Məhkəmə qərarları › İş №2-1(102)-1409/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1409/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1409/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: dövlət ehtiyacları üçün söküntü ilə əlaqədar mübahisələr; ədalətli kompensasiya ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: 18.06.2019 Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyətinin nümayəndəsi X7 və vəkili X1, Cavabdeh1 iştirakı ilə, İlk iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin c avabdehlər Cavabdeh1, X3 və Cavabdeh5 qarşı kompensasiya ödənilərək evin boşaldılması haqqında ilkin iddia və Cavabdeh1, X2 və Cavabdeh5 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyətinə qarşı dövlət ehtiyacları üçün satılan evə görə kompensasiya ödənilməsi haqqında qarşılıqlı iddi tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarından cavabdehlər Cavabdeh1 Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İlk iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cavabdehlər Cavabdeh1, X3, Cavabdeh5 qarşı ilkin iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə sahibliyin alan orqan ilk iddiaçı İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələbəlrinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərdən Cavabdeh1 232.972 manat, X4 və Cavabdeh5 296.800 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, X6 və Cavabdeh5 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, cavabdeh olan orqan İcra Hakimiyyətinin cavabdehlərin mülkiyyəi olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiy i 2 sot torpaq sahəsirıin dövlət ehtiyacları üçün alınmasına görə, onlara ümumi dəyəri olan 3.500.000 manat, həmin məbləğə qanunla nəzərdə tutulmuş 20% əlavə olan 700.000 manat və 2 aylıq kirayə haqqı olan 4.000 manat da nəzərə alınmaqla cəmi 4.204.000 manat məbləğində kompensasiya ödəməli olmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 01 mart 2017-ci il tarixli qərarı ilə (hakim M.Bayramov; iş No 2-1 (81)-297/2017) ilkin iddia tələbinin təmin edilməsi; ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi; ünvan 4 ünvanında yerləşən, mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlər Cavabdeh1 232.972 manat, Cavabdeh2 və Cavabdeh5 isə 296.800 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması; qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi; Yasamal rayon İcra Hakimiyyətinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evrin və həmin evin yerləşdiyi 2 sot torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə Cavabdeh1 232.972 manat, Cavabdeh2 və Cavabdeh5 isə 296.800 manat məbləğində kompensasiya ödəniməsi; qarşılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər S.Hüsyenov və K.Abiyeva; iş № 2-1(103)1301/2017)Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 sa ylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 01 mart 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər X.Məmmədov və İ.Dadaşov; iş № 2-1(102)-1884/17)Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli qərarının Cavabdeh2 aid hissədə ləğv edilməsi; işin həmin hissədə təkrar bajılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)-271/18)Cava bdeh2 apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 01 mart 2017-ci il tarixli qərarının Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər R.Nəbizadə və S.Hüseynova; iş № 2-1(102)-1542/2018) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarının Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər V.Baxışova və E.Nağıyeva; iş № 2-1(103)2747/2018)cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 01 mart 2017-ci il tarixli qərarının qismən - Cavabdeh1 və Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdehlər Cavabdeh1 və Cavabdeh5 kassasiya şikayəti verərək, qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarını pozmuşdur, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Bundan əlavə, iki müxtəlif göstəricilər ifadə edən, eyni hüquqa malik qeyridövlət qurumlarının (lakin adı müstəqil qeyd edilsə də, Yasamal Rayon İcra Hakimiyyətinin söküntü tətbirləri ilə bağlı onun maraqlarını ifadə edən “xxxx” MMC), yəni icra hakimiyyətinin istinad etdiyi “xxxx” MMC-nin rəyi ilə yanaşı, cavabdehlərin müraciəti əsasında“xxxx” MMC-nin bu işlə bağlı verdiyi rəylərdə görünən ziddiyyətlərin aradan qaldırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Yasamal Rayon İcra Hakimiyyətinin mənafelərini dəstəkləməklə onun mövqeyindən çıxış etmək əvəzinə, bunun üçün müvafiq dövlət ekspert strukrularına