Məhkəmə qərarları › İş №2-1(102)-1409/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1409/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1409/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması, subyektiv hüquq) 18.08.2021 Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 21(1 03)-458/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək ona dəymiş maddi ziyana görə 50.000 manat, mənəvi ziyana görə 40.000 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, doğulduğu vaxtdan ünvan 1 ünvan söküntü ərazisinə düşmüş və 2018-ci ildə Yasamal RİH tərəfindən sökülmüşdür. Söküntü vaxtı onun yaşadığı sahə yarızirzəmi kimi qiymətləndirilmiş, bir kv.m. sahə üçün 700 manat olmaqla, ümumilikdə 4900 manat hesablanaraq onun qardaşına verilmişdir. İddiaçı özü bundan gec xəbərdar olmuşdur. Söküntü zamanı onun evdə olan köhnə ev əşyaları da məhv olmuş, beləliklə, ona maddi və mənəvi ziyan vurulmuşdur. Ona verilmiş həmin 4900 manata özünə ev ala bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin 04.11.2020-ci il tarixli, 2-1(112)-6762/2020 nömrəli (hakim Rüstəm Kərimli - sədrlik edən) qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmlakın hər hansı hissəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etmədiyindən, iddiaçı evin zirzəmisinin sökülməsi nəticəsində dəymiş maddi, eləcə də mənəvi ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Odur ki, iddia mümkün sayılmamalıdır.

5. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 21(103)-458/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Xəyalə Cəmilova) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Məhkəmə qərardadı iddiaçıya 17.03.2021-ci il tarixində təqdim olunmuşdur.

9. İddiaçı 18.03.2021-ci il tarixində məhkəməyə ərizə təqdim edərək dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 05.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və iddiaçı 19.05.2021-ci il tarixində vəkillə təmin olunmuşdur.

10. İddiaçı 29.05.2021-ci il tarixdə kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı onun məhkəməyə müraciət etmək hüququnu pozur. Qanunsuz əsaslarla iddianın mümkün sayılmaması “Əsas insan hüquqları və azadlıqları haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilmiş hüquqların pozulmasına gətirib çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqeyini ifadə etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin o lunmamasını xahiş etdi. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cav abdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını a raşdırmalıdır.”

19. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 20.Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. 21.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Məhkəmə tərəfindən iddianın hüquqi cəhətdən yoxlanılması iki mərhələ də həyata keçirilir. Birinci mərhələdə iddianın mümkünlüyü, iddia mümkün sayıldıqda isə növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya ins tansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqalarından müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə Kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

24. Belə ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın hazırkı cavabdeh tərəfindən Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli, 51 saylı qərarının icrası ilə əlaqədar dövlət ehtiyacları üçün alındığı və bu barədə qeyd edilən daşınmaz əmlakın mülkiyyətçisi X4 ilə cavabdeh arasında notarial qaydada aiqı-satqı müqaviləsinin bağlandığı müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin alqı-satqı zamanı notarial qaydada yazılı razılıq verildiyi də iş materialları ilə təsdiq olunur. Cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyi və həmin daşınmaz əmlakla bağlı hazırkı iddiaçının da razılığı ilə əmlakın mülkiyyətçisi X2 evin zirzəmisi də nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş məbləğdə pul vəsaiti ödənildiyi məhkəmələr tərəfindən müəyyən olunmuşdur. Həmin hallar iddiaçının özü tərəfindən də təkzib edilməmişdir. 25.Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə ünv an 4 ünvanında yerləşən daşınmaz əmlakın və ya həmin əmlakın hər hansı bir hissəsinin ona məxsus olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin ünvanda yerləşən daşınmaz əmlakın Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli, 51 saylı qərarının icrası ilə əlaqədar dövlət ehtiyacları üçün hazırkı cavabdeh tərəfindən alınması və bununla bağlı cavabdehin sonrakı hərəkətləri ilə iddiaçının hüquqlarına hər hansı müdaxilə imkanı təsdiq olunmur. Başqa sözlə, iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət və ya hər hansı qanuni istifadə hüququ yoxdursa, cavabdehin hərəkətləri nəticəsində onun hüquqlarının pozulması imkanı da istisna olunur. İddiaçının həmin ünvanda qeydiyyatda olması faktına istinad etməsi də iddianın mümk ün sayılması üçün yetərli hesab edilə bilməz. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qanunvericiliyin müddəaları baxımından qeydiyyat uçot və sair məqsədlər baxımından həyata keçirilir və yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda hüquqi nəticə yaradır. Hazırkı mübahisədə belə bir halın mövcudluğu məhkəmələr tərəfindən müəyyən edilməmiş və iddiaçı da bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

26. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin hərəkəti nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddianın mümkün sayılması üçün, inzibati orqan tərəfindən şəxsə münasibətdə hər hansı bir hərəkət (hərəkətsizlik) edilməli və ya hərəkətin edilməsindən imtina olunmalı və bunun nəticəsində şəxsin hüquqlarının ən azından pozulm ası ehtimalı mövcud olmalıdır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunan səbəblərdən belə bir halın mövcudluğu müəyyən edilməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

28. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 21(103)-458/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar