Məhkəmə qərarları › İş №2-1(102)-1408/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1408/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1408/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı, yeni açılmış hallarla bağlı ərizənin mümkünlük şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1481/2022 nömrəli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inə müraciət edərək, ona 25 fevral 2014-cü il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)4317/2017 nömrəli qərarına əsasən iddia təmin edilmiş, iddiaçıya 25 fevral 2014-cü il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

3. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4317/2017 nömrəli qərarının ləğv olunasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 6 fevral 2018-ci il tarixli, 2-1(103)-290/2018 nömrəli qərarına əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 21(82)-4317/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2018-ci il tarixli, 2-1(102)-1019/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2018-ci il tarixli, 2-1(103)-290/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)4317/2017 nömrəli qərarı 25 iyul 2018-ci il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. 7. 24 iyul 2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının məcburi icraya yönəldilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4317/2017 nömrəli qərarı üzrə qəbul edilmiş icra vərəqəsi 5 avqust 2020-ci il tarixdə icra olunması üçün Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 8. 6 oktyabr 2020-ci il tarixdə Xətai rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə icraata başlamaq haqqında məlumat daxil olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 9. 1 iyun 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)-4317/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəllənin Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. Pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, iddiaçının adından yazıldığı ehtimal olunan, imzası fərqli, 31 may 2017-ci il tarixli ərizəsi qeydiyyatda olduğu ərazi üzrə Fondun Bakı şəhəri Xətai rayon şöbəsində qeydiyyata alınmış, həmin şöbənin Pensiya üzrə komissiyasının tarixi qeyd edilməyən 1474 nömrəli qərar ı ilə Qanunun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmadığı əsas göstərilməklə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Bu barədə, vətəndaşa rəsmi məlumat verildiyini bildirən tarixi qeyd olunmayan, şöbə müdirinin imzası olmayan və şöbənin möhürü vurulmayan məktub pensiya işinə tikilmişdir. Pensiya işinə tikilmiş 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, iddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinə müraciətində şöbənin imtinasının əsassız olduğunu, əmək kitabçasına əsasən 28 il 7 ay 11 gün ümumi, 23 il 4 gün güzəştli iş stajını qazandığını b ildirmiş, Qanunun 9.1 və 21.1 -ci maddələrinə və Azərbaycan Respublikası İPM-nin 9-cu və 2.2.2-ci maddələrinə istinad edərək ona xx.xx.2014-cü ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2014-cü ildən yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi şöbənin imtinası ilə razılaşmamış, imtinanı qanunsuz və əsassız, iddiaçının hüquqlarının pozulmasına səbəb hesab etmiş və xx.xx.2017-ci il tarixdə qəbul etdiyi qərarla iddianı təmin etmişdir. İddiaçının xeyrinə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərara qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin x x.xx.2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə şöbənin şikayəti təmin olunmamışdır. “xx.xx.1973” qeyd olunmuş əmək kitabçasına əsasən, iddiaçı “Azərbaycannəqliyyattikinti” (Azerbaydjantransstroy) Trestinin Avtobazasında xx.xx.1973xx.xx.1975-ci il dövr ərzində fəhlə, xx.xx.1977-xx.xx.1978-ci il dövr ərzində avtomobil çilingəri, xx.xx.1978-xx.xx.1997-ci il dövr ərzində elektromexanika sexində akkumulyatorçu, xx.xx.1997-xx.xx.2001-ci il dövr ərzində Azərbaycan Respublikası “Xalik” Rayonlararası Təmir Tikinti Baş İdarəsinin 14 nömrəli Təmir-Tikinti Trestinin Sumqayıt şəhərində yerləşən 142 nömrəli Təmir - T ikinti idarəsində elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Pensiya işinə tikilmiş hərbi biletin surətinə əsasən, iddiaçı 02 may 1975-ci il tarixdən 28 aprel 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Qeyd olunanlardan əlavə, Nazirliyin “Məşğulluq” altsistemində mövcud olan məlumatlardan müəyyən edilmişdir ki, İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2010-cu il tarixdən “müddətsiz” qüvvədə olan komendant vəzifəsi üzrə əmək müqaviləsi mövcuddur. Həmçinin, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “bina gözətçisi” vəzifəsi üzrə əmək müqaviləsi qüvvədə olmuşdur. Bundan əlavə, Nazirliyin “Pensiya” altsistemində xx.xx.2012-xx.xx.2020-ci illər üzrə fərdi hesabında cəmi 52 ay ərzində toplanmış pensiya kapitalının mövcudlu ğu müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının adına “Məşğulluq” altsistemində qeydə alınmış əmək müqavilələrinin onun əmək kitabçasında qeyd olunmaması surəti notarial qaydada təsdiq edilmiş əmək kitabçasının saxtalaşdırıldığına, onun başqa bir əmək kitabçasının olmasına əsaslı şübhələr yaradır. Altsistemdə əmək müqaviləsinin qüvvədə olmasına baxmayaraq, iddiaçının “X2” MMC-də xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək komendant vəzifəsində işləməsi həmin müəssisənin direktoru A.Quliyevin imzası və möhürü ilə təsdiqlənərək xx.xx.2018-ci il tarixli arayış tərtib edilmiş, həmin arayış pensiya işinə tikilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçının pensiya işinə tikilmiş əmək kitabçası və hərbi biletindəki qeydlərə əsasən, ümumi iş stajının 27 il 4 ay 11 gün təşkil etməsinə bax mayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətində vətəndaş ümumi iş stajının 28 il 7 ay 11 gün olduğunu qeyd etmiş, lakin bu hal heç bir məhkəmə instansiyasında araşdırılmamışdır. Həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında qeyd olunanlara baxılarkən məlum olmuşdur ki, məhkəmə vətəndaşın xx.xx.1977-ci il tarixli 77-i saylı əmrlə avtobazaya avto-çilingər peşəsinə qəbul edildiyini, xx.xx.1997-ci il tarixli 94 saylı əmrlə işdən azad edildiyini qeyd etsə də, ona bilavasitə güzəştli şərtlərlə pensiya hüququ verən və mübahisə predmeti olan akkumulyatorçu peşəsi üzrə işləməsi faktı barədə heç bir şərh qeyd etməmiş, Azərbaycan Respublikası İPM-nin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsində birinci inst ansiya məhkəməsi tərəfindən buraxılmış çatışmazlıq aradan qaldırılmışdır. Belə ki, “İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ATSC-nin Avtomobil Bazasının 05/13 nömrəli xx.xx.2014-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərnəqliyyattikinti” X1 akkumulyatorçu vəzifəsində işləmişdir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və istehsalatların Siyahısı”na daxildir (siyahı İİ. Kod 23200000-10047). SSRİ Nəqliyyat Tikinti Nazirliyinin 120-OR saylı xx.xx.1988-ci il tarixli əmri ilə “Azərnəqliyyattikinti” Tresti ləğv edilmiş və onun bazasında "xxxx" Layi hə Sənaye Tikinti Birliyi (LSTB) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli 614 saylı sərəncamı ilə "xxxx" LSTB "xxxx" Dövlət Şirkətinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir.” Eyni xüsusatlar Ali Məhkəmənin qərarında da qeyd edilməklə əsaslandırma aparılaraq şöbənin kassasiya şikayəti təmin edilməmişdir. Bununla belə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2014-cü il tarixli arayışın azı 3 il əvvəl hansı məqsədlə iş yerindən alınması əsaslı şübhələr yaradır. İddiaçının 142 nömrəli Təmir Tikinti idarəsinə elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul olunduğu gün – xx.xx.1997-ci il tarixi həftənin bazar (istirahət) gününə təsadüf e tdiyindən və 1997-2001-ci il dövrü bilavasitə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaratdığından, yalnız yerində ilkin sənədlərlə qarşılıqlı yoxlanılması təmin edildikdən və işləmiş olduğu dövrdə qazandığı əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi təsdiq olunduqdan sonra qeyd olunan dövr sosial sığorta stajına daxil edilə bilər. Lakin şöbə tərəfindən vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini, o cümlədən akkumulyatorçu işlədiyi illərdə çalışdığı peşənin ağır və zərərli istehsalatlar və peşələrə aid olmasını və həmin peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmasını təsdiq edən zəruri izahedici (güzəştli) arayışın alınması bu işdə maddi maraqları olan şəxslərin təsiri ilə təmin edilməmişdir. Qeyd o lunan hallar iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi istiqamətində müvafiq dövrün nəzərə alınaraq sosial sığorta stajına daxil edilməsi qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunanlara əsasən, “İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ATSCnin Avtomobil Bazasının 05/13 nömrəli xx.xx.2014-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərnəqliyyattikinti” X1 akkumulyatorçu vəzifəsində işləmişdir”. Həmin qeydi nəzərə alaraq şöbə, vətəndaş tərəfindən həmin arayışın əldə olunması mənbəyini onun köməyi ilə axtarıb tapmaqla həmin dövr üzrə hüquqi faktı müəyyən edə bilərdi. Bunlardan əlavə, hər 3 məhkəmə instansiy asında vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək iddiaçının 4 il əvvəl, yəni 2014-cü ildən güzəştli şərtlərlə pensiya h üququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Məhkəmə qərarları nəzərə alınmadan qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Onun sosial ödənişlər almaq hüququ qanunvericiliyə müvafiq olaraq xx.xx.2022-ci il tarixində yaranır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda şöbə tərəfindən məhkəmə qərarları əsasında iddiaçıya əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart he sabına köçürülmüş əsassız məbləğ cəmi 12265,41 manat (8828,49+3436,92) təşkil etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 2-1(82)-4317/2017 nömrəli qərardadı (hakim F.İ.Mədətli) ilə ərizə mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh yeni açılmış hallarla bağlı ərizəni Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə 1 iyun 2021-ci il tarixdə vermişdir. Belə ki, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu yeni açılmış hallara dair 1 iyun 2021-ci il tarixli ərizəsində xx.xx.2020-ci il tarixədək vətəndaşın aylıq pensiya məbləğinin köçürüldüyü qeyd edilmişdir. Yəni, inzibati orqan artıq xx.xx.2020-ci il tarixdə sözügedən hallarla bağlı məlumatlı olsa da, yeni açılmış halla rla bağlı ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə, 01 il 4 ay sonra xx.xx.2021-ci il tarixdə verilmişdir.

13. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1481/2022 nömrəli qərardadı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İ nzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 2-1(82)-4317/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda həmin müddətlərin bərpasına yol verilmir.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Ərizəçi kassasiya şikayətində yeni açılmış hallarla bağlı ərizəsində qeyd edilən dəlilləri sadalamış və əlavə olaraq qey d etmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda, qanunda müddətin ötürülməsi nəzərdə tutulmadığından mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən b axılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim ol unmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddət lərin bərpasına yol verilmir. Maddə

104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu... 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ər izənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Belə ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün h esab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyət i üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir: 1) məhkəmə aidiyyəti; 2) yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət.

25. Hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilir.

26. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir. 27. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qərarı 12 iyun 2018-ci il tarixdən qüvvəyə minmiş və iddiaçıya xx.xx.2020-ci il tarixədək pensiya ödənişi həyata keçirilmişdir. İddiaçının pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (1 iyun 2021-ci il) qədər isə 1 il 4 ay keçmişdir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

29. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən, bu Məcəllənin 103.1-ci və 103. 2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.

30. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir. Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə olan halda, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 aprel 2022-ci il tarixli, 21(103)-1481/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar