Məhkəmə qərarları › İş №2-1(102)-141/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-141/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-141/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (ailə başçısının itirilməsinə görə pensiyanın yenidən hesablanması, prokurorluq işçisi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1784/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx xxxxxx 1948-ci il tarixdə Quba rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, xxxxsaylı şəxsiyyət vəsiqəsi). İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Binəqədi rayon şöbəsinə (bundan sonra mətndə - cavabdeh) mərhum əri X1 prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsinə, həmin əlavələrin əmək haqqına daxil olmasına əsaslanaraq həmin əlavələrin də nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, ********** saylı məktubla bildirmişdir ki, iddiaçı ərinin işlədiyi dövrdə həmin əlavələri almasını təsdiq edən arayışları təqdim etmədiyi üçün əlavələrin hesablanması mümkün deyildir. Bununla razılaşmay an iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım və mükafatlar da nəzərə alınmaqla pensiya məbləğinin xx xxxxxxx 2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X2 uzun müddət prokurorluq orqanlarında qulluq etmiş və həmin orqandan da pensiyaya çıxmış, xx xxxxxxxx 2002-ci il tarixdə vəfat etmişdir. Bununla ə laqədar o, ailə başçısını itirməyə görə pensiya alır. Lakin, ona verilən pensiyanın məbləğində prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul məbləği, prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq verilən maddi yardım və iki aylıq müavinət nəzərə alınmamışdır. Bununla bağlı cavabdehə 15 yanvar və xx xxxxxx 2019-cu il tarixlərdə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh xx xxxxxx 2019cu il tarixli, **********3 saylı məktubla onun müraciətini təmin etməmişdir. Bu səbəbdən də, o hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia əriz əsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1690/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il verilən əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım nəzərə alınmaqla iddiaçıya təyin olunmuş pensiyanın xx.xx.2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, c avabdeh inzibati orqanın imtinası əsassız olmuş və iddiaçının pensiya hüququnu pozmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1784/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1690/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması nı xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Kassator hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı 2002-ci ildə vəfat etdiyindən və həmin əlavələri almadığından, həmin əlavələrin ona ödənilməsi barədə müvafiq arayış təqdim edilmədiyindən, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). Etiraz: Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək həmin şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və or ada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Buna baxmayaraq məhkəmə kollegiyası kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17/324 nömrəli arayışla müəyyən olunur ki, sabiq prokurorluq işçisi mərhum X2 həqiqətən yanvar 1989-cu ildən dekabr 1993-cü ilə kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokuroru vəzifəsində işləmiş, ədliyyə müşaviri rütbəsində olmuş, illər üzrə aşağıdakı mükafatlar almışdır: -1990- sentyabr ayı 100% vəzifə maaşı həcmində mükafat; -1992-dekabr ayı 100 % vəzifə maaşı həcmində mükafat; -1993-mart ayı 100%, may ayı 50 %, dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, “Prokurorluq haqqında", “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyalarına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya 60 ay ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, prokuror luq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 21.2-ci maddəsinə əsasən prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. 21.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. 21.5-ci maddəsinə əsasən, prokurorluq işçisi sərəncamda olduğu müd dətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, yuxarıda sadalanan normaların məzmununa əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin verilməsi həm prokurorluq işçilərini və həm də pensiyaya çıxmış işçiləri, həmçinin onların ailə üzvlərini də əhatə edir və prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarət olduğundan, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı m əbləğində birdəfəlik pul müavinətinin verilməsi həm prokurorluq işçilərini və həm də pensiyaya çıxmış işçiləri, həmçinin onların ailə üzvlərini də əhatə etdiyindən; həmçinin prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarət olduğundan; prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım prokurorluq işçisinin (pensiyaya çıxmış işçi də daxil olmaqla) əmək haqqının tərkib hissəsini təşkil edir. “Prokurorl uq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 20.14-cü maddələrinə əsasən, prokurorluq işçilərinə verilən pul təminatı, pul müavinəti və maddi yardım bütün prokurorluq işçilərinə aid edilməklə, bir qayda olaraq hər il ödənildiyinə və daimi xarakter daşıdığına, eləcə də həmin ödənişlərdən icbari sosial sığorta ayırmaları tutulduğundan bu ödənişlər işçilərin orta aylıq əmək haqlarına artım kimi əlavə olunmaqla, xx xxxxxxx 2009-cu il tarixli Qanun qüvvəyə mindiyi tarixdən sonra pensiyaya çıxmış prokurorluq işçilərinə pensiya təyin edilərkən nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edə n faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məsələ iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3). Beləliklə cavabdehin iddiaçının pensiyasının yenidən hesablanmasından imtinası qanuna zidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, bun a hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində (birinci və ikinci cümlələrində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1784/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar