Məhkəmə qərarları › İş №2-1(102)-1408/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1408/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1408/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (təhsil müddəti nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təhsil illəri sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)-1476/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Neft Texnikumu tərəfindən verilmiş DT-İ 785232 saylı fərqlənmə diplomunun surətindən görünür ki, İddiaçı 1976-cı ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1982-ci il tarixdə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft texniki” ixtisası verilmişdir.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Neft və Sənaye Universite tinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 134 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 24 avqust 1976-cı il tarixində 302 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 21 aprel 1977-ci il tarixində 141 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 30 avqust 1979-cu il tarixində 346 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 07 may 1982-ci il tarixində 282 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft texniki” ixtisas dərəcəsi və DT-İ 785232 saylı fərqlənmə diplomu verilmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 535 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir.

4. Tümen Sənaye Universiteti tərəfindən verilmiş НВ seriyalı, 389516 nömrəli, xx.xx.1987-ci il tarixli, 2694 qeydiyyat nömrəli diploma əsasən, İddiaçı 1982-ci ildə Tümen Sənaye Universitetində neft-qaz sənayesi fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin fakültəni “Neft və qaz yataqları kəşfiyyatının texnologiyası və kompleks mexanizasiyası” ixtisası üzrə bitirmişdir.

5. İddiaçıya Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05-1830/1-416 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, xx xxxxxx 1959-cu il təvəllüdlü İddi açı həqiqətən “Leninskiy komsomol” adına Tümen Sənaye Universitetində neft-qaz sənayesi fakültəsinin əyani şöbəsində “Neft və qaz yataqları kəşfiyyatının texnologiyası və kompleks mexanizasiyası” ixtisası üzrə təhsil almışdır. Təhsilini bitirdikdən sonra Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı dağ mühəndisi ixtisası üzrə ali təhsil barədə 10 iyun 1987-ci il tarixli, 2694 qeydiyyat nömrəli, HB 389516 nömrəli diplom verilmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” 09 dekabr 2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericilikdə sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil müddətinin sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı ildə 57 yaşdan təyin olunmuş güzəştli şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia belə əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra xx.xx.1976cı ildə Bakı Neft Texnikumuna daxil olmuşdur. xx.xx.1982-ci il tarixində texnikumun əyani şöbəsini bitirmişdir. xx.xx.1982-ci ildə X1 qəbul olunmuşdur. xx.xx.1987-ci ildə institutun əyani şöbəsini bitirmişdir. İşlədiyi sahələr neft sənayesi ilə əlaqədar olduğu üçün, o, xx.xx.2016-cı ildə 57 yaşı tamam olanda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Bunu onun əmək kitabçasında aparılan qeydlər təsdiq edir. Hal-hazırda güzəştli şərtlərlə pensiya alır. “Əmək pensiyaları haqqında” Qanunda vətəndaşın əyani təhsil müddətinin (ali, orta və texniki peşə təhsili) qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Onun da, xx.xx.1976-cı ildən xx.xx.1987-ci ilə kimi 11 ilə qədər sığorta stajı vardır. O, sığort a stajının hesablanması ilə əlaqədar cavabdehə 3 dəfə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktublarla ona əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında imtina göndərmişdir.

9. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8860/2022 nömrəli (hakim A.A.Abdullayeva) qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının “Leninskiy komsomol” adına Tümen Sənaye Universitetində və Bakı Neft Texnikumunda təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməlidir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddia tələbinin keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun m üraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir”.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(103)-1476/2023 nömrəli (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/ M.N.Tağızadə və İ.A.İbrahimli) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və i ddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti imtina məktubuna və apelyasiya şikayətinə uyğun tərtib edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart ta rixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri.... ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 21. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

22. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə f undamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikay ətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsin pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

30. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil dir.

31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 29-30-cu bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddi açıya xx.xx.2016-cı il tarixində cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 33. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu normanın yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyanın təyin edilməsi ilə bağlı müddəaları həm də iş stajına sayılan dövrlərə və ya müddətlərə münasibətdə də şamil olunmalıdır. Əks yanaşma şəxsin işlədiyi dövrdə qazandı ğı stajın pensiya təyinatı zamanı nəzərə alınması baxımından bərabər yanaşma prinsipinin pozulmasına səbəb olardı.

34. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məsələ həll edilərkən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları, o cümlədən bu qərarın 19-22-ci bəndlərində istinad olunan normaların müddəaları tətbiq edilməlidir. İstinad olunan həmin normalarda, yəni həm iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan, həm də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan qanunvericilikdə orta ixtisas, texniki peşə və ali təhsil müəssisələrində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi birbaşa təsbit olunmuşdur.

35. İşin apell yasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 24 avqust 1976-cı il tarixindən 07 may 1982-ci il tarixədək Bakı Neft Texnikumunda, 1982-ci il tarixdən 10 iyul 1987-cü il tarixədək Tümen Sənaye Universitetində təhsil almışdır.

36. Bundan başqa, bu Qərarın 19-cı bəndində istinad olunan normaya görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

37. Beləliklə, hazırda qüvvədə olan pensiya qanunvericiliyinə istinadən iddiaçının təhsil müddətinin sosial sığorta stajına daxil edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bil məz.

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın təyin olunmasından yaxud yenidən hesablanmasından imtina barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatı n aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu həm də şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququndan irəli gəlir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin hazırkı mübahisəyə dair iş üzrə qərarı əsaslı və düzgün hesab edilməlidir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98- ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(103)-1476/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar