xxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Texniki İnvent arlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixli, 2764-Ə inventar nömrəli Texniki pasporta əsasən İddiaçı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, 17 saylı evin qarşısında yerləşən 23.45 kv. m olan qarajın hazırki bazar qiyməti texniki göstəricilərə əsasən 51, 600(əlli bir min altı yüz) manat təşkil edir. "xxxxxxxx" MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, UNİ\S 06-062\19 saylı rəyi ilə İddiaçı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, 17 saylı evin qarşısında yerləşən 23.45 kv. m olan qarajın xx xxxxxxxx 2019-cu il tarixə olan bazar qiyməti 13 000 (on üç min) manat təşkil edir. Cavabehin etirazları: Cavabdehin etirazının dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli yevin müvafiq tapşırıqları əsasında yerli icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq şəhər və rayonlarda abadlıq-quruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm işlər görülür. Bakı şəhəri Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəraitinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin may ayında Yasamal rayonu, H. Cavid prospekti məhəllə 518-ci məhəllə ünvanında abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Qeyd edilən park ətraf binaların sakinləri tərəfindən rəğbətlə qarşılanmış və bəyənilmişdir. Qarajlar üçün verilmiş texniki pasport qeyri-yaşayış sahələri üçün mülkiyyəti təsdiq edən sənəd hesab olunmamalıdır. Belə ki, texniki pasport sadəcə qarajın texniki vəziyyətini müəyyən etmək üçün sənəddir. Odur ki, qeyd edilən qarajların götürülməsi, ərazinin təmizlənməsi rayon İcra Hakimiyyətinə əlavə maddi yük gətirməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-146/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakimT.Ə.Əsədova) iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, 17 saylı evin həyətindəki hündürlüyü 2.50, 23.45 kv.m olan dəmir qaraja dair 13 000 manat məbləğində maddi zərər Bakı şəhəri Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin 86 360 manat hissəsində rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 270 manatın 234,90 manatı İddiaçı, 35,10 manat Cavabdehndən tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qarajların İddiaçı məxsus olması, Cavabdeh tərəfindən həmin ərazidə aparılan abadlıq işləri zamanı sökülməsi və qarajlara görə iddiaçıya kompensasiya ödənilməməsi işin mübahisələndirilməyən halı olduğundan, həmçinin ekspertiza rəyi nəzərə alınaraq iddia tələbi İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllədə yerləşən qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 13.000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı və cavabdeh həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə iddiaçı, xx.xx.2020-ci ildə cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayəti vermiş, iddiaçı iddianın tam təmin olunmasını, cavabdeh isə iddianı n təmin olunan hissəsində ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-492/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Məmmədov və A.Nuriyeva) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-146/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qismən, iddi tələbinin 86 360 manat təmin edilməyən hissəsində ləğv edilmiş. İş üzrə həmin hissəyə dair yeni qərar qəbul edilməklə Bakı şəhəri, Yasamal rayonu, 518-ci məhəllə, 17 saylı evin həyətində yerləşən İddiaçı məxsus 23.45 kv.m olan dəmir qaraja dair təmin edilmiş 13000 ( on üç min ) manat nəz ərə alınmaqla cəmi 30 977,45 ( otuz min doqquz yüz yetmiş yeddi manat, qırx beş qəpik) manat məbləğində maddi zərər Bakı şəhəri Cavabdehndən tutularaq İddiaçı ödənilmiş. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-146/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan birinci intansiya məhkəməsi tərəfindən iş üzrə alınmış ekspertiza rəyləri arasında olan ziddiyyətlərin olmasına baxmayaraq, məhz sonuncu ekspert rəyinə istinad etmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı məxsus olan sözügedən qarajın ümumi sahəsi 23,45 kv.m olan tikilinin sökülməsinə görə, xx xxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanınd a qeyd edilmiş 20% əlavə və digər əlavələr hesablanmaqla ümumilikdə (23,45 x 1321 = 30977,45) 30977,45 manat məbləğ, həmin məbləğdən 13000 manat çıxıldıqdan sonra (30799,45 – 13000 = 17977,45 ) 17977,45 manat Cavabdehndən İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmənin qeyd olunan qərarından cavabdehin nümayəndəsi xx.xx.2020-ci ildə kassasiya şikayəti verərək,qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəraitinin və i stirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518 ünvanında abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Qeyd olunan ünvanda yerləşən və İddiaçı istifadəsində olan qaraj üzrə mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədlər mövcud olmadığından abadlıq işləri ilə əlaqədar olaraq götürülmüşdür. Qarajlar üçün verilmiş texniki pasport isə qeyri- yaşayış sahələri üçün mülkiyyəti təsdiq edən sənəd hesab olunmur. Texniki pasport sadəcə qarajın texniki vəziyyətini müəyyən etmək üçün sənəddir. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Cavabdehin və ü çüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin ar asında yaranan mübahisə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üzrə yaranmış mübahisədir. Kassator əmlakın dəyəri ilə bağlı mübahisə etmir, sadəcə iddiaçının əmlakın mülkiyyətçisi kimi huququnun təsdiq edilmədiyini, habelə özünün cavabdehliyinin olmamasını əsaslandıran dəlillər irəli sürür. Bu dəlillər isə qəbul edilən deyil. Çünki apelyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsində deyilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi). Göründüyü kimi vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İV hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsi nin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunaraq göstərilirki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas verən analoji əsaslar müəyyən edilərək göstərilir ki, he ç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Milli qanunvericiliyin və beynəl xalq hüququn qeyd olunan müddəları əsasında işin faktik halları təhlil olunduqda müəyyən olunur ki, iddiaçının sahibliyində olan qeyri-yaşayış sahələrinin sökülməsində ifadə olunan mülkiyyət hüququnun məhdudlaşdırılması, qanunilik tələbinə cavab verməmişdir. Çünki həmin tikililərin sökülməsi üçün əsas ola biləcək, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun nəzərdə tutulan şərtlər mövcüd olmamışdır. Həmin Qanunun 3-cü maddəsində «dövlət ehtiyacları» anlayışının izahı verilərək göstərilmişdir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və qura şdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması. Cavabdeh tikililərin sökülməsini zəruri edən ictimai ehtiyac kimi ərazidə abadlaşdırma işlərinin aparıldığını göstərir ki, bu da qanunla dövlət ehtiyacları kimi müəyyən edilmiş məqsədlərə uyğun gəlmir. İddiaçıya məxsus olan tikililər onun iradəsinə və qanuna zidd olaraq cavabdeh tərəfindən sökülmüş, iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Bu fakt cavabdeh üçün zərərin ödənilməsi öhdəliyi kimi hüquqi nəticə törədir. Çünki «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvura n tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində zərərin anlayışı müəyyən edilərək göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçıya vurulmuş maddi zərərin miqdarı ekspert rəyləri əsasında məhkəmə tərəfindən müəyyən edilmişdi r və ağlabatandır. Texniki pasportun tikili üzərində hüquq müəyyənedici sənəd olmadığı barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılanadək, texniki pasportları tərtib etmiş Texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələri daşımaz əmlak üzərində hüquqların qeydiyyatını aparmağa səlahiyyətli olan orqan idi. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim olunmalı sənədlərdən biri kimi torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu nəzərdə tutulmuşdur. Kassatorun «məhkəmə qeyd olunan ünvan üzrə mülkiyyətçi və orada qeydiyyatda o laraq yaşayan şəxslər arasında mübahisə olduğunu da nəzərə almamışdır» dəlili ilə bağlı da kollegiya qeyd edir ki, iş materiallarında bu cür mübahisə olmasını təsdiq edən hər hansı düzünə və ya yanakı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası o nticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməməkdə haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cumaddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutara q qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-492/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1408/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1408/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver