Məhkəmə qərarları › İş №2-1(102)-1409/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1409/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1409/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, Azərbaycan Dəmir Yolu QSC-də çilingər) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-452/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı xx xxx 2018-c i il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1978-ci ildə X1 hərəkətdə olan elektrik qatarlarının (seksialarının) təmiri üzrə çilingər vəzifəsinə qəbul olmuş və hal-hazırda da X1 çilingər vəzifəsində işləyir. İddiaçının 41 il əmək stajı vardır. Həmin əmək stajından 21 il hərəkətdə olan elektrik qatarlarının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. İddiaçı 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx xxxxxx 2019-cu il tarixli **********8 nömrəli imtina məktubu ilə iddiaçıya cavab verərək, məktubda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. İ ddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1978-xx.xx.2015-ci il tarixlər arasındakı dövr ərzində xxxx QSC-nin Yük Daşımaları Departamenti X1 işlədiyi elektrik qatarlarının təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır və bu səbəbdən iddiaçıya pensiya təyin etmək mümkün olmamışdır. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4275/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xxx xx.xx.2018-ci il tarixdən güzəştli şərtlə rlə yaşa görə əmək pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-452/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə birinci instansiya m əhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki çalışdığı peşə ilə çalışdığını iddia etdiyi peşə arasında fərq olduğu açıqdır. O ki qaldı, iddiaçının çalışdığı “xxxx” QSC-nin verdiyi arayışlara, hesab edirlər ki, onların mötəbərliyi şübhə altındadır. Əvvəla ona görə ki, həmin arayışlar NK-nın məlum qərarına ziddir. Başqa sözlə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin siyahısını müəyyən etmək səlahiyyəti NK-ya məxsusdur. İşəgötürən bu Siyahıda olmayan peşəni “müxtəlif vasitələrlə genişləndirmək “hüququ”na malik deyildir. İkincisi, əgər NK belə bir peşəni nəzərdə tutmaq istəsəydi, Siyah ıya daxil edərdi. Məsələn, 21.4-cü bəndin 7-ci alt-bəndində elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşəsi öz əksini tapıb. Beləliklə, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmadığından ona 57 yaşdan əmək pensiyası təyin edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-452/2020 nömrəliqərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının po zulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üz rə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar ə sasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının faktiki çalışdığı peşə ilə çalışdığını iddia etdiyi peşə arasında fərq olduğu açıqdır. O ki qaldı, iddiaçının çalışdığı “xxxx” QSC-nin verdiyi arayışlara, hesab edirlər ki, onların mötəbərliyi şübhə altındadır. Əvvəla ona görə ki, həmin arayışlar NK-nın məlum qərarına ziddir. Başqa sözlə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin siyahısını müəyyən etmək səlahiyyəti NK-ya məxsusdur. İşəgötürən bu Siyahıda olmayan peşəni “müxtəlif vasitələrlə genişləndirmək “hüququ”na malik deyildir. İkincisi, əgər NK belə bir peşəni nəzərdə tutmaq istəsəydi, Siyahıya daxil edərdi. Məsəl ən, 21.4-cü bəndin 7-ci alt-bəndində elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşəsi öz əksini tapıb. Beləliklə, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmadığından ona 57 yaşdan əmək pensiyası təyin edilə bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Res publikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD N°-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1 -dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərt mövcuddur: • iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; • iddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən xxxx” QSC X2 xx.xx.2019-cu il tarixli 07/72 nömrəli sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat vərəqi, “xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli NUA-A/30 nömrəli arxiv arayışı, “Azərbaycan Dəmir Yoiları” C3C Yük Daşımaları Departamenti X2 xx.xx.2019-cu il tarixli 07/72 nömrəli arayışı ilə iddiaçın ın 27 il 1 ay 21 gün ümumi iş stajının və 12 il 11 ay 18 gün güzəştli iş stajının mövcud olması təsdiq olunur. Göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün mövcud olan hər iki şərtə uyğun olduğundan İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 31.1-ci maddəsinin x xxxx 1017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alı nmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Cavabdeh kasasiya şikayətində daha sonra qeyd etmişdir ki,əgər NK belə bir peşəni nəzərdə tutmaq istəsəydi, Siyahıya daxil edərdi. Məsələn, 21.4-cü bəndin 7-ci altbəndində elektrik qatarlarının (seksiyalarının) maşinistləri peşəsi öz əksini tapıb. Beləliklə, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmadığından ona 57 yaşdan əmək pensiyası təyin edilə bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki,iş materiallarında olan “xxxx” QSC Yük Daşımaları Departamenti X2 xx xxxxxxx 2019-cu il tarixli, 10/114 nömrəli aray ışına əsasən X2 işçisi İddiaçı əmək kitabçasında rus dilində qeyd olunmuş peşə “elektrik qatarların (seksiyalarının) təmiri üzrə çilingər peşəsidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4-cü maddəsinin 19-cu sırasında qeyd edilən “hərəkətdə olan heyətin təmiri üzrə çilingər” peşəsidir. Göründüyü kimi, işəgötürən müəssisə iddiaçının işlədiyi vəzifələrin peşə funksiyaları və həmin şəxsin gördüyü işin xarakterinə dair dolğun məlumatları vermişdir ki, həmin məlumatlar əsasında da apelyasiya instansiyası məhkəməsi də düzgün olan nəticəyə gəlmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəm ə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-452/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar