Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1409/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1959, FİN:********) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-845/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1990-cı ildən 01 yanvar 1999-cu il tarixə kimi Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Cahangirbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati tabeçiliyində fəaliyyət göstərən Tiri kənd Ailə uşaq bağçasında aşpaz işləməsinin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunma sı barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 62 yaşının tamam olduğu 02 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5711/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək iddiaçıya 62 yaşının tamam olduğu 02 yanvar 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
4. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati kollegiyasının 2-1(103)-845/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi, A.S.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5711/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
7. Cavabdeh məhkəmə kollegiyasına ərizə təqdim edərək kassasiya şikayətindən imtina etdiyini, ona görə də kassasiya şikayətinin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə kassasiya şikayətindən imtina etdiyini və şikayətin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir.
10. Cavabdehin kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi nəzərə alınaraq kassasiya icraatına xit am verilməlidir.
11. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10, 97 və 98.1-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.