müraciət etməmiş nəticələri müqayisə etməməklə cavbdeh tərəfin qəbul ediləcək yekun qərarın hüquqi vəziyyətinə bir-başa təsir edən nəticələrə və prosessual hüquqlarının təmin edilməsi zərurətinə əhəmiyyət belə vermədən “qeyri- obyektiv”yekun qərar qəbul etmişdi r. Xəbərdarlıq və tərəflərin iradə ifadəsini əks etdirən hər hansı razılaşma təqdim etmədiyi halda iddiaçı təqdim etdiyi yalan bə iftira üzərində qurduğu xüsus atlara hüquqi don geyindirməklə yanaşı qarşı tərəfi şər və böhtanla qanunazidd hərəkətlərində günahlandırmaq niyyəti ilə çıxış edir. Məhkəmə isə həmin "xüsusatları” təhqiq etmədən yekun qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən ilk iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyətinin vəkili X.Musayev kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən ilk iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyətinin nümayəndəsi Ü.Quliyev vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş Cavabdeh1 Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 26.12.2015-ci il tarixli “Qiymətləndirmə Aktı”na əsasən (həmin qymətləndirmə ilk iddiaçı İcra Hakimiyyəti tərəfindən sifariş olunmuşdur), Cavabdeh1 mülkiyyətində olan yaşayış sahəsinin ölçüləri belə olmuşdur: zirzəmi sahəsi 67,34 kv.m; 1-ci mərətəbədə əsas sahə - 3 otaq - 61,68 kv.m, köməkçi sahə dəhliz, mətbəxt, sanitar qovşağı – 44,91 kv.m, xidməti sahə - sanitar qovşağı – 1,64 kv.m və digər sahə - həyətə giriş – 33,22 kv.m. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiy a məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, ilkin iddiaçı İcra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün alınması ilə bağlı həyata keçirilmiş tədbir kimi Cavabdeh1 yaşadığı ünvan 5 ünvanında yerləşən evin (1-ci mərtəbə) 61,68 m2 əsas, 44,91 m2 köməkçi, 67,34 2 2 (24,09h1,9+2,0h1,67+41,25h1,72) m zirzəmi, cəmi, 173,93 m mənzil sahəsinə görə, «xxxx» MMC-nin qiymətləndiriciləri tərəfindən verilmiş 25 dekabr 2015-ci il tarixli qiymətləndirmə aktına istinadən, 232.972 manat kompensasiya hesablanmış və 1-ci instansiya məhkəməsi tərəfindən də həmin məbləğ həddində «alan orqan»ın iddia tələbələri təmin olunmuşdur. ünvan 5 ünvanında yerləşən evin 1-ci mərtəbəsinin 61,68 m2 əsas, 44,91 m2 köməkçi, 67,34 (24,09h1,9+2,0h1,67+41,25h1,72) m2 zirzəmi, cə mi 173,93 m2 səhədən ibarət olduğu işin mübahisələndirilməyən hallarını təşkil edir. İlk iddiaçı İcra Hakimiyyətinin istinad etdiyi «xxxx» MMC-nin 25 dekabr 2015-ci il tarixli “Qiymətləndirmə Aktı”ndan görünür ki, Cavabdeh1 yaşadığı 1-ci mərtəbənin əsasə və köməkçi sahələri 1 kv. m-yə görə 1.500 manat, zirzəmi sahəsi isə 1 kv.myə görə 1.000 manat dəyərində qiymətləndirilmiş və bu əsasla 61,68 m2 əsas, 44,91 m2 köməkçi, 67,34 (24,09h1,9+2,0h1,67+41,25h1,72) m2 zirzəmi, cəmi, 173,93 m2 sahə ümumilikdə, 232.972 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğ Cavabdeh1 müvafiq hesabına köçürülmüşdür. Belə olan halda iddiaçının ilkin iddia tələbi tam olaraq əsaslı və qanuni oldüğündan 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilmiş; Cavabdeh1 qarşılıqlı iddia tələbi isə qismən əsaslı v ə qanuni olduğundan müvafiq olaraq qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə Cavabdeh1 münasibətdə gəldiyi nəticə düzgün deyil, həmin cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi mötəbər sübut növü kimi, istianad etdiyi «xxxx» MMC-nin 25 dekabr 2015-ci il tarixli “Qiymətləndirmə Aktı”nda Cavabdeh1 aid olan sahələr kimi, nəinki zirzəmi və 1-ci mərtəbənin əsas və köməkçi sahələri müəyyən edilmiş, eyni sənəddə həmçinin 1-ci mərtəbədə yerləşən xidməti sahə - sanitar qovşağı – 1,64 kv.m və digər sahə həyətə giriş – 33,22 kv.m qeyd olunmuşdur. Lakin iş üzrə müəyyən olunur ki, bu 2 sahə Cavabdeh1 kompensasiya ödənilər kən ümumi müəyyən edilmş 173,93 kv. m sahədə nəzərə alınmamışdır. Halbuki, işin materiallarında olan sənədlərdən, o cümlədən çoxsaylı fotoşəkillərdən görünür ki, həmin sahələr ev sökülməzdən əvvəl mövcud olmuş, “həyətə giriş” adlanan sahə isə əslində, abadlaşdırılmışdır, xalçalarla döşənmişdir, otaq olmasa da evə girirş (dəhliz), yəni köməkçi sahə olmuşdur ki, bu cür sahələrin 1 kv.m-nin dəyərini həm ilk iddiaçı, həm də apellyasiya instansiya məhkəməsi 1.500 manat məbləğində qiymətləndirmişdir. Bununla da, aydın olur ki, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir. Bu əsaslarla işin yenidən apellyasiya instansiya məhkəməsində araşdırılmasına ehtiyac yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsi nə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar