Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1408/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti X4 Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: professor elmi adının verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti X4 Komissiyasına qarşı “professor elmi adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 21(103) -3016/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2015-2020-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsində, xx.xx.2021-ci il tarixdən İncəsənət fakültəsi Musiqi sənəti kafedrasında 0.5 ştat dosent vəzifəsində işləmişdir.
2. İddiaçı ona professor elmi adının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona professor elmi adı verilməsindən imtina edilmişdir.
3. Daha sonra iddiaçının müraciətinə Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasının xx.xx.2022-ci il tarixli iclası nda baxılaraq, onun attestasiya sənədlərinin, o cümlədən təqdim etdiyi tədris-metodiki işlərinin ekspertizası aparılmış, ekspert şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona professor elmi adının verilməsi tövsiyə edilməmiş, attestasiya sənədlərinə dair ekspert rəyləri mənfi olmuşdur.
4. Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya professor elmi adı verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona professor elmi adının verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində ziyalı ailəsində doğulmuş, 1957- 1968-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (BMA) nəzdində, İİ illik X7 məktəbində orta ixtisas təhsili, 1968-1973-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil almışdır. 2008-2012-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (fəlsəfə doktoru proqramı üzrə) dissertanturada təhsilini davam etdirmiş, 2014-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (elmlər doktoru proqramı üzrə) doktorantura təhsili almışdır. Əmək fəaliyyətinə 1974-cü ildə Bülbül adına X7 Məktəbində konsertmeyster kimi başlamış və 1977-ci ilədək həmin vəzifədə çalışmışdır. 1977-1992-ci illər ərzində Bülbül adına X7 Mək təbində müəllim, 1992-2011-ci illər ərzində Bülbül adına X7 Məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 20112015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, dosent, kafedra müdiri (Musiqi fənləri və dirijorluq kafedrası), 2015-2020-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının Elm və Yaradıcılıq işləri üzrə prorektoru olaraq çalışmışdır. 2020-ci ildən bu günədək Bakı Xoreoqrafiya Akademiyasının professoru vəzifəsində çalışır. Aldığı elmi və fəxri adlar bunlardır: 2004-cü il- "X6" (tanınmış maarif işçisi, yeni təlim metodu və texnologiyalarından səmərəli istifadə edərək pedagoji fəaliyyətində qazandığı uğurlara görə); 2004-cü il - "VEKTOR" beynəlxalq el mükafatı; 2005-ci il –“XAN QİZİ NATAVAN” mükafatı; 2005-ci il - “QABAQCİL TƏHSİL İŞÇİSİ” (Təhsil Nazirliyi Tərəfindən); 2008-ci il - ''Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" (Azərbaycan Respublikasının Prezidenti tərəfindən), 2012-ci il - Dosent elmi adı; 2014-cü il - "QİZİL QƏLƏM" media mükafatı laureatı; 2014-cü il - "XXİ əsrin tanınmış maarifçisi" beynəlxalq diplomu; 2015-ci il "Azərbaycan Ziyalısı" media mükafatı laureatı; 2017- ci ildən Bakı Xoreoqrafiya Akademiyasının professoru; 2020-ci il “Türk dünyası araşdırmaları X1 həqiqi üzvü (akademik) və X5 Mükafatı (Müstəqil Azərbaycan Respublikası elminin və təhsilinin inkişafındakı böyük xidmətlərinə görə). Ölkə elminə verdiyi töhfələri, göstərdiyi xidmətləri, aldığı elmi və fəxri adları nəzərə alaraq, "Elmi adlar verilməsi qaydası haqqında" Əsasnamənin 4.1-ci bəndinə əsasən, çalışdığı Bakı Xareoqrafiya Akademi yası tərəfindən xx.xx.2018-ci il tarixdə ona Professor elmi adının verilməsi ilə bağlı cavabdehə vəsatətlə müraciət edilmiş, sonuncu ona professor elmi adının verilməsindən imtina etmiş və imtinanın səbəbləri göstərilməmişdir. Komissiyanın qərarından narazı qaldığı üçün Ali Attestasiya Komissiyasının Apellyasiya Şurasına apellyasiya ərizəsi ilə müraciət etmiş, lakin üzərindən 3 ay keçdikdən sonra yenə də heç bir qərar qəbul edilmədiyini nəzərə alaraq, xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası Prezidenti X4 Komissiyasına müraciət etmişdir. Həmin müraciətə hələ də cavab verilməmişdir. Bilindiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi adlar verilməsi qaydası haqqında" Əsasnamənin 1.3-cü bəndinə əsasən, dosent və professor elmi adları elmi və elmipedaqoji fəaliyyətə görə, elmi dərəcəsi olan iddiaçılara, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılara bu Əsasnamə ilə müəyyən edilmiş qaydada və hallarda verilir.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 22 may 2023-cü il tarixli 21(112)-1506/2023 nömrəli qərar ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti X4 Komissiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İddiaçı 5 il müddətinə xx.xx.2016-xx.xx.2021-ci il tarixinədək İncəsənət fakültəsində professor vəzifəsində çalışmışdır, xx.xx.2021-ci il tarixdən hal-hazıradək İncəsənət fakültəsində musiqi sənəti kafedrasında dosent vəzifəsində çalışır. İddiaçının hazırda tutduğu vəzifə həmin normanın tələblərinə cavab vermir. Ona elmi adın verilməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən, həmin vaxt tələb olunan vəzifəni tutmamışdır. Həmçinin, iddiaçının fəaliyyəti “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9.5-ci bəndinin heç bir yarımbəndinə uyğun gəlmir. Komiss iyanın Sənətşünaslıq və Memarlıq elmləri üzrə Ekspert Şurasının xx.xx.2022-ci il tarixli 15 nömrəli iclas protokolunda qeyd edilmişdir ki, iddiaçı özü dəvət olunmaqla onun sənədlərinə baxılmış, elmi pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsinə dair verilmiş rəyləri (verilmiş hər 2 rəy mənfidir) və rəylərdə xeyli sayda iradların olduğu bildirilmişdir. Həmin iclasda ekspert şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya professor elmi adının verilməsi tövsiyə edilməmişdir. Eyni zamanda, iddiaçının attestasiya sənədlərinə dair verilən mənfi ekspert rəyində qeyd edilənlər cavabdeh inzibati orqanın imtina səbəblərindən olmuşdur. Qeyd edilən ekspert tərəfindən verilmiş mənfi rəylərdən də görünür ki, iddiaçı tərəfindən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9.5ci yarımbəndində qeyd edilən tələblər yerinə yetirilməmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli iclasında ekspert şurasının 12 üzvü səsvermədə iştirak etmiş, onlardan 11 nəfəri iddiaçının əleyhinə səs vermişdir. Məhkəmə qeyd etmişdir ki, həmin normanın tələblərində ali təhsil müəssisəsində incəsənət ixtisası üzrə fənləri on ildən az olmayan müddətdə tədris etməsi tələbi təsbit olunmuşdur. Lakin iddiaçının attestasiya sənədlərinə əsasən, vəsatət qaldırıldığı dövrə qədər müvafiq tələb üzrə staj müddəti yeddi il yeddi ay iyirmi bir gün təşkil etmişdir. Həmçinin, həmin normanın tələblərində ali təhsil müəssisəsində kafedra müdiri və ya professor vəzifəsini tutan şəxslərə professor adı verildiyi qeyd edilmişdir. İddiaçı 2015-2020-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Yəni, iddiaçı müraciət etdiyi vaxt tutduğu vəzifəyə dair tələb hissəsində də müvafiq Əsasnamənin (əvvəllər qüvvədə olmuş) şərtlərinə cavab verməmişdir. İş materiallarına əlavə edilmiş, 2018-ci il 16 oktyabr tarixli, 27 nömrəli Komissiyanın Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının iclasında iddiaçı iştirak etmişdir. Həmin iclasda 4-cü məsələ olaraq Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasına daxil olmuş, Bakı Xoreqrafiya Akademiyasının “Musiqi fənləri” kafedrası üzrə iddiaçıya professor elmi adının verilməsi məsələsi müzakirə edilmiş, onun ali təhsil müəssisəsində elmi stajının tələblərə uyğun olmadığı qeyd edilmişdir. İradlara baxmayaraq, o cümlədən idd iaçının özünün həmin dövrdə ekspert şurasının üzvü olması səbəbindən ekspert şurasının 13 nəfər üzvündən 8 nəfər üzvü həmin iclasda iştirak etmiş və səsvermə nəticəsində 6 nəfər lehinə, 1 nəfər əleyhinə və 1 nəfər birtərəf olmaqla iddiaçıya elmi adın verilməsi tövsiyə olunmuşdur. Buna baxmayaraq, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbi ödənilmədiyindən işə baxılması dayandırılmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-3016/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi r. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”: Bənd 1.1. Bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi adlar verilməsi qaydasını və şərtlərini müəyyən edir. 1.2. Elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti X4 Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Kom issiya verir.... Bənd 3.9. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, sənətşünaslıq və ya memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir: 3.9.1. iddiaçının elmi-pedaqoji fəaliyyət və ya yaradıcılıq sahəsində azı on il iş stajı, o cümlədən ixtisas üzrə azı beş il elmi-pedaqoji iş stajı olmalıdır; 3.9.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir; 3.9.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir; 3.9.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmal ıdır; 3.9.5. iddiaçı dosent elmi adı aldıqdan sonra aşağıdakı tələblərdən birini yerinə yetirməlidir: 3.9.5.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsini təqdim etməlidir; 3.9.5.2. respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı və ya onları hazırlamalıdır; 3.9.5.3. iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır; 3.9.5.4. iddiaçı ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməlidir. … Bənd 5.1. Dosent elmi adının verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, professor elmi adının verilməsi məsələsinə X2 baxılır və qərar qəbul edilir. 5.2. Elmi adlar verilməsinə dair vəsatətin və digər sənədlərin tərtib olunması q aydasını Komissiya müəyyən edir. … 5.4. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. … 5.6. X3, Kollegiyasının və ya rəhbərinin qərarına əsasən ekspert şurasının iclaslarına elmi adların iddiaçıları dəvət edilə bilərlər. … 5.9. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərə baxaraq, elmi ad verilməsi və ya elmi ad verilməsindən imtina barədə qərar qəbul edir. … 5.11. Komissiya elmi adlar verilməsindən imtinaya dair qərar qəbul etdiyi tarixdən azı bir il keçdikdən sonra elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları həmin şəxsə həmin elmi adın veril məsi barədə təkrar vəsatət qaldıra bilərlər. 5.12. Komissiyanın elmi adlar verilməsinə dair qərarları qəbul edildiyi gündən qüvvəyə minir. 5.13. Elmi adlar verilməsinə dair vəsatət və digər sənədlər Komissiyada on ildən az olmayan müddətdə saxlanılır....
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə t ərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərar ı).
22. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti X4 Komissiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent iddiaçı 5 il müd dətinə xx.xx.2016 - xx.xx.2021-ci il tarixlərində İncəsənət fakültəsində professor vəzifəsində çalışmışdır, xx.xx.2021-ci il tarixdən hal-hazıradək İncəsənət fakültəsində musiqi sənəti kafedrasında dosent vəzifəsində çalışır. İddiaçıya elmi adın verilməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən, o, həmin vaxt tələb olunan vəzifəni tutmamışdır.
24. Eyni zamanda, iddiaçı rəydə göstərilən tələblərə (fəaliyyətinin növünə görə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9.5-ci yarımbəndində qeyd edilən tələblərə) cavab verdiyini müəyyən edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Komissiyanın sənətşünaslıq və memarlıq üzrə ekspert şurası tərəfindən iddiaçının attestasiya sənədlərinin, o cümlədən təqdim etdiyi tədris-metodiki işlərinin ekspertizası həyata keçirilmişdir. K omissiyanın Sənətşünaslıq və Memarlıq elmləri üzrə Ekspert Şurasının xx.xx.2022-ci il tarixli 15 nömrəli iclas protokolunda iddiaçı özü dəvət olunmaqla onun sənədlərinə baxılmış, elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01- “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsinə dair verilmiş rəylərin (hər 2 rəy mənfidir) və rəylərdə xeyli sayda iradların olduğu qeyd edilmişdir. Həmin iclasda ekspert şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya professor elmi adının verilməsi tövsiyə edilməmişdir. Ekspert tərəfindən verilmiş mənfi rəylərdən də görünür ki, iddiaçı tərəfindən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9.5-ci yarımbəndində qeyd edilən tələblər yerinə yetirilməmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli iclasında ekspert şur asının 12 üzvü səsvermədə iştirak etmiş, onlardan 11 nəfəri iddiaçının əleyhinə səs vermişdir.
25. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericilik normalarının da tələblərinə cavab verməmişdir.
26. Belə ki, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”nin (hazırda Azərbaycan Respublikası Prezidentinin 2019-cü il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə ləğv edilmişdir) 41-ci maddəsinə əsasən, kafedra üzrə professor elmi adı aşağıdakılara verilir: - müsabiqə və ya təyinat üzrə ali təhsil müəssisəsində kafedra müdiri və ya prof essor vəzifəsini tutan, bu vəzifədə üç il müvəffəqiyyətlə işləyən, ali təhsil müəssisəsində incəsənət ixtisası üzrə fənləri on ildən az olmayan müddətdə tədris edən, otuz beş il elmi-pedaqoji iş stajı, dərc edilmiş tədris-metodiki və elmi işləri olan, dosent elmi adı almış, respublika və beynəlxalq müsabiqələrin laureatları olan və ya onları hazırlayan incəsənət işçilərinə.
27. Göründüyü kimi, iddiaçı qeyd olunan qanunvericilik normasında təsdiq edilmiş ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə fənlərin tədrisi ilə əlaqədar iş stajı (on ildən az olmayan müddət tələb olunur), eləcə də ali təhsil müəssisəsində tutduğu vəzifəyə (ali təhsil müəssisəsində kafedra müdiri və ya professor vəzifəsinin tutulması tələb olunur) ilə əlaqədar tələb olunan şərtlərə cavab verməmişdir.
28. Məhkəmə koll egiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 2-1(103)-3016/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.